III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
981
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
edilir. C.Məmmədquluzadənin felyetonlarının əksəriyyəti "yazılıb", "oxuyublar" və bu kimi
sözlər ilə, M.S.Ordubadinin felyetonlarının çoxu isə "Hərdən bir mənim xəyalıma belə bir
şey gəlir", "eşitdim" kimi cümlə və kəlmələrlə başlayır. C.Məmmədquluzadə felyetonlarının
başlanğıcında mövzuya uyğun kitab və qəzet adlarından sitatlar verilmişdir. Məsələn,
"Nəcasət" felyetonunda Axtılı Hacı Əbdürrəhman əfəndinin "Əsasüddin vəl iman", Hacı Mir-
zə Məhəmməd Şirazinin "Məcmüəl-məsail" kitabından sitatlar və onların tənqidi verilmişdir.
"Acığnan" felyetonunun girişində: "Töhfətül-məcalis" kitabında yazılıb ki..."- cümləsiylə
sitatın verilməsi Cəlilin yazı üslubunu xatırladır. M.S.Ordubadinin "Təəccüb", "Bilməli xə-
bərlər" felyetonlarında qəzetlərdən sitatlar verilsə də, yazılarda işlənən izafət tərkibləri onun
müəllifliyini təsdiq etmiş olur. "Acığnan" felyetonunda isə izafət tərkiblərinə, çətin ifadələrə
rast gəlinmir, cümlələr vasitəli nitqlə verilir, yazı, dilinin sadəliyi ilə seçilir.
Felyetonda təsvir olunan kəndin "Qurtqapan" adı ilə verilməsi də Cəlil dəsti-xəttini yada
salır. Bu cür kənd adları xalqın avamlığına sənətkar əsəbiliyinin ifadəsidir. Dünya satira
ədəbiyyatında da yer adlarının satirik səpkidə verilməsi çox geniş yayılmışdır. Mirzə Cəlil
yaradıcılığında bu cür kənd adları üstünlük təşkil edir. “Düdüklü” ,“Ətcələr”, “Qapazlı”,
“İtqapan” və s. kənd adları illəri adlayıb bu gün də Azərbaycan reallığında yaşamaqdadır.
M.S.Ordubadi "Töhvə" felyetonunda "Danabaş kəndi" məkanının adından istifadə etsə də,
felyetondakı ağır kəlmələr M.S.Ordubadini müəllif kimi qəbul etməyə əsas verir. Bundan
başqa, felyetonda Naxçıvan bölgəsinin adı açıq şəkildə çəkilir. Müəllif "Danabaş kəndi"ni
məkan kimi yox, canlı epitet kimi vermişdir. Ümumiyyətlə, C. Məmmədquluzadə yaradıcılı-
ğında "doğulan" “Danabaş kəndi” “Molla Nəsrəddin” dərgisinin ümumi kontekstində xalqın
geriliyinin rəmzi kimi hallandırılmışdır. Məkan kimi isə adın satirik tərzlə geniş planda
verilməsi M.S.Ordubadinin yaradıcılığında səciyyəvi hal almamışdır. Göstərdiyimiz faktlar
bu felyetonun Məmməd Səid Ordubadiyə məxsusluğunu şübhə altına alır. Məkan, obrazların
adları, dilin sadəliyi və digər xırda detallar bu felyetonu Mirzə Cəlilə aid etməyə haqq verir.
FÜZULİ YANĞISI B.VAHABZADƏNİN BƏDİİ YARADICILIĞINDA
Pərixanım SOLTANQIZI
Azərbaycan Dövlət Pedaqoji Universiteti
perxanim@mail.ru
AZƏRBAYCAN
Bəxtiyar Vahabzadə “Şəbi-hicran”da Füzulinin bir sənətkar kimi taleyini nəqş edir.
Onun işığında sanki özünün də gələcək sənətkar taleyindən nişan verir. Füzuli sənətini dərk
etmək, ondan anlamaq hər şairə nəsib olan bir tale də deyildir. Bəxtiyar isə bunu əsərləri ilə
təsdiqlədi. Öz zamanının Füzulisi, kamil sənətkarı oldu. Onun öz dövrünün Füzulisi olması
qənaətimizdə, bizcə, bir yanlışlıq yoxdur. Çünki, Bəxtiyar da əlinə qələm aldığı gündən
xalqının, millətinin şairi olmuş və bunu əsərlərilə təsdiqləmişdir. 75-illik yubileyi münasibə-
tilə B. Vahabzadəyə ünvanladığı təbrikdə Ulu öndər Heydər Əliyev Bəxtiyar sənətinin bu
cəhətini yüksək dəyərləndirmişdir: “Xalqımızın keşməkeşli taleyi, yaşadığı faciəli və əzablı
günlər vətənpərvər övlad kimi daim sizi düşündürmüş, onun ağrı-acıları həssas qəlbinizi
alovlandırdığı kimi, xoşbəxt günləri də sizi sevindirmişdir. Qanlı Yanvar faciəsi günlərində
tutduğunuz əsl vətəndaşlıq mövqeyi öz tarixi əhəmiyyətini heç vaxt itirməyəcəkdir” Bəxtiyar
“Şəbi-hicran”da öz yaşantılarını, düşüncələrini zaman ötsə də, Füzulininkinə qatmış, Füzuli
kimi o da xalqının dərdini yaşamış, ona xidmət etmişdir. “Gülüstan” müqaviləsi, o taylı, bu
taylı Azərbaycan dərdi, ciddi Sovet rejimi, 1937-ci il represiyası, 20 Yanvar hadisələri və s.
məsələlər onun yaşantısından yan keçməmişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
982
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İnsan və insan taleyi Füzuli və Bəxtiyar poeziyasının bel sütunu olmuşdur. Hər iki sə-
nətkar öz dövrünün gerçəkliklərini zaman və məkan kontekstində insan taleyində bədii təcəs-
süm etdirmişdir. Çünki hər zaman insan baş verənlərin biavasitə iştirakçısı olmuş, ətrafında və
kənardakı hadisələr onun həyatına təsirsiz qalmamış və bəzən də onun taleyini həll etmişdir.
Bəxtiyar Vahabzadə “Şəbi-hicran”da Füzulinin öz dövründə yaşantılarını, gördüyü acı
həqiqətləri, ədalətsiz müharıbələri, rəyasət, sərvət üstündə qardaş qırğınlarını və s. insan
talelərində əks etdirmişdir. İnsan talelərinə poemanın bütün fraqmentlərində işıq salmışdır.
“Əmi qatili” fraqmentində Bəxtiyar hökmdar və xalq problemini qoymuşdur.
Təxt-tac, yığılan sərvətlər bu dünyada fanidir. İnsan onu anlayırmı? Bütün gözəllikləri,
çirkinlikləri yaradan insandır. Lakin insanın içindəki dünya malına, rəyasətə olan ehtirası
insanlığı üstələyir. Bu ehtiras zaman-zaman yaxınları, qohumları, tayfaları bir-birinə düşmən
etmiş, nəticədə xalqın malı, sərvəti talanmış, işgəncəyə məruz qalan günahsız insanların qanı
axıdılmışdır. Füzulinin Qədim Şərq dərdini, müsibətini, zamanların hökmünü Bəxtiyar ürək
ağrısı ilə misralara köçürmüşdür:
Şərqin dərdi böyükdür qədim tarixi qədər,
Didir bir-birini təriqətlər, nəsillər.
Qardaş -qardaşa düşmən, oğul ataya düşmən,
Didir biri-birini xaqanlar hikkəsindən
Bu dörd misrada Bəxtiyar Şərqin tarixindən, taleyindən poetik lövhələr yaratmışdır.
Füzuli də öz dövründə hələ uşaq ikən bunları görmüş, tökülən qanların şahidi olmuşdur. Qoca
Şərqin dərdi Füzulinin də dərdi idi. Şair bunu böyük sənətkarlıqla poetikləşdirmişdir. “Yurda
dəyən zərbələr Məhəmməd Füzulinin sinəsinə vuruldu” Hələ uşaq ikən içində düşündüyü “Bu
yollar, təriqətlər, təriqətlər nə üçün?” sualını anladıqca ona cavab tapırdı. Nə imiş bu?
Rəyasət eşqi!
Əmisini rəyasət üstündə öldürüb Bağdada, onun təxt-tacına yiyələnən Zülfüqar xan
İbrahim xanın yaxınlarını da öldürtdürür, sarayın, xalqın varını talan edir. Günahsız insanların
qanına bais olur. Füzuli onun bəd əməlini ifşa edən şeir yazır: “Rəyasət! Hökmün çatır bu
dünyada hər yerə, Sən Şərəf gətirirsən bəzən şərəfsizlərə Sən alçaq bir vücudu qiymətə
mindirirsən, Sən adi bir insana dahilik də verirsən”.Füzulinin yazdığı şeir Zülfüqar xana çatır-
və onun qəzəbinə səbəb olur. Vəzrinin məsləhəti ilə şairdən qisasını sevgilisi Leylanı hərəm-
xanasına qatmaqla alır. Lakin zaman öz hökmünü verir. Şah Təhmasib Bağdada hücum çəkib
onu ələ keçirir. Zaman onunda dərsiini verir. Sahibi olduğu hər şeyi arxasında buraxır və qor-
xusundan canını götürübqaçır. Qəzəbindən nərə çəkən, əliqanlı fitnəkar cəllad, qorxaq, adi bir
insana çevrilir. Qaçarkən yolda onunla rastlaşan Füzuli Zülfüqar kimilərinə zamanın onlara
verdiyi dərsianladır.
Elə ki, ayrı düşdün öz taxtından, tacından
Adi bir adam oldun, getdi şanın, şöhrətin.
Zülfüqar xan elinə-obasına xəyanətkar, yararsız, zalım, şəxsiyyətsiz alçaq, xalqı idarə
edəcək, vətəni qoruyacaq səviyyədə olmayan bacarıqsız, gücü yalnız rəyasətdə olan cinayət-
kar, quldurdur. Zülfüqar xan sultanların, xaqanların ümumiləşdirilmiş tipik obrazıdır ki, bütün
bəşəriyyət onların quluna çevrilib. Bəxtiyarın bu fraqmentdə qoyduğu Füzuli yanğısı hökm-
dar və xalq problemi tək Şərqin deyil, bəşəri bir məsələdir ki, onu Şərqin simasında qloballaş-
dırıb.
Poemanın “Kərbəla” fraqmentində ən kiçik əşyanın belə arxasından insan boylanır. Onun
taleyindən poetik söhbət açır. Füzuli vətəninə gedərkən leysan yağan yağışdan qorunmaq
üçün bir qəsrin qapısına sığınır. Qapını açır, ev sahibi onu içəri dəvət edir. Söhbət edirlər. Ev
sahibi Əntiqfüruş (əntiq əşyalar toplayan) ona çox qiymətli zinnət əşyaları-cildindəki qızılın
min dinar qiyməti olan divanını, dəstəyinin bir daşı min dinar olan qılınc, min dinarlıq nişan
üzüyü və s. əşyalar göstərir. Nə qəsrin pırıl-pırıl yanan gözəlliyi, nə də ev sahibinin ona