Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə115/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   111   112   113   114   115   116   117   118   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

999



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

2.  Подтверждено предположение о том, что ударные гласные в открытых слогах в 

русском языке длительнее гласных в закрытых слогах. Разница составляет от 9 до 19%, 

в среднем достигая 14 %. 

3.  В безударных слогах в русском языке разница между значением длительности 

в открытом и закрытом слоге равна 11 %, что незначительно меньше той же разницы 

между ударными гласными. 

4.  В азербайджанском языке самыми краткими являются <ü>,  и , самыми 

долгими –  и  <ə>.  Данные  М.Ш.Ширалиева  и  Э.В.Севортяна  о  том,  что  дли-

тельность  в открытом слоге почти в 3 раза превышает длительность того же звука в 

закрытом  слоге  не  подтверждается.  Средняя  длительность  ударных  гласных  азербай-

джанского языка составляет 99 мс в открытом слоге и 90 мс в закрытом слоге.. 

5.  Среднее абсолютное значение длительности гласного в азербайджанском языке 

в открытом слоге в положении без ударения составляет 78 мс, в закрытом слогe    73 

мс. Разница между длительностями гласных в открытом и закрытом слогах в положе-

нии без ударения составляет в среднем 7 %, в максимальной степени она выражена у 

гласных [a] и [i] – 12%. 

6.  Длительность  гласных  азербайджанского  языка  незначительно  больше  дли-

тельности гласных русского языка, а разница в длительности гласного в зависимости от 

типа слога в большей степени проявляется в русском языке. 

 

 

M.Ə. SABİRİN BƏDİİ TİPLƏRİ İCTİMAİLİYİN FƏRDİ TƏZAHÜRÜNDƏ 



 

İnci NAĞIYEVA 

Qafqaz Universiteti 



nagiyeva_80@mail.ru 

AZƏRBAYCAN 

 

Mirzə Ələkbər Sabirin yaradıcılığı  Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik qu-



ruluşu, estetik strukturu baxımından yeni bir səhifə hesab olunur. Onun yaradıcılığında 

diqqəti cəlb edən əsas məsələlərdən biri satira – tiplər aləmidir. 

Sabirəqədərki Azərbaycan poeziyasında satira özünə müəyyən qədər yer alsa da, etiraf 

etməliyik ki, Sabir biçimində, üslubunda davamlı şəkildə olmamış, satirik poeziya sahəsində 

Sabir  şeiri ucalığına yüksəlməmişdir. Sabirin yeni tipli satirasında gülüş ilk baxışda görün-

mür, sənətkar ciddi şəkildə, az qala inandırıcı halda sözünü deyir, yaxud ifşa etdiyi tipi 

danışdırır, nəticə çıxarmağı isə oxucunun ixtiyarına buraxır. Sabir gülüşü əslində göz yaşları 

içində olan gülüşdür. Təsadüfi deyildir ki, Sabir gizli imzalarından birini “Ağlar güləyən”  

şəklində işlətmişdir. 

Böyük  satirik şairimiz tipin xarakterini yaradarkən müxtəlif  üsul və vasitələrdən 

istifadə etmişdi. Tipik şəraitin və hadisələrin təsviri, xarakterin fərdi səciyyələrinin realist 

təqdimatı satirik şairin tip yaratmaq sənətkarlığının atribusiyasını  təşkil edir. Şair xarakter 

yaradarkən real obrazların ümumiliyinin fərdi təzahürünə, onların satirik fonda portretlərinin 

təsvirinə, fərdi – poetik nitqinə xüsusi əhəmiyyət verirdi. Satirik tipin dilindən verilən  hər 

hansı bir söz bədii stukturda müəyyən funksionallıq  qazanır, onun obrazının tamamlanma-

sında əsas rol oynayırdı. 

Bəzən ədəbiyyatşünaslıqda  sosioloji tiplə ədəbi tip qarışdırılır. Biz yaxşı diqqət etsək, 

bu iki tipin hər birinin öz prinsip və qanunauyğunluqları vardır və onları bir – birinə qarış-

dırmaq yanlışdır. Biz əgər təhlil etdiyimiz tipin yalnız ictimai məzmunundan danışırıqsa, de-

məli biz tip mövzusundan deyil, sosioloji mövzudan söhbət açırıq. Sosiologoyada tipin 

fərdiliyi məsələsi bir tendensiya olaraq ortaya qoyulmur və bu, bir məsələ olaraq izlənilmir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1000



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Y. Qarayev  “Tənqid: problemlər, portretlər” kitabında satira və M. Ə. Sabir tipləri ilə 

bağlı müəyyən fikirlər irəli sürür: “Sabir  qəhrəmanları əksərən “adsız qəhrəmanlardır”. Nov-

ruzəli, Usta Zeynal, Məmmədhəsən əmi, Baqqal Məşədi Rəhim – fərdi realist tiplərin adların-

dan ibarət belə mükəmməl siyahını “Hophopnamə”dən tərtib etmək qeyri – mümkündür... 

Sabir satiralarında təkliyin, fərdiliyin yox, məhz çoxluğun, kütləviliyin stixiyası əks olunmur-

mu?... “Hophopnamə”dəki satirik monoloqlardan heç biri ayrılıqda bir burjuyun oxuduğu “so-

lo” deyildir, bəlkə, əksinə, bütün burjuyların birlikdə ifa etdikləri qəribə bir xor misalındandır. 

Bu, artıq “eyni bir ictimai ölüm və matəm mahnısı oxuyanların” vahid xoru idi”. 

Təkcə Y. Qarayev deyil, əksər tənqidçi və  ədəbiyyatşünas alimlərimiz bu fikirlərlə 

razılaşırlar və düşünürlər ki, Sabir tipləri yalnız ümumi - ictimai səciyyə daşıyır. 

Bəli, Sabir satiralarında “adsız qəhrəmanlar” çoxdur, amma bu bizə heç bir əsas vermir 

ki,  həmin qəhrəmanlara ümumiliyin bir parçası kimi baxaq. Əlbəttə,  şairin xüsisi adlardan 

istifadə etdiyi satiraları da var. Bir düşünün, əgər Sabir hər şeirindəki pesonaja bir ad qoysa 

idi, nə  dərəcə gülünc bir vəziyyət alınardı. Biz dünya ədəbiyyatına və milli ədəbiyyatımıza 

diqqət yetirsək, xeyli miqdarda adı olmayan, amma süjetin əsas və qaynar xəttini təşkil edən 

qəhrəmanlara rast gələ bilərik. 

Ümumiyyətlə,  ədəbiyyatda və ya ədəbi təhlil zamanı biz tiplərin mənəvi, psixoloji 

aləminə nüfuz etmir, onların fərdi özünəməxsusluqlarını  aşkara çıxarmayıb, yalnız ictimai 

məzmundan danışırıqsa, deməli, biz heç nə əldə etmirik. Ola bilsin ki, ədəbiyyatda çox az ya-

yılmış xüsusiyyətləri daşıyan bir tiplə qarşılaşaq, amma o, öz səciyyəviliyi ilə  ən məşhur 

personajlardan belə daha çox diqqəti çəksin və yaddaqalan olsun. Məncə, ədəbiyyatda fərdilik  

bir vacib məsələ kimi birinci yerdə durmalıdır, çünki yeni obraz yaranır və o, əvvəlki sələflə-

rindən çox fərqlənir, yəni o, tamamilə başqadır, özünəməxsusdur. O obrazın  fərdi təzahürü 

olmasa, özünün ədəbi vahidliyini təstiq etdirməsə, ədəbiyyat üçün maraqsızdır. Məsələn, M. 

Ə. Sabirin personajları arasında bir sıra  orijinal tiplər var ki, onlar ədəbiyyatda öz yenilikləri 

və fərdilikləri ilə seçilir, alqışla qarşılanır.  Onlardan bəhs edərkən bu obrazların zahiri görkə-

mi, səs tonu ağlımızda tam mahiyyəti ilə  əks olunur. Məsələn, biz “Millət necə tarac olur 

olsun, nə işim var” satirasının qəhrəmanını “Bir məclisdə on iki kişinin söhbəti” satirasındakı 

tipləri və ələxsus da birinci əsərdəki etinasız sahibkarla ikinci əsərdəki taciri bir – birilə qarış-

dıra bilmərik, çünki bu personajların hər birinin ayrı görünüşü, hər birinin ayrı dünyagörüşü 

və  hər birinin bir tip kimi ayrı  dəsti – xətti var və ya “Çatladı, Xanbacı, qəmdən ürəyim” 

deyib haray qoparan tiplə “Qoyma gəldi” deyib qorxusundan Xandostunun arxasında gizlənən 

vətən qızlarının da naratçılığı və ələmi də eyni deyil, oların hər birinin oxucu gözündə ayrıca 

bir surəti var.   

Bəli, bu tiplər eyni vaxtın, eyni sosial zəminin, eyni ictimai mühitin “qəhrəmanlar”ıdır-

lar, Sosial mühit onları bu qədər”inkişaf” etdirib amma onlara fərdi yanaşmaq və  hər birini 

ayrılıqda təhlil etmək lazımdır. Çünki onlar  bir – birindən çox fərqli xüsusiyyətlər daşıyırlar. 

Sabirin hər gün rastlaşdığı və satira atəşinə tutduğu nə məmur digərinin eynisidir, nə tacir di-

gərinin eynisidir, nə avam, nə də riyakar molla... Onların hər birinin bu dünyada özgə “dərdi” 

var. 

Mənim böyük şairin tiplərinə bir yerə toplanılmış,  əyinlərinə eyni rəngdə  və eyni 



biçimdə əlbisə geyindirilmiş xor dəstəsi kimi baxmaq fikrim yoxdur. Mənim nəzərimdə Sabir 

tiplərinin əksəriyyəti “şaqraq səsli”, “möhtəşəm ifaya sahib olan”, səhnəyə çıxanda tamaşaçını 

mat qoyan, ifasını məharətlə sona çatdıran, müthiş “solo” ifaçısıdırlar.    

 

 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə