Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə100/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   96   97   98   99   100   101   102   103   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

969



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

XX  əsr Azərbaycan  ədəbiyyatında tənqidi realizmin ən yüksək zirvədə olduğu bir 

dövrdə mükəmməl nəsr nümunələri yaranırdı. Bu mükəmməl nümunələrin ən güclü yaradıcısı 

olan C.Məmmədquluzadə yeni qəhrəmanının-İskəndərin dili ilə öz fikirlərini, cəmiyyət 

qarşısında söyləmək istədiklərini oxuculara çatdırırdı. Yazıçı  İskəndərin dili ilə real həyatın 

gerçəkliklərini, adi adamların mənəvi dünyasını təhlil etmişdir.  

Əsəri daha bədii, axıcı və oxunaqlı etmək üçün bir çox üsullara müraciət edilir. Doğru-

dur, C.Məmmədquluzadə yaradıcılığında belə vasitələrə ehtiyac duyulmurdu. Onun ilk qələm 

təcrübəsindən başlayaraq bütün əsərləri  ədəbiyyatımızda özünəməxsus yer tutmuşdur. 

Azərbaycan dilinin yazı qaydalarına agah olan və bədii dilin imkanlarından ustalıqla istifadə 

edən yazıçını ədəbiyyatımızda ən gözəl "monoloq ustadı" da adlandırmaq olar. 

Ədəbiyyatımızda monoloqun əsası C.Məmmədquluzadə yaradıcılığı ilə qoyulmuşdur 

desək bu doğru fikir olmaz. Lakin monoloqun ən gözəl nümunələrinə  məhz bu sənətkarın 

yaradıcılığında rast gəldiyimizi söyləyə bilərik. "Ölülər" pyesində  əsərin bütün quruluşuna, 

ideya-bədii xüsusiyyətlərinin açılmasına təsir edən,  əslində isə C.Məmmədquluzadənin öz 

dövrünün eybəcərliklərinə qarşı İskəndərin dili ilə söylədiyi təsirli monoloq, "Anamın kitabı" 

əsərinin finalında Gülbaharın çıxışı, "Dəli yığıncağı"  əsərində Molla Abbasın dərin məna-

yüklü monoloqu ən gözəl bədii nümunələrdir. 

Təsadüfi deyildir ki, monoloqa müraciət hələ antik dövrlərdən mövcud olmuşdur. Bu 

dövrün məşhur filosoflarından Demokrit öz fikirlərini aforizmlərlə, Platon dialoq vasitəsilə 

bildirirdisə, Aristotel monoloq formasında ifadə etməyi üstün tuturdu. Belə ki, Aristotel 

"Poetika"  əsərində dram əsərinin elementləri sırasında monoloqun adını  çəksə  də, vacib 

komponentlər sırasında onu sonuncu qeyd etmişdir. 

"XVI  əsrin sonu-XVII əsrin  əvvəllərində yeni mərhələyə  qədəm qoyan monoloq rus 

teatrlarının səhnəsində, fransız klassistlərin yaradıcılığında yeni məna qazandı.  İngiltərə 

teatrında xüsusi atmosfer yaratdı. K.Marlo, T.Kid emosional təsir gücünü artırmaq üçün öz 

romantik faciələrinə monoloq daxil etdilər". 

Dünya dramaturgiyasında "Olmaq ya da olmamaq" ("Be or not to be") kimi fəlsəfi fik-

rin müəllifi Şekspirə Azərbaycan dramaturgiyasında ən gözəl bənzər C.Məmmədquluzadənin 

kefli İskəndərin dili ilə verdiyi "dirilmək ya dirilməmək" fəlsəfi sualıdır. Yaşar Qarayev İskən-

dərin bu monoloqu haqqında belə yazır: "Bu monoloqu dramaturgiyada Hamlet monoloqunun 

ən yaxşı komediya ekvivalenti adlandırmaq olar. Hamletin komediyada yaralanan sualı İskən-

dərin dilində artıq belə səslənir. Dirilərə müraciətlə söylənilən "olum ya ölüm" ölülərə müra-

ciətlə məhz bu şəkildə səslənə bilir. Hamlet monoloqu sırf, xalis faciə monoloqudur. İskəndə-

rin monoloquna isə Mirzə Cəlilin ən acı sarkazmı və gülüşü də qarışmışdır".  

Azərbaycan ədəbiyyatında ən güclü və təsirli monoloqa C.Məmmədquluzadə yaradıcılı-

ğında rast gəlirik desək yanılmarıq. "Ölülər" əsərində İskəndərin söylədiyi iki monoloqa ədə-

biyyatımızda hər zaman böyük maraq olsa da, heç vaxt tənqidi realist ədəbiyyatın bir nümu-

nəsi olaraq baxılmamışdır. Halbuki, C.Məmmədquluzadə yaradıcılığını, xüsusi ustalıqla qələ-

mə aldığı monoloq və dialoqları  təhlil edərkən, müqayisələr apararkən onun hansı  bədii 

metoddan istifadə etdiyi də nəzərə alınmalıdır. 

"Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan 

və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağılaydınız. Tfu, şarla-

tanlar!. Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa ... xa ... xa".  

 İkinci monoloq da təsirlidir. 

“Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə 

yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı  vərəqləyib, bu səhifəni görəndə sizi 

yada salıb deyəcək: tuf sizin üzünüzə! "Tüpürür camaata tərəf". Hamı başını aşağı salıb din-

mir. Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir”.  

“Mirzə  Cəlilin "Ölülər"ində ölülük mühiti cəmiyyətin bütün sosial təbəqələrini  əhatə 

edirdi, təkcə dini fanatizm deyil, ictimai-sosial naqisliklər də ifşa hədəfinə çevrilirdi”. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

970



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Cənubi Azərbaycandakı hadisələrin təsiri ilə yazılan “Dəli yığıncağı” əsərinin finalında 

Molla Abbasın dərin, təsirli və bütün əsərboyu davam edən söhbətlərə münasibəti monoloqda 

öz əksini tapır. 

"Sona, get, get, mən sənə izin verdim. Səni aparan mənim qardaşımdı.  

Neçə ildi özümü bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan! Yazığım sənə 

də, yazıq özümə də! Çünki dəxi bizim günümüz belə keçəcək və axırda da divarlar dibində 

can verəcəyik. Indi ki, getmədin, getmə, qoy o bacı-qardaşlar o qayın-baldızlar əyləşsinlər kə-

cavələrə və yetmiş günün ərzində həzrətin qoşunundan ötəri yetmiş min övlad əmələ gətirsin-

lər və  həzrətin düşmənini səğərin dib-bucağına vasil eləsinlər. Gedək biz də öz yoldaşları-

mızın içində qalaq".  

Doğrudur, Cəlil Məmmədquluzadə yaradıcılığından əvvəl də, sonra da monoloqa müra-

ciət edən sənətkarlarımız olmuşdur. Hər biri isə bu işin öhdəsindən özünəməxsus ustalıqla 

gəlmişdir. Cəlil Məmmədquluzadəni bu sahədə  fərqləndirməyə çalışmağımızın  ən başlıca 

səbəbi onun yaratdığı obrazın və bu obrazın dili ilə söylədiklərinin ədəbiyyatımızda həm bədii 

dilin imkanlarına yaxından bələd olan, həm də ədəbiyyatımızda ilk dəfə olaraq tənqidi realist 

qəhrəmanın dili ilə insan qəlbinin ən incə tellərinə qısa bir monoloqla toxuna bilən dahi sənət-

karın varlığını bir daha sübuta yetirməkdir. 

 

 

İSİ MƏLİKZADƏNİN “YAŞIL GECƏ” ƏSƏRİNDƏ DAXİLİ MONOLOQ 



 

Məhin SƏDİZADƏ 

Bakı Slavyan Universiteti 



sedizade.mehin@bk.ru 

AZƏRBAYCAN 

 

Daxili monoloq romanlarda, hekayələrdə, povestlərdə, teatr tamaşalarında qəhrəman-



ların daxilində baş verən səssiz düşüncələri tamaşaçıya və ya oxucuya çatdıran bir termindir.  

Başqa adı elmdı  şüur axınıdır. Daxili monoloq heç vaxt ədəbi dildə olmaz, çünki insan 

daxilində ədəbi dildə danışmaz, bu zaman düşüncə qaydaları pozulmuş olar, məhz buna görə 

əsərlərdə  qəhrəmanın daxili mononloqu məişət üslubunda olur. Mənim fikrimcə insanın 

daxilindəki monoloq, heçkimi içindəkiləri söyləyəcək qədər yaxın hiss edə bilmədiyi üçün 

yaranır. Araşdırdığım əsərlər də fikrimin düzgün olduğunu mənə sübut edir. Çünki seçdiyim 

əsərlərdəki qəhrəmanların daxili mononloqu məhz bunun əsasında yaranır, onlar yaşadığı 

mühitdə düşüncələrini anlayan birirləri olmadığından daxili aləmləri ilə başbaşa qalırlar.           

Daxili monoloqu araşdırarkən  müraciət etdiyim yazıçılar içərisində, əsərlərində daxili 

monoloqa daha çox üstünlük verən İsi Məlikzadə olduğunu öyrəndim. Çünki, daxili monoloq 

psixoloji bir termindir. Nəsrdə psixoloji təhlilə artan maraq yalnız forma baxımından deyil, 

həm də  həyata, insana baxışda, cəmiyyətə müdaxilənin dərinliyində özünü göstərirdi. Bu 

mövqedən yanaşsaq  İ.Məlikzadənin hekayələrində obrazların zəngin psixoloji aləminin 

araşdırılması, həyatın və insanın ümumi təsviri yox, onun fəaliyyət istiqamətləri ön plana cə-

kilir yani çox zaman insan özü-özünü təqdim edir. İşimi araşdırarkən bele bir qənaətə gəldim 

ki, insanın daxilində monoloq bir neçə  səbəbdən yarana bilər. Və bunu 2 formada qrup-

laşdırdım. 1. İnsanın özündən başqa yaxını olmadığından,  2. İnsanın mənəvi cəhətdən qapalı 

biri olduğundan. Bu xüsusiyyətlər nəticəsində insan öz daxili ilə danışmağa başlayacaqdır. 

Bu, mənim psixoloji cəhətdən real həyat üçün qruplaşdırdığım bir forma idi. Əsərlərdəki 

qəhrəmanların daxili aləmi üçün də bunu aid etmək olar.  İsi Məlikzadənin “Yaşıl gecə” 

əsərindəki Qərib obrazı da bu qəbildəndir. “Yaşıl gecə”  əsəri “Nəsrimizdə müasir insanın 

müəyyən tipini mənəvi yetkinliyə can atan tipini canlandırmaq baxımından maraqlı nümunədir. 

Yaşıl gecə mühit məkandır. Əsərin baş obrazı olan Qərib daxilən yalnız biri idi. Qərib əsasən 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə