Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə74/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   70   71   72   73   74   75   76   77   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

917



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

tanı seçdik. Şeytanı da Allah yaradıb, lakin onun ruhu qara çirkabdan yoğrulmuşdur, bütün 

eybəcərliklərin və günahların qapısı ondadır. Deməli, dünyadakı bütün eybəcərliklərin və gü-

nahların baiskarı elə iblisin özüdür. Lakin bir şeyi unuduruq ki, bu iblisin qəlbimizə bu qədər 

nüfuz etməsinə bais olan yeganə cəhət elə öz zəifliyimizdir: 

İblis nədir?- 

Cümlə xəyanətlərə bais. 

Ya hər kəsə xain olan insan nədir?- 

İblis!.. 

(H. Cavid – “İblis”) 

 

 

AZƏRBAYCAN “YENİ NƏSRİ”NİN FORMALAŞMASI 



 

Nizami HÜSEYNOV 

nizaaa@mail.ru 

AZƏRBAYCAN 

 

60-90-cı illərdə  bədii nəsr  əsrin birinci yarısına nəzərən daha sürətlə inkişaf etmişdir. 



Həmin tərəqqini və inkişafı  şərtləndirən bir neçə mühüm amil vardır. Belə ki, bu illərdə 

müasir Azərbaycan nəsrinin artıq dünya miqyasında tanınmış, bədii söz xəzinəmizə bir sıra 

gözəl monumental, epik əsərlər, roman-epopeyalar, dilogiyalar, tetralogiyalar vermiş, ağsaqqal 

ədiblərimiz, ədəbiyyatımızın patriarxları, “uzaq vuran artilleriyaları” (S.Vurğun) olmuşlarsa, 

başqa bir nəsil isə - o dövrdə ədəbiyyata gələn odlu-alovlu gənclər, romantik təbiətli qələm sa-

hibləri öz sözü, öz üslubu, dəst-xətti yazı manerası artıq püxtələşməkdə olan söz və  sənət 

təşnələri coşqun fəaliyyət göstərmişlər. Ona görə də sözü gedən dövrdə bədii nəsrimiz onların 

ədəbi axtarışları nəticəsində xeyli zənginləşmiş, demək olar ki, epik növün istisnasız olaraq, 

bütün janrları dinamik inkişaf yolu keçmişdir. 

Azərbaycan  ədəbiyyatında, o cümlədən  nəsrində  bədii gerçəkliyin yeniləşməsi və bir 

mərhələ xüsusiyyəti kəsb edib vicdana, milli oyanışa, şüura və milli mentalitetə xidmət etməsi 

missiyası da keçən  əsrin 60-cı illərində yeni nəfəs almış, növbəti dəfə  təcəssüm tapmışdır. 

Əsrin  əvvəllərində  Cəlil Məmmədquluzadə,  Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir 

Çəmənzəminli kimi sənətkarların formalaşdırdığı  bədii  ədəbiyyatı 60-cı illərdə  ədəbiyyata 

gələn nasirlər nəsli – Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, Maqsud İbrahimbəyov, 

Rüstəm İbrahimbəyov, İsi Məlikzadə, Sabir Azəri və başqaları daha da əlvanlaşdırdılar. Mirzə 

Cəlilin “Vətən! Vətən! Vətən! Millət! Millət! Millət! Dil! Dil! Dil!”məramını yeni şəraitdə 

daha ucadan səsləndirən bu yazıçılar sovet rejiminin ideoloji prinsiplərini pozaraq insana 

məhəbbətin, haqqa, həqiqətə  sədaqətin yeni nümunələrini yaratdılar. 

Sonrakı  mərhələdə bu nəslin işığı altında  ədəbiyyata başqa nasirlər – nisbətən gənc 

yazıçılar gəldilər: Mövlud Süleymanlı, Məmməd Oruc, Azər Abdulla, Vaqif Nəsib, Baba 

Vəziroğlu, Afaq Məsud, daha sonralar Firuz Mustafa, Aqil Abbas, Mustafa Çəmənli, Saday 

Budaqlı, nəhayət, Orxan Fikrətoğlu, Səfər Alışarlı, Elçin Hüseynbəyli, Mənzər Niyarlı, Rəşad 

Məcid, Yaşar, Eyvaz Əlləzoğlu və neçə-neçə başqaları. Bu yazıçıların çoxu, xüsusilə bu gün 

nəsrimizin ağsaqqalları  səviyyəsinə yüksəlmiş Anar, Əkrəm  Əylisli, Maqsud İbrahimbəyov, 

Elçin, Rüstəm  İbrahimbəyov kimi nasirlər  ədəbiyyata sovet dövründə  gəlmiş,  əsərlərinin  

çoxunu cəmiyyətdə yasaqların, ideoloji qadağaların mövcud olduğu dövrdə yazmışdılar. Buna 

baxmayaraq, onların yaradıcılığı ənənəvi “sovet ədəbiyyatı” deyildi. Tənqidçi Yaşar Qarayev 

bu məsələni doğru qeyd edir: “”Mövcud total rejimi “dünyada ən azad rejim” kimi vəsf və 

tərənnüm edən külli miqdarda “bədii” məhsul meydana çıxsa da, ədəbi iqlimi və mövsümü 

müəyyən edən artıq onlar deyildi, ideoloji bir ərazi kimi “sosialist realizmi”nin bədii təcrübə-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

918



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sindən və nəzəri-estetik təlimindən çox-çox kənara çıxan əsərlər yaranırdı. Onlara artıq sözün 

ənənəvi mənasında xalis “Sovet ədəbiyyatı” və “sosialist realizmi” hadisəsi demək heç 

olmasa, yalnız ona görə mümkün deyildi ki, artıq bu yaradıcılıq metodunun iki mütləq meto-

doloji prinsipi təkzib və inkar olunurdu: gerçəkliyin mütləq pozitiv pafosu və total sinfilik, 

partiyalılıq stereotipi”.  

İnsana və həyata yeni baxış, şəxsiyyətə, onun psixoloji dünyasına daha həssas münasi-

bət, humanist idealın güclənməsi, həyat ziddiyyətlərinin, ictimai problemlərin təsvirdə daha 

çox mənəvi-əxlaqi aləmə keçməsi, insan - mühit, cəmiyyət - fərd arasındakı əlaqələri çox za-

man daxili-psixoloji müstəvidə göstərmək bu nəsrin görünən keyfiyyətləridi. Bu proses təkcə 

yeni  nəsrin banilərinin deyil, onlardan sonra gələn nəslin də povest və hekayələrində aydın 

duyulur. Lakin XX əsrin sonlarında rejimin və nəticədə cəmiyyətin dəyişməsi ədəbiyyatın da 

inkişafına yeni istiqamət verdi: mövcud təcrübəyə yeni inikas üsulları, “köhnə” nəsrdən fərqli 

bədii təsvir formalarının gətirilməsi tələb olundu. Bu tələblərə ilk sənətkar cavabı verənlər, 

bunu öz bədii yaradıcılıqlarında əks etdirənlər də elə yeni nəsrin baniləri və onların davam-

çıları oldular. Anarın “Otel otağı”, “Vahimə”, “Qırmızı limuzin”, Elçinin “Qırmızı qərənfil”, 

“Sarı  gəlin”,  Əkrəm  Əylislinin “Ətirşah masam”, Məmməd Orucun “Susuz gölün sonası”, 

“Ağ qarğa”, habelə Mövlud Süleymanlı, Baba Vəziroğlu, Mənzər Niyarlı, Afaq Məsud kimi 

XX əsrin 60-cı illərindən sonrakı Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazı-

çıların əsərləri yarandı. 



 

 

70-80-Cİ İLLƏR AZƏRBAYCAN HEKAYƏSİNƏ TƏNQİDİ BAXIŞLAR 

 

Nizami HÜSEYNOV 

nizaaa@mail.ru 

AZƏRBAYCAN 

 

Yеni mərhələdə  Аzərbаycаn nəsrini  əsasən üç jаnr təmsil  еdir. Hеkаyə, pоvеst və 



rоmаn. Povest və romandan fərqli оlаrаq hеkаyə nəsrin хırdа jаnrı hеsаb еdilir və оnа münа-

sibətdəki ziddiyyətlər də öz mənbəyini burdаn götürür. Bəzən bu xırda janr qeyri-peşəkar 

ədəbiyyat hesab olunur, bir çox müəlliflərin də yaradıcılığa hekayə ilə başlayıb, sonrakı mər-

hələdə povest və roman yaradıcılığına keçməsi də bu fikrin meydana çıxmasına səbəb olur. 

Bu fikir bir-iki müəlliflə yox, demək olar ki, bütün nəsr  ədəbiyyatı nümayəndələrinin 

yaradıcılığı ilə öz təsdiqini tapır. Hekayə janrı, əslində, heç də “rahat” yaradıcılıq istiqaməti 

deyil, əksinə, povest və romanlardan fərqli olaraq, yığcam nümunədə, daha az obrazın iştirakı 

ilə  və çox qısa müddəti  əhatə edən hadisələr fonunda oxucuya yüksək səviyyədə çatdırmaq 

müəllifdən yüksək ustalıq tələb edir. 

70-ci illərdə  Аzərbаycаn hеkаyəsinin inkişаf mеyllərindən dаnışаrkən  Еlçin “pоvеstin 

аnаlitik təbiətindən, rоmаnın sintеtik mаhiyyətindən çох “dаnışıldığını”, hеkаyənin həyаtı əks 

еtdirən bir “dаmcı kimi” qiymətləndirilməsini еlmi mеtоdоlоgiyа bахımındаn nаqis sаyır və 

qеyd еdir ki, pоvеst kimi “rоmаndа və hеkаyədə də аnаlitik əsаs vаcibdir. Sintеtik mаhiyyət 

еyni dərəcədə pоvеst və hеkаyəyə də aiddir. Hеkаyənin dаmlа ilə müqаyisə еdilməsi fikri öz 

bаşlаnğıcını  məşhur qırğız yаzıçısı Ç.Аytmаtоvdаn götürür. Lаkin Ç.Аytmаtоv bu 

müqаyisəni  аpаrаrkən jаnrın imkаnlаrının məhdudluğunu yох, həyаt mürəkkəbliklərini 

rəngаrəng bədii bоyаlаrlа ifаdə imkаnlаrındаkı özünəməхsusluğunu nəzərdə tutmuşdur. Оnun 

bu jаnrı “dövrün mоzаikаsı”  аdlаndırmаsı  dа fikrimizi sübut еdir. Hеkаyəni dаmlа ilə 

müqаyisə еtmək оlаr. Lаkin bu dаmlаlаrsız оkеаn оlа bilməz. Mənim fikrimcə, hеkаyə dövrün 

mоzаikаsıdır. Mоzаikа isə, məlum оlduğu kimi, хırdа və zəif hissəciklərdən ibаrət оlur.  

“Ən yeni Azərbaycan  ədəbiyyatı  məsələləri” adlı kitabında  ədəbiyyatşünas Təyyar 

Salamoğlu müasir Azərbaycan nəsrinin istiqamətlərini qeyd etmiş, hekayəçiliyin təşəkkül və 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə