Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə108/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   104   105   106   107   108   109   110   111   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

985



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

verən C.Əfəndizadənin fikrincə, “şair olmaq üçün şübhəsiz ki, əvvəla istedad lazımdır... İste-

dadı meydana çıxarmaq və qüvvətləndirmək üçün ciddi və sistemli çalışmaq, ciddi və davamlı 

işləmək lazımdır”. O, “Dil, sənət və ədəbiyyatın mənşəyi” məqaləsində lirik şeiri şəxsi duyğu-

nun bədii ifadəsi hesab edərək, bu duyğunun həyat və zəhmətin gedişilə bağlı olaraq “arzu”, 

“həzz” və ya “ələm” şəklində mövcud ola bildiyi fikrini irəli sürürdü. 

Əfəndizadənin “Aprel və ədəbiyyat” məqaləsi poeziya məsələlərinin işıqlandırılması ba-

xımından xüsusilə maraqlıdır. Məqalədə dövrün, ideologiyanın tələbindən irəli gələn sosioloji 

yanaşmalara rast gəlsək də, burada tənqidçi obyektivliyini, sənətə münasibətdə estetik yanaş-

manı da aydın müşahidə etmək mümkündür. Müəllif inqilabın ilk dövrünün ədəbiyyatını 

“burjuaziya, cığırdaşlıq, kəntçilik” deyə “üç zümrəyə” ayırırdı. C.Əfəndizadə  burjuaziya qru-

punun nümayəndəsi kimi H.Cavidi, S.Mənsuru göstərirdi. Tənqidçinin H.Cavid yaradıcılı-

ğının təhlili ilə bağlı fikirlərində sənətə estetik münasibət də özünü göstərirdi: “Cavid Azər-

baycanda şəkil və lisanca ən iləri gələn bir şairdur. Şah əsəri “İblis” olan Cavidin yaradıcılı-

ğında da əsas xətti nə millətçilik, nə inqilab, nə də ictimai mövzulardır, onun əsas xətti este-

tizmdir; onun bütün yaradıcılıq qüvvəti bütün bədii görüşü: Mənim tanrım gözəllikdir, 

sevgidir. – misrasında göstərdiyi hüsn və eşq pərisidir”. Doğrudan da, H.Cavid poeziyasında 

məhəbbət və gözəllik anlayışları bir-birindən ayrılmaz şəkildə bağlıdırlar. Bu barədə tənqidçi 

doğru qənaətə gəlirdi. Lakin alimin qeyd etdiyi kimi, H.Cavid yaradıcılığını ancaq estetizmə 

bağlamaq 1930-cu illərdə romantizmin kifayət qədər doğru və elmi şəkildə araşdırılma-

masının nəticəsi idi. C.Əfəndizadə H.Cavidin “Azər”poeması haqqında da öz fikrini bildirirdi: 

“Azər” poeması, məsələn, Şeyx Sədinin nəsihətnamələrini andıran bir tərzdə Azərin dililə vəz 

və nəsihət verir”. Qeyd etmək lazımdır ki, “Azər” poeması şairin müxtəlif mövzular haqqında 

düşüncələrini çatdırmaqla bərabər, 1920-30-cu illərdə ictimai-siyasi mühitin bir sıra real-

lıqlarını da izləməyə imkan verir.  

C.Əfəndizadənin“Aprel və ədəbiyyat” məqaləsində poeziya ilə bağlı yazılan  fikirlərdə 

bədii-sənətkarlıq məsələlərinə diqqət qabarıq cəhət kimi özünü göstərirdi. Tənqidçi M.Rəfili 

şeirlərini bədiilik prizmasından təhlil edir, yeni obrazlar, yeni sözlər və nəhayət, Azərbaycan 

ədəbiyyatına tanış olmayan yeni mövzular ilə ortaya çıxan Rəfilini ruhilə, talantının növilə də 

yeni, “Azərbaycan ədəbiyyatının ən orijinal hadisələrindən biri” hesab edirdi.  

Məqalə ilə tanışlıq zamanı tənqidçinin şairlərin ədəbi fəaliyyətini dəyərləndirərkən mə-

sələyə qeyri-siyasi nöqteyi-nəzərlə yanaşdığı aydın şəkildə görünür. Əlbəttə, ədəbi mübarizə 

və mübahisələrlə xarakterizə olunan dövrün ədəbi tənqidində  tənqidçinin məqaləsi ilə bağlı 

narazı fikirlər də öz əksini tapırdı. Vaxtilə H.Zeynallı “Ədəbi tənqidimizdəki yanlışlıqlar haq-

qında” başlıqlı məqaləsində tənqidçinin bu məqaləni müasir ədəbiyyatımızı marksizm metodilə 

deyil, qeyri-siyasi bir tərzdə  təhlil etdiyi qənətinə  gəlirdi.  Şübhəsiz ki, C.Əfəndizadənin 

mülahizələri sənət qanunları baxımından həqiqəti ifadə edirdi.  

Əfəndizadə “Sijimqulunamə” təxəllüsü ilə şeirlər yazan şair Ə.Nəzmini “proletar ədəbiy-

yatına yaxınlaşan cığırdaş şair” adlandırsa da, onun bədii irsinin ədəbi fikir tariximizdə mü-

hüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Tənqidçi həmçinin kənd həyatının, xalqın məişəti-

nin, mənəvi dəyərlərinin bədii təsvirini şeirlərində, poemalarında qabarıq şəkildə izlədiyimiz 

H.K.Sanılını böyük bir “kəndli yazıçısı” adlandırırdı. 

 C.Əfəndizadə M.Rahim və M.Müşfiq yaradıcılıqlarına bədii sənətkarlıq baxımından 

dəyər verirdi. “Rahim və Müşfiq aldıqları mövzuları çox bədii  şəkildə verməyə çalışırlar. 

Bunlardan Rahim el ədəbiyyatının yüksək bədaətini, Müşfiq isə  əski  ədəbiyyatın klassik 

gözəlliyini öz şeirinin bədii tərəfi üçün əsas tutmağa çalışırlar”. S.Rüstəm poeziyasında isə 

daha çox  inqilabın, yeni həyatın öz ifadəsini tapdığını göstərirdi. Tənqidçi son dövrlərdə şairin 

yaradıcılığı ilə bağlı “mövzular təkərrür edir və kiçilir” –deyə  yazaraq təkamülün aşağı oldu-

ğunu bildirirdi. Şairə qarşı olan bu haqlı irad M.Hüseyn, Ə.Nazim tənqidində də özünü gös-

tərirdi. M.Dilbazi və N.Rəfibəyli yaradıcılığına verilən yüksək qiymət də C.Əfəndizadə tənqi-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

986



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dində özünə yer alırdı. O, N.Rəfibəylinin əsərlərində hissin çox yer tutması ilə bərabər, yeni 

ədəbiyyatın ən gözəl nümunələrini verməyə çalışdığını göstərirdi.   

Beləliklə, Cabbar Əfəndizadənin  ədəbi-tənqidi irsi poeziyanın aktual məsələlərini  əks 

etdirməsi baxımından da Azərbaycan ədəbiyyatşünaslığının ən dəyərli nümunələrindəndir.   

 

 



ƏDƏBIYYATDA SIYASI OXŞAR (DVOYNIK) ARXETIPININ 

TƏZAHÜRFORMALARI(K. ABDULLANIN “YARIMÇIQ              

ƏLYAZMA” VƏ L. FEYXTVANGERIN “YALANÇI                                

NERON” ƏSƏRLƏRININ ƏSASINDA) 

 

Elnarə QARAGÖZOVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



e.garagozova.bsu@gmail.com 

AZƏRBAYCAN 

 

İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının mövcudluğuna inanmış-



dır. Bir çox mədəniyyətlərdə insanın və heyvanların oxşarlarının mövcudluğuna inam özünü 

göstərir. Oxşar obrazının yaranması qədim mifoloji köklərə dayanır. Lakin oxşar obrazı çox 

zaman insanın mənfi səciyyəli əkizi, faciəli mövzu ilə bağlıdır. Məsələn, alman folklorunda 

belə bir obraz  doppelganger (hərfi tərcüməsi "phantom əkiz") adlanır. Bəzi inanclara görə 

doppelganger xəstəlik və ya təhlükə ehtimalı olduqda insanın dostlarına və ya qohumlarına 

görünür. Şotlandiya folklorunda da oxşar doppelganger kimi təzahür edir. Norveç mifologiya-

sında bu  «vardøger» adlı sirli kabus kimi meydana çıxır. 

Bu motiv xüsusilə XIX-XX əsrlərdə inkişaf etmişdi. Bir çox bədii nümunələrdə oxşar 

əsasən şeytani əkiz kimi meydana çıxır. Onun görünməsi bəzən qəhrəmanın tezliklə öləcəyini 

xəbər verir. Oxşar çox zaman insanın  "qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir. 

Doppelgangerlərə Hofmanın  əsərlərində, Puşkinin “Vasilyevski adasında tənha ev”, 

Odoyevskinin “Silfida”, Qoqolun “Şinel”, Dostoyevskinin “Oxşar”, C. Hoqqun “Bağışlanmış 

günahkarın tövbəsi”, Edqar Ponun “Vilyam Vilson”, “Qara pişik”, R.L.Stivensonun “Sahib-

kar Ballatre” əsərlərində rast gəlinir.  

İnsanın qeyri-maddi oxşarı olan  "Ka" haqqında Misir konsepsiyası da maraqlıdır. Lakin 

Avropalı həmkarından  fərqli olaraq Misirli Ka qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət 

qədər təbii qəbul edilir və heç bir mistik dəhşəti özündə ehtiva etmir.  

Ədəbiyyatda rast gəlinən maraqlı oxşar növlərindən biri siyasi oxşarlardır. Bu məqsədlə 

L. Feyxtvangerin “Yalançı Neron” və K. Abdullanın “Yarımçıq əlyazma” əsərlərinin qarşılıq-

lı müqayisəsi maraqlı faktların ortaya çıxmasına səbəb olmuşdur.  



Oxşarın meydana çıxması. K. Abdullanın “Yarımçıq əlyazma” romanında Şah İsmayı-

lın lələsi (tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını tapıb gətirir. 

Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimikasını, o cümlədən şətrənc (şahmat) oy-

namağı da öyrədir və onu gizli şəkildə saxlayır. Xızırın  şahdan yeganə fərqi onun Xətai təxəl-

lüsü ilə çox gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.  

L. Feyxtvangerin „Yalançı Neron“ əsərində isə Imperator Neronun oxşarı Terrensini 

Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. Neronun ölümündən sonra Varron 

paytaxtdan uzaqlaşır, uzaq Suriyada yaşamağa başlayır. Qəflətən bu vilayətə qubernator təyin 

edilən Tseyon onu sıxışdırır, külli miqdarda vergi verməyə məcbur edir. Varron qərara gəlir 

ki, vilayətdə qarışıqlıq salsın. Bu məqsədlə də Terrensini yalançı Neron kimi siyasi səhnəyə 

çıxarır.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə