Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə112/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   108   109   110   111   112   113   114   115   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

993



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ağlat» (24 avqust 2001), «Ey  qocaman Türkiyə!», «Topqapı sarayı» (1977), «Qapalı çarşı», 

«Qeybdən səs» (1991), «Avropa birliyi» (2000) və başqaları kimi şeirlər qısa bir zaman 

ərzində dillər  əzbərinə çevrilib. Bu şeirlər içərisində özünəməxsus yeri Atatürkə xüsusi 

hissiyat və ehtiramla həsr etdiyi şeirlər tutur.  

«Atatürk» və «Avropa birliyi»  bu qəbildən olan şeirlərdir. Şair «Avropa birliyi» şeirini 

Atatürkün öz dilindən verilən sözlərlə başlayır. «Dünyanın bizə hörmət göstərməsini istiyorsaq, 

əvvəla, bizim kəndi bənliyimizə və milliyətimizə bu hörməti hissən, fikrən, felən... göstərə-

lim. Biləyim ki, milli bənliyini bulmayan millətlər başqa millətlərin şikarıdır» ifadəsini örnək 

göstərərək milli birlik və bütünlük düşüncəsini açıqlamışdır. Bəxtiyar Vahabzadə «Qeybdən 

səs»  şeirini Yəhya Kamalın Atatürkə müraciəti ilə başlayır: «Atatürkə - Paşam, - dedim, - 

Quran bir elm kitabı deyil, bir iman kitabıdır. Müsəlman türk xalqı onu söz olaraq deyil, səs 

olaraq oxuyur. Anlaya bilmədiyi yerlərini də bu səsin təsirilə hiss etməyə alışmışdır». 

Türkiyəni böyük öndər Atatürksüz, Atatürkü isə canından artıq sevdiyi Türkiyəsindən ayrı 

təsəvvür etmək mümkün deyil. Bəlkə  də elə buna görə, «Atatürkün sinəsi yurdun alınmaz 

qalası! Atatürk millətinin həm atası, həm balası!» deyən Bəxtiyar Vahabzadə Türk 

Dünyasındakı ayrılıqları, parçalanmaları ürək ağrısı ilə seyr edir və Atatürkün qüdrətini dərk 

etdiyindən «Bizi birləşdirəcək bir Atatürküm yarana!» deyir («Atatürk», 1998).  

Nədir arzum, diləyim tanrıdan imanla bu gün? 

Talanan, bağrına dağlar çəkilən xalqım üçün: 

Yeni fikrin küləyindən qoca millət darana, 

Bizi birləşdirəcək bir Atatürküm yarana! 

Təəssüf ki, milli əhəmiyyətli problemlərin heç biri öz həllini tapa bilmədi. Xalq sahibsiz 

bir yetim kimi taleyini yaşamağa məhkum edildi. Bütün millət kimi, milli şairimizin də arzusu 

gözlərində qaldı. Lakin bütün bunlara baxmayaraq, şairin içində hələ də bir ümid var.  

 “Dünyaya xalqlar, millətlər, insanlar arasında nizam, harmoniya yaratmaq üçün gəldik-

lərinə  həmişə ürəkdən inanan türklər… qlobal proseslərin arxasınca deyil, önündə getməyə 

cəhd etmişlər”. Buna görədir ki, türklər əsrlər, minillər boyu dünya mədəniyyətinin ən mühüm 

qabaqcıl ideyalarını  mənimsəməklə özləri də dünya mədəniyyətinə böyük töhfələr vermiş, 

zaman-zaman dünya miqyaslı mütəfəkkirlər, sənətkarlar, ictimai-siyasi xadimlər, dövlət 

adamları yetirmişlər. Mustafa Kamal Atatürkün bir müdrik ibrətamiz kəlamı yada düşür b u 

zaman: “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının 

və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”. 

Bəxtiyar Vahabzadə qələmə aldığı «Şəhidlər» poemasında da Atatürkün sözlərini yada 

salır: "Yoxdur türkün dostu özündən özgə".  

Atatürk düz demiş, vallah, düz demiş: 

"Yoxdur türkün dostu özündən özgə". 

 

 

İKİNCİ DÜNYA MÜHARİBƏSİ BƏDİİ ƏDƏBİYYATDA (ÇİNGİZ 

AYTMATOVUN “ÜZ-ÜZƏ”, MÖVLUD SÜLEYMANLININ 

“ŞANAPİPİK” POVESTLƏRİ ƏSASINDA)

 

 



Mehman HƏSƏNOV 

AMEA-nın Ədəbiyyat İnstitutu 



mehman.hesen@gmail.com 

AZƏRBAYCAN 

 

İkinci dünya müharibəsi SSRİ-yə daxil olan ölkələrdə bu və ya digər dərəcədə oxşar iz--



lər və ağrı-acılar yaşatmış oldu. Bu təsirlər bədii ədəbiyyatda da yeni mövzuların yaranmasına 

səbəb oldu. Müharibədən sonra yoxsulluğun, itkinin ağrı-acısını yaşayan yeni nəslin bədii 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

994



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

düşüncəsi qələmi ilə müharibəni təsvir etməyə başladı. Paralel olaraq işlədiyimiz Qırğız və 

Azərbaycan nəsrinin görkəmli nümayəndələri Çingiz Aytmatov və Mövlud Süleymanlı 

nəsrində müharibə gerçəkliyinə, savaşın insan psixologiyasına təsirinə obrazlı  şəkildə 

münasibət ifadə olunmuşdur.  

Mövlud Süleymanlının yaradıcılığında müharibə sanki bur uşağın nağılına bənzəyir. 

“Şanapipik” povestindəki qəhrəmanlar nağıl obrazlarını xatırladır. Kor Cabbarın qamçısı, 

Əbdülün sürdüyü maşın, Telli qarının quş daşlaması yazıçının uşaqlıq nağılına bənzəyir. 

Amma bu nağıl uşaqlar üçün yazılmayıb. Yazıçı Anar Mövlud Süleymanlı ilə  Əkrəm 

Əylisinin yaradıcılığını müqayisə edərkən yazırdı: “Əkrəmin təhkiyəsində də nağıl üslubu var. 

Amma bu nağılın nağıl olduğunu yaxşı bilən bir müəllifin dünyabaxışıdır, Mövlud isə sanki 

nağılı nağıl bilmir, həyat bilir. Daha doğrusu, həyatı nağıl bilir....”  

Böyük qırğız yazarı Çingiz Aytmatovun yaradıcılığında müharibə mövzusu xüsusi xətt 

təşkil edir. Çingiz Aytmatov hələ  uşaq ikən müharibənın ağrı-acısını yaşamış, doğmalarını 

itirən,  ərsiz qalan qadınların, atasız qalan uşaqların, oğulsuz qalan anaların görmüşdür. 

Gördüyü bu hadisələr yazıçını gələcəkdə yazacağı əsərlər üçün bir qaynaq rolunu oynamışdır.  

Müharibə insanları xəyalında belə təsvir edilməsi çətin olan ağrıları yaşamağa, qaldırıl-

ması çətin olan yükün altında qalmağa məcbur edir. Çingiz Aytmatov ömrünün ən vacib illə-

rini bu ağrı-acılarla keçirmək məcburiyyətində qalır. O, müharibəyə fərqli rakursdan yanaşır. 

Yazıçı təsvir etdiyi müharibə döyüşlərin getdiyi, mərmilərin partladığı poliqonlar deyil. Çünki 

o dövrdə yazıçı bunları görmək üçün çox kiçik idi. Eyni motiv Mövlud Süleymanlının 

povestlərində  də vardır. Daha çox arxa cəbhə, hər gün qara kağızlar alınan, aclıq-səfalət 

içində yaşayan insan talelərinin obrazı canlanıdırlır. Hər iki yazıçının  əsərlərində arxa 

cəbhədəki insanın qarşılaşdığı faciəvi həyat hekayələrini insanlara nümayiş etdirir. 

Çingiz Aytmatovun “Ana torpaq”, “Üz-üzə”, “Erkən gələn durnalar”, “Gün var əsrə bə-

rabər”, “Çingiz xanın ağ buludu”, “Köçəri quşların göz yaşları”, “Əsgər oğlu”, “Oğulla görüş-

mə”, “Cəmilə”  əsərlərində, o cümlədən “Fuji-Yama”, “Köşək gözü”, “Əlvida Gülsarı” və 

digər əsərlərində müharibənin arxa cəbhəsinin reallıqlarını insanların gözləri önünə sərmişdir.  

 Mövlud  Süleymanlının “Şanapipik” Telli qarı müharibənin səbəkarı kimi göyü daş-

layır, sərçələri müharibəni gətirdiyinə görə qarğıyır. SSRİ-nin təbliğ etdiyi “vətən” uğrunda 

mübarizə Telli qarıya yaddır. Yazıçı əsər boyu bir neçə dəfə Telli qarının sərçələri daşa bas-

masını təsvir edir. “Telli qarı yuxudan oyanıb eşiyə çıxdı, gördü çəpərin üstünə çoxlu sərçələr 

qonub tumarlanırlar.  Əyilib yerdən daş götürdü, söyə-söyə, söylənə-söylənə  sərçələri daşa 

basdı. Hirslənməyindən, qışqırmağından xəbəri olmadı. Qonşusu Sayalı arvad hay-həşirə 

gəlib çəpərdən baş uzatdı, gördü ki, Telli qarı göyə daş atır, arvadın əli üzündə qaldı....”  

“Üz-üzə”  povestində İsmayıl müharibə ilə bağlı fikirlərini açıq bildirir. “..Nə olur olsun 

güllənin altına getməyəcəm. Yaşayacağım bir günlük ömrüm qalsa belə, onu öz evimdə, istə-

diyim kimi keçirmək istəyirəm. Dünyanın o biri başında, cəbhədə mənim nə işim var? O uzaq 

ölkələri ata-babalarım heç yuxularında belə görməyiblər! Başqaları nə edirlər etsinlər, amma 

mən bunu vacib hesab etmirəm, heç istəmirəm.... Əgər getsəm belə nə dəyişəcək? Düşməni 

təkbaşına məğlub edə bilmərəm və mənsiz də keçinərlər....”Çingiz Aytmatov İsmayıl obrazı 

vasitəsilə özünün və ümumilikdə  qırğız xalqının müharibəyə olan münasibətini təsvir 

etmişdir. İsmayıl öz babalarının tanımadığı, onun milləti üçün hər hansı məna kəsb etməyən 

torpaqlarda döyüşməyi lazımsız hesab edir. Rəhbərlik “xalqlar dostluğu” ideyası altında onları 

bir olmağa, vahid ideya naminə çalışmağa səsləsə  də  məcburiyyət insanları birləşdirmir. 

Məcburiyyət insanlara vəzifə olaraq müharibədə  iştirak etməsinə  səbəb olur. İsmayıl isə 

rəhbərlik üçün ölmək istəmir. O, onun üzərinə məcburən qoyulmuş bu vəzifədən imtina edir. 

Müharibəni müxtəlif yaşda qarşılamalarına, müxtəlif coğrafi məkanların təsvir etməklə-

rinə  rəğmən müharibənin dəhşətli və  ağlasığmayan nəticələri, psixoloji sarsıntıları Çingiz 

Aytmatov və Mövlud Süleymanlının yaradıcılığında əks olunmuşdur. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə