Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə99/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   95   96   97   98   99   100   101   102   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

967



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dəftərləri, on biri isə fraqment səhifələrində yazılmış bayatılardır. 

Əlyazmalardakı bayatılarla sonralar şifahi ifaçılıqdan toplanıb nəşr edilmiş bayatıların 

müqayisəsi maraqlı variantların olduğunu aşkara çıxarır. Hər üç mənbə  əsasında toplanmış 

bayatılar həcm və məzmun etibarı ilə müxtəlifdir. 

Əlyazmaların səhifələrində qeydə alınmış bayatılar həcmcə  yığcam, məzmunca daha 

dolğun olmaqla öz qədimliyini mühafizə etmiş və fikrimizcə əslinə daha yaxındır.  

Fikrimizi əsaslandırmaq üçün bir neçə misala diqqət yetirək: 

1677-ci ildə Hüsaməddin Toqati tərəfindən yazılmış  “Şəhrül-əvamil” adlı  əlyazmada 

qeyd olunmuş: 

Qarşıda gül anbarı, 

Dərmişəm gülənbəri, 

Hicran qoymaz göz açam, 

Dərd qoymaz güləm barı.  

bayatısı forma, məzmun və mündəricə etibarı ilə çox qüvvətlidir. “gül anbarı” , “gülən-

bəri” , “güləm barı” ifadələri ilə qüvvətli cinas yaradılmışdır. Bayatının məzmununda zəma-

nədən şikayət aydın şəkildə duyulur. Eyni bayatının ağızdan toplanmış daha iki variantı vardır: 

Mən Aşiq gül anbarı,  

Gül əkdim, gül anbarı, 

Sizdə var bir dəstə, 

Bizdə də var gül anbarı. 

Bu variantda bayatı dolğun məzmun və formasını itirmiş, nisbətən zəifləmişdir. Birinci 

variantda rast gəldiyimiz cinaslar yoxdur. Yazıya köçürülmüş bu bayatının ilk variantı birinci-

də, göründüyü kimi, forma və  məzmun etibarı ilə daha dolğun ifadə edilmiş, ağızdan-ağıza 

keçərək sonrakı variantda ilk dolğun məzmun və mündəricəsini dəyişmişdir. 

1801-ci ildə yazıya köçürülmüş cüngdə qeyd olunmuş: 

Bağında üzüm qara, 

Yeməyə üzüm qara, 

İstərəm dosta varam, 

Əlim boş, üzüm qara.  

bayatısında da ictimai məzmun dolğundur. Zəmanədən aydın şikayət duyulur. Eyni ba-

yatının ağızdan toplanmış variantı isə çox zəifləmişdir: 

Əzizim üzüm qara, 

Bağımda üzüm qara, 

Yar yanına gedirəm, 

Əlim boş, üzüm qara. 

Bu bayatıda isə artıq məzmun ictimailikdən çıxaraq fərdiləşmiş, cılızlaşmışdır. 

Folklorumuzda elə bayatı nümunələrimiz vardır ki, ilk baxışda onların bir bayatının 

müxtəlif variantları olduğunu müəyyən etmək çətin olur. Məsələn: 

Yaxşı atdır bədöv at, 

Minilməyə bədöv at. 

İgidi cavan saxlar, 

Əsil arvad, bədöv at. 

və: 

Tüfəngini yaxşı at, 



Yaxşı doldur yaxşı at. 

Mərdin başın ucaldar, 

Nəcib arvad, yaxşı at.  

bayatılarının hər ikisində  əsas məzmun eynidir. Hər iki variantda əsil, nəcib arvadla 

yaxşı at təriflənir, hər ikisi yaxşı olarsa, igidin başını ucaltdığını bildirir.                                                          



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

968



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Başqa variant fərqinə nəzər salaq: 

Əlində laləsi var, 

Qəlbində naləsi var. 

Gedirsən cavana get, 

Qocanın balası var. 

və: 

Əldə piyaləsi var, 



Ürəkdə naləsi var. 

Mərdə get çirkin olsun, 

Namərdin bəlası var. 

bayatıları forma cəhətdən oxşardır. Həmçinin hər iki nümunədə qızlara nəsihət verilmiş-

dir. Fikrimizcə, bayatılar eyni vaxtda bir-biri ilə əlaqəli şəkildə yaranmış, yerinə görə müxtəlif 

formalarda söylənmişdir. 

Mənbələrdə bəzən elə bayatılara rast gəlinir ki, ağızdan toplanmış bayatılarla həm məz-

mun, həm formaca eynilik təşkil etsə də, tərkibindəki bir neçə söz və ya hərfə görə fərqlənir. 

Belə bayatıların variantlı olması və yaxud səhv yazıya alınması şübhəlidir. Fikrimizi aydınlaş-

dırmaq üçün misallara diqqət yetirək: 

Mən Aşiq, budağ haray! 

Qəm məni budağ haray! 

Könül istər, əl yetməz, 

Əyilməz budağ haray! 

bayatısında misralardakı “budağ”ın “ğ”sı artıq görünür. Lakin bəlkə bu da bir forma olub, 

əvvəli belə imiş: 

Mən Aşiq, bu da haray! 

Qəm məni buda haray! 

Könül istər, əl yetməz, 

Əyilməz buda haray! 

Bu cür variantlılıq təbii ki, təkcə bayatılarımızda deyil, həmçinin mərasim nəğmələri, 

ağılar, holavarlar, sayaçı sözləri, atalar sözü, dastan, nağıl, əfsanə və rəvayətlərdə də kifayət 

qədərdir. Lakin bu yazımızada bayatılardan verdiyimiz nümunələrlə kifayətlənirik. 

 

 

CƏLİL MƏMMƏDQULUZADƏ DRAMATURGIYASINDA MONOLOQ 

 

Şəfa ƏLİYEVA

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu 



shefa_eliyeva@hotmail.com 

AZƏRBAYCAN 



 

Azərbaycan ədəbi-ictimai fikir tarixinin görkəmli nümayəndəsi olan Cəlil Məmmədqu-

luzadə XX əsr ədəbiyyatımızda yeni realizmin başçısı olmuşdur. Realist yazıçı  olaraq M.F. 

Axundovun davamçısı hesab edilsə də, o, realizmin inkişafında tamamilə yeni bir mərhələnin-

tənqidi realizm mərhələsinin banisi idi. Onun ədəbiyyat sahəsində  həyata keçirdiyi bir çox 

islahatlar "realizm inqilabı" kimi qiymətləndirilir. Məhz bu islahatlar nəticəsində  ədəbiyyat 

həyatı daha fərqli mövqedən, daha ətraflı və aydın əks etdirməyə başladı. C. Məmmədquluza-

də realizmində ədəbiyyatın həyatı əks etdirmə prinsipi də fərqli idi. Onun yaratdığı nümunə-

lərdə ədəbi qəhrəmanın kim olduğu deyil, "niyə?", "nə üçün?" belə olduğu suallarına cavab 

axtarılır. Xüsusi sənətkarlıq və  bədii dilin bütün imkanlarından məharətlə istifadə etmək 

bacarığı Mirzə Cəlilə bütün suallarını məhz yaratdığı obrazların dili ilə cavablandırmağa imkan 

yaratmışdır.



 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə