III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
931
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
4) Ala- uca. ( Çətir otaq, ala seyvan dikdirdi ) Dastanda uca, hündür mənasını daşıyan
bu söz dilimizin lüğət tərkibində “rəng” mənasında işləndiyinə baxmayaraq, dialektlərimizdə
tam fərqli mənada işlənir. Aralıq və Keçid şivələr qrupu dialektlərinə daxil olan Göyçay,
Qərb qrupuna daxil olan Tovuz, Qazax, Gədəbəy dialektlərində “alaq” sözü “ala” şəklində
tələffüz olunur. Şəki ləhcəsində ala- tərəvəz, göyərti mənasında işlənir. Bakı dialektində isə
ala sözü- xəstəlik nəticəsində əmələ gələn ağ ləkə mənasında işlənir. Dərbənd və Xaçmaz
dialektlərində isə “ala” – “ üstündə toyuqlar oturmaq üçün yer” mənasını verir.
5) Yaşmaqlanmaq- üzünü örtmək. ( Çağırdılar, Beyrək gəldi. Banuçiçək yaşmaqlandı,
xəbər sordu ) Milli adət- ənənəmizi özündə əks etdirən “yaşmaqlanmaq” feli dastanda ifadə
etdiyi məzmunu qismən özündə saxlayaraq müasir dövrdə dialektlərimizdə qalmaqda davam
edir. “Yaşmax” Aralıq və Keçid şivələrinə daxil olan Cəbrayıl dialektində “qarğıdan tikilən
evin çardağının baş tərəfini örtmək üçün qarşıdan hörülmüş hissə” mənasını daşıyır. ( Mən
yaşmax toxumağı billəm ) Ümumilikdə qeyd edə bilərik ki, “ Kitabi- Dədə Qorqud” dastanı
möhtəşəm bir abidədir.
AZƏRBAYCANDA İLK FOLKLOR TOPLUSUNUN MÜƏLLİFİ
M.A.ABBASZADƏ
Məlahət BABAYEVA
ADPU
milababayeva@mail.ru
AZƏRBAYCAN
İlk təhsilini Gəncədəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə Mirzə Xəlil Şeyxza-
manovdan və Molla Hüseyn Pişnamazzadədən alan Mirzə Abbas Abbaszadə ərəb, fars və türk
dillərinə mükəmməl yiyələnmişdir. Nizami, Füzuli, Sədi və Hafizin əsərlərini mütaliə etməklə
Şərq ədəbiyyatına, İslam mədəniyyətinə dərindən bələd olmuşdur. 1893-cü ildə səyahətə
çıxaraq İranı, İraqı və Türkiyəni gəzmiş, Xorasanda və Səmərqənddə ali ruhani rütbəli şəxslər-
dən xüsusi dərs almışdır ki, bu da onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
1905-1907-ci illər birinci rus inqilabı Gəncədə yeni həyat, maarif və məktəb uğrunda
mübarizəyə təkan vermişdir. Sənət məktəbi, kişi və qadın gimnaziyaları şagirdlərinin inqilabi
nümayişə çıxmaları, erməni təcavüzünə qarşı "Difai" milli-müdafiə təşkilatının yaradılması,
yeni nəşrə başlayan "Həyat", "İrşad", "Fyüzat", "Molla Nəsrəddin" və digər qəzet və jurnall-
arın Gəncəyə gəlib çıxması, Rusiyanın müxtəlif ali məktəblərini bitirib doğma yurda qayıdan
gənclərin inqilabi ideyalar təbliğ etməsi, xeyriyyə cəmiyyətlərinin fəaliyyətə başlaması, Gəncə
bələdiyyəsinə daha çox azərbaycanlıların seçilməsi ictimai-siyasi və milli şüurun oyanmasına
ciddi təsir göstərirdi.
1907-1908-ci illərdə rus-Azərbaycan məktəbinin müəllimi kimi M.A.Abbaszadə 7
kitab nəşr etdirmişdir. 1900 və 1901-ci ildə ilk dəfə çap olunmuş, qaragüruhla qarşılanmış
"Birinci kitab. Əlifba", "İkinci kitab. Qiraət" və şəriət dərslikləri ikinci dəfə çapdan çıxmışdır.
Eyni zamanda "Türk dili. Qiraət" və "Lətaif" adlı dərs vəsaitləri, bir də "Məşq məcmuəsi"
metodik göstərişi nəşr olunmuşdur.
M.A.Abbaszadə "Mollazadə", "A.Mollazadə" kimi gizli imzalarla "Molla Nəsrəddin"
jurnalında öz məqalələrini çap etdirirdi. O, bu imzalardan istifadə edərək 1907-ci ildə iki kitab
da çap etdirmişdir. Onlardan birincisi "Molla Nəsrəddin"in təsiri altında ərəb dilindən tərcümə
etdiyi və "Lətaif" adı altında Ömər Faiqin "Qeyrət" mətbəəsində Tiflisdə nəşr etdirdiyi
lətifələr kitabıdır. İkincisi isə bütün məktəblərdə ikinci sinifdə şagirdlərə oxutdurmaq üçün
tərtib etdiyi "Türk dili və yaxud türkcə qiraət" adlı dərs vəsaitidir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
932
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
1914-cü ildə M.A.Abbaszadənin 3 kitabı-"Əlifba", "Şəriət dərsi" təkrar və "Arvad ağısı"
adlı folklor nümunələrindən ibarət kitabı ilk dəfə nəşr edilmişdir. "Arvad ağısı" Mirzə Abbas
Abbaszadənin eyni zamanda xalq ədəbiyyyatımızın gözəl bilicisi və toplayıcısı olduğu-nu
təsdiq edir. Əlifba dərsliyində və qiraət kitabında geniş yer verdiyi folklor nümunələrindən
məlum olur ki, o, şifahi xalq ədəbiyyatının inkişafını izləmiş, yeni yaranan nümunələri də nə-
zərdən qaçırmamışdır. Nəhayət topladığı bütün xalq ədəbiyyatı incilərini kitab şəklində nəşr
etdirmək qərarına gəlmişdir. Bu toplu 90 ildən sonra-2004-cü ildə Azərbaycan MEA Folklor
İnstitutu tərəfindən "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasının ikinci kitabı kimi çap
edilərək folklorumuzun elmi əsaslarla nəşr olunmuş ilk antologiyası, Mirzə Abbas Abbasza-
dənin özü isə Azərbaycan folklorşünaslığı tarixində ilk toplu tərtibçisi qiymətini almışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə M.A.Abbaszadə ictimai xadim səviyyəsinə
yüksəlmişdir. O, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və Gəncə Türk Müəllimləri İttifa-
qının fəal üzvü kimi milli hökumətin tədbirlərində, xalqın bayram və matəm mərasimlərində
şəhər müəllimlərini təmsil etmək hüququ, onların adından söz demək səlahiyyəti qazanmışdı.
Azərbaycanda xalq maarifi milli əsasda yenidən qurulurdu. M.A.Abbaszadə elmi-peda-
qoji və ictimai fəaliyyətini genişləndirir, gənclərin tərbiyəsində xalq pedaqogikasından, milli
pedaqoji sərvətlərdən, ictimai-mədəni və tarixi örnəklərdən istifadə edir, məqalələr yazıb ayrı-
ayrı qəzetlərə göndərirdi. "Azərbaycan" qəzetinin 1920-ci il 15 mart tarixli sayında dərc etdir-
diyi "Novruz bayramı" Gəncədə 50 ildən bəri Novruz bayramı tarixçəsi" adlı məqalə-xatirəsi
öz aktuallığını bu gün də saxlamaqdadır.
1918-ci ildə Xalq Cümhuriyyəti elan olunduqdan sonar qız orta məktəbində işləməsi M.
A.Abbaszadənin ən böyük arzularından birinin reallığa çevrilməsi demək idi. O, dərs dediyi
qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını ictimai-mədəni
gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə çap etdirdiyi “Arvad ağısı”
kitabını 1918-ci ildə nəşrə vermişdir. Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad
Mirzəzadənin naşirliyi ilə Bakıda “Məktəb” jurnalının elektrik mətbəəsində çapdan çıxmışdır.
M.A.Abbaszadənin "Arvad ağrısı" antologiyası Azərbaycan folklorşünaslığı tarixində
elmi prinsiplərə əsaslanaraq hazırlanmış ilk folklor toplusudur. Topluda "Bayatılar", "Haxış-
talar", "Laylalar" və digər folklor nümunələri öz əksini tapmışdır.
Qırmızı ordu 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdikdən sonra may ayında milli
hökuməti bərpa etmək uğrunda Gəncədə üsyan baş verdi. Işğalçı ordu üsyançılara divan tutdu.
Böyük ziyalı və maarifçi M.A.Abbaszadə öz evində güllələnərək, bütün varı-yoxu dağıdılıb
aparıldı.
Böyük öndər Məmmədəmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində milli hö-
kuməti müdafiə etmək yolunda Azərbaycan qurbanlarının siyahısına Nəsib bəy Yusifbəyli,
Fətəlixan Xoyski, Xudadat bəy Rəfibəyli, Firudin bəy Köçərli, Islam bəy Qəbulzadə ilə birlikdə
pedaqoji sahədə qiymətli əməyi ilə ad qazanmış Mirzə Abbas Abbaszadənin də adını yazmışdır.
NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ MÜƏLLİF OBRAZI
Əlimuxtar MUXTAROV
AMEA Gəncə Bölməsi
alimuxtar@gmail.com
AZƏRBAYCAN
Nizami Gəncəvi hələ öz sağlığında təkcə yazdığı əsərlərlə deyil, eyni zamanda obraz ola-
raq canlandırılacağı əsərlər vasitəsilə də həmişəyaşşar bir sənətkar olduğunu bədii cəhətdən
ifadə etmişdir. N. Gəncəvi yazır: