Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə104/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   100   101   102   103   104   105   106   107   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

977



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

CƏLİL MƏMMƏDQULUZADƏNİN “USTA ZEYNAL”   

HEKAYƏSİNDƏ SİMVOLİK ELEMENTLƏR 

 

Vəfa BABAYEVA 

Bakı Slavyan Universiteti 



vefababasoy@gmail.com 

AZƏRBAYCAN 



 

Cəlil Məmmədquluzadənin 1905-ci ildə Tiflisdə qələmə aldığı “Usta Zeynal” hekayəsi 

ədəbiyyatşünaslar tərəfindən onun ən güclü hekayələrindən biri kimi dəyərləndirilir. Hekayə-

də yazıçı məramı aydın görünür. Bu məram ondan ibarətdir ki, ədib inkişaf edən zamanda, hər 

millətin təşəkkül tapdığı bir zamanda xalqımızın geriliyini, hələ  də dini meyillərin təsiri 

altında əzilməsini qəbul edə bilmirdi. Məhz bu səbəb Mirzə Cəlilə “Usta Zeynal”ı yazdırdı. 

Cəhalət,  əsas anlayışı “təmiz və murdar” olan, öz dinindən olmayanı murdar görən Usta 

Zeynallar geriliyin əsas səbəb və səbəbkarları idilər. Bu obraz sanki etiraz əlaməti olaraq orta-

ya çıxmışdı. Əsərdə mükəmməl təsvirlərlə rastlaşırıq. Hekayə bir erməninin – Muğdusi Akopun 

oğlunun təhsildən qayıtması xəbəri və bu münasibətlə oğluna səliqəli otaq düzəltmək istəyi ilə 

başlayır. Burada bir çox məqamlar ortaya çıxır. Usta Zeynalların murdar dediyi xristianın 

oğlu darülfünunu bitirib geri qayıdırdı, yəni təhsilli idi. “Bu xəbər Muğdusi Akopu, övrətini, 

xırda oğlunu artıq dərəcədə şad etdi”.  

Bu hekayədə Muğdusi Akop adlı erməni və müsəlman təfəkkürü arasındakı fərqlər incə 

bir dillə oxucunun diqqətinə çatdırılır. Ağaıdakı parçaya nəzər salaq: “Muğdusi Akop 

övrətinin əlindən yapışıb başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki

xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa 

yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş 

salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün 

yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər”. Bu parçada diqqət 

çəkən bir neçə  məqam var. Birincisi, Akopun evi böyükdür. Onun evinin interyeri zamanı 

üçün kifayət qədər mükəmməldir. Yazıçı onun evinin çox səliqəli olduğunu diqqətə çatdırır. 

İkinci bir məqam təhsilli oğulla valideynlərin qürur duymasıdır. Bu övladın rahat olması üçün 

evlərinə yenidən dizayn verirlər. Otağın ikisini onun üçün ayırırlar.  

Ədib Usta Zeynalın və Qurbanın timsalında müsəlman cəhalətini təsvir edirsə, Muğdusi 

Akop və onun arvadının timsalında yeni dünyagörüşünü, yenilənən dünyada insanın cəhalət-

dən qurtulmuş  və özünə gün-güzəran qurmuş modelini ortaya qoyur. Şübhəsiz, Akopun 

evinin quruluşu, interyeri, təmizliyi yazıçı qayəsinin ifadəsinə xidmət edir. Muğdusi Akopun 

evinin təsvirini verən parçaya nəzər salaq: “Otaqların bir qüsuru yox idi; çünki divarların 

kağızı təzə və təmiz idi, taxta fərşlər təzə şirələnmişdilər. Və lakin bir neçə gün bundan irəli 

çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci lampa asılan çəngəlin bir tərəfindən 

akoşkaya səmt  uçub tökülmüşdü”. Bir də  Məhəmmədhəsən  əminin evinə  nəzər salaq: 

“Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qacaq, bir-iki mis qab. Kürsünün 

altında var üzüquylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir 

tərəfində salınıb bir palaz, bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki 

mücrü”. Bu mənzərə isə kasıb, səfalətin hökm sürdüyü bir evdən xəbər verir. Bu ev 

qaranlıqdır, divarları his bağlayıb, tirləri  əyilib. Və onun sahibi Məhəmmədhəsən  əmi qatı 

dindardır. Dini fanatizm isə ona heç nə qazandırmır. Bir yazıçının qələmindən çıxan iki obrazı 

– Muğdusi Akop və  Məhəmmədhəsən  əmini müqayə etdikdə, onların güzəranına nəzər 

saldıqda gözümüz önündə  fərqli mənzərə açılır. Biri işıqlı  və geniş, “akoşka”sı olan evdə 

yaşayır, biri isə qaranlıq, kasıblıq, hisdən və işıqsızlıqdan  qaralmış divarlar arasında... 

Akopun gənc və təhsilli oğlunun sələfləri bizim ədəbiyyatımızda mövcud idi. Nəriman 

Nərimanovun 1894-cü ildə qələmə aldığı “Nadanlıq”ın qəhrəmanı Ömər, Nəcəf bəy Vəziro-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

978



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

vun “Müsibəti-Fəxrəddin”in qəhrəmanı  Fəxrəddin kimi mütərəqqi ideyalar daşıyıcısı olan 

qəhrəmanlar var idi ədəbiyyatımızda. Ancaq bunlar cəhalətin qurbanı olmuşdular, ən pisi də o 

idi ki, ailələri tərəfindən də qəbul olunmamışdılar.  

Usta Zeynalın yersiz fanatizmi onun adı əşya olan küpəni də erməni küpəsi və müsəl-

man küpəsi olaraq ayırmasında görünür. Evində işlədiyi “xozeynin” verdiyi pulu, siqarı mur-

dar olaraq görməyən Usta Zeynal gəc qarışdırmaq üçün gətirilən suyun erməni küpəsində ol-

masına “dözə bilmir”. “Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın 

üzünə və həyətə çıxıb oturdu arxın kənarında və başladı əllərini yumağa” (C.Məmmədquluza-

də, Seçilmiş  əsərləri, 4 cilddə, 1-ci cild, səh. 139). Bu parçada istifadə olunan arx kənarı, 

ümumiyyətlə, su detalı xüsusi əhəmiyyət daşıyır.  

“Həyatı axtardığımız hər yerdə öncə suyu taparıq” deyən əski zaman mifologiyalarında 

suyun bir neçə anlamı olmuşdur. Bütün mifologiyalarda təməl ünsürlərin başında gələn su 

bəzən saflaşdırır, arındırır, təmizləyir, bəzən qərq edir, boğur, alıb aparır. Nuh tufanında məhv 

olmanın səbəbi sudursa, yenidən başlamağın da təməli yenə sudur. Axar suyun Azərbaycan 

folklorunda da xüsusi yeri vardır. Pisliklərdən arınmaq, təmizlənmək, bəzən isə insanların ka-

buslarını danışdığı, çirkinlikləri yuyub aparacağına inanılan elementdir.  

Tənqidi realizmin görkəmli nümayəndəsi olan Mirzə Cəlil yaradıcılığında su elementin-

dən bu şəkildə istifadə təsadüfi səciyyə daşıya bilməz. Usta Zeynalın əlini yuyaraq “murdarlıq-

dan” xilas olmağa çalışmasının təsviri ilə, əslində, islam dünyasını içində olduğu cəhalətdən 

qurtulmağa səsləməsi kimi anlaşıla bilər.  

 

 



MİRZƏ FƏTƏLİ AXUNDOVUN KOMEDİYALARINDA                

OBRAZ  ADLARININ  BƏDİİ  FUNKSİYASI 

 

 Nurlanə MƏMMƏDOVA  

Bakı Slavyan Universiteti 



memmedovanurlane89@gmail.com 

AZƏRBAYCAN 

 

Sənətkarın yaradıcılıq xüsusiyyətləri bədii obraz vasitəsilə əsərin ideyasına, məzmununa 



hopur. Bu obrazlar həyatı, dövrün xüsusiyyətlərini ifadə etməyin, insanın hisslər aləminə təsir 

etməyin  ən gözəl vasitəsidir. Axundovun personajları bir tərəfdən həyatın içindən çıxırsa, 

digər tərəfdən dramaturqun şəxsi üslubunun, təxəyyülünün məhsuludur. Obrazlar ilə tanışlıq 

əsərin “Əfradi-əhli-məclis” hissəsindən başlayır. Ədibin obrazlar sistemi rəngarəngdir, burada 

bütün təbəqələri görmək mümkündür.  

Axundovun personajlarının adlandırılmasında bəzi məqamlar diqqəti cəlb edir. Bəzən 

elə olur ki, əsərin qəhrəmanının adı onun əsərdə daşıdığı funksiya ilə uyğun gəlir. Elə mən-

zərə yaranır ki, sənətkar bilərəkdən bu addan istifadə etmişdir. “Hekayəti-molla İbrahimxəlil 

kimyagər” komediyasının müsbət qəhrəmanı Hacı Nurunun adının lüğəvi mənası ilə onun 

cəmiyyətdə tutduğu mövqe bir-birini tamamlayır. “Nuru” sözü ərəb dilindəki “nur” sözündən 

olub, “işıq”, “parıltı” mənasını bildirir. Hacı Nuru işıqlı, parlaq arzularını həyata keçirməyə, 

cəmiyyəti yuxudan oyatmağa çalışır. Obrazların adının verildiyi hissədə Hacı Nuru adı sanki 

müsbət qəhrəman olduğunu işarə edir. Remarkada Hacı Nurunun   çağırılmamış Hacı Kərimin 

evinə gəlməsi, Hacı Kərimin onu evinə dəvət etməməsi obrazların ümumi mənzərəsi haqqında 

məlumat verir.  Dramaturq mənfi tiplərinin adlarının qarşısına hacı, molla, şeyx, axund kimi 

titullar əlavə edir. Yalnız Hacı Nuru müsbət obrazdır ki, bu da adın tərkibindəki nur sözü ilə 

bağlıdır. Əsərdə dərviş Abbasın adı nağıl motivini xatırladır. Belə ki,  nağıllarda təsvir olunan 

Şah Abbas dərviş paltarı geyinib xalqın içinə  çıxar, onların problemləri ilə  məşğul olarmış. 

Amma dramaturqun dərviş Abbas obrazı ilə nağıllardakı dərviş Abbas obrazları funksiyaları-

na görə bir-birindən fərqlənirlər. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə