Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə97/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   93   94   95   96   97   98   99   100   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

963



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ideallaşdırılmır, onun mübarizəsi bütövlükdə Azərbaycan xalqının mübarizəsi kimi təsvir olu-

nur, tariximizin ən önəmli dönüş nöqtələrindən olan XIX əsr mühiti dövrün ziyalısının gözü 

ilə müşahidə olunur. Rus, gürcü, dağıstan və digər xalqların nümayəndələri ilə qəhrəmanını 

görüşdürən müəllif,  imperiya dövründə bütövlükdə Qafqaz mühitinin  real mənzərəsi, müba-

rizəsi haqqında canlı təsəvvür yaradır, dövrün ruhunu dolğun şəkildə əks etdirir. Mövzu ge-

nişliyi, ideya forma müasirliyi  əsərin geniş auditoriya  tərəfindən maraqla qarşılanması və bir 

sıra dillərə tərcümə olunmasına şərait yaradır. 

  Tarixi gerçəkliklərə böyük ustalıq və məxsusi incəliklə yanaşan yazıçı, bədii həqiqətlə-

rin ifadəsi üçün də olduqca orijinal və mürəkkəb struktur seçmişdir.  Əsərdə hadisələr bəlli 

xətt üzrə inkişaf etmir, müəllif qəhrəmanını gah uzaq keçmişə, gah da gələcəyə aparır, onun 

yuxularına, xəyallarına müdaxilə edərək, tarixi gerçəkliklərə toxunmadan uydurmaları real 

planda təsvir etməyi bacarır. Tarixi faktları təhrif etmədən bədii uydurmadan istifadə etmək 

yüksək sənətkarlıq tələb edir. Mirzə  Fətəli Axundovun üzərinə  ağır yük- xalqın taleyi və 

gələcəyi haqqında düşünmək və bu yolda əlindən gələni  əsirgəməmək missiyasını qoyan 

Çingiz Hüseynov, şərti-metaforik elementlərdən istifadə edərək, onun yuxularına, xəyallarına 

müdaxilə edir, əlçatmaz qəhrəmanı ilə  əlaqə yaratmağa, çətin vəziyyətlərdə ona yardım 

etməyə, fikirlərini cilalamağa çalışır. Hadisələri kənardan müşahidə edən müəllif bəzən özü 

də xəyalən əsərin qəhrəmanına çevrilir, fikir və mülahizələrini səssiz nitqlə ifadə edir. 

Müasir tarixi romanda  yalnız kim?, nə?, harada? sualına cavab axtarmaq qənaətbəxş 

hesab olunmur. Əsərdə qoyulması vacib olan, yazıçını düşündürən  əsas sual nə məqsədlə? ol-

malıdır. Cavab axtaran müəllifin isə tarixə çoxistiqamətli, hərtərəfli yanaşmaq üçün kifayət 

qədər imkanı var. Belə bir şəraitdə həqiqətdən daha dəqiq, faktdan daha real roman yaratmaq 

yazıçının təxəyyül sərhədlərinin genişliyi, sənətkarlıq qüdrəti kimi qiymətləndirilməlidir, 

Çingiz Hüseynovun yaradıcılığına nəzər salsaq, müəllifin bu çətin tapşırığın öhdəsindən 

layiqincə gəldiyini əminliklə söyləyə bilərik. 



 

 

M.ARAZIN “AYAĞA DUR, AZƏRBAYCAN!” ŞEİRİNDƏ 

VƏTƏNDAŞLIQ QAYƏSİ 

 

Səadət MƏHƏMMƏDOVA

 

Bakı Slavyan Universiteti 



mehemmedova91@mail.ru 

AZƏRBAYCAN 



 

İlk növbədə tezisimizin adındakı “vətəndaşlıq” sözünün mənasına aydınlıq gətirək. 

Ədəbi prosesdə son illərdə daha çox səslənən vətənpərvərlik və vətəndaşlıq poeziyası ifadələri 

doxsanıncı illərdə özünün gerçək mənasını tapmaqdadır. Bəs vətənpərvərlik və  vətəndaşlıq 

poeziyası nə deməkdir.?. Tənqidçi Vaqif Yusifli “Yollar hayana aparır” adlı məqalələr toplu-

sunda bu məsələyə aydınlıq gətirərək yazır: Belə bir ifadə var: “Vətəndaşlıq poeziyası”. Bu 

ifadəni əksər hallarda şairlərin şeirlərindəki pafosa görə müəyyənləşdirirlər. Əgər şair Vətənin 

başının üstünü alan təhlükədən, onun faciələrindən yazırsa, özü də yazdığı  şeirlərin bədii 

dəyərindən asılı olmayaraü yenə həmin ifadə köməyə gəlir. Beləliklə, bir qrup tənqid-çilərin 

fikrincə, poeziya istər - istəməz “vətəndaşlıq” və “qeyri- vətəndaşlıq” kimi iki qütbə ayrılır.

 

Vətənin tərənnümü, vətəndaşlıq poeziyası bir çox şairlərin yaradıcılığında öz bədii 



əksini tapmışdır. Belə yazıçılardan biri də Azərbaycanın müstəqillik illərində ilk xalq şairi 

adını almış, tanınmış  və hamının rəğbətini qazanmış  şair Məmməd Arazdır. Vətən-daşlıq 

amalı onun şeirlərində geniş tərənnüm olunmuşdur. Onun “Ayağa dur, Azərbaycan!” şeiri 90-

cı illərdə yaranmış vətənpərvərlik  və vətəndaşlıq poeziyasının ən kamil nümunə-lərindən biri 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

964



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

kimi diqqəti çəkməkdədir. Dərin poetik ehtirasla yazılmış bu şeirdə  şair bir vətəndaş kimi 

azadlığına yenicə qovuşmuş Azərbaycanın başı üstünü alan bəlalara diqqəti yönəldərək vətən 

oğullarını ayağa durmağa, ölüm-dirim mübarizəsinə qalxmağa səsləyir: “Ayağa dur, Azər-

baycan! Səninləyəm”.“ Səndən qeyri biz hər şeyi bölə billik, Səndən qeyri biz hamımız ölə 

billik” -deyən şairin fəryadı öz üsyankarlığının, ehtirazının qabarıqlığı ilə diqqəti cəlb edir. 

Vətən oğullarına müaciətlə yazılmış bu şeirdə diqqəti Azərbaycan xalqının  şərəfli 

tarixinə, qəhrəmanlıqlarla dolu tarixinə yönəldir. O, xalqı, xalqın vətənəpərvər oğulllarını 

taixdən ibrət dərsi almağa, doğma Vətəni göz bəbəyi kimi qorumağa çalışır.    

“Ayağa dur, Azərbaycan!” şeirində Məmməd Araz xalqın, millətin qeyrət damarını hərəkətə 

gətirmək, onu ayağa qaldırmaq üçün vətəndaşlıq namusunu oyatmağa çalışır.  Şair Azər-

baycanı “qoca vulkana” bənzədir və bu vulkanı oyatmaq üçün Tanrıya, Yaradana üz tutur: 

Oyat bizi, ey Yaradan, səninləyəm!   

           

Ya bilmərrə yatır bizi, 

Ya yenidən 

oyat,bizi! 

    



 

 

Ey Yaradan, səninləyəm!  

Səninləyəm, yatmış 

vulkan, 


   

Səninləyəm!  

 

Ayağa dur, Azərbaycan, 



   

Səninləyəm!.. 

    

Filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov “Ayağa dur. Azərbaycan!” şeiri-



ni səciyyələndirərək yazır ki, burada “vətən sevgisi, torpaq qeyrəti və məhəbbəti müstəsna yer 

tutur. Vətənə müraciətlə deyilən: “Səndən qeyri biz hər şeyi bölə billik, “Səndən qeyri biz ha-

mımız ölə billik, “Gözünü sil, Vətən oğlu ayağa qalx!” kimi alovlu misralar oxucu qəlbini 

təlatümə gətirir və onu silkələyib ayağa qaldırır, nəzərlərini sabah yönəldir, səfərbər olmağa 

hazırlayır. 

 

 



 

 

 



 

 

 



Bildiyimiz kimi, Qarabağ mövzusu, erməni cəlladlarının qaniçənliyi, millətimizin qarşı-

laşdığı haqsızlıq və  ədalətsizliklər xalq şairi Məmməd Arazı daim düşündürmüş, yeni yara-

dıcılıq axtarışlarına sövq etmişdir. Filologiya elmləri doktoru, professor Yavuz Axundlunun 

“İstiqlal şairləri” monoqrafiyasında qeyd etdiyi kimi: “Doxsanıncı illər M. Araz yaradıcılığı-

nın yeni bir mərhələsi kimi diqqəti cəlb edir. Bir çox şairlər qələmi yerə qoyduğu bir vaxtda 

M. Araz yeni bir şövqlə qələmdən yapışdı. Azərbaycanda baş verən hadisələr onda bir poetik 

təpər oyatdı. M. Araz bu yeni şeirləri ilə sübut etdi ki, məmləkətin belə bir çağında susmaq 

olmaz, xalqı mübarizəyə  səsləmək, ondakı yatmış duyğuları oyatmaq lazımdır. Məmməd 

Arazın tarixi torpaqlarımızın düşmən əlinə keçdiyi ilk dönəmlərdə qələmə aldığı “Ayağa dur, 

Azərbaycan!”  şeiri xalqı birliyə, səfərbərliyə çağırış motivləri ilə  zəngin, dəyərli bir sənət 

nümunəsidir. Şeir yüksək vətəndaşlıq qayəsi, yurd sevgisi,dərin mübarizlik əhvali – ruhiyyəsi 

ilə seçilir. Şeirdə  şairi düşündürən  əsas məsələ milllətin vətənin dərdlərinə, agrılarına 

biganələyidir. Qarabağ kimi qədim və möhtəşəm tarixə malik Azərbaycan torpaqlarının 

düşmən əlinə keçməsi şairi bir vətəndaş kimi daha sərt şəkildə danışmağa məcbur etmişdir. 

Şair xalqı mübarizəyə, işğal olunmuş düşmən əsarətindən azad olunmasına səsləyir. O, 

millətin döyüş  və mübarizlik ruhunu qaldırmaq üçün tarixə, mübarizələrlə dolu keçmişlərə 

müraciət edir. Şair bir zaman Azərbaycanı  işğalçı ordulardan qoruyan, bu yolda şəhid olan 

Vətən oğulllarının bu gün Qarabağ itkisi ilə barışmasına dözə bilmir. “Şairin 1992-ci ilin 

yazında, torpaqlarımıza təcavüzün genişləndiyi bir vaxtda yazdığı “Ayağa dur, Azərbaycan!” 

adlı şeiri elə ilk misralardan dərin məna çaları, yüksək daxili pafos və obrazlı ifadə tərzi ilə 

oxucunu  ələ alır.  Şair vətənin ikiyə bölünməsni xatırlamaqla xalqımızın yenidən belə bir 

təhlükə ilə qarşılaşdığını  bəyan edir. Vətən övladının vətəndaşlıq qürurunu, vətəndaşlıq 

heysiyyətini önə  çəkməklə onu “Vətənin taleyi bu gün səndən asılıdır”, “Vətən bölünməz” 

kimi tarixi hökmlərinə 

tabe 

etdirir. 



      


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə