III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
913
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bu bölgüyə nəzərən “İdeal”ın müəllifinə də üç mərhələdə baxmaq olar - yazıçı, yazıçı-
peyğəmbər, peyğəmbər. “İdeal” öz müəllifinin düşüncəsində koordinat oxlarının kəsişdiyi
sıfır nöqtəsidir. Hər şey ordan keçir. İsa Muğannanın bu romandan sonra yazdıqları artıq
ədəbiyyat hadisəsi deyil.
Bu roman sadəcə bir nəfərin yox, ümumən Azərbaycan xalqının, bir az da geniş desək,
dünya insanının bir neçə minillik düşüncəsinin roman şəklinə düşmüş məcmusudur. İnsan
niyə ölür, necə edək ki, ölməyək, əbədi mövcud olaq? Bu suala dinin öz, elmin öz cavabı var.
İdeal romanı insanlığı dünya yaranandan narahat edən bu ən böyük suala ədəbiyyatın
cavabıdır. Və təkcə elə problemin özü “İdeal”ı dünya ədəbiyyatının ən möhtəşəm romanların-
dan biri adlandırmağa əsas verir.
DƏDƏ ÖMƏR RÖVŞƏNİNİN DİLİNDƏN “NEY”
Xanım ƏSƏDOVA (ABDULLAYEVA)
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
xanim_z@hotmail.com
AZƏRBAYCAN
XV əsrin görkəmli mütəsəvvifi və şairi Dədə Ömər Rövşəni Türkiyənin Aydın elinin
Gözəlhisar bölgəsində doğulmuş, gənclik illərində isə Azərbaycana gələrək Xəlvətiyyə
təriqətinin “piri-sani”si olan Seyyid Yəhya Bakuvi Şirvaninin tələbəsi olmuşdur. Dədə Ömər
yaradıcılığının ideya-bədii qaynaqları sufizim üzərinə qurulmuşdur. Bunun başlıca səbəbi
ədibin Xəlvətiyyə təriqətinin Rövşəniyyə qolunun qurucusu, sufi alim, zahid bilgə olmasıdır.
Rövşəni divan şairidir. Sənətkarlıq baxımından XV əsr Şərq ədəbiyyatının dəyərli nümunələri
olan əsərləri klassik janrın qəzəl, qəsidə, müxəmməs, müstəzad, tuyuğ, tərkibbənd, təcribənd,
müləmmə və s. kimi örnəkləri ilə zəngindir. Mütəsəvvif şair olduğundan əsərlərində İlahi eşqi,
insansevərliyi, yaradılışdakı möhtəşəmliyi, kamilliyi, ədaləti, gözəlliyi, vətənə-torpağa bağlı
olmağı, əsil sufinin kimliyini tərənnüm etmişdir. Nəsihətçilik, təmsil, lətifə, hekayə əxlaqi-di-
daktik məzmunlu məsnəvilərin başlıca janrlarıdır ki, məsnəvi bütün bunları özündə ehtiva edir.
Dədə Ömər Rövşəninin əlyazma əsərləri haqqında məlumatı Şərqin təzkirəçi alimlərin-
dən və əlyazma kataloqlarından, Avropa şərqşünas alimlərinin tədqiqatlarından, eyni zamanda
Qərbin və Şərqin müxtəlif muzeylərində, arxivlərində saxlanılan əlyazma nüsxələrindən alırıq.
Azərbaycanda Dədə Ömər haqqında dolğun məlumatı 70-ci illərin sonlarından başlaya-
raq araşdırmalar aparan, şeyxin həyat və yaradıcılığına dərindən bələd olan, əlyazma nüsxələ-
rinə istinad edərək dissertasiya işi, məqalələr, kitablar ərsəyə gətirərək tədqiqatçılara və oxu-
culara bəxş edən görkəmli alim, professor Azadə Musabəylidir.
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitunda mühafizə olunan B-
778/2938 şifrəli Rövşəni “Divan” əlyazması haqqında qısa məlumat 1963-cü ildə nəşr olunmuş
“Əlyazmaları kataloqu”nun birinci cildində verilmişdi. İkinci əlyazma nüsxəsi isə B-3972/23506
şifrəli Rövşəni “Divan”ıdır. Həmçinin Əlyazmalar İnstitutunda saxlanılan fərqli- fərqli əlyaz-
ma nüsxələrində və cünglərdə ədibin şeirlərindən seçmələr vardır.
Rövşəni “Miskinlik kitabı”ndakı iki hekayəni (“Çaqqalın boyaqçı küpünə düşməsi”,
“Yoxsul kişinin hekayəsi”), “Çobannamə” və “Neynamə” məsnəvisini Mövlana Cəlaləddin
Ruminin “Məsnəvi”sindən yaradıcı tərcümə etmiş, öz müstəqil düşüncəsini qatmışdır. Şeyxin
həyat yolundan və əsərlərindən anlaşılır ki, ədibin Mövlanaya dərin məhəbbət duymuş, yara-
dıcılığını dərindən öyrənmişdir.
Dədə Ömərin Rumidən tərcümə etdiyi ikinci məsənəvisi “Neynamə”dir. Adından da bəlli
olduğu kimi “ney” təsəvvüfün başlıca musiqi alətlərindəndir. Əsərlərində yer-yer يﺎ ﻧ(ney),
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
914
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ﻞهد (dühl),
ﺞﻨ ﺳ (sinc),
نﻮﻧﺎ ﻗ (qanun),
ﻞ ﺒﻃ (təbl),
ادو (ud),
ثﻮ آ (kus) və s. musiqi alətlərindən
söhbət açılır.
Cəlaləddin Ruminin “Məsnəvi”sində sufi dini ayinlərinin əsas motivi olan “ney”i öz
mənəvi aləmində yetişdirmiş, ruh dünyası ilə dilə gətirmişdir. Rövşəni isə neyin dili ilə : “Mən
neyəm ki, bənim üçün Mövləvi
Söyləyib bir xoş kitabi-məsnəvi” - deyərək Mövlananın “Məsnəv”ini ona ithaf etdiyini
vurğulamışdır.
AMEA Əlyazmalar İnstitutu xəzinəsində B-778/2938 şifri altında mühafizə olunan
Dədə Ömər Rövşəni “Divan”ının Neynamə bölümü: “Bu neyin sifətləri, əhvalı və sirlərinin
növləri və kamil insana bənzədilməsi haqqında risalə və bəzi hekayələrdir” şərhiylə açıqlama
verir və 27 bölmədən ibarətdir. Məsnəvi “neyin hekayətləri” ilə başlayır.
Ney, onu neyistandan ayırıb bu aləmə gətirmələrindən, inlətmələrindən, şəklini dəyiş-
mələrindən, ayrılıqlardan şikayət edir, “Neyin yanında dəmbədəm dəf, tər gərək” -deyir. Lakin
sonrakı misralarda neyin inləməsindəki, yanmasındakı sirrlər yavaş-yavaş açılır:
Der ki, mən bir aşiqəm, yəni neyəm,
Guşü huşəm, cümlə didü didəyəm.
Sanmaguz siz bəni kim, ku-ku derəm,
Bəlkə yahu deməzəm, Hu-Hu derəm.
Ney özünü aşiqə bənzədir və Hu-Hu deyərək Yaradana olan eşqini zikr edir. Ney, Anı
(“O” işarə əvəzliyi – X.Ə) biləndən, tanıyandan sorun, çünki Anı bilən hər nəfəsdə Anı
gözlər, Ansız gəzməz, Anıda onu görər:
Bir dəm Ansız olma, ey can, Anı gör,
Canü dildən aç gözün Cananı gör.
Rövşəni fəryadü hayi-huy ilə,
Ney dəmində Anı tapdı buy ilə.
Rövşəni sonrakı bölümlərdə qoxunun sirri, kamil insanın neyə bənzəməsi və naləsində
gizlənən sirrlər haqqında danışır. Yar əlində olan yarələrin yarə xoş gəlməsi, Davud nəbinin
dərd ilə inləməsinə cümlənin dəmsaz olması, bunların nəbi üçün labüdlüyü şairin təfəkkürü və
neyin inləməsi ilə bütünləşmişdir. Neyin eşq ilə bəslənməsi, məqsədinin Həqqə dərvişlik et-
məsi, Eşqi bilənin vəli olması kimi məqamlar əslində insan və Yaradan arasındakı münasibətə
işarə vurur.
“Neynamə” məsnəvisi sonluq və münacatla yekunlaşır. Sonluqda Rövşəni: “Ya İalhi,
istəmən Misrü Dəməşq, Rövşəniyə ver yenə bir zərrə eşq” -deyərək dünya adına bir istəyinin
olmamasını, sadəcə İlahi eşqə talib olduğunu bəyan edir.
Dədə Ömər Rövşənin bütün əsərlərinin ana qaynağında Yaradana, Peyğəmbərlərə,
insana, canlıya olan ilahi məhəbbət dayanır ki, şeyx qəzəl, qəsidə, müxəmməs janrında
yazdığı şeirlərini zəmanəsinin hökmdarlarına yox, Aləmlərin Sahibinə ithaf etmişdir. Şairin
həyatı hər zaman tədqiqata açıq olan incə məqamlarla zəngindir ki, bu da araşdırmacıların
üzərinə düşən müqəddəs bir vəzifədir.