III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
973
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Onun ilk hekayəsi “Qanlı çörək” adlanır. Bu hekayə ilk qələm təcrübəsi idi və şübhəsiz,
bədii cəhətdən yazıçının sonralar qələmə aldığı hekayələri ilə müqayisədə zəif idi.
“Qanlı çörək” hekayəsi ilk qələm təcrübəsi kimi zəif olsa da, hər halda yaxşı başlanğıc
idi. Hekayədə iki mühüm cəhəti qeyd etmək olar ki, bunlar Y. Səmədoğlunun sonrakı hekayə-
lərində də davam etdirilirdi. Birincisi, bu hekayədə bitkin kompozisiya əlamətləri özünü
göstərirdi, ikincisi, hekayənin dili qənaətbəxş idi. “220 N-li otaq” kitabında toplanan heka-
yələr, əsasən lirik-romantik planda qələmə alınmışdır. Bu cəhət həm müəllif təhkiyəsində,
həm də obrazların daxili aləminin təsvirində özünü göstərir.
“Gözlər” hekayəsində lirik əhval-ruhiyyə güclüdür. Y. Səmədoğlu atasının başına gələn
əhvalatı burada qələmə almışdır.
Lirik-romantik ovqat Y. Səmədoğlunun “Qartal” hekayəsində də davam edir. Rəmzin
gücü, rəmzi ümumiləşdirmə bu hekayədə özünü göstərir. Bu hekayədə rəmz insanın, insan
olanın yüksək aləminin, əlçatmaz ucalığının, qara qüvvələrlə çarpışmanın, hər kəsin öz mə-
kanında hərəkətinin təsviri istiqamətinə yönəldilmişdir.
“Saat işləyir”, “Foto-fantaziya”, “Simurq quşu” hekayələrində ictimai təzadlar daha
qüvvətli ifadə olunmuşdur.
“220 №li otaq”da “yazıçı mövqeyi” deyilən bir məqamla qarşılaşmaq olar. Qalan heç
bir nəsr əsərində bu mövqe bilinmir və ümumiyyətlə, yazıçının işi “mövqe” nümayiş etdirmək
deyil. Yazıçı mövqeyi onsuz da əsərin ümumi ruhunda hiss olunmalıdır.
“Qalaktika” hekayələr kitabı ilə Y. Səmədoğlunun yaradıcılığında yeni bir mərhələ
başlayır. Bu kitabdakı hekayələrlə 50-ci illərdə yazdığı hekayələr arasında ciddi bədii keyfiy-
yət fərqləri olduğunu sezmək o qədər də çətin deyil. “220 N-li otaq” kitabı Y. Səmədoğlunun
ümumən istedadlı olduğunu göstərsə də, bu istedad özünü bədii materialda tam və dolğun
ifadə etmirdi, “Qalaktika” isə, artıq bu istedadın bir çox cizgilərini, əlamət və keyfiyyətlərini
ortaya qoydu. Y. Səmədoğlu təkcə bu kitabla bədii sözün layiqli varislərindən biri olduğunu
bir daha təsdiqlədi.
“Soyuq daş” hekayəsində obrazların mənəvi keyfiyyətləri incə detallarla verilir, buna
görə də hadisələrin gedişi ilə əlaqədar uzun təhkiyə və dialoqlara ehtiyac qalmır.
Mənəvi eybəcərliyin, meşşan əxlaqın, əxlaqi naqisliyin tənqidi və ifşası Y. Səmədoğlu-
nun “Foto-fantaziya” və “Beşik” hekayələrinin də başlıca mövzusunu təşkil edir. “Foto-fanta-
ziya”da fotoqraf Sadığın gündəlik qayğıları, kasıb həyat tərzi, qarşılaşdığı maddi çətinliklər
fonunda daxili aləmi, həyat və insanlar haqqında düşüncüləri açıqlanır.
Müəllif “Beşik” hekayəsində rəmzi-simvolik bir obraza müraciət edir- ana südünün, ha-
lallığın maya və qaynağı olan beşik sonda “pas atmış, bir neçə yerdən nikeli qopmuş”, içində
köhnə ayaqqabılar, tükü didilmiş yararsız şotkalar saxlanan lazımsız bir əşyaya çevrilmişdir.
Beşiyin xanimanı dağılmışdır. Müəllif bu situasiyanı hekayənin sonunda xatırladır.
Bəşəriyyətin taleyi ilə bağlı çox mühüm məsələləri yazıçı sadə bir dildə, uşaq təfəkkü-
rünə uyğun şəkildə, rəmzi-bədii yolla əks etdirə bilmişdir. “46-cı ilin oyunları” hekayəsini
oxuduqda, elə bil, uşaq oyuncaqları içərisində əsl bomba ilə qarşılaşırsan. Bu hekayədə müəllif
bəhs etdiyi son dərəcə ciddi problemi məharətlə uşaq oyunu tamaşasında əks etdirə bilmişdir.
“Astana” hekayəsində dövlətin külli miqdarda pulunu mənimsəmiş bir talançının və
rüşvətxorun son anları təsvir olunmuşdur. O tutulacağını, həbs olunacağını hiss edib Qobustan
qayalarına sığınır, son anda qərara gəlib intihar edir. Bu məqamların təsvirində Yusif
Səmədoğlu təhkiyəçi mövqeyində çıxış edir və obrazın keçirdiyi bütün ruhi sarsıntılarını,
keçmişlə bağlı xatirələrini, düşdüyü vəziyyətin çıxılmazlığını göz önündə canlandırır.
“Bayatı-şiraz” hekayəsi Y. Səmədoğlunun fərdi üslubundakı çoxcəhətliliyi açıqlamaq
baxımından maraq doğurur. Bu hekayədə sanki üç ifadə tərzi bir-birilə yarışa girir: birincisi,
ciddi, soyuqqanlı ifadə tərzidir ki, müəllif hadisələrə heç bir müdaxilə eləmir, sadəcə təhkiyəçi
kimi çıxış edir. İkincisi, satirik ifadə tərzidir ki, Səbzəli dayının düşdüyü komik, gülüş doğu-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
974
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ran vəziyyətləri ilə bağlıdır. Üçüncüsü, tragik məqamı ifadə edir- sonda Səbzəli dayı ürəyi
boşalanacan ağlayır. Bu üç ifadə tərzi bir-birilə qaynayıb-qarışır və əslində, qəhrəmanın düş-
düyü psixoloji vəziyyətlərin izahına, yozumuna meydan açır.
Yusif Səmədoğlunun “Astana”, “Bayatı-şiraz” və “İncə dərəsində yaz çağı” hekayələri
onun yaradıcılığının sonuncu– üçüncü mərhələyə aid olan əsərləridir.
Bu hekayələr Y. Səmədoğlunun artıq püxtələşmiş bir sənətkar olduğunu, yaratdığı ob-
razlarda və təqdim etdiyi həyat hadisələrində əsl sənət möcüzələri nümayiş etdirdiyini qətiy-
yətlə təsdiqlədi. Y. Səmədoğlunun hekayələrində personajlar az olur, amma onlar mükəmməl
xarakter, kamil tip dərəcəsinə yüksəlir, süjetdəki əsas ideyanı tamamlayırlar.
MÜASİR ƏDƏBİ TƏNQİDİN İNKİŞAFINDA MƏTBUATIN ROLU
Sərvər SƏFƏROV
BSU
seferov.server@mail.ru
AZƏRBAYCAN
XXI əsr azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, poeziya, nəsr və dramaturgi-
yamız yeni yazılmış əsərlər hesabına xeyli zənginləşmişdir. Həm yaşlı, həm də gənc nəsilin
nümayəndələri ədəbi prosesdə fəal iştirak edirlər. Ədəbi tənqid isə öz növbəsində ədəbi pro-
sesi bacardığı qədər işıqlandırmağa çalışır. Ədəbi prosesi canlandırmaqda əsas yük qəzet və
jurnalların üzərinə düşür.
Qəzetlərdən danışan zaman ilk növbədə “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və “Kaspi”
qəzetlərin rolunu xüsusi qeyd etmək lazımdır.
Ədəbi tənqidə və ədəbiyyatşünaslığa aid məqalələrin, tədqiqatların əsas dərc olunduğu
qəzet “Ədəbiyyat qəzeti”dir. “Ədəbiyyat qəzeti”nin demək olar ki, bütün nömrələrində
tənqidlə, ədəbi proseslə bağlı yazı görə bilərik. Ədəbiyyat tariximizin araşdırılması, görkəmli
qələm sahibləri ilə polemik masaların təşkil olunması qəzetin gördüyü mühüm işlərdəndir.
Qəzetdə dərc olunan məqalələrə, yazılara nəzər salsaq biz görərik ki, “Ədəbiyyat qəzeti”
tənqidimizin, ədəbiyyatımızın əks olunmasında nə qədər mühim işlər görür. Burada Elçin,
Tehran Əlişanoğlu, Vaqif Yusifli və. s tənqidçilərin bir çox məqalələri dərc olunmuşdur.
Tehran Əlişanoğlunun “Ədəbi tənqidin suçu və suçsuzluğu”, “Ekzistensial insan sorağında”,
“Ədəbi tənqidin nəzəri problemlərinə dair”, “Tənqidçi imzası”, Vaqif Yusiflinin “Bir daha
"Rənglər" silsiləsi haqqında”, “10 şairdən 100 şeir” və.s kimi məqalələr buna misal ola bilər.
“525-ci qəzet”və “Kaspi” qəzetlərində də müntəzəm olaraq tənqidi məqalələr dərc olu-
nur. Vaqif Yusiflinin “Ədəbi tənqidin Tehranı”, “Adilikdə qeyriadiliklər”, Etimad Başkeçidin
“Tənqidin tənqidi və ya tənqidçi haqqında söz”, Bədirxan Əhmədovun “Ədəbi tənqidi
fikrimizin patriarxı” və.s məqalə və tənqidi yazıları buna nümunə ola bilər.
Müstəqil mətbuat orqanları arasında “525-ci qəzet”in özünəməxsus yeri vardır. Qəzet
milli ədəbiyyatda həm ənənəyə, həm də yeniliyə optimal yanaşması ilə diqqəti dah çox çəkir.
Qəzet ilk dəfə 1992-ci ildə işıq üzü görüb. 1995-ci ildən qəzetin baş redaktoru yazıçı, jurnalist
Rəşad Məciddir.
Adı çəkilən digər mətbu orqan isə “kaspi” qəzetidir. Biz mətbuat tariximizə nəzr salsaq
qəzetin 1881-1919 illər arasında nəşr edildiyin görərik. 1999-cu ildə isə filologiya elmləri
namizədi, jurnalist-alim Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunmuşdur.
Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Əsas mən-
zərənin əks olunmasında qəzetlərdən başqa jurnallara da böyük işlər düşür. Belə jurnallara
“Azərbaycan” Ulduz” “Körpü” və.s misal ola bilər. “Azərbaycan” jurnalının nəşrinə 1923-cü