III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
995
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
C.CABBARLININ DRAMLARINDA TİPLƏRİN DİLİ
(“ALMAZ”, “YAŞAR”, “SEVIL”, “1905-CI ILDƏ”)
Mətanət MEHDİZADƏ
Qafqaz Universiteti
mehdizade.metanet@mail.ru
AZƏRBAYCAN
İctimai həyatın əsas qanunauyğunluqlarını ən kamil ifadə edən, insan xarakter və
taleyini ümumiləşdirən surət – tipdir. İnsan surətləri yaradılanda ancaq onları ümumiləşdirən
cəhətləri deyil, fərdiləşdirən cəhətləri də göstərmək lazımdır. Yalnız ümumiləşdirmə ilə kamil
bədii surət yaratmaq olmaz. Heç vaxt bir adamın ancaq rəsmi vəzifə, qulluq tərəfini təsvir
etməklə onu bədii tip səviyyəsinə qaldırmaq olmaz.
Ədəbi tip, surət yalnız bir faktın, bir hadisənin, bir insanın yox, yüzlərlə fakt, hadisə və
insanın xarakter xüsusiyyətlərinin alınıb ümumiləşdirilməsinin nəticəsidir.
Bədii əsərdə qəhrəmanın nə dərəcədə tipik olub-olmamasını onun cəmiyyətdə mənsub
olduğu sinfin, zümrənin, ictimai hadisənin xüsusiyyətlərinin mahiyyətini nə dərəcədə kamil
əks etdirməsi ilə ölçmək lazımdır.
Tip və xarakter yaradanda, surətləri danışıq vasitəsilə tipikləşdirəndə C.Cabbarlı mü-
şahidə etdiyi, yaxşı tanıdığı adamlardan, qohum və qonşulardan istifadə edirdi. Sona xanım
Cabbarlı yazır ki: “Almaz”da olan Fatmansa tipində bir qadın bizimlə qonşu idi. “Almaz”dakı
Fatmansanın komissiya qarşısında söylədiyi sözlərin kökünü Cəfər həmin qadının –
Şərəbanının danışığından götürmüşdür... –“Hər şeydən əvvəl salam olsun cəmi yığılan əhl-
məclisə və habelə salam olsun gələn qonaqlara, hansı ki, bizim böyük-böyük
qəmisyələrimizdir və salam olsun bütün böyük-böyük yoldaşlara hansı ki...”
Fatmansanın dilindən –“Siz öləsüz, içəridə bir qiyamət var ki, vur çatlasın, tabaq
oynasın. Ora bax, ora bax, sındır a-a!... Vallahı zalımın qızı elə sındırır ki, elə sındırır ki,
bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır”. Bu böhtançı, hərzə və fitnəkar qarını
müəllif onun özünə məxsus mübaliğəli və iyrənc sözlərlə danışdırır.
C.Cabbarlının novatorluğu orasında idi ki, o öz dövründə hələ yayılmamış, lakin artıq
doğulmuş, getdikcə artan və qalib gələn qüvvənin mahiyyətini əks etdirən tipik cəhətləri tuta
bilmişdi. Almaz kimi azərbaycanlı qızlar hələ sayca çox deyildilər. Tipiklik yalnız çox yayıl-
mış və çox təsadüf edilən cəhət deyil, müəyyən ictimai qüvvənin mahiyyətini ən mükəmməl
və qabarıq ifadə edən cəhətdir.
C.Cabbarlı bəzən öz personajlarına gülünc replikalar verir. Bu replikalar da yenə bu və
ya başqa tipin xasiyyəti ilə (qorxaqlıq, mövhumatçılıq, kütbeyinlik, ikiüzlülük və s.)
əlaqədardır. “Od gəlini” faciəsində Oddamdının “toyuq-cücədən” danışması və “ölüm
ayağıdır, razı ol!” deməsi, “Sevil”də Əbdüləli bəyin: “bəli, mən də onu düşünürdüm”,
“Almaz”da Ocaqqulunun: “qurban olum Məhəmmədin şəriətinə!” və s. deməsi gəlişi gözəl
sözlər deyil, bu və ya başqa xarakter üçün səciyyəvi və mənalı ifadələrdir. Buradakı komizm
sözlərin zahirində deyil, onların ifadə etdiyi daxili mənadadır. Çünki bu replikaların hər biri
bu və ya digər personajın xasiyyətini aydınlaşdırmağa kömək edir.
Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil əsas tipikləşdirmə vasi-
tələrindən biridir. Qəhrəmanların xarakterinin açılmasında dildən mühüm vasitə kimi istifadə
etmək bacarığını Cabbarlı istər məfkurəvi, istərsə də bədii cəhətdən daha mükəmməl olan
“Sevil”, “1905-ci ildə”, “Almaz” və “Yaşar” pyeslərində, xüsusən Əbdüləli bəy, Salamov,
Mirzə Səməndər, Hacı Əhməd və İmamyar surətlərində göstərmişdir.
Salamovun işlətdiyi söz və ifadələr elə diqqətlə seçilmişdir ki, bunlar Salamovun yalnız
fərdi xarakterini deyil, eyni zamanda onun təmsil etdiyi ictimai zümrənin bir çox tipik cəhət-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
996
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
lərini ümumiləşdirir. Salamovun ən tipik cümlə və ifadələri bunlardır: “Yenə zolladı milliyyə-
ni”, “Keç guruldad bir-iki kəlmə”, “Ada bu türk nədir, üst-üstdən goplayırsan”, “Sən papaq elə,
dalısı ilə işin yoxdur”, “A kişi eybi yoxdur, öz itimizdir”, “Söyərəm, gözünü də çıxardaram”.
Bu xarakterik replikalarda Salamovun bir neçə xüsusiyyəti ifadə olunmuşdur: onun bu
danışığı xalis bakılı danışığıdır, avam, cahil, qolu zorlu, kobud, yırtıcı, padşahpərəst və
kapitalist, müsəlman kapitalistinin danışığıdır.
Hacı Əhməd və İmamyar hər ikisi qolçomaq olduğu halda, xasiyyət etibarilə bir-
birindən fərqlidirlər. Onların xarakterlərindəki fərq danışıq tərzlərində də verilmişdir. Hacı
Əhməd öz sinfi mənafeyini açıqdan-açığa müdafiə edir, öz hissiyyatını gizlədə bilmir; odur
ki, onun danışığı da açıq və sadədir, ürəyindəki dilindədir. Gah: -“bərəkalla, kişi qızı... əsil
pirğram elə sən diyəndir” – deyə Almazı alqışlayır, gah da: “mən ölmüşəm ki, diri-diri mənim
bağımı hərraca qoyasan?” – deyə ona qəti etiraz edir.
Hacı Əhməd İmamyara nisbətən “naşıdır”, uzaqgörən deyil, “sadəlövhdür”. İmamyar
isə çox vaxt özünü qəsdən avamlığa qoyur, tez-tez: “elə deyil yəni, bəlkə mən yaxşı
qanmıram?” deməklə öz sözlərini sanki qüvvətdən salmağa çalışır. Əslində isə öz ürək sözünü
pərdələyir və müsahibində öz eyham və kinayələri ilə daha çox təsir bağışlamağa nail olur.
İmamyar ikiüzlülüyün, riyakarlığın, üzdə dost, arxada düşmən tipinin əzəmi dərəcədə
ümumiləşdirilmiş obrazı - Cabbarlı tapıntısıdır.
Ümumiyyətlə, Cabbarlının həmin “mənfi tipləri” ağıllı, uzaqgörən, arif adamlardır. Belə
tipləri yaratmaq üçün də yazıçıdan geniş, dərin, həssas həyati müşahidə, zəngin sənətkar
xəyalı, insanların səciyyəvi cəhətlərini görüb göstərmək bacarığı, bədii ustalıq tələb olunur.
B.VAHABZADƏ LİRİKASINDA BƏDİİ SUAL CÜMLƏSİ
Mehriban CƏFƏRLI
Qafqaz Universiteti
mehribanceferli@gmail.com
AZƏRBAYCAN
Sual cümlələri dilçiliyin sintakis bölməsində “Cümlənin məqsəd və intonasiyaya görə
növləri” başlığı altında tədqiq olunur. Cümlənin məqsəd və intonosiyaya görə dörd növü
fərqləndirilir:nəqli,sual,əmr,nida.Bu cümlə növlərinin hər birinin özünəməxsus intonasiyası
vardır. İntonosiya müxtəlifliyini doğuran amil həmin cümlələrin əsasında duran məqsəddir.
Sual cümlələrində məqsəd insanın naməlum bir şey haqqında bilmək, fikrin doğruluğunu
yəqinləşdirmək istəməsindən ibarətdir.
Suallar önündə dayanıb insan
Sirlər dünyasına yol açır kamal.
Hər daşın, hər dağın yaranmasından
Ilki də sualdır, sonu da sual.
Azərbaycanın görkəmli şairlərindən biri olan B.Vahabzadənin yaradıcılığında sual
cümlələrinin müxtəlif növlərindən ustalıqla istifadə olunmuşdur. Dahi şairin yaradıcılığından
verilmiş bu numunə ilə sual cümləsinin insan həyatındakı yerini və rolunu daha aydın şəkildə
göstərmək olar. Bu səbəbdən də sual cümlələrinin cümlənin məqsəd və intonasiyaya görə
növləri içərisində qədim və çox istifadə olunan növlərindən olması fikrini rahatlıqla söylə-
mək mümkündür. Sual cümlələri ədəbi dilin üslubları içərisində istər məişət üslubunda adi
danışıqda,istər publisistik üslubuda,istərsə də bədii üslubda geniş şəkildə istifadə olunan
cümlə növüdür.Cümlənin bu növünün belə geniş şəkildə bir çox üslublarda fikrin əsas ifadə
formalarından biri olmasının səbəblərindən biri bu cümlə növünün yalnız məlumat almaq,nə