Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə79/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   75   76   77   78   79   80   81   82   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

927



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

meta fictiona çevrilir. Postmodern şərhçilərə görə, sənaye cəmiyyəti bitmiş yeni bir informasi-

ya cəmiyyəti reallaşmışdır. Modernizmin ideallarının, ideologiyalarının iflas etdiyini önə sürən 

postmodern düşüncənin təməl dayağı "son"lardır. Hər şeyin yenidən başladığını düşünən post-

modernlər hər cür "son"a maraqlıdırlar; tarixin sonuna , insanlığın sonuna, elmin sonuna, hə-

yatın sonuna. Elmin əldə etdiklərinə, mövcud ideologiyalara şübhə ilə yanaşan postmoderniz-

min daxilində daima oxucunu müxtəlif mustəvilərdə  gəzişməyə vadar edən, təhrikedici bir 

intelektualizm gizlənir. Modernist daxili dünyanın, şüurun labirintlərində gəzərkən, postmo-

dernist "səthi " dünyalarda gəzir. Çoxsəslilik, parçalılıq, müxtəlifcinsli anlayışların bir müstə-

vidə yığımı, avanqard sənətlə kütləvi mədəniyyət arasındakı məsafənin bağlanılması, sənətlə 

həyatın birləşdirilməsi, mətnlər ararsı yolçuluq, dəyişik parçaların bir yerdə istifadə edilməsi, 

yazma müddətinə oxucunun daxil edilməsi, janr ayrı-seçkiliyinə son qoymaq, ideologiyadan 

imtina, mətnlərin xüsusi şifrələr və kodlarla qurulması və mətnin struktur-semantik çözülmə-

sində onların deşifrəsi, sistemli və nizamlı olandan imtina, hər şeyin naməlum və müəmmalı 

tərəflərinin qabardılması, dəqiqlikdən uzaqlaşma, paradokslar, təsadüflər və iç-içə keçmiş 

zaman paralleləri yaratmaq, parodiya, pastiş,  şizofreniya, istehza, pluralism postmodern 

təhkiyənin  əsas göstəriciləri hesab olunur. Postmodern təhkiyələrdə  səbəb-nəticə  əlaqəsi 

yoxdur, hər  şey boşluqda, ölçüsüz, ələ ovuca gəlməz, cismini itirmiş  şəkildə  təsvir olunur. 

Gerçək və  xəyalı bir-birindən fərləndirmək qeyri-mümkündür. Postmodernist ədəbiyyatın 

modeli olan metafiksasiyada bədiilik ilə gerçəkliyin sərhədləri tamamilə pozulur, nəyin 

gerçək, nəyin bədii olduğunu anlamaq üçün oxucunun intellektuallığı ön plana keçir. Təqdim 

olunan məruzədə  əsas diqqət postmodernizmin qeyri-adi mətnyaratma məntiqi ilə görkəmli 

Azərbaycanlı Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi arasında oxşarlıqları ortaya 

qoymaq, bədii və elmi düşüncə arasındakı paralelləri müşahidə edib üzə  çıxarmaqdır. Min 

illərlə qərarlaşmış elmi dünyagörüşün əksinə olaraq, Lütfi Zadə öz nəzəriyyəsini əvvəlcə bir 

fərziyyə olaraq irəli sürmüş, sonra isə sübut etmişdir ki, təbiət və  cəmiyyətdə baş verən 

mürəkkəb prosesləri, xüsusən də müxtəlif kataklizmləri Aristotelin binar məntiqinə əsaslanan 

klassik məntiq, riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil. Qeyri-səlis məntiqə görə, bu 

və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə – 1 (doğru) və 0 (yanlış) ilə 

deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu məntiq mütləq 

hesab olunan nə varsa hamısını rədd edir. (Tanrıdan başqa) – mütləq mənada ağ rəng yoxdur, 

mütləq mənada qara rəng yoxdur, mütləq mənada sıfır yoxdur.  Deməli, həqiqət də, yalan da, 

xoşbəxtlik də, bədbəxtlik də mütləq mənalarını itirir.  Mütləq mənada yalan yoxdur, mütləq 

mənada həqiqət yoxdur. Beləliklə, binar – ikili məntiq və çoxluqlar nəzəriyyəsinə əsaslanan 

riyaziyyat qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi sayəsində genişlənərək, yeni 

məzmun kəsb etdi. Lütfi-zadə ilə məntiqin öz klassik əcdadından imtina etməsi, ötən əsrin 60-

cı illərinə  təsadüf edir. Paralel surətdə incəsənətdə, o cümlədən  ədəbiyyatda baş verən 

hadisələrin mahiyyətinə  nəzər salsaq, görərik ki, həmin zaman kəsiyi də  ədəbiyyat üçün 

inkarlarla səciyyələnir.. XX əsrin ikinci yarısından başlayaraq humanitar düşüncənin bütün 

sahələrinə əhatə edən postmodernizm ədəbiyyatda daha qabarıq sezildi. J.Liotar, Jak Derrida, 

C.Bart, T.Pinçon, C.P.Danlivi, Mişel Fuko, D.Bartel, D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko, 

U.Gibson,C.Barns,  İ.Kalvino və b. postmodernizmin elmi-nəzəri,fəlsəfi-estetik, sosial-kulto-

roloji konsepsiyasının prinsip və meyarlarını müəyyənləşdirmişlər. Postmodernizmin hər mə-

qamda modernizmə inkar mövqeyini tədqiqləməyə çalışmasına rəğmən, postmodernizm 

modernizmin işərisində yetişmiş bir ədəbi cərəyandır. Thomas Mann, James Joyce, Wirginia 

Wolf, Samuel Beckett, Jack Kerouac, Allen Ginsberg, George Perec, Jorge Luis Borges və 

modernimdən postmodernizmə keçid prosesini öz əsərlərində göstərə bilmişlər.  Həm elmdə, 

həm də ədəbiyyatda baş verən, imtina və inkarlara dayanan, gerçəklik anlayışının mahiyyətini 

şübhələr süzgəcindən keçirməklə formalaşan yeni konsepsiyaların yaranmasını  şərtləndirən 

amillər ortaq məqamlar kimi çıxış edir. Bu məqamlar isə, XX əsrin öz mahiyyətini təşkil edir-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

928



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

di. XX əsr bəşər tarixinin və mədəniyyətinin yaddaşında I və II dünya müharibələrinin fonunda 

iqtisadi-siyasi, sosial-ictimai dəyişiklikləri və bütün bunları qavramağa çalışan, mənəvi böh-

ran yaşayan insanın gerçəkliyin dərkinin yeni formalarının axtarışı ilə qaldı.  İnsan özündən 

əvvəl mövcud olmuş  və müasiri olduğu fəlsəfi-estetik təfəkkür tiplərinin  əleyhinə  çıxmağa, 

ənənəvi-klassik modelləri inkar etməyə, qarışıq, bir-birindən fərqli dərk və əks etdirmə prin-

siplərinə əsaslanan avanqard xarakterli yeni konsepsiyalar irəli sürməyə başladı. Texnologiya-

nın vüsətli inkişafı, informasiya partlayışı, təbiət elmləri sahəsində baş verən yeni kəşflər XX 

əsrin insanını həyat hadisələrinə münasibətində yenilərə sürükləyirdi. Həm elm, həm incəsə-

nət təzahür formalarının fərqliliyinə  rəğmən, eyni məqamdan çıxış etməli olurdu. Dünyanın 

modeli dəyişirdi. Bu modeli öyrənərək təsvir edən elm öz stereotiplərindən imtina edə bilirdi-

sə, duyğu və hisslərin tərənnümü olan ədəbiyyat bu imtinaya çoxdan hazır idi. 



QEYD: Bu məruzə Azərbaycan Respublikası Prezidenti yanına Elmin İnkişafı Fondu-

nun maliyyə dəstəyi ilə hazırlanmışdır. Grant EIF/GAM-2-2013-2(8)-25/23/5 



 

 

ŞƏBÜSTƏRİ VƏ ŞEİR 

 

Samirə MƏMMƏDOVA 

Azərbaycan Dillər Universiteti 



hasanovas@yandex.ru 

AZƏRBAYCAN 



 

Orta əsr Azərbaycan filosofu Şeyx Mahmud Şəbüstəri iki  əsərini nəzmlə yazmışdır.Bu 

əsərlər- “Gülşəni-raz” və “Səadətnamə” həm təsəvvüfün nəzəri və praktiki məsələlərinin öy-

rənilməsi, həm də bu təlimə xas terminologiya,rəmzlər və işarələr sisteminin məzmun və ma-

hiyyətinin açıqlanmasında böyük əhəmiyyət daşıyır.Və bu iki mənzum əsər heç də bədii ob-

razlar və poetik ənənələr zənginliyi baxımından o qədər də maraq doğurmamışdır.Hər iki əsə-

rində müəllif nəzmə və şeirə maraq göstərmədiyini açıq şəkildə söyləmişdir: 

روز و ﻒﻠﮑﺗ ﺪﺻ ﻪﺑ ﻢﻳﻮﮔ ﺮﻌﺷ 

رﻮﻬﺸﻣ ناﺪﺑ ﻦﻳد ﻢﻠﻋ ﻢﻨﮐ ﺎﺗ (b.701) 

(Mən şeiri çarəsizlikdən və çətinliklə yazıram, amma bu şeri yazmaqla din elmini yay-

mağa çalışıram- S.M.) 

Islam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə 6 yerdə şeirə və şairlərə təmas edil-

diyi görülür.Bundan başqa 114 surədən birinin adı müstəqil olaraq “Şüəra” (Şairlər) surəsidir. 

Bu surəyə nəzər salsaq ,şairlərin tənqid edildiyinin şahidi olarıq. “Şairlərə gəlincə...Onlara yal-

nız azğınlar uyar...Məgər görmürsənmi ki,onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar.Və 

onlar etmədikləri şeyləri deyirlər!(ayə 224-226). 

Bu durumda Quran semantikasında şairin kim olduğuna,şair kimə deyildiyinə baxmaq 

lazım gəlir.Quranın nazil olmağa başladığı dönəmdə və o coğrafiyada şeirin din xarici və hətta 

dinə zidd mövqedə olduğu anlaşılır.(31,23) 

Hətta Füzuli kimi ustad şairi də Mahmud Erolun təbirincə desək, 

Şeirə həvəs etmə kim yalandır, 

Yaxşı desələr ana yamandır. 

Və 

Gər dersə Füzuli  gözəllərdə vəfa ki,var 



Aldanma ki,şair sözüdür əlbəttə yalandır-dedirdəcək qədər şeirdən bezdirmişlər. 

“Gülşəni-raz”  əsərinin müqəddiməsində  Şəbüstərinin eyni fikirləri ilə qarşılaşırıq.Belə 

ki,Şeyx Mahmud yazır: 

Hamı bilir, bu kəs büsbütün ömür, 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə