Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə98/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   94   95   96   97   98   99   100   101   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

965



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“Ayağa dur, Azərbaycan!”  şeirnin təsir gücünü artıran amil onun müraciət və çağırış 

ruhunda qələmə alınmasıdır. Qeyd edək ki, bu ovqat bütünlüklə şeirin ruhuna hakimdir və ona 

görə də əsəri həyəcansız oxumaq mümkün deyildir: 

  

Ayağa dur, Azərbaycan! 



     

  

Bunu 



sənə 

zaman 


deyir, 

     


 

 

Məzarından baş qaldıran   



 

 

 



 

   


baban 

deyir! 


 

      


 

 

Nər oğlu nər, səninləyəm! 



 

 

 



 

 

 



Səninləyəm, 

silah 


tutan 

     


   

Külüng 


tutan, 

yaba 


tutan, 

     


 

 

Kösöy tutan, nişanlı ər,   



 

 

 



 

 

 



səninləyəm! 

  

 



 

 

 



 

 

 



Səninləyəm, qız atası, 

 

 



 

 

 



  

Hanı nərən, hanı səsin!   

 

 

 



 

  

Hanı andın!. 



 

 

“ DƏLİ  KÜR ”  ROMANINDA   ÜMUMİ  ŞƏXSLİ   CÜMLƏLƏR          

VƏ ATALAR  SÖZLƏRİ, ONLARIN  ÜSLUBİ  XÜSUSİYYƏTLƏRİ 

 

Əsmər UMUDOVA   

ADPU 


shaban1968@mail.ru 

AZƏRBAYCAN 



 

Hərəkət  və  ya  hökmün   hamıya  aid  olduğunu  bildirən  sadə   cümlələrə   ümumi  şəxsli  

cümlələr  deyilir.  Əgər  qeyri – müəyyən  şəxsli  cümlələrdə  işi  icra  edən  qeyri – müəyyən  

III  şəxsdirsə,  ümumi  şəxsli   cümlələrdə  iş  bütün   şəxslərə  aid  ola  bilir.  

Ümumi  şəxsli  cümlələrin ən  əsas  xarakterik  xüsusiyyətlərindən  biri  budur  ki,  bu   

cümlələrdə  fikir  hamı  tərəfindən  qəbul  edilmiş   hökmlərdən  ibarət  olur.  Yəni,  bu  cüm-

lələr   müəyyən mənada frazeoloji birləşmələrə yaxınlaşır və bir ümumi qayda şəklini almış 

hökmlər ifadə edirlər: “Qonağa əl qaldırmazlar.” 

Ümumi  şəxsli cümlələr də bir çox üslubi çalar ifadə edir. Azərbaycan dilində atalar 

sözlərinin böyük bir qismi ümumi şəxsli cümlələr kimi sabitləşmişdir. Bunun isə  əsas 

səbəblərindən biri onların ümumi hökm ifadə etməsidir. Gündəlik məişətimizdə rastlaşdığımız 

bir çox məqamlarda işlənildiyi kimi bədii  ədəbiyyatda da yazıçılar,  şairlər, sənətkarlar öz 

əsərlərini xalq tərəfindən qəbul edilmiş maraqlı hökmlərlə  zənginləşdirirlər. “ Dəli Kür ” 

romanında da baş verən hadisələrə, məqamlara uyğun maraqlı cümlələrə rast gəlirik. Əsərdə 

təhkiyəçinin dilindən daha çox obrazların dilində belə cümlələrdən – atalar sözlərindən 

istifadə olunmuşdur. Bir çox hallarda danışan  şəxs öz mülahizələrini ümumi şəxsli cümlə 

şəklində ifadə edir. Məsələn, Əhmədlə Aleksey Osipoviçin mükaliməsindən: 

 - Şəhərəmi gedirsiniz? 

-  A kişi, qonağı qapı qabağında sorğu – suala tutmazlar. 

Ümumiyyətlə, yazıçı  əsərdə olduqca maraqlı  və  rəngarəng atalar sözlərindən istifadə 

etmişdir. Bu atalar sözlərinin bir qismi ümumi şəxsli cümlələr olsa da, bir qismi mübtədası 

olduğundan müəyyən şəxsli cümlə hesab olunurlar. Məsələn, “ Pişiyin könlü samanlıqdaydı, 

it də vurdu samanlığa saldı” “Ovçu ovçunun şikarını əlindən almaz. 

Ümumi şəxsli cümlələrin maraqlı üslubi formaları vardır.  

1)  Ümumi şəxsli cümlələri yazıçı özü düzəldir, yaradır və bütüninsanlara aid olan əla-

mət, keyfiyyət və xüsusiyyətləri ümumiləşdirir. Əhmədlə Aleksey Osipoviçin mükaliməsindən: 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

966



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

  - Əlbəttə, təklik pis şeydir. 

-Üstəlik də  qəriblik. Gündüz yenə yaxşıdır, adamın başı  işə - gücə qarışır. Amma 

gecənin biri bir ilə dönür. 

2) Ümumi şəxsli cümlələrdə işin icraçısı ümumi məfhum olan “ adam“ sözü ilə ifadə 

olunur: 


Belə cümlələr, adətən, ünsiyyət zamanı yaranır və işlənildiyi mətnin əvvəlində “ adam “ 

sözü işlənir. Cahandar ağanın dilindən : “ Adam bir iş görəndə fikirləşər. “ Adam bir iş 

görəndə  əvvəlcə  məsləhətləşər.”  Şahnigarın dilindən : “ Adam dostuna elə söz deməz.” 

Rüstəm kişi ilə  Əhmədin söhbətindən : “ Adətdir, bala, bostan üstünə  gələn adam gərək 

qarpızdan, yemişdən kəssin”  Əşrəfin dilindən : “ Ay dəli, niyə  ağlayırsan, adama qardaşı 

acıqlanar.” Belə cümlələr adətən sual formasında işlənir və heç bir cavab tələb etmir. 

Məsələn,  Əşrəfin dilindən: “ Acığın tutmasın,  Şamxal, heç adam da atasını  tək qoyarmı?” 

Əhmədlə Əşrəfin mükaliməsindən : “ Adam da bir quşdan ötrü dalaşarmı?” 

Üslubi məna baxımından, həmçinin, ümumi şəxsli cümlələri məsləhət və  şikayət 

məzmunlu olmaqla iki qrupa bölmək olar. 

Ümumi şəxsli cümlələr məsləhət məzmunu bildirir: “Qonağa əl qaldırmazlar” 

Ümumi  şəxsli cümlələr  şikayət məzmunu bildirir: “ Elə  həmişə yetimin başı qapazlı 

olar“. 

Romanda belə bir hala da rast gəlirik ki, bir cümlədə iki atalar sözü-ümumi şəxsli cümlə 



işlənir. Məsələn, “ Vaxtsız banlayan beçənin başını tez kəsərlər, bala, ağır otur, batman gəl.” 

 

 



AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINDA                   

VARİANTLILIQ (BAYATILAR ƏSASINDA) 

 

Nuridə BILALOVA 

Qafqaz Universiteti

 

nuride_90@mail.com 

AZƏRBAYCAN 



 

Şifahi söz sənəti yaradıcılığında kollektivliklə yanaşı, fərdi yaradıcılıq mühüm yer tutur. 

Çünki bu sənətin  ən qüdrətli nümunələri fərdi yaradıcılıq süzgəcindən keçmiş, kollektiv 

zəkası ilə zənginləşib büllurlaşmışdır. 

Şifahi  ədəbiyyat yaddaşlarda yaşamış  və sonrakı  nəsillərə  şifahi  şəkildə çatmışdır. 

Yaddaşlarda yaşamaq ənənəsi əslində variantlığın törəməsinə səbəb olmuşdur. Hər kəs yad-

daşında saxladığı folklor vahidini söyləyərkən onu özünəməxsus fərdi danışığında, müəyyən 

əlavə və əksiltmələr, improvizələrlə söyləyir. Bu isə şifahi xalq ədəbiyyatının çoxvariantlılıq 

xüsusiyyətini şərtləndirir. 

Şifahi xalq ədəbiyyatının bu xüsusiyyəti şifahiliklə bağlı olaraq yaranır. Bu və ya digər 

əsərin həm bir xalq, həm də müxtəlif xalqlar içərisində müxtəlif variantları meydana gələ 

bilər. Məsələn, bir çox bayatı və laylaların, Molla Nəsrəddin lətifələrinin, nağılların, dastanla-

rın, atalar sözlərinin bir-birinə yaxın müxtəlif variantları vardır. 

Şifahi xalq ədəbiyyatımızın lirik üslubunun ən geniş yayılmış janrlarından  biri bayatı-



lardır. Bayatılar çox dərin mənalı, fəlsəfi, əxlaqi, ictimai fikirlər ifadə edən qısa, yığcam, lirik 

parçalardır. Bayatılar nəsildən-nəslə, ağızdan-ağıza keçə-keçə yüz illərlə yaşamışdır. Bu sə-



bəbdən də bir bayatı zaman keçdikcə dəyişilmiş, müxtəlif variantları yaranmışdır. 

Xalqın dilindən, şifahi yaddaşlardan toplanmış variantlardan başqa, bayatılar qeyd olun-

muş doxsan iki mənbə üzə çıxarılmışdır ki, bunlardan:  yetmiş dördü müxtəlif əlyazma və cüng, 

yeddisi görkəmli ədib və mədəniyyət xadimlərimizin arxivində mühafizə olunan xüsusi bayatı 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə