III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
945
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qaleyla – yemişan ağacının meyvəsi. Məs.; -Qaleyla baş ağrısı, təzyik və ürəyin
dərmanıdı.
Dəhnə - çaydan arx üçün ayrılan su sahəsi. Məs.; -Uşax göndərin dəhnənin suyunu bu-
raxsın.
Çul düşməx' – yorulmaq, əldən düşmək. Məs.; -Səhərdən ağşamatan o qədər o yan-bu
yana qaçırdı kı, axşamlar çul düşürdü.
Düzməx' – dönmək, çevrilmək. Məs.; Getdix'cə uşağın vəziyəti ağırraşır, pis xəsdəliyə
düzürdü.
Ço:uş – arada söz aparıb - gətirən şəxsə deyilir. Məs.; -Sən arada ço:uş ha döülsən.
Rəzə - cəftə. Məs.; -Qapının rəzəsini vur.
Cöüz – qoz. Məs.; -Ay gəlin, cöüzü qır, ləpələ bir sini kömbə pişirəx'.
Qağa – ataya, ya da böyük qardaşa deyilir.Məs.; -Qağam gələnə kimi hər şey
hazırıydı.
Dinşəməx' – qulaq asmaq. Məs.; -Qonşularının qapısını dinşiyən qız birdən diksindi.
Ketman – alanı təmizləmək üçün alət. Məs.; -Göyü bütün ala basıf, oranı ketmannan
təmizdə.
Təpiməx' – qurumaq.Məs.; -Susuzduxdan onun dili-dodağı təpimişdi.
Məst – yumşaq dəridən hazırlanan, alçaq ayaqqabı. Məs.; -Məsdinin çırıx olması qızı
xeyli pərt elədi.
Atılamax – qarışdırmaq, çalxalamaq. Məs.; -Yığıntı köhnəlir, onu nəhrə; atax atıla;x.
Patıl – kiçik ot tayası. Məs.; -Otu qurudanda hasan çevrilməyi üçün patıl eliyirlər.
Boçca – yeməli bitki növü. Məs.; -Anamın hazırradığı boçcanın dadı damağımda qal-
mışdı.
Sijim – yük heyvanına yük bağlayarkən istifadə olunan ip. Məs.; -Gorölüsünü ata si-
jimnən yühlədilər.
Çatılamax – bağlamaq. Məs.; -Buzoyu tez çatıla.
Hazırda Göygöl şəhərində məlum tarixi hadisələrlə əlaqədar olaraq müxtəlif bölgələr-
dən (Qərbi Azərbaycan, Şərqi Gürcüstan, Qarabağ və s.) deportasiya olunmuş əhali məskun-
laşmışdır. Göygöl şəhərinin tarixi almanlarla da sıx bağlıdır. Beləki, 1817-1818-ci illərdə Qaf-
qazda təşkil edilmiş 8 alman koloniyasının biri Yelenendorfda (indiki Göygöl rayonu) yerlə-
şirdi. Hesab edirik ki, bu regionun dil xüsusiyyətləri həmin ərazinin tarixi, burada məskunlaş-
mış əhalinin etnik tərkibi, miqrasiyalarının coğrafiyası və tarixi ilə bir yerdə, kompleks şəklin-
də araşdırılsa, daha effektli olar.
MİKAYIL MÜŞFİQ POEZİYASINDA ANTONİMLƏR
Gülnar MƏMMƏDOVA
Qafqaz Universiteti
gmemmedova2@std.qu.edu.az
AZƏRBAYCAN
Bədii dilin rəngarəngliyində, onun ifadə imkanlarının zənginləşməsində antonimlər
xüsusi əhəmiyyətə malikdir. Sözün antonimliyi dilin inkişaf tarixi ilə bağlıdır. Söz yarananda
onun antonimi də meydana çıxır. Belə olmasaydı, insan ətrafdakı mühiti dərk edərkən yaxşını
pisdən, böyüyü kiçikdən ayıra bilməzdi.
A.N.Qvozdyev düzgün olaraq qeyd edir ki, bu və ya digər vəziyyəti qiymətləndirərkən
biz, adətən onun müsbət və ya mənfi olub-olmamasını öyrənməyə çalışırıq və onları bir-birinə
zidd olan cərgəyə qoyuruq.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
946
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Azərbaycan dilçiliyində Afad Qurbanov da antonimlərin üslubi əhəmiyyət daşıdığını
qeyd edir və göstərir ki, “Antonimlər vasitəsi ilə əşya, şəxs, hadisə və s-nin müəyyən cəhətləri
bir-biri ilə qarşılaşdırılır, bunun nəticəsində anlayış haqqında aydın, gözəl təsəvvür yaradılır.
Eyni zamanda bu qrup sözlər fikrin daha dəqiq və emosional ifadəsinə xidmət edir”.
Antonim sözlərin qarşılaşdırılması onların bir məna vahidi kimi mövcudluğunu zəruri
edir.Antonim sözlərin işlədilməsi üçün bədii mətn əvəzsiz zəmindir. Antonim sözlər üçün
əsas şərt onların eyni tipli mətndə qoşa və ya distant işlədilməsidir. Sadə xalq danışıq dilində
yazan Mikayıl Müşfiq də antonim sözlərdən geniş istifadə etmişdir. 1929-cu il “İnqilab və
mədəniyyət” jurnalında “Tar konservatoriyadan çıxarıldı” sərlövhəli xəbərini oxuyanda məş-
hur “Tar” şeirini
xalqına bəxş elədi və tarın şöhrətini bir az da qaldırdı:
Oxu, tar,oxu, tar!...
Səsindən ən lətif şeirlər dinləyim
Oxu tar bir qadar...
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu,tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti
Alovlu sənəti.
Bu nüminədəki “acısı, şərbəti” antonimləri ardıcıl gəldiyi üçün şeirə xüsusi ritm verir.
Müşfiq bir sənətkar kimi daima öz sənətini inkişaf etdirmək üçün çırpınmış, özündən narazı
qalmış, poetik duyğularının, böyük arzularının ifadəsi üçün münasib, uyğun bədii təsvir vasi-
tələri tapmağa çalışmış, yeni forma axtarışlarını bir an belə dayandırmamışdır, heyf ki, ömrü
çox qısa oldu.
Həyat bir cümlədir. Həm gülməkdir, həm ağlamaqdır.
- - -
Zaman bir dərədir axıb dolanır,
Bəzən durulursa,bəzən bulanır.
- - -
Heyf, ömür qısa, arzu genişdir,
Kim bu qayğı ilə titrəməmişdir?
- - -
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə elə gəldi ki,
Bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş.
Başqa bir şeirinə nəzər salaq:
Mən bir darğın zamanla bir xoş dövranın,
Mən bir xarabalıqla,bir gülüstanın,
Mən xəzanla baharın,qocayla gəncin
Mən ölümlə həyatın,qəmlə sevincin
Arasında qurulmuş böyük körpüyəm.
Cəmi beş misralıq şeirdə on iki yığcam obrazdan ibarət altı təzadlı qarşılaşdırma veril-
mişdir. Bu, Müşfiqin ədəbi dilin zənginliyindən istifadə etmə bacarığının göstəricisidir.
Hər poetik ifadədə, yüksək emosional ahəngdə biz on illik yaradıcılığı boyu inkişaf edən,
yüksələn xalqın yeni dövranının istedadlı şairi Müşfiqi görür, eşidir, duyur ,onun hissləri,
düşüncələri ilə təsirlənir, həyəcanlanırıq. Gənc istedadın kövrək, həssas şair qəlbi gah xalqın
dünənki faciələrindən buludlanmış, gah bu günki toy-düyünündən qol-qanad açmış, gah da
gələcək şirin xülyaları ilə pərvaz etmişdir.
1935-ci ilin məhsulu olan “Həyat sevgisi” şeirinin hər misrası,hər obrazı yaşamaq, ya-
ratmaq eşqi ilə dəniz kimi dalğalanan insan qəlbinin həyatda mövcud olmaq səadəti ilə riqqətə