III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
959
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
öhdəsindən gəlməli, bu sınaqların yekunu kimi ad qazanmalı və ya evlənməlidir. Evlənmə
ritualı daha çox "Qanlı Qoca oğlu Qanturalı boyu" və "Baybörə oğlu Bamsı Beyrək " boyların-
da əks olunur. "Uşun qoca oğlu Səyrək boyu"nda isə evlənmə göstərilən sınaqlardan əvvəl baş
verir. Sözügedən boy isə evlənmə ilə yekunlaşmır. Səbəb qəhrəmanın öz igidliyini tam şəkil-
də göstərə bilməməsi və dustaq olmasıdır. Bu igidliyin sübutu və kişilik statusuna keçid "Salur
Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy"da əksini tapır. Səfər motivi qəh-
rəman obraz yaratmaqda xüsusi rol oynayır və sözü gedən boyda Uruz bəyin səfərə çıxması
bu qəhrəmanlığa gedən yolda atılan ilk addımlardır.
AZƏRBAYCAN FOLKLORUNDA MİF VƏ NAĞIL MÜNASİBƏTLƏRİ
Günеl VƏKİLOVA
AMЕA Fоlklоr İnstitutunun
gunel_novruzova@mail.ru
AZƏRBAYCAN
Folklorun geniş yayılmış janrlarından biri olan nağıllar zəngin forma və məzmuna, gen-
iş əhatə dairəsinə malikdir. Qədim dövrlərdən əcdadlarımızın mifik görüşləri və onların düşün-
cə tərzi yaratdıqları nağıllarda öz əksini tapmışdır. Belə ki, nağıl mətnlərinin əsasında mif,
mifoloji düşüncə, inanclar, kultlar, mifoloji düşüncənin gərçəkləşdirdiyi əsatir mətnləri durur.
Xüsusi vurğulamaq lazımdır ki, mənşəyindən danışarkən nağılların miflə (əsatirlə)
əlaqəsini nəzərdən qaçırmaq olmaz. Təsadüfi deyil ki, folklorşünaslıq elmi mifin nağılla
bağlılığı məsələsinin tədqiqi əsasında meydana gəlmişdir. Oxşar nağıl sujetlərini bir-biri ilə
müqayisə edib araşdıran Qrim qardaşları keçən əsrin 40-cı illərində “Mifoloji məktəb” adlı
nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyənin əsasında mifin nağıla təsiri dururdu. (2, 128)
Ümumiyyətlə, nağılla mifin əlaqəsi məsələsi üzərində bir çox alimlər tədqiqatlar
aparmışdır. Azərbaycan alimləri Y.V.Çəmənzəminli, M.Seyidov, M.Təhmasib, P.Əfəndiyev,
V.Vəliyev, A.Nəbiyev, O.Əliyev, R.Əliyev, R.Qafarlı və başqalarının monoqrafiya, dərslik və
məqalələrində bu problemin həlli yollarına toxunulur. Mif və nağıl əlaqəsində onları bir-
birindən ayıran cəhətlər də var. Belə ki, mif təbiət qarşısında aciz qalan insanların kortəbii
inancından doğan obrazlar sistemidir. Nağıl isə xalq epik ənənəsinin özünəməxsus forma və
məzmununa malik bitgin formasıdır.
Nağıllardan fərqli olaraq miflər nəyinsə izahına və aydınlaşdırılmasına yönəlir, onlar
əvvəl qeyri-şüuri şəkildə yaradılır, sonradan hansısa məqsədə yönəldilir.Nağıl isə ağlın, baca-
rığın, sağlam düşüncənin vasitəsi ilə həyatın rəngarəng şəkildə təsvir edərək marqlı sujet qur-
mağa xidmət edir. Bütün bunlarla yanaşı mif öz inanış formasından çıxaraq, bədiilik və obraz-
lılıq qazanaraq bəzən açıq şəkildə, bəzən də simvollaşmış halda nağıl sujetinə daxil olur.
Görkəmli filosof, alim Ağayar Şükürov “Mifologiya” adlı əsərində yazır: “Bəzi tədqi-
qatçıların fikrincə, antik mifi nağılda adlandırmaq olar. Çünki nağıl xalq yardıcılığının məhsu-
ludur. Onlar şüurlu şəkildə uydurulur, özü də əvvəlcədən məqsəd və ideya məludur. Eyni
zamanda həm nəql edən, həm də dinləyən danışılanların uydurma olduğunu başa düşür və ona
şərti olaraq inanır”. (3, 6)
Müxtəlif forma və məzmuna malik mifoloji mətnlər sadə və mürəkkəb qurluşlu olur.
Nağıl sujeti-nin əsasında duran sadə qurluşlu mifoloji mətnlər daha yığcam, kiçik həcimli mi-
foloji mətnlərdir. Sadə qurluşlu mifoloji mətnlərdən fərqli olaraq, mürəkkəb qurluşlu mifoloji
mətnlər nağıl sujetinin böyük hissəsini, bəzən də bütün sujet xəttini əhatə edə bilir.
R.Əliyev mifoloji mətnləri aşağıdakı kimi təhlil etmişdir: “Nağıl sujetinin əsasında
duran mifoloji mətnlər irihəcmli olub, kiçik məzmun da daşıya bilir. Bu cəhətdən nağıllardakı
mifoloji mətnləri iki yerə ayırmaq mümkündür: sadə qurluşlu mifoloji mətnlər, mürəkəb qur-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
960
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
luşlu mifoloji mətnlər. Sadə qurluşlu mətnlər nağılın tərkibində yaşayan kiçik mifoloji mətn-
lərdir. Mürəkkəb qurluşa malik mifoloji mətnlər demək olar ki, bütün sujet xəttini təşkil edir
və hətta bu sujet xəttinin içərisində kiçik mətnlərdə daxil ola bilər. Nağılın bütün sujet xətti
mifoloji mətndir. Ancaq bu sujet xəttinin içərisində kiçik mifoloji mətnlər də vardır. ” (1, 145)
Ətrafdakı hadisələri dərk etməkdə çətinlik çəkən insanlar bu qorxu və acizliyin təsiri ilə
müxtəlif hadisələrə inanmış, heyvan və əşyaları ilahiləşdirərək onlara sitayiş etmişlər. Bu
şəkildə öz inanclarını formalaşdırmağa, aciz qaldıqları hadisələrə müəyyən don geyindirməyə
çalışmışlar. Nəticədə müxtəlif miflər, inanclar, kultlar, ayinlər və s. formalaşmışdır. Lakin
şüur inkişaf etdikcə bu təsəvvürlərə inam azalmış, bu inanc və ayinlərin bir çoxu əhəmiyyətini
itirərək unudulmuşdur. Bir qismi isə dildən-dilə keçərək müəyyən dəyişikliyə uğramış, bədiilik,
obrazlılıq qazanaraq müxtəlif nağıl sujetlərinin tərkibində günümüzə qədər gəlib çatmışdır.
Bu da onu göstərir ki, bu günün adət-ənənələri, toy və yas mərasimləri ilə nağıllarımız arasın-
da birbaşa genetik əlaqə var.
Y.M.Meletinski mifin nağılla əlaqəsi haqqında yazır: “mərasim sona yetir, onun ilkin
dini mahiyyəti, mifoloji hadisələrin həqiqiliyinə inam zəifləyir, bu zaman ayin və ritual da öz
əhəmiyyətini itirir, unudulur, ilahi mənşəli mifoloji qəhrəmanlar adi nağıl qəhrəmanları ilə
əvəz olunur, mifoloji zaman bilinməyən bir zaman tipinə çevrilir, əski dəyərlər yox olur,
kollektivçilik itir, əvəzində şəxsiyyətin rolu önə çəkilir”. (4, 142)
Mifoloji obrazlara bir çox Azərbaycan nağıllarında rast gəlmək olar. Məsələn: “Naşükür
qız” na-ğılında qızın qoyun dərisi ilə libas dəyiş-məsi, “Göyçək Fatma” nağılında Fatmanının
qardaşının sehirli bulaqdan su içərək inəyə çevrilməsi, meşəni təmsil edən və Fatmaya kömək
edən qarı obrazı, “Məlikməmməd və Məlik Əhməd” nağılında su və alma mifoloji motiv və
obrazlara misaldır. Göstərilən bu vasitələrin nağıllardakı vəziyyətləri də mifoloji aspektdən
izah olunur.
Beləliklə, Azərbaycanın qədim xalq yardıcılığı örnəklərindən biri olan nağıllar mifoloji
motivlərlə zəngindir. Bu isə tədqiqatçılarımıza xalqımızın ilkin təsəvvürləri, adət-ənənələri,
inamları haqqında bir çox məsələləri araşdırmağa imkan verir.
NƏRİMAN ƏBDÜLRƏHMANLININ “YOLSUZ”
ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM
Yeqzar CƏFƏRLİ
Qafqaz Universiteti
yeqzar_91@mail.ru
AZƏRBAYCAN
Qaldırılan problemlərin oxşarlığı cəhətdən “Yolsuz”u özündən əvvəl yazılmış əsərlərin
davamı hesab etmək olar. İlk hekayələr, povest və romanlarında olduğu kimi burda da nakam
insanlardan, tale qisməti, alın yazısından söhbət açılır. Daha əvvəlki əsərlərinin təhlili zamanı
qeyd etdiyim kimi onun qismət konsepsiyasında bir ziddiyyət vardır. N.Əbdülrəhmanlının
qəhrəmanları gah taleyi ilə barışaraq bütün bunları Allahın qisməti sayır, gah da üsyan edib
elə bu qismətə qarşı çıxırlar. “Əslində bu vaxtacən bir dəfə də olsun qismətimdən narazılığımı
dilimə gətirməmişdim, ümidsiz günlərimdə belə, hardansa qapı açılacağına altıncı duyğumla
duyurdum...”
“Yolsuz”da müəllifin cəmiyyətə, ailəyə, qadına münasibət maraq doğurur. “Bu xanım
aktrisadı, incəsənət adamıdı, hamının tayı ola bilməz, hamı onunla yanaşı dura bilməz,
sənətkar gərək kütlədən fərqlənsin”. Fikir verin, psixoloq bu düşüncələri ilə özü onun doğru
yoldan azmasına şərait yaradır. Arvadının oynaşı olmasını bilə-bilə ona güzəştə gedir. Bu
sözlər həqiqətən də bir Azərbaycan kişisinə aiddirmi?