III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1005
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ƏLİAĞA VAHİD LİRİKASINDA QƏMİN ZİRVƏSİ
Nazilə ABDULLAZADƏ
Bakı, Azərbaycan Müəllimlər İnstitutu
nazile.s.m.d@mail.ru
AZƏRBAYCAN
XX əsr Azərbaycan ədəbiyyatında təxəllüsü kimi yaradıcılığı etibarilə də yeganə olan
Əliağa Vahid klassik şeiri uzun əsrlər hakimi-mütləq olan müqəyyəd qəliblərdən azad edib
onu yeni ruh, yeni məzmunla zənginləşdirən bir sənətkar olmuşdur. “Böyük Füzulinin yadi-
garı” qəzəlin dəbdən düşdüyü, keçmişin qalığı, köhnəlik əlaməti sayıldığı bir dövrdə onu
yenidən dirçəldərək Azərbaycan şeirində xüsusi çəkisi olduğunu, gəldi-gedər münasibətlərə,
zəmanənin gərdişinə, siyasi qovğalara məhəl qoymadan əsrlərdən nəsillərə ötürülən bir janr
olduğunu yaradıcılığı ilə sübuta yetirmişdir.
Vahid lirikasıın əsasını eşq və eşqin doğurduğu nəşə ilə yanaşı, qəm, kədər, qüssə təşkil
edir. Eşqin, məhəbbətin səfası qəm onun şeiriyyətinin xislətində, mayasındadır. Çünki dün-
ya özü qəmdən, kədərdən yoğrulub, bu qəmin, peşmançılığın mayasını hələ Adəmlə Həvva
cənnətdən qovulanda vurublar. Təsadüfi deyil ki, Vahidin şeir aləminə, ədəbi çevrəyə gəlişi,
qəbul olunması və tanınması da “qəm”lə bağlı olub. Ustadı Mirzə Əbdülxaliq Yusifin “Min
qəmim vardır, birin mindən bir adəm bilməyir” misrasına o, bədahətən elə bu misranın
içindən gələn
Min qəmim vardır, birin mindən bir adəm bilməyir,
Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir
beyti ilə cavab verir və o gündən ustadın ona verdiyi “Vahid” təxəllüsü ilə məşhurlaşır.
Romantik ədəbiyyata, xüsusən Yaxın və Orta Şərq poeziyasına xas olan kədər anlayışı
Vahidə də yad olmamışdır. Sələfləri Nizami, Nəsimi, Füzuli kimi Vahid də qəmi qəmə
calamağı, qəmə qəm qatmağı xoşlamış, kədərə meyilliyini, dözümlülüyünü isbat etmişdir.
Orta əsrlər fəlsəfi şeirin banisi Nəsimi qəmə tutulduğuna görə fəxr edir, özünü xoşbəxt sanır:
Qəm odu mən bağrı yabmış bir kəsə oldu nəsib,
Fəzli-həqqə şükür ki, nadanə, xamə çatmadı.
Mövlanə Füzuli “qəm yükün çəkməkdəyiz mən bir zaman, sən bir zaman” deyəndə elə
bir inama gəlir ki, eşq sərgəştəsi Məcnunla dərdinin əfsanəsi birdir, söz ayrısa da, aşiqi-
divanəsi birdir. Bu vəhdət, bu qoşalıq Vahiddə də var, Vahidin də ruhuna, qəlbinə peyğəmbər
xələfi Füzulinin qəm meyindən damızdırıb. Bu anlamda Vahid 600 illik böyük bir zaman
kəsimindən sonra Füzuli qəmini çiyinlərinə götürə bilən bir qəmxardır.
Dünyanın yaşadığı bəşəri kədərin təzahürü Füzulidən sonra XIX əsrdə Seyid Əzim
Şirvani, XX əsrdə Vahidin yaradıcılığında ictimai-fəlsəfi çalarda ifadə olunmuşdur. Füzuli
kədəri kimi, Vahidin kədəri də “intim tarixçələrlə, şəxsi güzəran və qayğılarla” bağlı deyil.
Lakin Füzulidən fərqli olaraq, Vahid qəmin yükünü bəşərilikdən, ictimailikdən daha çox fər-
diliyə endirmiş, adi insanın ürək çırpıntılarına, təbəddülatlarına, kədərinə üstünlük vermişdir.
Təbii, səxsi həyatındakı olaylar, uğursuz taleyi, nakam sevgisi, sənətdə özünə qarşı biganəlik,
kölgədə qalmaq, üstəgəl meyə aludəçiliyi yaradıcılığına təsirsiz ötüşmürdü. Xalqın şairi olan
Vahid yeri düşdükcə giley-güzarını dilə gətirməkdən çəkinmir, kədərinin ilahiliyi və bəşəriliyi
ilə deyil, sadəliyi və həyatiliyi ilə özü kimilərin qəminə şərik çıxırdı. Uşaq ikən kimsəsizlik-
dən təhsil ala bilməyən, sənət öyrənmək istədikdə əli bir yerə çatmayan Vahidin “Mollaxana”
poemasında dilə gətirdiyi qəm o dövrdə xalqın böyük bir təbəqəsinin qəmi, kədəri idi:
Qaldım avara, səfil, özbaşına,
Elə ki çatdım on-on bir yaşına.
Məktəbə, sənətə artdı həvəsim,
Kimsəsizdim, yox idi dadrəsim.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1006
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Möhnətim çox, qəmim ondan artıq,
Baxıram dövrəmə yazıq-yazıq.
Vahid üslubundakı kədər onun şair mənliyinin, əyilməzliyinin, üsyankarlığının əks-
sədasıdır. Sevgilisinin vəfasızlığından duyduğu kədər aşiqin iç dünyasının sevinci, nəşəsidir.
Bu sevgi göylərdən gələn platonik sevgi deyil, saf hislərin coşub-daşdığı bir sevgidir. Bu
sevgidə qısqanclıq da var, çılğınlıq da, xəyanət də var, sədaqət də, peşmanlıq da var, ümid də,
mərhəmət də var, cəfa da. Çəkdiyi qəmlər, başına gələn min bir oyunlar, əğyarın tənəsinə döz-
məyi də aşiqn sevgisində qətiyyəti, dözülməzliyi ilə bağlıdır.
Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən,
Bir dəm ömrümdə çəkərdimmi bu dərdü qəmi mən?
Başqa bir şeirdə sevdiyi gözəlin cazibəsi ona dünyanı unutdurur, eşqin verdiyi zövq,
sevgilisinin nazı, ədası, işvəsi onu qəmdən uzaq tutur:
Kimdə vardır, gözəlim, səndə olan cazibələr?
Sənə dünyadə məgər aşiq olan da qəm elər?
Vahid lirikasında qəmin sonu nəşə və sevincdir, Vahid qəmin zirvəsinə ucalır; bərabər-
sizlik, cəhalət, tənhalıq, soisal köləlik, şeirin, sənətin, sənətkarın lazımınca qiymətləndirilmə-
məsi, sevdiyinin xəyanəti və s. bu kimi qəm, kədər doğuran motivlər əslində Vahidin duyub
yaşadıqlarının bədii inikasıdır.
AMERİKA DƏYƏRLƏRİNİN FRAZEOLOJİ BİRLƏŞMƏLƏRDƏ ƏKSİ
Mehdi RƏHİMOV
Gəncə Dövlət Universiteti
mehdi_rahimov@yahoo.com
AZƏRBAYCAN
Dəyərlər inanclara emosional güc gətirir. Dəyərlər öyrənilir və təbiətdə normativ ola
bilər. Onlar zaman keçdikcə dəyişilir və nadir hallarda, müxtəlif nəsillərin üzvləri tərəfindən
xüsusiyyətləri paylaşılır. Məsələn, ABŞ-ın Şimali Amerika mədəniyyətinin üzvlərinin inam
və dəyəri istiqamətləndirən rəqabət, fərdiyyətçilik, fəaliyyət, və digər ümumi prinsipləri olan
müsbət özəllikləri qalır. Onlar fərdiyyətçi, fəaliyyət yönümlü və rəqabət yolları ilə həyat,
azadlıq, xoşbəxtliyə konstitusiya ilə tənzimlənən və sosial cəhətdən qiymətləndirilən
hüquqları özündə birləşdirir. Bu dəyərlər öz ifadəsini nəsildən nəslə keçərək dəyişir. Mədəni
dəyər sistemi gözlənilən, ümid və ya tələb olunan, və ya qadağan edilənləri bildirir. Bu faktiki
davranış hesabat deyil, tətbiqin hökmü və sanksiyaların həyata keçirilməsini təmin edən
məntiqi qiymətləndirmənin meyarlarını müəyyən edir.
Amerikalıların dəyərlərinin mərkəzində fərdiyyətçilik durur. Amerikalılar öz fikir və
hərəkətlərində özlərini yüksək fərdiyyətçi kimi hiss edirlər. Onlar hər hansı bir homogen
qrupun nümayəndələri kimi fikirləşilməyə müqavimət göstərirlər. Onlar qruplara qoşulan
zaman, özlərinin xüsusi olduqlarına inanırlar. Məsələn, be what you appear to be – olduğun
kimi görün; (as) independent as a hog –özündən razı, müştəbeh; to put on the dog – özünü
dikbaş aparmaq; to cut a swatch – lovğalanmaq; Holy Joe – riyakar; a wise guy – iron. təşəx-
xüslü, lovğa; to be (get, grow) too big for one`s britches, shoes, trousers, pants dan. dikbaş
olmaq; bighead – təkəbbür; to toot one`s own horn – lovğalanmaq; a publicity bound – jarq.
lovğa, özünü göstərən və s.
Özünə güvənən fərdin ideallaşması özünü sənaye səhasində kiçik işdə belə olsa
müvəffəqiyyət qazanaraq daha da böyük uğur əldə edəcəyini ifadə edir: to stand the gaff
çətinlikdən qorxmamaq; to be on the kill-heç bir əngəl tanımamaq; to shoot Niagara riskli işə
girişmək; to keep in line-özünə hakim olmaq; to cut one’s eyeteeth on smth-öz karyerayasına