Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə117/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   113   114   115   116   117   118   119   120   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1003



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ta onların (türk xalqlarının) ədəbiyyatlarında lisani və üslubi ayrılıq o qədər də ciddi şəkildə 

nəzərə çarpmır.  

Ona görə  də “bu vəziyyət türk-tatar mühərrirləri arasında ümumi ədəbi dil məsələsini 

ortaya çıxarmışdır. Lakin iqtisadi və elmi mərkəzlər olmadan bu məsələni həll etmək mümkün 

deyildir. Hər  şeydən  əvvəl Rusiya türk-tatarları arasında ümumi maarif mərkəzi yaradıl-

malıdır”.  

O, vahid türk ədəbi dilinin yaradılması üçün hələ  də yetərli imkanların olmaması 

qənaətindədir. Görkəmli alimin dediyi kimi, türklərin müxtəlif dövrlərdə ayrı-ayrı yaratdıqları 

böyük dövlətlərin ədəbi dilləri də mövcud olmuşdur, ancaq o dövlətlərin süqut etməsi ilə bu 

ədəbi dillər yalnız bədii əsərlər vasitəsilə günümüzə kimi gəlib-çatmışdır. Həmçinin türkçənin 

ədəbi dil kimi uzun müddət hazırlıqsız olmasının digər bir səbəbi ədəbiyyatda olduğu kimi, 

təhsilə  də  ərəb-fars dillərinin geniş ayaq açmasıyla bağlı idi, hətta bunun nəticəsində uzun 

müddət dilimiz xalq ədəbiyyatının təsir dairəsindən də uzaq düşmüşdü.  

 Dilçi  alim  türkcənin  ədəbi dil olmasına mane olan amillərdən birini də onun leksik 

tərkibinin zəngin olmaması və “məna fəqirliyi” ilə bağlayır. Biz də B.Çobanzadənin bu fikri 

ilə razıyıq ki, xalq dili zəngindir, ancaq onun əsasında formalaşan ədəbi dil bu zənginliyi tam 

ehtiva etmir. Bunun səbəbini müəllif haqlı olaraq, ərəb və fars dillərindən dilimizə yersiz söz 

axını ilə əlaqələndirir ki, bunların çoxusu da təkrar kəlmlərdir (dəniz-dərya, eynək-çeşmək və 

s.).  


Bəkir Çobanzadə XX əsrin əvvəllərində Azərbaycan türkcəsində özünü göstərən üslub 

meyillərindən hansını – “Molla Nəsrəddin”çilərin, yoxsa Hüseyn Cavidin təmsil etdiyi 

romantiklərin dilini ədəbi dil adlandırmaq olar sualna da aydınlıq gətirir. Qeyd edir ki, “Molla 

Nəsrəddin”çilərin dili sistemsiz olduğundan, romantiklərin dili isə İstanbul şivəsinə söykən-

diyindən ədəbi dil ola bilməz. Ona görə də müəllif xalq dilinə əsaslanan və hər iki cərəyanın 

materiallarına söykənən, özünün də “orta qrup” adlandırdığı ünsiyyət dilini yaratamağı nəzər-

də tutur. 

Beləliklə, B.Çobanzadənin türk coğrafiyasının ortaq ədəbi dilinin yaradılması üçün 

dilçilik müstəvisinə  çıxarıdığı elmi konsepsiya bu gün də aktual olaraq qalır. Təxminən 90 

ildən artıq müddət keçməsinə baxmayaraq, türklərin ortaq ünsiyyət vasitəsi problemi hələ də 

öz həllini gözləyir.  

 

 



PSİXOLİNQVİSTİKA DİLÇİLİYİN BİR SAHƏSİ KİMİ 

 

Nərminə ƏLƏKBƏROVA 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu 



ladynarmina@yahoo.com 

AZƏRBAYCAN 



 

Dilin cəmiyyətdə çoxfunksiyalılığı  və insan düşüncəsi və psixoloji fəaliyyəti ilə  sıx 

əlaqəsi dilçiliyin sosial və psixoloji elmlərlə əlaqəsini daha elastik edir. Dilçiliyin psixologiya 

ilə  sıx  əlaqəsi XIX əsrdə psixoloji metodların və ideyaların dilçiliyə daxil olmasına gətirib 

çıxarmışdı. Buna səbəb, əsasən də yalnız mətnin analizinin yetərli olmadığı bəzi praktik mə-

sələlərə treotik anlam verilməsinin vacibliyinin ortaya çıxması oldu. Bundan əlavə, psixolinq-

vistika insanların dilinə görə müəyyənləşdirilməsində, maşın tərcümənin problemlərinin həl-

lində və s. sahələrdə vacibdir. Məhz bu tətbiqi vəziyyətlər psixolinqvistikanın yaranmasına və 

onun ayrılıqda bir elm sahəsi kimi özünü göstərməsinə zəmin oldu.  

Psixolinqvistikaya qismən bir hissə dil, bir hissə psixologiya kimi baxmaq düzgün deyil. 

O kompleks elmdir, belə ki, o dili öyrəndiyinə görə linqvistik fənlərə və onu psixoloji feno-

men kimi öyrəndiyindən psixoloji fənlərə aiddir.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1004



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Psixolinqvistikanın obyekti müxtəlif məktəb və  cərəyanlarda müxtəlif cür təyin edilir. 

Amma demək olar ki, təyin edilmiş obyektlərdə subyekt, dilin adresatı, məqsəd, motiv və ya 

tələbat dil ünsiyyətinin məzmunu, dil vasitəsi kimi xarakteristikalar göstərilmişdir.  

"Psixolinqvistikanın obyekti həmişə dil hadisələrinin və ya dil situasiyaların müəyyən-

ləşdirilməsidir". Psixolinqvistikanın bu obyektilinqvistikanın və digər dilçiliyə yaxın elmlərin 

obyektləri ilə üst- üstə düşür.  

Psixolinqvistikanın bir elm sahəsi kimi öz inkişafı dövründə predmetinin təyin edilmə-

sində çox çətinliklər yaranmışdır. Bir sıra nəzəriyyələr irəli sürülsə də, məhz A. A. Leontevin 

müəyyənləşdirdiyi predmet daha düzgündür: "Psixolinqvistikanın predmeti şəxsiyyətin bir 

tərəfdən dil fəaliyyətinin struktur və funksiyası ilə olan nisbəti, digər tərəfdən insan 

dünyasının obrazının əsas yaradıcısı kimi dillə olan nisbətidir". 

Psixolinqvistika nitq ifadələrinin qəbulu və formalaşmasını tədqiq edir. Psixolinqvistika 

tədqiqat predmetinə görə linqvistikaya yaxın olsa da, ancaq tədqiqat metodlarına görə isə daha 

çox psixolinqvistikaya yaxındır. Psixolinqvistika  linqvistikanın sahəsi kimi dili ilk öncə 

psixikanın fonemeni kimi tədqiq edir. Psixolinqvistika nöqteyi-nəzərindən dil danışıb və 

eşidənin, yazıb və oxuyanın daxili dünyasının mövcudluğu qədər mövcuddur. Bu səbəbdən 

psixolinqvistika "ölü dillər"in tədqiqatı ilə məşğul olmur.  

Psixolinqvistikanın tarixinə nəzər salsaq, görərik ki, "Psixolinqvistika" termini 1954-cü 

ildə ABŞ-da Ç.E.Osqud və T.A.Sebeokanın redaktorluğu altında eyni adlı kollektiv  və iş çap 

olunduqdan sonra gəldi. Hesab etmək olar ki, dilin və nitqin psixolinqvistik yanaşmadan təd-

qiqi amerikan alimlər qrupunun dilçiliyə "Psixolinqvistika" terminini daxil etməmişdən qabaq 

mövcud idi.  

Psixolinqvistikanın yaradıcısı kimi alman filosofu və linqivisti Vilhelm fon Humbolt 

hesab edilir, belə ki, "nitq fəaliyyəti ideyası  və dilin cəmiyyətlə insan arasındakı bağlılıq 

bəndi kimi anlayış" məhz ona məxsusdur. Dilçilikdə məhz Psixolinqvistika sahəsi üzrə ən çox 

tanınıb və  nəzəriyyələri hələ  də  tətbiq olunan dilçilər N.Xomski, hansı ki, öz generativ 

qrammatikası ilə tanınmışdır, Fransız psixolinqvisti Jan Piaje və digərləridir. 

Son onillikdə dilçilik mətnin tədqiqinə daha çox diqqət ayırır və psixolinqvistika daha 

çox mətnlərlə, onların spesifik strukturu, variantlılığı, funksional xüsusuiyyətləri ilə maraqla-

nır. Buradan görünür ki, psixolinqvistika ümumi dilçiliklə  sıx  əlaqədədir. Bundan əlavə o, 

mütəmadi olaraq sosiolinqvistika, etnolinqvistika və  tətbiqi linqvistika ilə,  əsasən də son 

illərdə komputer linqvistika ilə qarşılıqlı əlaqədədir.  

Psixolinqvistika ilə dilçiliyin çox yaxın olması onların vahidlərinin sərhədlənməsinə 

maneçilik törədir. Dilçiliyin vahidləri-"elmi teoretik düzülüşün və ya linqvistik modelizasiya-

nın elementi"dir. Dil vahidləri - hər şeydən öncə dili təsvir edən müxtəlif modellərin invari-

antıdır, onlar dilə, dil standartlarına, normalarına aiddirlər.  

Psixolinqvistik vahidlər-"bir-biri ilə iearxik əlaqədə olan nitq fəaliyyəti və operasiyalarıdır". 

Üç onillikdə,  əsasən də son 10-15 ildə  "ənənəvi" dilçilik sahəsində psixolinqvistika 

problematikasına maraq nəzərə çarpacaq qədər artır. Tədqiqatlar içərisində Psixolinqvistika 

daha məşhur elm sahəsinə çevrilir. Təsadüfi deyil ki, 1985-ci ildə linqvistik ixtisasların rəsmi 

nomenklaturasında "Ümumidilçilik, sosiolinqvistika, psixolonqvistika" kimi müəyyənləşdiril-

miş ixtisas vardır.  

Bir çox dilçi dilə  ənənəvi yanaşmanın bütün imkanlarından istifadə etdikdən sonra 

onları maraqlandıran suallara cavab tapmaq üçün məhz psixolinqvistika üstünlük tuturlar.  İn-

di çoxlu tədqiqatçılar insanın dil mexanizminin fəaliyyətinin qanunauyğunluğunu tədqiq et-

mək üçün kompleks yanaşmanın vacibliyini göstərir. Onun tədqiqi zamanı alimlər dilçilikdən 

kənar çıxaraq psixolinqvistika kimi bir sıra yeni elm sahələrinə müraciət edirlər.  

Dünya mədəniyyətinin qloballaşması, külli -miqrasiya və mütəmadi müxtəlif dil və mə-

dəniyyətlətin qarşlıqlı münasibətlərinin areallarının genişlənməsi, dünya komputer şəbəkələri-

nin yaranması, yad dilin öyrənilməsi mexanizmi və prosesinin tədqiqatına yeni çəki verdi.     



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə