Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə110/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   106   107   108   109   110   111   112   113   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

989



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

mənzuməsinin təsiri ilə  saysız-hesabsız nəzirələr yazılmış və bu təsir o qədər güclü olmuşdur 

ki,  Şəhriyara yazılan bu  nəzirələr, ithaflar  mütəfəkkir şairin ədəbi məktəb yaratdığını sübuta 

yetirir .Bu da əlbəttə ki, ustad Şəhriyarın poeziyasındakı milliliklə bağlı idi. M.Şəhriyar 

“Heydərbabaya salam” əsəri ilə “Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə 

göstərməyə müvəffəq olmuşdur” . 

“Heydərbabaya salam” poeması ilk dəfə 1955-ci ildə Türkiyədə çapdan çıxan “Azərbay-

can” jurnalında nəşr olunmuşdur. Türkiyənin tanınmış yazarlarından olan Əhməd Atəş “Şəhri-

yar və Heydərbabaya salam” adı ilə əsərin ilk nəşrini 1964-cü ildə Ankarada çap etdirmişdir. 

O, Türkiyədə ilk dəfə olaraq şairin həyat yolu, sənət dünyası haqqında və “Heydərbabaya 

salam” poemasında rəvanlığı, obrazlılığı, eyni zamanda zənginliyi ilə fərqlənən Azərbaycan 

dilinin bütün incəlikləri haqqında olduqca ustalıqla məlumat verir,bu əsəri dünya 

ədəbiyyatının şah əsərlərindən biri adlandıraraq söyləyir : “Haydarbabaya salam şiiri, mahalli 

olduğu kadar, insani oluşu ilə yalnız Türk ədəbiyyatının  şah  əsəri sayılacaq bir əsər deyil, 

belki bütün dünya ədəbiyyatında mevki olmağa layiq bir eserdir”.  

Türkiyə ədəbiyyatşünaslığında Məhərrəm Ergin , Əhməd Qafaroğlu, Eldəniz Qurtulan, 

Səadət Çağatay, Osman Fikri Sərtqaya, Yusif Gədikli,  Əhməd Bican Ercilasun və başqaları 

sənətkarın yaradıcılığından bəhrələnərək bu ruhda yazıb- yaratmışlar. 

Bu yazarlar arasında Osman Fikri Sərtqaya Türkiyədə ustad Şəhriyara və “Heydər-

babaya salam”a cavab olaraq yazılmış və ithaf olunmuş nəzirələri toplayaraq “Haydarbabaya 

salam” şeirinin Türkiyədəki akisləri” adlı üç məqalə yazmışdır.  

Lakin Türkiyədə M.Şəhriyarın həyat və yaradıcılığını, ələlxüsus “Heydərbabaya salam” 

poemasını  tədqiq edən  şəhriyarşünas alim Yusif Gədikli olmuşdur. Y.Gədikli “Şəhriyar və 

bütün türkcə şeirləri” adlı monoqrafiyasında Şəhriyar dühasının böyüklüyündən, yaradıcılığın-

dakı millilikdən söhbət açır, ustadın poeziyasındakı Türkçülük ideyalarını yüksək dəyərləndirir.  

Bunlardan  əlavə Xeyrəddin Dökdəmirinin 198 bənddən ibarət “Kocabey”, Fəxri 

Yınanın “ Çiçəkliyə salam”, Zeynalabdin Makasın “Xoş xatirələr” nəzirələri “Heydərbabaya” 

yazılmış töhfələrdən sayıla bilər. “ Fəxri Ünan Heydərbabanın vəzn və üslubuna sadiq qalaraq 

1981-ci ildə   “ Çiçəkliyə salam” əsərini yazır. 

Hey Çiçəkli, ayrı kalmak güc oldu, 

Bilirmisin əməklərim heç oldu, 

Söylə hələ, gözəllərin nec oldu? 

Hey Çiçəkli, o günlərdən nə kaldı? 

Nə çoxaldı, nələr var, nə azaldı? 

O gözəlim günlərimiz nec oldu? 

Şəhriyar  ədəbi məktəbinin davamçıları  bu gün də ustad Şəhriyarın, Heydərbabanın 

sehrindən, təsirindən ilham alaraq nəzirə və cavablar yazmaqdadır. 

 

 

 

 

M. ŞƏHRİYARIN "HEYDƏRBABAYA SALAM" POEMASINDA TƏBİƏT 

HADİSƏLƏRİ VƏ OBYEKTLƏRİNİN BƏDİİ-EMOSİONAL DƏRKİ 

 

Ruhəngiz MƏMMƏDOVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



ruhengiz@yahoo.com 

AZƏRBAYCAN 

 

XX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrində biri Məhəmmədhüseyn 



Şəhriyar olmuşdur. Klassik ədəbi irsin ənənələrindən bəhrələnən  şair yaratdığı  əbədiyaşar 

sənət nümunələri ilə  təkcə Azərbaycan və İran ədəbi mühitində deyil deyil, bütövlükdə Yaxın 

Şərq olkələrində tanınmışdır.  Şəhriyarın anadilli şeirləri içərisində "Heydərbabaya salam" 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

990



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

poeması unikal ədəbi hadisə olaraq, həm dövrünün şairləri və tədqiqatçıları, tərəfindən yüksək 

qiymətlədirilmiş, həm də xalqın dərin rəğbətini qazanaraq dillər  əzbəri olmuşdur.Şəhriyar 

poeziyasının sərhədləri aşaraq milyonlarla insanın qəlbində əbədi yer tapması "Heydərbayaya 

salam" poemasına saysız- hesabsız nəzirələr yazılmasının başlıca səbəblərindən biri məhz 

xalqın tarixi taleyi, acılı-  şirinli həyatı, arzu və istəklərinin ustad şairin təcrübəli qələmi, 

çoşqun təbi, yüksək yaradıcı zəkası ilə dolğun real inikası idi.  

"Heydərbabaya salam" əsəri tipik Azərbaycan kəndinin və bu kənddə yaşayan Azərbay-

can xalqının həyatı, məişətinin, xalq mənəviyyatının ən nəcib, ən gözəl keyfiyyətlərinin bədii 

salnaməsidir". 30 il fars dilində yazıb-yaradan şairin bu qədər uzun fasilədən sonra öz dilinə, 

el-obasına, xalqının daxili aləminə, qayıdışı, mənəvi yaddaşa dönümü böyük əks səda 

doğurmuşdu. Bu yalnız uzun illər Cənubi Azərbaycanda Azərbaycan dilinin yasaq edilməsi, 

yaxud xalqın ana dilində yazılmış ədəbiyyata, şeirə həsrəti ilə əlaqədar deyildi. Bü dönüş hər 

şeydən öncə  Şəhriyarın doğma vətəninə tükənməz məhəbbəti, xalq həyatına bağlılığı, 

vətəndaşlıq borcu ilə əlaqədar idi. 

Xalqının qədim tarixə malik lətafətli dilinin təhriflərə məruz qalması, türkcənin bir ləh-

cə deyil qüdrətli, ahəngdar bir dil olduğunu sübuta yetirmək cəhdi də "Heydərbabaya salam" 

poemasının yazılmasında həlledici rol oynadı.  

Poemada güney Azərbaycan ərazisində yaranmış təbii dağlardan biri olan Heydərbaba 

dağı şairin fikir mübadiləsi apardığı əsas tərəfmüqabilidir. Şair təbiətin ayrı-ayrı komponent-

ləri ilə bağlı xatirələrindən istifadə edərək sevincini və kədərini bu coğrafi obyektlə bölüşür.  

Poemadakı Heydərbaba dağı geniş  mənada Vətən anlayışını ifadə edir. Akademik İsa 

Həbibbəylinin M.Şəhriyar haqqında yazdığı  tədqiqatda vurğuladığı kimi "bu əsəri 

"Heydərbabaya salam" əvəzinə "Vətənə salam" da adlandırmaq olardı. Bütövlükdə "Heydər-

babaya salam" poeması  Vətən haqqında yeni və qüvvətli poetik manifestdir".  Şair özü də 

"Heydərbaba səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" - deməklə Heydər-

baba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf edib.  

Şair dağları  şəxsləndirir onu rəvayət,  əfsanə söyləyən, düşüncə ideya məzmunlu 

canlıya- insana bənzədir. Yəni ustad şair dağlara min illərlə onun sinəsində gəzmiş insanların 

yaddaş qayası kimi baxır. Bu heç də  təsadüfi deyil. Belə ki, türkdilli xalqların mifoloji 

dünyagörüşündə dağların əcdad kultu kimi yad edildiyini qeyd edə bilərik. 

 Məlumdur ki, dağ  bədii obrazı  milli poeziyasının simvolu olaraq əksərən Azərbaycan 

xalqının tarixi yaddaşı, onun genetik informasiyası ilə bağlıdır. Azərbaycan poeziyasının "ağ-

saqqal" obrazı olan "dağ" böyük bir tarixi mərhələ keçmiş, xalqın söz ustaları tərəfindən xəlqi 

keyfiyyətlərin, milli- mənəvi dəyərlərin, ifadəçisi kimi məna kəsb etmişdir. İlkin təsəvvürdə 

dağlara ilahi varlıq kimi üz tutmaq, daha sonra qəhrəmanlıq ocağı, yüksək insani keyfiyyətlə-

rin daşıyıcısı kimi tərənnüm edilməsi müxtəlif zamanlarda poeziyamızda bədii ifadəsini tapıb.  

"Dağ" obrazının  ədəbiyyatımızdakı yeri və  bədii estetik funksiyasından danışarkən 

ədəbiyyatşünas N.Muradəliyeva qeyd edir ki, " Azərbaycan xalqının milli məfkurəsi, davranı-

şı , adət ənənəsi, tarixi informasiyası, dağ obrazında fərdilik qazanıb.  

"Estetik, fiziki, ictimai anlamı  əxz edən dağlara müraciət poeziyada bir neçə formada 

təzahür edir:  

 

1. Dağ- vətən obrazının bir atributu kimi təsvir edilir. 



2. Dağlara dost, həmdəm, arxa, insana xas xüsusiyyətlərin daşıyıcısı kimi müraciət olunur.  

3. Dağ obrazı xalqın milli əxlaqi keyfiyyətlərinin ifadəçisi kimi rəmzi məna kəsb edir.”  

 

Poemada  Şəhriyarın Heydərbaba dağına xitablarında da hər üç təzahür formasının 



müşahidə etmək mümkündür.  

Uzun müddət doğma elindən uzaq düşən  şair uşaqlığın xoş xatirələrini yada salmaqla 

yaralarına məlhəm qoyur.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə