Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə78/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   74   75   76   77   78   79   80   81   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

925



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Qeyd edək ki, bu hal özünü demək olar ki, yalnız bədii əsərlərin dilində göstərir. Başqa 

stillərdə isə qeyri-qəti gələcəyin saitlə bitən sözlərdə yalnız “r” ilə düzəlməsi ya yoxdur, ya da 

son dərəcə məhduddur. 



Qeyd: Tezisdə verilən bütün nümunələr S.Əlizadənin  “Oğuznamə” kitabındandır. 

Bakı,  Şərq – Qərb nəşriyyatı-2006,216 səh. 

 

 



MƏKAN DEYKSİSLƏRİNİN  STRUKTUR-SEMANTİK      

     XÜSUSİYYƏTLƏRİ (AZƏRBAYCAN, RUS VƏ İNGİLİS 

  DİLİNİN MATERİALLARI  ƏSASINDA) 

 

Günay İNAYƏTOVA 

AMEA 


gunayinayetova@gmail.com 

AZƏRBAYCAN 



 

“Deyksis” termini antik yunan mənbələrində mövcud olmuş, lakin heç zaman qramma-

tikadan kənar öyrənilməmişdir. Qədim yunan qrammatikləri “deyksis” terminin  işarə əvəzlik-

ləri olduğunu qeyd edirdilər.   

 

 

 



 

 

 



 

 

XX əsrin II yarısından etibarən deyksislər Avropa dillərində yeni aktuallıq qazanıb dilin 



bütün səviyyələrində funksionallaşaraq universial kateqoriya xüsusiyyətinə malik olmuşdur. 

O zamandan etibarən bu dil hadisəsi haqqında bir çox müxtəlif fikirlər yaranmışdır. İlk dəfə 

“deyksis” termininə xüsusi önəm verən alman dilçisi K. Bruqman olmuşdur. Daha  sonralar 

isə  Ç.S.Pirs “indeks”, O. Espersen isə dil vahidlərini xarakterizə edən yeni bir anlayışı “şifter” 

anlayışını elmə gətirərək deyksislə eynilik təşkil etdiyini göstərmişdir.  

Deyksis (yunan sözü olub“işarə edən”) dildəki mövcud ifadələrin və digər işarələ-

rin danışıq aktı zamanı şəxsə, zamana və  məkana görə  işlənməsinə deyilir. Dilçilik elmində 

ənənə olaraq deyktik  elementlərə şəxs və işarə, zaman və məkan anlayışı  bildirən zərfləri aid 

etmişlər. Əslində bir çox dil vahidləri deyktik komponentlərə malikdir. Deyktik vahidlər dilin 

universal elementləridir. Çünki buvahidlər mövcud kontekstə yaxud da situasiyadakı hadisə 

və predmetlərə  işarə edir. Deyktik ifadələr həmin dildə danışan xalqın mədəniyyəti ilə  sıx 

bağlıdır. Dilin mədəniyyəti nə qədər mürəkkəbdirsə, həmin dildə deyktik kateqoriyalardan bir 

qədər az istifadə 

 

olunur. 



       

Bəzən semantik nəzəriyyələrdə deyktik ifadələrə, kontekstdən və situasiyadan  mənaca 

asılıolmayan digər “normal” dil vahidlərindən tamamilə təcrid olunmuş kimi baxılır. Bu fikirl

ə   razılaşmyan C. Layonz deyktik elementlərin müxtəlif parametrlərdən (zaman, məkan, şəxs, 

obyekt) asılı olduğunu bildirir. O,deyksisin yalnız nitq aktının koordinatlarına uyğun olaraq 

başa düşə bildiyini və deyktik sözlərin dil situasiyasını əks etdirdiyini qeyd edir. 

Deyktik ifadələrin semantik cəhətdən qruplaşdırılmasında müxtəlif  bölgülər olsa da 

daha çox 3 növündən geniş bəhs olunur: şəxs( personal), zaman (temporal) və məkan. 

Zaman anlayışı kimi mə kan anlayışı da fəlsəfi məna kəsb edir. Məkan varlığın  əsas 

kateqoriyalarından biri olub,maddi mühitlərin və obyektlərin qarşılıqlı  əlaqəsini və  təsirini, 

onların məsafəliliyini, strukturluğunu, birgə mövcudluğunu xarakterizə edir. 

 

Məkan anlamı, bütün dillərdə mövcuddur, lakin müxtəllif dillərdə kulturolaji sfera və 



sosiumun həyat şərtlərinə görə məkan əlaqələri eyyni formada əksini tapmır.  

Məkan, lokalizm  insan nitqinin ən vacib şərtidir. Dünyada mövcud olan elə bir dil ol-

masın ki, o dilin həm morfoloji, həm də struktur quruluşunda məkan anlamı olmasın. Dünyanı 

dərk edən insan məkan əlaqələrini və onların elementlərini müəyyən məsafədə yerləşməsini 

və əlaqəsini anlayraq qəbul edir. 

 

 



 

 

 



 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

926



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Məkan mühiti insanın təfəkkürünə və davranışına çox böyük təsir edir. Odur ki, məkan 

və insan əlaqələri bir çox elmlərin tədqiqat obyektinə çevrilib  

 

 



 

Məkan deyksisləri araşdırma apardığımızhər üç dilin xüsusiyyətlərinə olaraq işarə 

əvəzlikləri, yer zərfləri və məkan anlamlı ifadələrlə ifadə olunur 

 

 



 

 

1. Azərbaycan dilində: 

 

 



 

 

 



 

 

Yönlük halda olan isimlər;dağlara, Sibirə, həyətə və s. Sürücü maşınına əyləşib uzaq 



dağlara yol aldı. 

 

 



 

 

 



 

 

 



 

Yerlik halda olan isimlər:bağda, kənddə,  şəhərdə, həyətimizdə, kitabda, zalda və s. 

İstəmirəmhəyatımsakitcə bir otaqda gəlib 

keçsin 

lal 

kimi. 

    

Çıxışlıq halda olan isimlər: Bakıdan, dağdan, göldən və s.   Bəlkə,  Bakıdan professor 

çağıraq 

 

 

 

 

 

 

 

 

 

 

 

Yer zərfləri ilə ifadə olan sözlər:  yuxarıda, aşağıda , içəridə, sağda, irəlidə, uzaqda, 

kənarda, eşikdə,ortalıqda , aralıqda, ora-bura, o tərəf bu tərəf, dala- qabağa və s.  

Məkan mənalı ifadələrlə: Müharibə Bağdadın qulağının dibində gedirdi. Çamadanın 

içində məktublar çin-çin yığılmışdı. Bu ocaq  Novruz bayramında qalanan ocağa oxşayır işığı 

həyətin uzaq künc- bucağınadək yayılıb. 

 

 

 

 

2.Rus dilində -  вдали, домой,туда, туда, везде, направо,вверх и. т.д.  Вдали 

маячил парус. "В Говорят, они и там перевелись теперь от сюда пожалуйте""Что вы 

здесь стреляете: здесь живет помещик".  

3.İngilis dilində - above, across,around, away, back, behind, below, down, forward, 

infront, inside, outside, over,round, up, left, rightand etc.above, across, behind,and etc.Robert 

Crowther, the real estate broker from Bryan & Crowther, openedthe door with a flourish and 

announced, 'Here's the terrace. You can look down onCoit Tower from here.''Where is it?' 

Mitch whispered.'Behind a dorm on campus'The meeting is inevitable, Mitch. Let's not play 

games. When your littleseminar breaks for lunch, you'll find a cab, number 8667, outside to 

the left of the mainentrance ...' The priest smiled. '[...] My name is Manuel Aringarosa. I am a 

missionary  from Madrid. 'Oviedo. In the north of Spain' 

    


Yuxarıda  sadaladığımız  leksik - qrammatik səviyyədə zm’kan anlamlı bildirən dil 

elementləri  ya qrammatik cəhətdən təcrid edilmiş halda, ya da müəyyən formal qrammatik 

əlamət qəbul etdikdən sonra ünsiyyət sisteminə 

daxil 


olur. 

    


Beləliklə, linqvistik məkan və zaman  dil sisteminin bütün səviyyələrini əhatə edir. Deyk-

tik  mexanizm  universal vasitə  olaraq qrammatik və qrammatik olmayan zamanın və məka-

nin  göstəricilərini dilin semantik  strukturunda birləşdirərək əhatə edir. 

 

 



POSTMODERN BƏDİİ DÜŞÜNCƏNİN MODEL YARATMA MƏNTİQİ 

 

Maral YAQUBOVA 

AMEA Nizami adına Ədəbiyyat institutu 



yaqubova.maral@mail.ru 

AZƏRBAYCAN 



 

Dünya ədəbiyyatşünaslığında “fiction” termini ilə təyin edilən bədii əsərin ənənəvi klas-

sik və modern-avanqard variantlarının söykəndiyi ideya-estetik prinsipləri kafi hesab etməyən 

postmodernizm, dünyaya, gerçəkliyə alternativ bədii modelləri hazırlarkən, model qurmanın – 

qurmacanın bir addım üstünə çıxır, metafiksasiya -bədiiliyin fövqündə dayanan mətnlər yara-

dır. Özünə  qədər qurulmuş dünya modellərinin qurmacasını toxuyur. Mətnləri öz mətnində 

əridir. Hər hansı bir hadisənin izahı edilməsi üçün hadisəyə bağlı olaraq müəyyən bir məkan, 

zaman,  şəxs heyəti çərçivəsində yaradılan  ənənəvi  ədəbi mətnlər, postmodern ədəbiyyatda 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə