Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə103/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   99   100   101   102   103   104   105   106   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

975



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

il yanvar ayının 28-də başlanıb. Jurnal ilk dəfə “İnqilab və mədəniyyət” adı ilə nəşr edilirdi. 

1953-cü ildən jurnal “Azərbaycan” adı ilə nəşr olunur. Jurnal yarandığı gündən bu gune kimi 

ədəbiyyatla bağlı çox mühim işlər görmüşdür. Jurnalın baş redaktoru İntiqam Qasımzadədir. 

Jurnalda Vaqif Yusiflinin “Poeziyamız haqqında düşüncələr”, “Poeziya 2011-2012”, “Qardaş 

ədəbiyyatların oxşar tendensiyaları”, “Pəncərəmi açdım sabaha”, “Təzədən doğulur şair ölən 

gün...”, Elçinin “Azərbaycan  ədəbi prosesində    nə baş verir? (Nə etməliyik və necə 

etməliyik)”, Südabə  Ağabaliyevanın “Tənqid və  Əxlaq”, Cavanşir Yusiflinin “Azərbaycan 

komediyasının yalan və absurd poetikası”, Nərgiz Cabbarlının “Psixologizmə meylin nəticələ-

ri”, Almaz Əliqızının  “Yarımçıq əlyazma”, Ya¬qub Babayevin “Ana dilli poeziyamızın qazi-

si”, Rüstəm Kamalın “Mif zamanı yaxud Don Kixot kompleksi” və. s maraq doğuran məqa-

lələr dərc olunmuşdur. Qeyd etdiyimiz yazılardan bəziləri müasir, bəziləri isə klassik dövr 

haqqında yazılmış yazılardır.  

Dövrün mənzərəsinin əks olunmasında “Ulduz” jurnalı da seçilir. “Ulduz” jurnalı 1967-

ci ildən nəşr olunur. “Ulduz” jurnalı daha çox kollektiv söhbətdən istifadə edir. Baş redaktor 

Elçin Hüseynbəyli də daxil  olmaqla yaradıcı kollektivin tanınmış sənətkarlarla söhbətləri ef-

fektli olmaqla yanaşı, yazıçı  şəxsiyyəti və  ədəbi həqiqətlərin müxtəlif yönlərdən açılmasına 

xidmət edir. 

 

 

GƏNCƏ ƏDƏBİ MÜHİTİNİN NÜMAYƏNDƏLƏRİNİN “MOLLA 



NƏSRƏDDİN” JURNALINDAKI FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 

 

Səba NAMAZOVA 

Gəncə Dövlət Universiteti 



seba8080@mail.ru 

AZƏRBAYCAN 

 

Ötən XX əsrin başlanğıcının mürəkkəb ictimai-siyasi şəraiti milli-mənəvi özünüdərk 



proseslərinin daha da dərinləşməsi, geniş miqyas alması ilə müşayiət olunurdu. Azərbaycanın 

digər bölgələri kimi, Gəncə də bu cür demokratik dəyişmələrin baş verdiyi və azadlıq ideyala-

rının düşüncələrə hakim kəsildiyi məkanlardan biri idi. Cəmiyyət həyatının demokratikləşdi-

rilməsi prosesində özgün mövqe nümayiş etdirmiş fəal mollanəsrəddinçilərin sırasında jurna-

lın Gəncə təmsilçilərinin məxsusi rolunun və xidmətlərinin olduğu danılmazdır. Böyük Mirzə 

Cəlilin redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalı gəncəli müəlliflərinin yaradıcı-

lıq yollarını dürüst müəyyənləşdirmələrinə yardımçı olduğu kimi, onlar da öz fəaliyyətləri ər-

zində Gəncədən “Molla Nəsrəddin”ə doğru uzanan yolda saysız maneələr, məhrumiyyətlərlə 

qarşılaşmalarına rəğmən, məsləklərinə sadiq qalıb söz döyüşlərində misilsiz iradə və dəyanət 

nümayiş etdirmişlər.  

Cəlil Məmmədquluzadə xalqın milli ictimai-mədəni şüurunun formalaşması və inkişafın-

da Gəncə ədəbi-ictimai mühitinin oynadığı rolun əhəmiyyətini və çəkisini bütün aydınlığı ilə 

gördüyü üçündür ki, “Molla Nəsrəddin” jurnalının materiallarında Gəncə  həyatına, onun 

sosial-mədəni mühitində cərəyan edən mənəvi-psixoloji proseslərə də xüsusi yer ayrılırdı.  

Jurnalın səhifələrində dərc olunmuş Gəncənin ictimai-ədəbi və mədəni həyatının dolğun 

bədii əksini verən çeşidli yazılar bu mətbu orqanla Əli Nəzmi, Əli Razi, Mirzə Məhəmməd 

Axundov və başqa qələm sahiblərinin “Molla Nəsrəddin” jurnalının tutduğu ideya-mübarizə 

cəbhəsinə münasibətlərindən soraq verir, onların yaradıcılıq əlaqələrini aydın şəkildə xarak-

terizə etməyə imkan yaradır.  

“Molla Nəsrəddin”də zamanın vacib xüsusiyyətlərini özündə ehtiva edən hadisə və pro-

seslər realist bədii ümumiləşdirmə bacarığı ilə  əks etdirilirdi. Buna mollanəsrəddinçilərin 

sənətkarlıq qüdrətləri ilə yanaşı, birinci növbədə dövrün ən səciyyəvi cəhətlərini ifadə edən 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

976



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

etnik mədəni mərkəzlərin, əyalət və obaların, tarixi hadisə və şəxsiyyətlərin daima diqqətdə 

saxlanmaları  əsas verirdi. Belə tarixi-inzibati və sosial-mədəni mərkəzlərdən biri də  Gəncə 

şəhəri idi. Təsadüfi deyil ki, tarixən milli düşüncənin əsas ocaqlarından, ideya mərkəzlərindən 

hesab edilən Gəncə haqqında Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlı 

monoqrafiyasında söz açarkən  şəhər barəsində mövqeyinə belə aydınlıq gətirmişdi: “Azər-

baycan həyati-milliyəsində  təsirati-mühümməsi bulunan ikinci mərkəz Gəncədir. Gəncədə 

təsis edilən “Mədrəseyi-ruhaniyyə” vəqtilə milliyyətpərvərlik ruhunun təqviyə edilən ən mü-

hüm mərkəzi idi. Buradan Azərbaycan bir çox müəllimlər, mühərrirlər və şairlər qazanmışdır. 

Məzkur (yuxarıda adı  çəkilmiş, söylənmiş – S.N.) məktəbin  əhəmiyyətini dərk edən çarizm 

burasını çabuq qapamaqla “təhlükə”nin önünə keçmək istəmişdir...” 

Şəhərin (və  ətrafının) sosial-siyasi, mədəni-mənəvi həyatında cərəyan edən hadisə  və 

proseslərə həm dövlətin, həm də “Molla Nəsrəddin” jurnalının belə həssaslıq göstərməsinə bu 

cəhətdən təsadüfi hal kimi baxmaq doğru olmazdı. Çünki zaman-zaman zəngin tarixi,  mədə-

ni, ədəbi və  dövlətçilik  ənənələrinə  malik  olub Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami 

Gəncəvi və b. dühaların doğulub boya-başa çatdığı  Gəncə  şəhərinin ictimai-mədəni həyatı 

XIX  əsrin sonları  və XX əsrin  əvvəllərində  də özünün fəallığı, Azərbaycanın taleyüklü 

problemlərinə  həssas və ayıq reaksiyası ilə diqqəti cəlb edirdi; burada mədəni-maarifçilik, 

yeni istiqamətli təhsil-tədris, teatr və dramaturgiya, xeyriyyəçilik tədbirləri, etnik proseslər və 

s. milli təəssübkeşlik mövqeyindən həyata keçirilir, cərəyan edirdi. 

“Molla Nəsrəddin”  ədəbi cəbhəsinin və Mirzə  Ələkbər Sabir poeziya məktəbinin 

formalaşaraq yeni-yeni ideya, mövzu və  sənətkarlıq keyfiyyətləri baxımından  zənginləş-

məsində  Əli Nəzmi,  Əli Razi Şamçızadə, Mirzə  Məhəmməd Axundov və digər gəncəli 

müəlliflər öz əsərləri ilə misilsiz xidmətlər göstərmişlər; jurnalda mənsur felyeton janrının, 

cavab satiraların, tapmaca və tapmaca-cavab şəklində satirik şeir formalarının, açıq məktub, 

müraciət üslublu şeirlərin meydana çıxması, Ana dilinin saflığı  uğrunda mübarizənin daim 

aktual bir mövzu olaraq saxlanıb inkişaf etdirilməsində, Mirzə Cəlilin felyeton, Mirzə Ələkbər 

Sabirin inqilabi satira ənənələrinin inkişaf etdirilib forma, mövzu və ideya-estetik cəhətdən 

zənginləşməsində və s. Əli Nəzmi öz yaradıcılıq fəaliyyəti ilə müstəsna rol oynamışdır.  

Əli Razi Şamçızadə çoxsaylı, çeşidli şeir və felyetonları ilə “Molla Nəsrəddin”də qadın 

azadlığı, cəmiyyətdə  və ailədə qadının yeri, təhsili və s. problemləri ardıcıl olaraq işıqlan-

dırmış, onların mahiyyəti, törəmə səbəbləri, həlli yolları haqda ardıcıl dərc etdirdiyi əsərləri 

ilə jurnalın ideya cəbhəsini və sənətkarlıq keyfiyyətlərini zənginləşdirmişdir. 

Gəncədəki mövcud ictimai-ədəbi və mədəni durum digər mollanəsrəddinçiləri, jurnalın 

Gəncədən olan müəlliflərini, o cümlədən Mirzə Məhəmməd Axundovu “Molla Nəsrəddin”in 

ədəbi mövqeyini teatr, dramaturgiya, məktəbdarlıq və s. sahələrdə də yaymağa istiqamətlən-

dirirdi.  

Müxtəlif forma və məzmun xüsusiyyətlərinə malik satirik nümunələrdə qələmlərini sı-

namış Gəncə ədəbi mühitindən olan müəlliflər şəhər həyatının güzgüsünə çevrilən yazılarında 

xalqı yalnız  ətrafda baş verənlərin mahiyyətindən xəbərdar etmir, eyni zamanda diqqəti 

onların yaranma səbəblərinə də yönəldirdilər.  

Jurnalın   Gəncə    ədəbi mühitindən   olan   nümayəndələri –  Əli Nəzmi, Əli Razi Şam-

çızadə,  Mirzə  Məhəmməd Axundov, “Uşaqlar” və digər satirik gizli imzalarla çıxış edən 

müəlliflər öz fəaliyyətləri ilə mollanəsrəddinçiliyin, M.Ə.Sabir poeziya ənənələrinin yeni-yeni 

mövzu, forma və ideya-estetik yaradıcılıq keyfiyyətləri ilə  zənginləşib  ədəbi məktəb səviy-

yəsinə çatmasında xüsusi rol oynamışlar. 

 

 

 



 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə