III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
987
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Oxşara münasibət. Əsərdən görünür ki, Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə
rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual edir. L. Feyxtvangerin „Yalançı
Neron“ əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir.
Oxşarın yeni roluna və vəziyyətinə münasibəti. Oxşarların öz talelərinə münasibətləri
heç də həmişə eyni cür olmur. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayılın ox-
şarı Xızırın öz taleyinə münasibəti haqqında geniş məlumat verilmir.
Terrensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə
onun üçün xoşbəxtlik olur.
Oxşar sirr pərdəsi altında. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti barə-
də heç bir məlumat verilməsə də xüsusi qayğı və maddi yardım göstərilir. Terrensinin kiçik
emalatxanası isə sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olur. Hər iki əsərdə bu ox-
şarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L. Feyxtvangerin „Yalançı Neron“ əsərində Ter-
rensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir.
Oxşarın taleyi. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayıl Çaldıran dö-
yüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə girmə-
dən öncə son tapşırıqlarını verərək öxşarı Xızırı öz yerinə qoyur.L. Feyxtvangerin „Yalançı
Neron“ əsərində Terrensi Neron kimi qətlə yetirilir.
60-CI İLLƏR NƏSRİNDƏ PSİXOLOGİZM
Tünzalə SADIQOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
tunzale.sadiqova@mail.ru
AZƏRBAYCAN
1960-cı illərdə dünyada baş verən ictimai-siyasi proseslər ədəbiyyat dünyasına da
təsirsiz ötüşmür. Stalinizmin ifşa edilməsi ilə ədəbiyyatda qismən demokratik abu-hava yaran-
mağa, yazıçılar yuxarıdan diqtə edilən sosializm realizmi qəliblərindən kənara çıxmaqla öz
yaradıcılıq sferalarında sərbəstlik göstərməyə başlayır.Əmək proseslərinin, istehsalatın birinci
planda, insanın isə ikinci planda verildiyi əsərlərdən fərqli olaraq artıq insanın daxili mənəvi
dünyasının dərinliklərinə baş vuran, insanı çoxcəhətli, mürəkkəb planda, bütün mənfi və
müsbət cəhətləri, ziddiyyətləri ilə bərabər təqdim edən nəsr əsərləri meydana çıxır. Nəsrin bu
yeni mərhələsində qəhrəman müəllifin çatdırmaq istədiyi ideyaların ruporu olmaqdan,
publisist pafosdan xilas edilir, yazıçıların yenilik təşəbbüsləri özünü ideyalılıqdan uzaqlaşma
meyllərində biruzə verir. Bu dövrdə Azərbaycan nəsrində baş verən keyfiyyət dəyişikliklərini
ədəbi tənqid haqlı olaraq insanın ön plana çəkilməsində- psixologizmdə görür.
Psixologizm nəsr əsərlərində qəhrəmanın hissi-emosional və intellektual aləminin ön
plana çəkilməsi olub, əsas prinsiplərindən biri xarakterin çoxcəhətliliyini təmin etməkdir.
Məlumdur ki, insan psixologiyası çevik və dəyişkəndir, konkret vəziyyətlərdən, ətraf mühitin
müxtəlif amillərindən asılı olaraq eyni adamda bir-birindən fərqli, bir-birinə zidd duyğular
yarana bilər və nəticədə şəxsiyyət öz sabit xarakterinə uyğun gəlməyən gözlənilməz
hərəkətlərə yol verə bilər.60-cı illərdə ədəbiyyatımızda bu cür bir qrup çoxcəhətli, mürəkkəb,
təzadlı xarakterlər yaradılmşdır: Sultan Əmirli (İ. Hüseynov “Yanar ürək”), Qılınc Qurban (İ.
Hüseynov “Saz”), Cahandar ağa (İ. Şxlı “Dəli Kür”), Mədinə (Ə.Əylisli “Adamlar və
ağaclar”), Nemət (Anar “Ağ liman”), Laçın (S. Əhmədli “Yamacda nişanə”), Kərbəlayı
İsmayıl (F. Kərimzadə “Qarlı Aşırım”), Cəlil müəllim (M. İbrahimov “Ondan yaxşı qardaş
yox idi”), Məmməd (Ç. Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”).
İsmayıl Şıxlının “Dəli Kür” əsəri 60-cı illərdə Azərbaycan xalqının tarixindən sinfi mü-
barizə baxımından danışmayan ilk romanlardan biridir. Yaratmış olduğu Cahandar ağa obrazı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
988
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
isə özünəqədərki obrazlardan fərqli olaraq, əməkçi sinfin nümayəndəsi, kəndli yox, böyük bir
mülkədardır. İsmayıl Şıxlı bu obrazı müsbət planda vermiş, ona olan rəğbətini gizlətməmişdir.
Bu o dövrdə yazıçının böyük cəsarəti və ədəbiyyatımıza gətirdiyi yenilik idi. Cahandar ağa
obrazı həm bütöv, həm də ziddiyyətli bir obraz olub, psixologizmin ən mükəmməl
nümunələrindən biri sayıla bilər. Psixologizmin tələblərinə uyğun olaraq, əsərdə Cahandar
ağa obrazı bütün davranışlarında əvvəldən axıra qədər yalnız bir insani keyfiyyəti ifadə edən
və həmin keyfiyyətə zidd ola biləcək heç bir əlavə hərəkətə yol verməyən obrazlar kimi deyil.
Cahandar ağa ailəyə, qadına, dosta, düşmənə münasibətdə milli ənənələrdən çıxış edir, onun
xarakteri ilə dövrün adət-ənənələri arasında qırılmaz əlaqə vardır. Ancaq, bu Cahandar ağa
surətini səciyyələndirən xüsusiyyətlərdın yalnız biridir. Yazıçı obrazın bir fərd kimi şəxsi
duyğularını da ciddi şəkildə nəzərə alır və Cahandar ağanın adət-ənənələrlə bağlı sabit
xarakteri ilə konkret məqamlardan doğan hiss-həyəcanları arasındakı təzadı əks etdirməyə səy
göstərir. Belə ki, daim adət-ənənəyə, milli əxlaqi dəyərlərə əsasən həyatını sürdürən Cahandar
ağa namus və qeyrət təsəvvürlərinə xilaf çıxaraq Allahyarın arvadı Mələyi götürüb qaçırır.
Uzun müddət etdiyinin yanlış olduğunu düşünsə də, bəzən öz hərəkətinə bəraət qazandırmağa
çalışır. Başqasından tələb etdiyi qeyrət və namusun mütləq timsalı ola bilmədiyi halda
Cahandar ağa Molla Sadığın meyxana toruna düşən günahsız bacısı Şahnigarın “yanlış”ına
güzəştə getmir və onun həyatına son qoyur. Kəndlilərə qarşı xoşrəftar olduğu halda oğlu Şam-
xalın bir kənd qızı ilə evlənməsini bağışlaya bilmir, onu övladlıqdan sildiyini söyləyir, ancaq
zaman-zaman Şamxal üçün də çox darıxır. Mələyi sevsə də, onu oxşamaq əvəzinə hisslərini
gizlətməyi, kişilərin qadınlara qarşı sərt olmalı olduqlarını düşünür.Allahyarla nə qədər
düşmən olsa da bəzən onun taleyinə də acıyır. Bütün bu nümunələr fonunda biz əsər boyu
Cahandar ağanın mürəkkəb, müsbət və mənfi cəhətləri ilə tanış oluruq. Ancaq, müəllif əsərdə
nəinki Cahandar ağanı, heç bir qəhrəmanı mühakimə etmək fikrinə düşməmiş, onlara qarşı
mərhəmətli təhkiyə aparmış, surətlərin səhv addımlarına belə həyatın çoxmənalı mürəkkəbliyi
yüksəkliyindən baxmışdır
“HEYDƏRBABAYA SALAM”A TÜRKİYƏDƏ YAZILAN CAVABLAR
Nərmin ƏLİYEVA
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
narminbdu@gmail.com
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatının sevilən ədəbi şəxsiyyətlərindən və söz ustadlarından biri Mə-
həmmədhüseyn Şəhriyar 1954-cü ildə ana dilində yazdığı və Azərbaycan ədəbiyyatının qiy-
mətli incisi sayılan möhtəşəm “Heydərbabaya salam” əsəri ilə Pəhləvi rejiminin illərlə sus-
durduğu türk dilinin əzəmətini bir daha sübuta yetirdi. Əsərin türk dilində yazılması Azərbay-
canda milli oyanışın və millətin öz soy- kökünə qayıdışı hərəkatında sanki yeni bir mərhələ-
nin başlanğıcı oldu, Cənubi Azərbaycanda anadilli poeziyaya geniş yol açdı. Seyid Məhəm-
mədhüseyn Şəhriyarın “Heydərbabaya Salam” poeması təkcə Cənubi Azərbaycanda və
İranda deyil, bütün Yaxın Şərqdə və dünyanın bir çox ölkələrində yayılaraq ona misilsiz
şöhrət qazandırmışdır. Bir çox ədəbiyyatşünaslar “Heydərbabaya Salam” poemasını şairin
yaradıcılığının zirvəsi, şah əsəri kimi qiymətləndirirlər. Bu əsər, səlis bir dil, atəşin bir qəlblə
yazılmışdır. Şəhriyar İranda türk dilinin yasaqlandığı bir dövrdə bu dili yazdığı «Heydər
babaya salam» əsəri ilə əbədi olaraq ayağa qaldırdı. XX əsrin 50-ci illərindən başlayaraq
Şəhriyarın poeziyası bütün Türk dünyasının əsas tədqiqat obyektinə çevrildi. “Heydərbabaya
salam” poeması təkcə Güney və Quzeydə deyil, Yaxın və Orta Şərq ölkələrində, o cümlədən
qardaş Türkiyə Cümhuriyyətində də tədqiqatçı alimlərin diqqətini cəlb etmişdir. Onun bu