III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
937
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
azaltmağa doğru gedir. Son illərdə fəaliyyətə başlayan bir sıra nüfuzlu nəşriyyatlar dünya
ədəbiyyatından tərcümələr etsələr də bu tərcümələrdə onlarla söz, məna, ifadə səhvlərinə rast
gəlirik. Tərcüməçilərimiz ya bu işə yetərincə əmək sərf etmir, ya da ümumiyyətlə vaxt ayır-
mır, kompüter proqramları vasitəsilə tərcüməyə meyl edirlər. Bu zaman da bədii mətnin
mexaniki tərcüməsi alınır və hiss, duyğu zəif ifadə olunur.
Digər bir problem isə bədii ədəbiyyatın əsasən rus dilindən tərcümə olunmasıdır. Bütün
dünya ədəbiyyatı əsasən orjinaldan deyil, rus dilinə edilmiş tərcümədən Azərbaycan dilinə
çevrilir. Bu da təbii ki, əsərin öz gücünü, təsirini itirməsinə səbəb olur. Məşhur bir tərcüməçi
demişdir ki, əsər bir dildən digərinə tərcümə edilərkən təsirinin 60%-ni itirir. Əgər dünya
ədəbiyyatının əvvəlcə rus, sonra isə bizim dilə tərcümə edildiyini nəzərə alsaq, vəziyyətin nə
dərəcədə ciddi olduğunu anlamış olarıq.
Lakin ədəbiyyatımızda elə yazarlarımız var ki, onların əsərlərini başqa dilə tərcümə
etmək çox çətin, bəzən isə mümkünsüzdür. Onların əsərlərində qoyduqları problemlərin, işlət-
diyi terminlərin tərcüməsi mümkün olmur. Belə yazarlardan biri də İsa Muğannadır. İsa Mu-
ğannanın yaradıcılığını iki yerə bölə bilərik: "İdeal" əsərinə qədərki yaradıcılığı və "İdeal "dan
sonrakı yaradıcılığı. Müəllifin "İdeal" əsərinə qədərki bir sıra hekayə və povestləri sovet
dövründə müxtəlif dillərə tərcümə edilmişdir. Məsələn povestləri rus və çex dillərinə, "Əmi-
qızı" hekayəsi ingilis dilinə, "Məhşər" romanı rus və türk dillərinə tərcümə edilmişdir.
Lakin İsa Muğannanın "İdeal" əsərindən sonrakı yaradıcılığında qoyulmuş problemlər
və ideyaları digər bir dilə tərcümə edib başqa xalqların anlamasını ummaq qəliz məsələdir.
Məsələn, İsa Muğanna yaradıcılığında "SafAğ" elmindən, həmin elmin müddəasından, qayda
- qanunlarından danışılır və müxtəlif terminlərdən istifadə olunur. Bunları başqa dilə tərcümə
etmək olar, ancaq müəllifin nəzərdə tutduğu və ifadə etmək istədiyi fikirləri çatdırmaq müm-
kün olmaz.
İsa Hüseynovun Muğanna adlı ilə yazdığı əsərləri bir zikr dönməsidir. Dönüb, dolanıb
Ün eşidir, OdƏrə və ƏlAğa doğru gedir. Rəmzləri açan yazıçı əslində dolanbaclarla yeni rəmz-
lər və çözülməsi lazım gələn düyün yaradır. Ondan yazmaq və onu tərcümə etmək çətindir,
hətta mümkünsüzdür. Çünki onun mətnlərinin təhlilini aparmaq istəyən tədqiqatçı yazıçının
öyrətdiyi dillə öz dili arasında çaşıb qalır. İsa Muğannanın dili Tanrı ilə insan arasındakı ün-
siyyət dilidir. Eynən "Quş dili" kimi; o dili öyrəndikcə Tanrıya, yoxdan vara doğru yol gedir-
sən. Muğannanın dil şifrələrini çözmə cəhdi, kitab sahibi peyğəmbərlərlə bərabər OdƏr yur-
dunun sakini kimi ƏlƏsMəndən-Süleymandan da bəhs etməsi "quş dili"nə meyilliliyinin gös-
təriciləridir.
İsa Muğanna yaradıcılığını Amerikalı dünya şöhrətli yazar Dan Brownun yaradıcılığı ilə
müqayisə edə bilərik. Hər ikisinin əsərlərində müəyyən şifrələrdən, gizli dünyalardan, təş-
kilatlardan bəhs olunsa da, Isa Muğannanın əsərlərini tərcümə etməkdə çətinlik çəkilsə də,
Dan Brownun əsərləri demək olar ki, onlarla dünya dilinə tərcümə edilmiş və yayılmışdır.
Muğannanın əsərlərində istifadə etdiyi şifrələr isə daha sirli və daha mühitdə qalmışdır. Bax-
mayaraq ki, o, ən məşhur dünya yazarlarından, hətta bir sıra Nobel mükafatçılarından belə daha
istedadlı və güclüdür...
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
938
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“TALEH VƏ HƏQİQƏT” DASTANINDA ABDAL-GÜLABLI PALEOYKONİMİNİN
STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Günel BALAKİŞİYEVA
Azərbaycan Dillər Universiteti
xalidamanov@mail.com
AZƏRBAYCAN
Abdal –Gülablı vətənimizin ən qədim paleoykonimlərdindən biridir. “ Taleh və Həqiqət
“ dastanında bu toponimin də adına təsadüf edə bilərik. Məsələn; “Abdal-Gülabın qəmi dəmə
döndü”.
Ölkəmizin bir neçə regionlarında bu adda istər yaşayış məntəqələri, istərsə də çöl topo-
nomik variantları var. Məsələn; Qarabağ mahalında, Ağdam rayonunda Abdal –Gülablı, Laçın
rayonunda Abdallar kəndi, Abdal dağı, Abdal təpəsi, Abdal dərəsi, Xocakənd rayonu
Bəhrəmli kəndində Abdallar qışlağı, Naxçıvan Muxtar Respublikasında Ordubad rayonunda
Abdal dağı, Qərbi Azərbaycanda Abdalağanlı kəndi, həmçinin XIX əsr İrəvan quberniyasının
Üçkilsə kəndində Gülablı bağı,eləcə də Qubadlı rayonu Mahrızlı kəndində Gülablı bağı, eyni
zamanda Abdalanlı kəndi, Tovuz rayonunda Abdal kəndi, Abdal dairəsi, Oğuz rayonunda
Abdallı kəndi, Xanlar rayonunda Çoban Abdallar və s.
Maraqlıdır ki, ölkəmizin bir çox yerlərində rast gəlinən Abdal toponimi ölkəmizdən kə-
narda da, yəni başqa ölkələrdə də qeydə alınıb .Məsələn; Özbəkistan, Qırğızıstan, Türkmənis-
tan, Qazaxıstan, Gürcüstan (Abdallar çalası, Abdallı Güney), Qaradənizin şimal sahilləri və s.
“ Yaqub Abdal-Gülabda soruşa-soruşa özün saldı Aşıq Valehin doqqazına.”(“Taleh və Həqi-
qət” dastanı).
Abdal etnotoponimi tarixən müxtəlif fonetik variantlarda işlədilmişdir. Məsələn, mən-
bələrdə heftal, eftal, heptal,abadel, abdal və s. şəkillərdə təsadüf olunur. Azərbaycan toponim-
lərinin ensiklopedik lüğətində Abdal haqqında belə qeyd edilir:”Abdal –Ağdam rayonunun
Gülablı inzibati ərazi vahidinə kənd adıdır. Oykonim Abdal tayfasının adı ilə bağlıdır. Gülablı
adının isə yerli əhali əkinə verilən ikinci suyun xalq arasındakı adı olan “ gülab”la əlaqələn-
dirilir. Əslində, oykonim yaxınlığındakı Gülablı dağının adı ilə bağlı olub, etnotoponimdir.
“Anası Məhbub xanım dayə Şərəbanı ilə qızınnan dərdini aramaqda olsunlar, alın xəbəri Ab-
dal-Gülabda Talehdən. (“ Taleh və Həqiqət” dastanı.Piranlar, nuranlar , söz qoşub, dastan
yozub- yoranlar belə nəql edirlər ki, Taleh nadincliyi ilə təkcə Abdal-Gülablıda deyil, külli
Qarabağda Aşıq Valehi hörmətdən salmışdı.(“Taleh və Həqiqət “dastanı).
Onu da qeyd edək ki, XIX əsrdə Qarabağda iki Abdal kəndi olub; Birini digərindən
fərqləndirmək məqsədilə ona Abdal-Gülablı adını qoymuşlar. Yəni Gülablı yaxınlığındakı
Abdal kəndi. Əslində isə bu ərazinin qədim adı Abdal bulağı olmuşdur.
Abdal toponimiylə bağlı ilk məlumat VI əsrə aiddir. Belə ki, bu dövrdə Şimali
Qafqazda, Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfası barədə
məlumat vermişdir. Eyni zamanda Şimali Qafqazda qeydə alınan Abdaldağ oronimi VI əsrdə
orada abdal tayfasının yaşadığını sübut edir.
Mütəxəsislərin apardıqları araşdırmalara əsasən də abdal məhz “Hun” mənşəli türkdilli
tayfa olub. Bu barədə bir çox tədqiqatçıların da fikirləri üst-üstə düşür.Məsələn, VII əsrdə
Alban tarixçisi Musa Kalankaytuklu bu tayfanın adını çəkir və qeyd edir ki, eramızdan əvvəl
IV əsrdə makidoniyalı İsgəndərin zamanında Abdallar Qafqaz Albaniyasına köç etmişlər. De-
məli, eramızdan əvvəl abdallar vətənimizə gəlmişlər. Akademik V.V.Bartold da bu tayfanın
“hun” tayfası olması barədə məlumat verir. Abbasqulu ağa Bakıxanov da “abdal” adlı tayfa
barəsində məlumat vermişdir.
Ümumiyyətlə, abdal tayfasının mənşəetibarı ilə orta Asiyada hökmranlıq etmiş Eftal döv-
lətinin adı ilə bağlıyırlar. Hökmdar Eftalın adı ilə bu dövlət adlanmışdır. Ərazisi Çin, Orta