III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1007
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
başlamaq; to be on it-işə hazır olmaq; to lock horns- mübarizəyə başlamaq; to stand (up) to
one`s lick log-dan.cəsarət göstərmək; come (stand) up to the rack-öz əməllərinə görə cavab
vermək; to bring on your bears-dan.mənə nə edirsizsə edin, sizdən çəkinmirəm; to get to
(reach) first base-işdə hər hansı bir addım atmaq; blow high, blow low-istənilən halda; to take
the bull by the horns-cəsarətli addım atmaq, qərarlı olmaq və s.
Digər tərəfdən fərdiyyətçilik istədiyi şeyə nail olmayan və ya fərdiyyətçilikdən məhrum
şəxsə istinad edir: to deal smb a poor deck-həmişə bəxti gətirməmək, uduzmaq; a two-time
looser-iki dəfə uduzan; a bag of wind-gəvəzə, boşboğaz; foul ball-dan.bəxti gətirməyən; for
the birds with-dan.heç kimə lazım olmayan, gərəksiz; to take smb’s dust-kimdənsə geri
qalmaq və s.
Amerika vətənpərvərliyi Amerika xalqının rolunu inam ilə müəyyən etmək deməkdir:
God`s (own) country-zarafatyana.Allahın (öz) ölkəsi; the Father of the Country Ölkənin Atası,
Corc Vaşinqton, ABŞ-ın ilk prezidenti; the Old Glory, red, white and blue-milli himn;the
Star-Spangled Banner-milli bayraq və himn və s.
Amerikalılar inanırlar ki, müsabiqə hər hansı bir fərd və hər hansı bir sistem üçün ən
yaxşı nəticə gətirir. Bu dəyər, Amerikanın sərbəst müəssisəsinin iqtisadi sistemində əks
olunur və bu, ABŞ-da bütün sahələrdə tətbiq edilir - tibb, incəsənət, təhsil, idman və digər
sahələr üzrə misallara diqqət yetirək; batting average-uğurlar, şəxsi nailiyyətlər; to get the
breaks-uğur əldə etmək, müvəffəqiyyət qazanmaq; to beat all nature-dan.hamını ötüb keçmək,
tayı bərabəri olmamaq və s.
Tarixən amerikalılar ölkələrini sonsuz sərvəti olan bir torpaq kimi hesab edirlər. Hər
kəsin istədiyini əldə edə bildiyi bir ölkə həqiqətən cazibədar idi. Aşağıdakı frazeoloji vahidlər
böyük Amerika yuxusunu əks etdirir ki, bunların içərisində maddi sərvət və mülkiyyət yalnız
əsas prioritetlərindən biridir. Məsələn, a land-office business-karlı iş;to be in the chips-pul
içində olmaq; iron man-dan.gümüş dollar; green power-pulun hakimiyyəti və s.
“Orada sadəcə dayanmayın,” deyən Amerikalı məsləhət verir “bir şeylə məşğul olun!”.
Bu ifadə adətən çətin vəziyyətlərdə istifadə olunur və o mənanı ifadə edir ki, hər hansı bir fəa-
liyyət -hərəkətsizlikdən, heç bir iş görməməkdən üstündür. Amerikalılar müntəzəm olaraq bir
fəal gün cədvəli təşkil edirlər. Insanların həyatla bağlı "ağıllı" münasibəti workaholics" kimi
tanınan bir insan sinfi yaratmışdır ki, onlar öz iş və ya peşələrinə çox böyük önəm verir. Mə-
sələn, Root, hog or die-dan.çalış, işlə yoxsa batarsan; to get up and go-inadkarlıq göstərmək;
to be on all cylinders-yorulmadan çalışmaq; to put in one’s best licks-maksimum çalışmaq; to
keep the log rolling-yüksək iş tempini saxlamaq; bent over backwards-çalışmaq və s.
Amerikanın, ehtiyatları və uğurlarilə bağlı, həmişə nikbin fikirləri var. Amerikalılar
inanırlar ki, onlar taleyin qurbanı olmayacaq, öz talelərinə nəzarət edirlər. Bir çox amerikalılar
inanırlar ki, "American dream" kifayət qədər gərgin işləmək istəyən hər kəs tərəfindən əldə
edilə bilər. Bir çox amerikalılar düşünürlər ki, bunun yeganə maneəsi "kifayət qədər cəhd"
etməməkdir. Digər mədəniyyətlər ("nə olacaq") taleyə daha çox iman edirlər. Pis bir şey baş
verən zaman, bu mədəniyyətlərin bəzi üzvləri, düşünürlər ki, bu qəbul olunmalıdır və
dəyişdirilə bilməz. Amerika Birləşmiş Ştatlarının üç əsrə yaxın yaşı var və Amerika mədə-
niyyəti nikbin olmağa çalışır. Onun dəyərləri reallıq kimi qəbul olunur və bütün bunlar əksini
frazeoloji vahidlərdə tapır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1008
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
BİLƏSUVAR TOPONİMLƏRİ HAQQINDA
Nərmin İSGƏNDƏROVA
Qafqaz Universiteti
bomuj123@gmail.com
AZƏRBAYCAN
Azərbaycan dilinin daha qədimlərdən mövcud olduğunu sübut edən adlar müxtəlif dövr-
lərdə müəyyən hadisələrlə əlaqədar yaranmış, formalaşmış və dildə özünə möhkəm yer tut-
muşdur. Toponimlər məxsus olduqları xalqların dillərinin leksik-qrammatik qayda-qanunları
əsasında yaranır, formalaşır, dildən-dilə, nəsildən-nəsilə keçərək uzun müddət yaşayır. Belə
adların – toponimlərin bir çoxu qədim adların və qədim dillərin, eləcə də müəyyən tarixi
hadisələrin soraqçısı olaraq qalır. Bu barədə L.Quliyeva yazır: “Toponimika coğrafi adların
(toponimlərin), onların mənşəyini, formalaşmasını və işlənməsini öyrənən elmdir. Toponimik
adların hərtərəfli öyrənilməsinin çox böyük elmi əhəmiyyəti olmasını heç kim inkar etmir”.
Azərbaycan dilinə mənsub onomastik vahidlərin öyrənilməsi ilə bağlı müxtəlif
tədqiqatlar aparılmışdır. Bu tədqiqatlarda Azərbaycanın makro və mikrotoponimləri tədqiqata
cəlb olunmuşdur.
Bu tədqiqatlarda maraq doğuran toponimlərdən biri də Biləsuvar toponimidir. Bu söz
haqda mənbələrdə müxtəlif məlumatlar vardır. Bəzi mənbələr yazır ki, İran tarixində
Biləsuvarı X əsrdə Buveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır.
1938-ci ildə Biləsuvar rayonunun adı dəyişdirilmiş və Puşkin adlandırılmışdır. 1963-cü ildə
ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildə isə yenidən müstəqil rayon olmuşdur.
Puşkin adlandırılan rayon SSRİ – dövləti dağıldıqdan sonra 1991-ci ildə yenidən tarixi -
Biləsuvar adını almışdır. Biləsuvar oykonimi ilə bağlı faktlara baxaq:
Azərbaycanlıların etnoqenezində mühüm rol oynayan tayfalardan biri də suvarlardır.
Tədqiqatlarda “suvar” komponenti əsasən sabir türk tayfası kimi araşdırılır. “Bilə” komponen-
tinin araşdırılmasında isə tədqiqatçılar tərəfindən müxtəliflik özünü göstərir. Mənbələrdə
Biləsuvar – “belə”, “su”, “var”; farsca “baala”(uca), “suvari”(atlı); ərəbcə “bela” (bədbəxtlik);
eləcə də “iki çay arasında yanmış çöl” kimi izah edilmişdir. Nəbi Əsgərov isə “bilə” kompo-
nentinin “bülər”, “bolqar” etnonimi əsasında formalaşdığını faktlarla əsaslandırmışdır. Biləsu-
var oykonimi Bolqar + Suvar etnonimlərinin birləşməsindən yaranmış oykonimdir. Bu fikri
həmin bölgədəki onomastik vahidlərin olması da təsdiq edir (Bolqar çay, Mişar çay, Bolqar
Göytəpə kəndi və s.). Bolqar çayı, İran ərazisində - Şənbə çay, Adnabazar çay, Bəylər çay,
Şirinsu çay, Qələbə çay və s. adlandırılmışdır. Hal-hazırda həmin çay Biləsuvar çayı adlan-
dırılır, amma xəritələrdə Bolqar çayı kimi göstərilir.
Fərqli fikirlərdən biri də Qukasyanın Heredota istinad edərək sapserlərin Midiyanın
qonşuluğunda Araz çayının sahilində yaşadıqlarını qeyd etməsidir. Müəllif yazır ki, sapser-
lərə// sabirlərə gəldikdə Heredot çox güman ki, Kür-Araz ovalığında, xüsusilə Azərbaycanın
şimal-qərb zonasında yaşamış ən qədim Azərbaycan dilli savir // sabir tayfa birləşməsini nə-
zərdə tutmuşdur. Biləsuvar toponimi indiki Şərqi Azərbaycanın şimal-şərqində, Araz çayın-
dan 50 km. cənubda, Xəzər dənizinin şərqində yerləşir. Bu məntəqə Muğanın çox hissəsini
əhatə edir.
B. Xamaçının verdiyi məlumata görə, bu yerin qədim adı Aran mənası “gün tutan
düzənlik” anlamındadır. Orta əsr müəllifi H.Qəzvininin “Nüzhət əl-Qulub” əsərində verdiyi
məlumata əsasən, Albuyə əmirlərinin böyük sərdarı pilə (filə) minmiş və buranı abadlaşdıra-
raq kənd salmışdır. Bununla yanaşı, B.Xamaçı “pilə” sözünün “iki çay arası” mənasında
olduğunu qeyd edərək Şərqi Azərbaycanın Biləsuvar rayonunun Balharud və Abbəylər çayları
arasında yerləşdiyini göstərmişdir.