III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
943
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
deyə - deyə,
Öz döşümə vurmamışam xidmətimi
öyə - öyə.
Ədibin şeirlərinin dil və üslub xüsusiyyətləri olduqca zəngin və əlvandır. O, Azərbaycan
ədəbi dilinin qanunlarını gözəl bilən, nəzəri məsələləri dərindən təhlil etməyi bacaran bir sə-
nətkar olmuşdur. Öz qüdrətli, orijinal poeziyasında klassik ədəbi ənənələri qoruyub saxlayan
ədibin yaradıcılığında xəlqilik, sadəlik, təbiilik, xalq şeiri ənənəsindən istifadə xüsusi yer tutur.
Onun şeirlərindəki insanlar, hisslər, arzular realdır. “Könlümün istəkləri” şerində şairin arzusu
budur:
Düşməniyəm sükutun,
Könlüm tufan istəyir.
Sinəsi qasırğalı
Dəli ümman istəyir...
Könlüm yanğın istəyir –
Alışıb külə dönsün.
Könlüm leysan istəyir –
Kükrəyib selə dönsün.
Bir sənətkar kimi Vaqifin realizmi, özünəməxsus xüsusiyyətləri heca vəznində, xalq
şeiri formasında yazdığı qoşmalarda, gəraylılarda özünü göstərir. Onun nikbinliyi də, realizmi
də, dil və üslubunun obrazlılığı da bu şeirlərdə üzə çıxır. Təbiiliklə yüksək bədiilik, duyğu-
ların əlvan sıralanması, fikrin misilsiz bir səmimiyyətlə ifadəsi Vaqif poeziyasına xüsusi bir
gözəllik verir.Təbii, canlı, duru bir dildə yazıb yaradan Vaqifin şeirləri nəğmə kimi axıcı,
ahəngdar və məlahətlidir. Şair sözləri inci kimi seçib qoşur, onlara sanki yeni məna aşılayır.
Buna görədir ki, onun şeiri özünəməxsus bədii gözəlliyi, məcazları, təşbeh və istiarələri ilə
başqalarından seçilir və yeni təsir bağışlayır. Yazılı ədəbiyyatın üslub gözəlliyi, xalq ədəbiy-
yatının müdrikliyi, aşıq şerindən gələn axıcılıq və oynaqlıq Vaqif şerində qaynayıb qarışır, öz
orijinallığı ilə yadda qalır.
Vaqif poeziyasında lirik hisslərin fəlsəfi miqyası onu oxucuya sevdirən xüsusiyyətlər-
dəndir. Şair sənətkarın mahiyyətindən söz açır. Onun fikrincə, sənətkar öz yaradıcılığı ilə qəlb-
lərə nüfuz etməyi bacarmalı, insan qəlbini pis xislətdən təmizləməlidir.
Bir şeir yüz gözün yaşını silsə,
Təslim olsa xərçəng, sağalsa vərəm.
Dəli ağıllansa, kor görə bilsə,
Mən ona, mən ona şair deyərəm.
AZƏRBAYCAN DİLİNİN GÖYGÖL ŞİVƏSİNİN LEKSİKASI
Vəfa İSRAFİLOVA
Gəncə Dövlət Universiteti
israfilova.v@yandex.ru
AZƏRBAYCAN
Azərbaycan dilinin qərb ləhcəsinə daxil olan Göygöl şivəsi dilimizin tədqiq edilməmiş
şivələri sırasındadır. Azərbaycanın görkəmli dialektoloqları müəyyən regionlarımızın şivələri-
ni ( M.Şirəliyev Bakı dialektini,B.İbrahimov Mərzə rayonu şivələrini, T.Həmzəyev Ordubad
rayonu şivələrini, R.Rüstəmov Quba dialektini ) hərtərəfli araşdıraraq dilçilik aləminə qazan-
dırmışlar. Bu gün gənc tədqiqatçılar həmin materiallardan istifadə edir, onları digər oğuz qru-
pu dilləri və şivələri ilə müqayisəyə cəlb edərək türkologiyaya yeni-yeni tövhələr bəxş edirlər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
944
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İndiyədək Azərbaycan dilinin dialekt və şivələri üçün verilən təsnifatların heç birində
(M.Şirəliyev, E.Əzizov və b.) ayrıca olaraq Göygöl şivəsinin adı qeyd edilməmişdir.
Göygöl şivəsi coğrafi prinsipə əsasən verilən bu təsnifatlarda Azərbaycan dilinin dialekt və
şivələrinin qərb qrupuna ( M.Şirəliyev ) və ya qərb ( orta ) ləhcəsinə ( E.Əzizov ) aid edildiyini
təxmin etmək olar. Bu şivədə istifadə edilən dil xüsusiyyətləri də bunu söyləməyə imkan verir.
Göygöl şivəsinin leksikasının əsasını qədim türk leksik təbəqəsi təşkil edir. Tarixi fakt-
larla yanaşı, bu ərazidə olan toponomik vahidlər də göstərir ki, Göygöl şivəsinin yerləşdiyi ərazi
taqədimdən türk mənşəli tayfaların məskəni olmuşdur. E.Əzizov bildirmişdir ki, Azərbaycan
dilində ismin təsirlik halında –yı şəkilçisi oğuz elementlərinin güclü olduğu şivələrdə qorunub
saxlanılmışdır. Bu xüsusiyyət dilimizin Qazax, Borçalı, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy,
Xanlar ( indiki Göygöl ), Goranboy şivələrində yayılmışdır; qapıyı, sürüyü və s.
Azərbaycan dilinin Göygöl şivəsinin leksikası da olduqca zəngindir. Həmin şivədə isti-
fadə edilən aşağıdakı sözlərə nəzər yetirib buna şahid ola bilərik. Qeyd edək ki, bu sözlərdən
heç biri “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə verilməmişdir;
Dolax - yun parçadan hazırlanmış, topuğa qədər ya da ki, topuqdan yuxarı hissəni isti
saxlamaq üçün istifadə olunan xüsusi geyim növü. Məs.; -Ağrın alım, dolağını ayağına
gein, hava yamanca soyuf.
Eymə - qoyun dərisindən hazırlanır, içərisinə yığıntı ( yağ hazırlamaq üçün yığılan
qaymaq və qatıq ) yığılır. Məs.; -Nəhrəni qurax, eymədəki yığıntını çalxalıyax.
Fərmaş – sandıq əvəzi ipdən toxunan və içi böyük olan əşya. Məs.; -Yorğan-döşəyi
fərmaşa yığardıx.
Çatma – baş-başa bağlanan üç ağacdan ibarət qurğu. Məs.; -Ağaşdan çatma qururdux
ki, ip bağlıyıf nəhrə çalxalıyax.
Nəmi – süd məhsullarının hazırlanması üçün yer. Məs.; -Biz seyvanın altında olanda
nənəm nəmidə qatıx çalırdı.
Həvgə - xurcun. Məs.; -Tahirin atının həvgəsinin rənx'ləri xüsusü zövqnən seçilmişdi.
Tərəcə - şkaf. Məs.; -Ambardakı tərəcədən qıfı gətir bura.
Musdux – ağacdan hazırlanan və nisbətən böyük olan, heyvanları sulamaq üçün isti-
fadə olunan yer. Məs.; -Musduğun suyunu açın, qoyun içi dolsun.
Güyüm – su doldurmaq üçün qab. Məs.; -Suyu güyümə doldur, qızım, suyu sərin sax-
lıyar.
Taftamax – itiləmək.Məs.; -Kərəntənin ağzı kəsmiyəndə onu taftamax lazımdı.
Çənəd – qapının ağzı.Məs.; -Qapının çənədində durma, gəl içəri.
Sərnic – süd sağmaq üçün qab. Məs.; -Sərnicin içini yu ma; gətir.
Tavax – xəmir yoğrulan, həmçinin içərisində çörək saxlanılan və ağacdan hazırlanan
qab. Məs.; -A bala, tavaxda çörəx ola-ola niyə xamır qatırsan?
Dəyə - çobanların yaylağa köçəndə yaşamaq üçün qurduqları yer. Məs.; -Bu il də-
yəmiz Cambaz dağının ətəyində, Xatın bulağının yanında qurulmuşdu.
Pəyə - çobanların yaylağa köçəndə mal-qaranı salmaq üçün düzəltdikləri yer. Məs.; -
Pəyənin ağzını bərk-bərk bağlıyırdı kı, inəx'lər vurub aça bilməsin.
Faraş – tez.Məs.; -Yaman faraş gəlif çıxıfsan.
Qorğa – sacda qovrulmuş buğda; qoyut – qorğadan hazırlanan, şirin su ilə qatılıb ye-
yilən yemək növü. Məs.; -Qoyutu adətən, səhər yiyirlər.
Avışka – pəncərə. Məs.; -Avışkanı açın içərinin havası bir az dəyişsin.
Xorum – otun ata yüklənməsi üçün kəndirlə bağlanan xüsusi forması. Məs.; -Biz otu
gorölüsü eləmədix', xorum bağladıx.
Arxac – mal-heyvanın yatdığı yer. Məs.; -Soyux düşməmiş heyvannarı arxaca salın.
Örüş – heyvanların otlaması üçün ərazi. Məs.; -Malı örüşə ötürüf qağamın yanına getdim.