Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə106/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   102   103   104   105   106   107   108   109   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

981



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

edilir. C.Məmmədquluzadənin felyetonlarının əksəriyyəti "yazılıb", "oxuyublar"  və bu kimi 

sözlər ilə, M.S.Ordubadinin  felyetonlarının çoxu isə "Hərdən bir mənim xəyalıma belə bir 

şey gəlir", "eşitdim" kimi cümlə və kəlmələrlə başlayır. C.Məmmədquluzadə felyetonlarının 

başlanğıcında  mövzuya uyğun kitab və  qəzet  adlarından sitatlar verilmişdir. Məsələn, 

"Nəcasət" felyetonunda Axtılı Hacı Əbdürrəhman əfəndinin "Əsasüddin vəl iman", Hacı Mir-

zə Məhəmməd Şirazinin "Məcmüəl-məsail" kitabından sitatlar və onların tənqidi verilmişdir. 

"Acığnan" felyetonunun girişində: "Töhfətül-məcalis" kitabında yazılıb ki..."- cümləsiylə  

sitatın verilməsi Cəlilin yazı üslubunu xatırladır.  M.S.Ordubadinin "Təəccüb", "Bilməli xə-

bərlər" felyetonlarında qəzetlərdən sitatlar verilsə də, yazılarda işlənən izafət tərkibləri onun 

müəllifliyini təsdiq etmiş olur. "Acığnan" felyetonunda isə izafət tərkiblərinə, çətin ifadələrə 

rast gəlinmir, cümlələr vasitəli nitqlə verilir, yazı, dilinin sadəliyi ilə seçilir. 

Felyetonda təsvir olunan kəndin "Qurtqapan" adı ilə verilməsi də Cəlil dəsti-xəttini yada 

salır. Bu cür kənd adları    xalqın avamlığına sənətkar  əsəbiliyinin ifadəsidir. Dünya satira 

ədəbiyyatında da yer adlarının satirik səpkidə verilməsi çox geniş yayılmışdır. Mirzə  Cəlil 

yaradıcılığında bu cür kənd adları üstünlük təşkil edir. “Düdüklü” ,“Ətcələr”, “Qapazlı”, 

“İtqapan” və s. kənd adları illəri adlayıb bu gün də Azərbaycan reallığında yaşamaqdadır. 

M.S.Ordubadi "Töhvə"  felyetonunda "Danabaş  kəndi" məkanının adından istifadə etsə  də, 

felyetondakı  ağır kəlmələr M.S.Ordubadini müəllif kimi qəbul etməyə  əsas verir. Bundan 

başqa, felyetonda Naxçıvan bölgəsinin adı açıq  şəkildə  çəkilir. Müəllif "Danabaş  kəndi"ni  

məkan kimi yox, canlı epitet kimi vermişdir. Ümumiyyətlə, C. Məmmədquluzadə yaradıcılı-

ğında "doğulan" “Danabaş kəndi”  “Molla Nəsrəddin” dərgisinin ümumi kontekstində  xalqın 

geriliyinin rəmzi kimi hallandırılmışdır. Məkan kimi isə adın satirik tərzlə geniş planda 

verilməsi M.S.Ordubadinin yaradıcılığında səciyyəvi hal almamışdır. Göstərdiyimiz faktlar 

bu felyetonun Məmməd Səid Ordubadiyə məxsusluğunu şübhə altına alır. Məkan, obrazların 

adları, dilin sadəliyi və digər xırda detallar bu felyetonu Mirzə Cəlilə aid etməyə haqq verir. 

 

 

FÜZULİ YANĞISI   B.VAHABZADƏNİN BƏDİİ YARADICILIĞINDA 



 

Pərixanım SOLTANQIZI 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



perxanim@mail.ru 

AZƏRBAYCAN 



 

Bəxtiyar Vahabzadə  “Şəbi-hicran”da Füzulinin bir sənətkar kimi taleyini nəqş edir. 

Onun işığında  sanki özünün də  gələcək sənətkar taleyindən nişan verir. Füzuli sənətini dərk 

etmək, ondan anlamaq hər şairə nəsib olan bir tale də deyildir. Bəxtiyar isə bunu əsərləri ilə 

təsdiqlədi. Öz zamanının Füzulisi, kamil sənətkarı oldu.  Onun öz dövrünün Füzulisi olması 

qənaətimizdə, bizcə, bir yanlışlıq yoxdur. Çünki, Bəxtiyar da əlinə  qələm aldığı gündən 

xalqının, millətinin şairi olmuş və bunu əsərlərilə təsdiqləmişdir. 75-illik yubileyi münasibə-

tilə B. Vahabzadəyə ünvanladığı  təbrikdə Ulu öndər Heydər  Əliyev Bəxtiyar sənətinin bu 

cəhətini yüksək dəyərləndirmişdir: “Xalqımızın keşməkeşli taleyi, yaşadığı faciəli və  əzablı 

günlər vətənpərvər övlad kimi daim sizi düşündürmüş, onun ağrı-acıları  həssas qəlbinizi 

alovlandırdığı kimi, xoşbəxt günləri də sizi sevindirmişdir. Qanlı Yanvar faciəsi günlərində 

tutduğunuz əsl vətəndaşlıq mövqeyi öz tarixi əhəmiyyətini heç vaxt itirməyəcəkdir” Bəxtiyar 

“Şəbi-hicran”da öz yaşantılarını, düşüncələrini zaman ötsə də,  Füzulininkinə qatmış, Füzuli 

kimi o da xalqının dərdini yaşamış, ona xidmət etmişdir. “Gülüstan” müqaviləsi, o taylı, bu 

taylı Azərbaycan dərdi, ciddi Sovet rejimi, 1937-ci il represiyası, 20 Yanvar hadisələri və s. 

məsələlər onun yaşantısından yan keçməmişdir.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

982



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İnsan və insan taleyi Füzuli və Bəxtiyar poeziyasının bel sütunu olmuşdur. Hər iki sə-

nətkar öz dövrünün gerçəkliklərini zaman və məkan kontekstində insan taleyində bədii təcəs-

süm etdirmişdir. Çünki hər zaman insan baş verənlərin biavasitə iştirakçısı olmuş, ətrafında və 

kənardakı hadisələr onun həyatına təsirsiz qalmamış və bəzən də onun taleyini həll etmişdir.  

Bəxtiyar Vahabzadə “Şəbi-hicran”da Füzulinin öz dövründə yaşantılarını, gördüyü acı 

həqiqətləri,  ədalətsiz müharıbələri, rəyasət, sərvət üstündə qardaş  qırğınlarını  və s. insan 

talelərində  əks etdirmişdir.  İnsan talelərinə poemanın bütün fraqmentlərində  işıq salmışdır. 

“Əmi qatili” fraqmentində Bəxtiyar hökmdar və xalq problemini qoymuşdur. 

Təxt-tac, yığılan sərvətlər bu dünyada fanidir. İnsan onu anlayırmı? Bütün gözəllikləri, 

çirkinlikləri yaradan insandır. Lakin insanın içindəki dünya malına, rəyasətə olan ehtirası 

insanlığı üstələyir. Bu ehtiras zaman-zaman yaxınları, qohumları, tayfaları bir-birinə düşmən 

etmiş, nəticədə xalqın malı, sərvəti talanmış, işgəncəyə məruz qalan günahsız insanların qanı 

axıdılmışdır. Füzulinin  Qədim Şərq dərdini, müsibətini, zamanların hökmünü Bəxtiyar ürək 

ağrısı ilə misralara köçürmüşdür: 

Şərqin dərdi böyükdür qədim tarixi qədər

Didir bir-birini təriqətlər, nəsillər.  

Qardaş -qardaşa düşmən, oğul ataya düşmən, 

Didir biri-birini xaqanlar hikkəsindən  

Bu dörd misrada  Bəxtiyar  Şərqin tarixindən, taleyindən poetik lövhələr yaratmışdır. 

Füzuli də öz dövründə hələ uşaq ikən bunları görmüş, tökülən qanların şahidi olmuşdur. Qoca 

Şərqin dərdi Füzulinin də dərdi idi. Şair bunu böyük sənətkarlıqla poetikləşdirmişdir. “Yurda 

dəyən zərbələr Məhəmməd Füzulinin sinəsinə vuruldu” Hələ uşaq ikən içində düşündüyü “Bu 

yollar, təriqətlər, təriqətlər nə üçün?” sualını  anladıqca ona  cavab tapırdı. Nə imiş bu? 

Rəyasət eşqi! 

Əmisini rəyasət üstündə öldürüb Bağdada, onun təxt-tacına yiyələnən Zülfüqar xan 

İbrahim xanın yaxınlarını da öldürtdürür, sarayın, xalqın varını talan edir. Günahsız insanların 

qanına bais olur. Füzuli onun bəd əməlini ifşa edən şeir yazır:  “Rəyasət! Hökmün çatır bu 

dünyada hər yerə, Sən  Şərəf gətirirsən bəzən  şərəfsizlərə  Sən alçaq bir vücudu qiymətə 

mindirirsən, Sən adi bir insana dahilik də verirsən”.Füzulinin yazdığı şeir Zülfüqar xana çatır-

və onun qəzəbinə səbəb olur. Vəzrinin məsləhəti ilə şairdən qisasını  sevgilisi Leylanı  hərəm-

xanasına qatmaqla alır. Lakin zaman öz hökmünü verir. Şah Təhmasib Bağdada hücum çəkib 

onu ələ keçirir. Zaman onunda dərsiini verir. Sahibi olduğu hər şeyi arxasında buraxır və qor-

xusundan canını götürübqaçır. Qəzəbindən nərə çəkən, əliqanlı fitnəkar cəllad,  qorxaq,  adi bir 

insana çevrilir. Qaçarkən yolda onunla rastlaşan Füzuli  Zülfüqar kimilərinə  zamanın onlara 

verdiyi  dərsianladır.    

Elə ki, ayrı düşdün öz taxtından, tacından 

Adi bir adam oldun, getdi şanın, şöhrətin. 

Zülfüqar xan elinə-obasına xəyanətkar, yararsız, zalım,  şəxsiyyətsiz alçaq, xalqı idarə 

edəcək, vətəni qoruyacaq səviyyədə olmayan bacarıqsız, gücü yalnız rəyasətdə olan cinayət-

kar, quldurdur. Zülfüqar xan sultanların, xaqanların ümumiləşdirilmiş tipik obrazıdır ki, bütün 

bəşəriyyət onların quluna çevrilib. Bəxtiyarın  bu fraqmentdə qoyduğu Füzuli yanğısı  hökm-

dar və xalq problemi tək Şərqin deyil, bəşəri bir məsələdir ki, onu Şərqin simasında qloballaş-

dırıb. 


Poemanın “Kərbəla”  fraqmentində ən kiçik əşyanın belə arxasından insan boylanır. Onun 

taleyindən poetik söhbət açır. Füzuli vətəninə gedərkən leysan yağan  yağışdan qorunmaq 

üçün bir qəsrin qapısına sığınır. Qapını açır, ev sahibi onu içəri dəvət edir. Söhbət edirlər. Ev 

sahibi Əntiqfüruş (əntiq əşyalar toplayan) ona çox qiymətli zinnət əşyaları-cildindəki qızılın  

min dinar qiyməti olan divanını, dəstəyinin bir daşı min dinar olan qılınc, min dinarlıq nişan 

üzüyü  və s. əşyalar göstərir. Nə  qəsrin pırıl-pırıl yanan gözəlliyi, nə  də ev sahibinin ona 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə