III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
901
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
RADİO VƏ ANA DİLİ
Şəlalə QULİYEVA
BDU
selale_meh@mail.ru
AZƏRBAYCAN
Bu gün qloballaşan cəmiyyətdə ən böyük problemlərdən biri də dilin yad təsirlərə məruz
qalması, lüğət tərkibinə daxil olan beynəlxalq terminlərin artmasıdır. Dilin assimilyasiyaya
uğramasının bir sıra mövcud səbəbləri var. Müasir dövrdə kütləvi informasiya vasitələri bu
sahədə neqativ halların yaranmasına şərait yaradır. Kommunikativ informasiya mənbələrinin
artması, insanların informasiya əldə etmək üçün virtual aləmlə ünsiyyəti də dilin köklü prob-
lemlərinə yol açır.
Vaxtilə radio yarananda, bəşəriyyətin bu nadir tapıntısı hər bir ölkənin milli maraqları-
nın xidmətinə uyğun dilin təbliğatı məqsədi daşıyırdı. Müasir dünyada radio şəbəkələrinin ço-
xalması, internet radiolarının inkişafı və özəl radio sisteminin sərbəst yaradıcılıq mühiti dil
mədəniyyətinə ciddi xələl gətirir. Radioda gedən verilişlərin təhlili zamanı dilçi alimlər həqi-
qətən də bu sahədə yaranan problemlərdə audiopublisistikanın mənfi situasiyalarından dəfə-
lərlə söhbət açırlar.
Çünki radionu bir anın içində milyonlar dinləyir. Bir neçə dəfə təkrarlanan yad söz asanca
qulaqlara həkk olunur və qısa zamandan sonra da elin işlək terminlərindən birinə çevrilir. Ca-
vanlar, dili yaxşı bilməyən gənclər mikrofon önündə sərbəstlikdən istifadə edərək auditoriya
ilə ünsiyyətdə istədikləri ifadəni tez-tez işlədərək, özləri də bilmədən dilə mənfi hallar gətirir.
Ölkənin radio mühitini nəzərdən keçirəndə görürük ki, yeganə olaraq milli radioda Azər-
baycan dilinin elmi səviyyədə təbliği siyasəti həyata keçirilir. Radiojurnalistikanın özəlliyi
odur ki, hər bir verilişin özünəməxsus yaradıcılıq xüsusiyyəti hiss edilsin. Xəbərlərin dili rəs-
mi hesab olunursa, 50 yaşlı “Bulaq” proqramının dili folklor dilidir və əsrlərlə yaddaşlarda
yaşayan qədim danışıq tərzinin bariz nümunəsidir. Yaxud bədii-əyləncəli proqramlarla ictimai-
siyasi verilişlərin dili arasınsda kəskin fərq hiss olunur. Halbuki bütün verilişlər Azərbaycan
dilində aparılır. Radio dilinin elmi-kütləvi proqramlar səviyyəsində təqdim olunmasında
yaradıcı kollektivin, xüsusilə radio jurnalistlərinin anlaşıqlı, gözəl dil mədəniyyəti olmalıdır.
Hazırki dövrdə mətbuat üzərində senzura olmasa da, radioda əvvəkli ənənəni qorumaq məqsə-
di ilə 2009-cu ildən yaradılmış xüsusi komissiya hazırlanmış verilişlərə öncə qulaq asaraq,
verilişin efirə yararlığı barədə rəy verir. Əsas məqsəd verilişlərdə, proqramlarda dil mədəniy-
yətinin qorunmasına nəzarətdir. Ancaq özəl radiolarda bu məsələyə laqeyd yanışıldığından
dilimizin gələcək taleyi sual altına düşür.
Tək bircə radio ilə iş bitmir. Bu məsələyə hamı bir nəfər kimi həssas yanaşmalıdır.
Ailədə, məktəbdə, ali təhsil müəssisələrində, əmək kollektivlərində, bir sözlə bütün ictimai
yerlərdə danışıq mədəniyyəti hiss olunmalıdır. Milli dilə hörmət nümayiş etdirilməlidr. Məsə-
lən, özəl orta məktəblərindən birində valideyn ədəbiyyat müəlliminə uşağını danladığı üçün
iradını bildirir. Övladının rus dilində təhsil aldığını və ali məktəbə də rus dilində sənəd
verəcəyini əsas gətirərək, müəllimin dərs metoduna qarşı çıxır. “Ana dilindən, yəni Azərbay-
can dilində qiyməti yaxşı olmaya bilər”-deyə öz etirazını söyləyir. Belə olan halda Azərbay-
can dili müəllimi də haqlı olaraq məktəbin müdiriyyəti və valideynlər qarşısında vəsadət
qaldırır ki, birinci növbədə hər bir azərbaycanlı uşağı öz ana dilini mükəmməl bilməlidir və
sonra özgə dildə oxumalıdır. Bu olduqca vacib məsələdir. Müəllim iradı düzdür. Əgər uşaq
milliyətcə azərbaycanlıdırsa, Azərbaycanda doğulubsa, bu vətəndə yaşayırsa öz ana dilini
niyə mükəmməl bilməməlidir.?
Azərbaycan dövlətinin siyasətində də ana dili prioritet məsələlərdən biridir. Ölkə rəhbə-
rinin dilə aid xeyli sayda fərman və sərəncamları var. Qloballaşan cəmiyyətdə Azərbaycan di-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
902
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
linin yad ünsürlərdən qorunması ilə bağlı xüsusi Sərəncam da qüvvəyə minib. Dillə bağlı
dövlət proqramı təsdiqlənib. Hər bir vətəndaşın borcudur ki, həmin fərman və sərəncamlara
hörmətlə yanaşsın. Anasının ona beşiyinuin başında layla çaldığı dilə etinasız qalmasın...
Radio verilişlərinə dili mükəmməl bilən mütəxəssislər cəlb edilməlidir.
1. İşə qəbul zamanı jurnalistlərdən istənilən dil sertifikatları öz doğma ana dillərində də
tələb olunsun.
2. Aparıcıların mikrofon önündə söylədiyi hər bir kəlməyə görə həmin efirin rəhbərliyi
məsuliyyət daşımalı və əməkdaşının ciddi səhvlərinə görə dilçi alimlərə cavab vermələri mütl-
əqdir.
3. İctimai qınaq olarsa, efirlərdə dil mədəniyyəti qoruna bilər. Məsələn, tez-tez radioda
dilə aid xüsusi proqramlar təşkil olunmalıdır. Efirə dəvət olunan qonaqların özlərinin dil səviy-
yəsi cəmiyyətə nümunə çəkilməldir.
MİKAYIL MÜŞFİQ ŞEİRLƏRİNİN FONOPOETİKASI
Gülnar MƏMMƏDOVA
Qafqaz Universiteti
gmemmedova2@std.qu.edu.az
AZƏRBAYCAN
Bütün dil vahidləri müəyyən üslubi keyfiyyət daşıyıcılarıdır və bu dil vahidlərinin,
komponentlərin məqsədyönlü vəhdəti poetik formanın yaradılmasında əhəmiyyət kəsb edir.
Bədii dildə bütün dil vahidlərinin bir-biri ilə qarşılıqlı münasibətlərinin poetik tənzimlənməsi,
eləcə də onların ardıcıllıqlarının gözlənilməsi poetik funksiyaya malik olan üslubdur. Məsələn,
şeir dilində özünə tarixən yer eləmiş səs təkrarları, paralelizmlər, qafiyə yaradan dil vahidləri
və s. bu qəbildən olan amillərdəndir. Şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada işti-
rak edən komponentlər - heca, söz, fraza, bütövlər danışıqda da müşahidə olunur, onlar poe-
ziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə və s. kimi vasitələr
yalnız şeirdə özünü büruzə verir.
Dilin fonetik imkanları deyəndə ilk öncə səslərdən bəhs etmək lazım gəlir. Şeir dilinin
özünəməxsusluğunu hər şeydən əvvəl canlı xalq dilinin təbiətində, o cümlədən dilin fonetik
xüsusiyyətlərində, dilin ritmikliyində, özünəxas melodiyalarında axtarmaq lazımdır. Şeir
dilinin fonetik imkanları sırasında alliterasiya, assonans, vurğu, intonasiya, fonetik qafiyə və
onu səciyyələndirən fonetik hadisələr mühüm yer tutur.
Alliterasiya dildə ən mühüm fonetik hadisələrdəndir. Şeirdə səslərin kompleksləşməsi,
rabitəsi, ahəngi, səs balansları böyük iş görür, bədii intonasiyanın formalaşmasında fəal iştirak
edir. Səs və söz, səs kompleksi ilə fikir aləmi arasındakı əlaqənin qarşılıqlı münasibəti məz-
munu şərtləndirir. Səs təkrarı ilk baxışdan sadə görünsə də, fonetik hadisənin ən mürəkkəb
növü sayıla bilər.
Həm türkdilli, həm də digər xalqların poeziyasında xüsusi rol oynamış alliterasiya, səs
təkrarı uzun müddət diqqət mərkəzində olmuş,dünyanın müxtəlif dilçiləri bu hadisəyə öz
fikirlərini bildirmişlər. Bəziləri alliterasiyanı dilin qrammatik quruluşu ilə əlaqələndirir, bəzi-
ləri isə türk dillərində alliterasiyanın mənşəyini monqol dilinin təsiri ilə bağlı izah edən nəzə-
riyyəni qəbul etmir. Lakin tük şeirində alliterasiyanın monqol istilasına qədər mövcudluğunu
sübut etmək üçün Orxon-Yenisey abidələrinin,”Kitabi-Dədə Qorqud” dastanının dilinə nəzər
salmaq kifayətdir.
Bildiyimiz kimi,Müşfiqdə xalq ədəbiyyatının, xalq şeiri məktəbinin təsiri güclü idi. Sadə
və canlı xalq dilinə yaxından bələd olması şairin ilk şeirlərində, obrazlı ifadələrində özünü