III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
979
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Hekayəti-müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur”
komediyasının baş qəhrəmanı olan Şahbaz obrazı da öz funksiyası etibarilə adının mənasını
tamamlayır. Bu adın tərkibi olan “baz” hissəciyi “həvəsli” mənasını ifadə edir. Bu hissə Şah-
baz bəyin xarakteri ilə tamamilə səsləşir. Şahbaz sözünün mənasını şan-şöhrəti sevən kimi
qəbul etsək, bu xüsusiyyəti onun Parisə getmək həvəsi ilə uyğunlaşdırmaq olar. Şərəfnisə xa-
nımın fikirləşdiyinin əksinə olaraq, Şahbaz bəyin bir məqsədi var: Fransız dilini öyrənib,
Fransa mədəniyyəti ilə tanış olmaq, vətənə qayıtdıqdan sonra adlı-sanlı insanlardan biri kimi
şöhrət qazanmaq. Bu istək onu Parisə getmək üçün həvəsləndirir.
“Sərgüzəşti-mərdi-xəsis” komediyasında baş qəhrəmana verilən Hacı Qara adı bədii ti-
pin xarakterini açmağa imkan verir. “Qara” sözü rəng bildirməklə yanaşı, “tünd”, “böyük”
mənalarını ifadə edir. Xəsis obrazının xarakterindəki tündlüyü göstərmək üçün qara sözündən
istifadə edilməsi obrazın daha qabarıq çatdırılmasına kömək edir. Hacı Qaranın oğlunun adı
Bədəldir. Bu ad da ticarətlə məşğul olan obrazın xasiyyətini tamamlayır. Əsərin digər qəhrə-
manı Heydər bəyə verilən ad da obrazın fəaliyyəti ilə qırılmaz şəkildə əlaqədardır. “Heydər”
sözü “cəsur”, “igid” mənasını ifadə edir. Bəy nəslinə mənsub olan bu şəxs Hacı Qaradan fərqli
olaraq, çıxılmaz vəziyyətə düşsə də, öz əqidəsindən dönmür.
Komediyalardakı obrazların adları milli xarakter daşıyır. Axundov hər bir obrazına ad
seçərkən onların milli mənsubiyyətini nəzərə almış, ona uyğun ad qoymuşdur: müsyo Jordan,
Mkrtıç, Arakel, yüzbaşı Ohan, Sərkis, Karapet və s. “Hekayəti-xırs quldurbasan” komediyası-
nın ilk variantında divanbəyi obrazına Redkiy soyadı vermişdir. “Redkiy” sözü rus dilindən
tərcümədə “nadir” mənasını verir. Bu soyad vasitəsilə ədib xalqın qayğısına qalan, yerli xalqa
hörmətlə yanaşan çar hakimlərinin nadir hallarda tapıldığını göstərmək istəmişdir.
Bədii əsərdəki obrazlar həyatdan götürülür, real tarixi şəxsiyyətlər olur. Ona görə də
obrazların adları tarixi səciyyə daşıyır. “Hekayəti-müsyo Jordan həkimi-nəbatat və Dərviş
Məstəli şah caduküni-məşhur” komediyasının obrazı Müsyo Jordan real həyatdan götürülmüş
addır . Əsil adı Aleksis Jordan olan bu şəxs 1814 – 1879 cu illərdə yaşamış fransız nəbatatıdır.
Dramaturq əsərində bu alimin prototipini yaradaraq, onun həyatdakı funksiyası ilə əsərdəki
fəaliyyətini uyğunlaşdırmışdır. Özünü elm və dünya xalqlarının mədəniyyətini öyrənməyə
fəda etmiş bu tarixi simanın niyyəti onun sənətinə uyğun verilir. “Hekayəti-molla İbrahimxəlil
kimyagər” komediyasında Molla İbrahimxəlil tarixi şəxsiyyət olmuşdur. O, həqiqətən də 1830
– cu illərdə Xaçmaz dağlarında çadır qurub iksir ilə torpağı gümüşə çevirmək bəhanəsilə
tacirlərdən pul alıb varlanmışdır. Hətta Xaçmaz dağlarında gümüş mədəni tapması haqqında
da Tiflisə xəbər də vermişdi. Buna görə də nuxuluları aldatmağa çalışan kələkbaz obrazına
belə bir adın verilməsi dramaturqun bədii əsərinə diqqətlə yanaşdığını göstərir.
Obrazın adı onun fəaliyyəti ilə ziddiyyət təşkil edir. “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyasında baş personajın adı Mirzə Həbibdir. Bu obraz Lənkəran xanının vəziridir. Əsər-
də vəzir həm ailə-məişət çərçivəsində, həm də ictimai-siyasi planda göstərilmişdir. O, öz nö-
kərlərini insan yerinə qoymur, onlarla sərt rəftar edir. Onun öz arvadları ilə də münasibətləri
lazımı səviyyədə deyil, qadınların əlində oyuncağa çevrilmişdir. “Həbib” sözünün mənası
“dost, sevilən, aşiq” deməkdir. Bu mənada əsərin qəhrəmanının adı onun funksiyası ilə uyuş-
mur. Çünki komediyada vəzir heç bir obraz tərəfindən sevilmir.
Obrazın yaranmasında sənətkarın zamanı duya bilməsi, xalq həyatını öyrənməsi, onun
dünyagörüşünun genişliyi və təxəyyülünün aydınlığı əhəmiyyətli rol oynayır. Buna görə də
obrazlara ad seçilməsi də sənətkarın yaradıcılıq üslubunu müəyyənləşdirmək baxımından
böyük əhəmiyyətə malikdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
980
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
GİZLİ İMZALI FELYETONUN MÜƏLLİF KİMLİYİ
Gülnar AXUNDOVA
Bakı Dövlət Universiteti
axundova1988@bk.ru
AZƏRBAYCAN
Ədəbiyyatımızda bir mayak rolunu oynamış "Molla Nəsrəddin" dərgisi, ətrafında topla-
şan yazıçılar, şairlər üçün bir üslub formalaşdırmışdır. Üslub oxşarlığı, eyni mövzulara müra-
ciət, gizli imzaların çoxluğu yazıların müəllifini təyin etməkdə çətinlik yaradır. Eyni imzalar-
dan bir çox sənətkarların istifadə etməsi də mübahisələrə gətirib çıxarır. Belə yazılardan da
biri "Acığnan" felyetonudur. Felyetonun adı Məmməd Səid Ordubadi “Əsərləri”nin ( 8 cild ) I
cildində "Acığnan", "Molla Nəsrəddin" jurnalının 8 cildlik toplusunda (2008-ci il nəşri) isə
"Acıqan" kimi verilmişdir. Prof. Yavuz Axundlunun üç cildlik "Seçilmiş əsərlər"inin III
cildində "Acığınan" adı ilə felyetondan bəhs olunmuşdur. İndiyə kimi bütün mənbələr bu
felyetonun müəllifi kimi Məmməd Səid Ordubadini göstərir. Alim-tədqiqatçı Y.Axundlu bu
felyetonun ideya-bədii xüsusiyyətlərinə görə Cəlil Məmmədquluzadənin "Usta Zeynal" heka-
yəsi ilə səsləşdiyini yazır. "Acığnan" felyetonunun "Hərdəmxəyal" imzasıyla çapı M.S.Ordu-
badinin müəllif kimi göstərilməsinə səbəb olmuşdur. Felyetonun yazı və üslub xüsusiyyətləri
isə Mirzə Cəlil imzasını xatırladır. C. Məmmədquluzadə M.S.Ordubadi ilə görüşəndə: “Doğ-
rudan da, xalqımızın içərisində hərdəmxəyal adamlar az deyil”-deyə bu imzanı bəyəndiyini
söyləmiş, sonralar özü də bu imzayla yazmışdır. C.Məmmədquluzadə “Molla Nəsrəddin”də
işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı
Həsənzadəyə məktub yazıb soruşmuşdur. İ.Həsənzadə isə sadaladığı imzalar arasında
"Hərdəmxəyal" imzasının da adını çəkmişdir. Bir nəfərin bir neçə gizli imzadan istifadə etmə-
sinin səbəbini mollanəsrəddinçi şair Əli Nəzmi bir məqaləsində belə izah etmişdir:“Molla
Nəsrəddin”in bəzi müxbirləri olmuşdur ki, təsadüfən məcmuəyə bir və ya iki məktub göndərib
xoşagələn imzalar atmışdır. Məsələn: ... Lağlağı, Hərdəmxəyal və s. Sonra isə bu imza sahib-
lərinin bəzisi idarə ilə heç bir əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu
imzaların hamısından istifadə edər və yazdığı felyetonların, məqalələrin altında həmən imza-
ları yazardı”. Ona görə də bu felyetonun müəllifini təkcə imzası ilə deyil, həm də yazı üslubu,
dil aspektləri və ədəbi vasitələrinə görə təyin etmək lazımdır.
"Acığnan" felyetonunun əsas özəyini cəhalətin tənqidi təşkil edir. Bu mövzuya həm
M.S.Ordubadi, həm də C.Məmmədquluzadə yaradıcılığında xüsusi yer verilmişdir. M.S.Or-
dubadi “Dərd”, “Mollanın” və başqa yazılarında dini xurafat yolu ilə yayan dindarları kəskin
ifşa etmişdir. C.Məmmədquluzadə "Usta Zeynal"da avam müsəlmanın faciəli həyatını qabarıq
şəkildə açmış, digər yazılarında cəhalətin tənqidini müxtəlif yollarla vermişdir. C.Məmməd-
quluzadə "İnşallah" felyetonunda müsəlmanların hər şeyi qismətə bağlamasını tənqid etmiş-
dir. Bu felyetonun obrazları Məşədi Ələsgər, Kərbəlayı Qasım kimi din adamlarıdır. Bu felye-
tondan çıxan ideya "Acığnan" yazısının əvvəlində bir cümlə ilə verilmişdir. Məşhəd ziyarəti-
nə bir neçə dəfə gedən, amma bu ziyarətləri savab üçün deyil, insanların acığına həyata
keçirən cahil dindar Məşədi Abdulla "Acığnan" felyetonunun obrazıdır. Cəlilin hekayə və
felyetonlarında əsas hədəf olan dindarların adları Məşədi, Kərbəlayi, Hacı statuslarında olan
Abdullalar, Qurbanlardır. "Halal" felyetonunda da Mirzə Abdulla adına rast gəlirik. Felye-
tonun ikinci obrazı isə Mirzə Cəlildir. C.Məmmədquluzadə bəzi felyetonlarında imzasını ya-
zının içində vermişdir. O, "Məscidlərimiz", "Əbdürrəhim əfəndi" və başqa felyetonlarında
özünə müraciət şəklində dəsti-xəttini möhürləmişdir. M.S.Ordubadinin "Məktub", "Bəyani
həqiqət" , "Bilməli xəbərlər" felyetonlarında Molla Nəsrəddinə müraciət olsa da, bunu sadəcə
jurnala olan xitab şəklində başa düşmək lazımdır. M.S.Ordubadi yazılarının içində "Hərdəm-
xəyal" imzasına rast gəlsək də, bu, obraz kimi deyil, obrazın müəllifə olan xitabı kimi qəbul