III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
907
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
olduğu yazılan sözlərə armreslinq, brass, endşpil(şahm.), espander, estafet, marafon, rapira,
rinq, slalom, şvertbot və s.; bu sahəyə aid, amma yeni formada yazılan sözlərə
cüdo (dzü-do–
2004) və s.; idman sahəsinə aid olub orfoqrafiya lüğətinə daxil edilən yeni sözlərə isə
derbi,
fotofiniş, qolf, qolkiper(qapıçı), luza, mundial və s. sözləri nümunə göstərmək olar.
Eyni zamanda, dəqiqləşdirilmə aparılaraq qarşısına ədəbiyyata aid olduğu yazılan
sözlərə: akmeizm, bılina, daktil və s.; yenə də bu sahəyə aid, amma yeni formada yazılan
sözlərə metafor (metafora-2004) və s.; orfoqrafiya lüğətinə daxil edilən yeni sözlərə eos, mo-
norim və s. sözləri misal çəkmək olar.
Son illərdə sürətlə inkişaf edən sahələrdən biri də informatika sahəsidir ki, orfoqrafiyada
bu sahəyə aid: akronim, assembler, başqovluq, brauzer, coystik, çoxtapşırıqlılıq, çözümlülük,
direktori, disksürən, kompilyator, qısayol, maus, paste, port, rəqəmsal, skayp və s. yeni
terminlərin düzgün yazılışı göstərilmişdir.
Yeni terminlərin sırasında geniş istifadəçi auditoriyasına sahib feyz(s)buk, tvitter və s.
kimi sosial şəbəkələrin adlarının düzgün yazılışının verilməməsi isə təəssüf doğuran məsələ-
lərdəndir.
Orfoqrafiya lüğətində sayt sözü qeyd olunsa da, veb səhifə və veb sayt sözləri isə
lüğətdə yer almamışdır.
Portal sözü həm orfoqrafiya lüğətində, həm də Azərbaycan dilinin izahlı lüğətində (II
cild) memarlığa aid söz kimi “böyük binanın memarlıq cəhətdən işlənmiş və ya ümumi fonda
ayrılmış baş girəcəyi” mənasında verilmişdir. İnformatikaya aid sözlər (internet portalı)
sırasında isə bu sözə də yer verilməmişdir.
Kompyuter sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində(2013)
kompüter kimi yazılsa
da, Azərbaycan dilinin izahlı lüğətində (II cild) kompyuter olaraq qalmaqdadır.
Tezisdə həm 2004 və 2013-cü il nəşrli Azərbaycan dilinin orfoqrafiya lüğətləri arasında,
həm də orfoqrafiya lüğətləri və 2006-cı ildə nəşr olunan Azərbaycan dilinin izahlı lüğətləri(IV
cilddə) arasında müqayisələr aparılmış, fərqliliklər və bənzərliklər nəzərə çatdırılmışdır.
Əminik ki, orfoqrafiya lüğətlərini orfoqrafiya qaydalarına görə yenidən işlədikdə, izahlı
lüğətlərdə də eyni zamanda düzəlişlərin aparılması lüğət istifadəçilərinin işini daha da
asanlaşdıracaq.
MƏMMƏD İSMAYILIN ŞEİRLƏRİNDƏ ÖLÜMÜN VARLIĞI
Heyran AMANOVA
Azərbaycan Dillər Universitetində müəllim
miss_pozitive86@mail.ru
AZƏRBAYCAN
Həyatda hər bir insanın başına gələn son şey ölümdür. Ömür yollarında addımladığımız
hər günümüz bizi ölümə bir az daha yaxınlaşdırır. Kimi üçün ölüm həyatın sonu, kimisi üçün
isə yeni bir həyatın başlanğıcıdır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Doğulmaq ölmək üçün-
dür.”
Ölüm mövzusu ədəbiyyatda tez-tez istifadə olunan bəşəri mövzulardan biridir. İstər
dünya, istərsə də Azərbaycan ədəbiyyatında bu mövzuya müraciət edən sənətkarlar kifayət
qədərdir. Poeziyada yazdığı şeirləri ilə ölümü ölümsüzləşdirən şairlərdən biri də Məmməd
İsmayıldır. Məmməd İsmayıl üçün ölüm bir sınaqdır.
Getdiyin həyat yolu deyil, ölüm yoludu
Axtarıb tapacağın - ölümdü.
Bu dünya itkilərdi, ha küsək, ha hayıfsınaq.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
908
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Yaşamaq sınaqdı,
ölüm ondan da
Sınaq!
Şairin fikrincə, insan özünü, ətraf mühiti dərk etməyə başlayırsa, onda həyatda ən böyük
sınağın ölüm olduğunu da bilməlidir. Bu sınaq qarşısında hərə bir cür imtahana çəkilir. Çox
maraqlıdır ki, biz insanlar dünyaya göz açan hər bir canlının var olumuna sevinirik, lakin ölüm
vədəsi yetişəndə bu həqiqətlə barışa bilmirik. Çox zaman da, bizimçün dəyərli insanların
“vaxtsız” dediyimiz ölümü ilə üzləşəndə həyatdan küsürük, özümüzə qapanırıq, hətta Allaha
etiraz səsimizi belə ucaldırıq. Həyat imtahanında verilən hər bir sualın açıqlamasına “o dün-
yada” Tanrı qarşısında cavab verməli olacağıq. Şairin də demək istədiyi ən böyük sınaq da
məhz budur.
Bir ömür iki yol keçər sınaqdan
Bilməyib gələnlər bilərək gedər.
Bir zaman həyata tək gələn insan
Qayıdıb ölümə yenə tək gedər...
Ümumiyyətlə, M.İsmayıl poeziyasında ölüm mövzusu aparıcı bir rol oynayır. Xüsusən,
yaradıcılığının son dövründə bu mövzuya tez-tez müraciət etməsi görünür şairin ölüm həqiqə-
tini tam dərk etməsilə bağlıdır. Ölüm adı gələndə istər-istəməz insanı bir bədbinlik, təlaş bürü-
yür. Başqa şairlərdən fərqli olaraq, M.İsmayıl şeirlərilə tanış olduqda buradakı ölüm bizlərə
qorxulu, vahiməli deyil, əksinə, yaşadığımız hər şey kimi qəbul edəcəyimiz bir reallıq kimi
görsənir. Hansı ki bu reallıqla hər an qarşılaşa bilərik.
Ayları, illəri içinə yığıb,
Bir az da çoxalar xatirəm hər gün.
Sıyrılıb, axşamdan sabaha çıxıb
Ölümlə görüşə gedərəm hər gün...
Bildiyimiz kimi, insan üçün ölüm bu həyatda başına gələcək ilk və son hadisədir. Şairin
burada hər gün ölümlə görüşə getməsi ölümü bir növ adiləşdirir, təbii bir hal kimi yansıdır.
Hətta, bu bir növ ailəsindən gizlin evdən sıyrılıb çıxan aşiqin öz məşuqəsilə görüşməsi
təəssuratını oyadır. M.İsmayılın ölümlə bağlı düşüncələri həyat həqiqətlərini əks etdirdiyi
üçün pessimist əhval-ruhiyyə oyatmır. Bizlər üçün ölümün vaxtı, vədəsi müəmmalı olsa da,
ölüm öz zamanını çox gözəl bilir, vədə dolanda o bizimlə mütləq görüşə gələcəkdir.
Dərinə getməkdi,
Dünyanın gedilməyən yerinə
getməkdi, ölüm...
Astarı üzə çevirməkdi.
Çıxdığın yerə girməkdi,
Yuxu görməkdi ölüm, yoxu görməkdi...
Diqqət yetirsək görərik ki, şair ölümü düşündükcə haqlı sayacağımız fikirlərlə əsaslan-
dırır. İnsan oğlu elə bir varlıqdır ki, o bu kainatın gedə biləcəyi hər bir nöqtəsinə ayaq basıb
oradan yeni informasiya ilə geri dönməyə çalışır. Ölümü bir anlıq məkan kimi düşünsək, şairin
də qeyd etdiyi kimi, onun dünyanın gedilməyən yeri olduğunu görərik. Baxmayaraq ki, hər
birimizin son məkanı ölümdür, lakin bu yola ayaq basanlar bir daha geri qayıtmır. Məhz bu
geri dönüşün olmaması ölümün sirrli və bir o qədər də müəmmalı olmasına gətirib çıxardır.
Şairin “Ölüm, hədələmə məni ölümlə, Ölərəm sənin də sirrin açılar!” - deməsi göstərir ki, ölüm
haqqında az məlumat sahibi olmağımız ölümə gizli bir don geyindirir. Yalnız ölərək ölümün
sirrini faş edə bilərik, bir halda ki, insan yenidən dirilə bilmirsə deməli, ölüm hər zaman bəşər
övladı üçün sirrli bir aləm olacaqdır.
M.İsmayıl Allaha bağlı bir bəndə olduğunu bir çox şeirlərində dönə-dönə dilə gətir-
mişdi. Ölümlə bağlı şeirlərində də bunu görürük: