III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
927
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
meta fictiona çevrilir. Postmodern şərhçilərə görə, sənaye cəmiyyəti bitmiş yeni bir informasi-
ya cəmiyyəti reallaşmışdır. Modernizmin ideallarının, ideologiyalarının iflas etdiyini önə sürən
postmodern düşüncənin təməl dayağı "son"lardır. Hər şeyin yenidən başladığını düşünən post-
modernlər hər cür "son"a maraqlıdırlar; tarixin sonuna , insanlığın sonuna, elmin sonuna, hə-
yatın sonuna. Elmin əldə etdiklərinə, mövcud ideologiyalara şübhə ilə yanaşan postmoderniz-
min daxilində daima oxucunu müxtəlif mustəvilərdə gəzişməyə vadar edən, təhrikedici bir
intelektualizm gizlənir. Modernist daxili dünyanın, şüurun labirintlərində gəzərkən, postmo-
dernist "səthi " dünyalarda gəzir. Çoxsəslilik, parçalılıq, müxtəlifcinsli anlayışların bir müstə-
vidə yığımı, avanqard sənətlə kütləvi mədəniyyət arasındakı məsafənin bağlanılması, sənətlə
həyatın birləşdirilməsi, mətnlər ararsı yolçuluq, dəyişik parçaların bir yerdə istifadə edilməsi,
yazma müddətinə oxucunun daxil edilməsi, janr ayrı-seçkiliyinə son qoymaq, ideologiyadan
imtina, mətnlərin xüsusi şifrələr və kodlarla qurulması və mətnin struktur-semantik çözülmə-
sində onların deşifrəsi, sistemli və nizamlı olandan imtina, hər şeyin naməlum və müəmmalı
tərəflərinin qabardılması, dəqiqlikdən uzaqlaşma, paradokslar, təsadüflər və iç-içə keçmiş
zaman paralleləri yaratmaq, parodiya, pastiş, şizofreniya, istehza, pluralism postmodern
təhkiyənin əsas göstəriciləri hesab olunur. Postmodern təhkiyələrdə səbəb-nəticə əlaqəsi
yoxdur, hər şey boşluqda, ölçüsüz, ələ ovuca gəlməz, cismini itirmiş şəkildə təsvir olunur.
Gerçək və xəyalı bir-birindən fərləndirmək qeyri-mümkündür. Postmodernist ədəbiyyatın
modeli olan metafiksasiyada bədiilik ilə gerçəkliyin sərhədləri tamamilə pozulur, nəyin
gerçək, nəyin bədii olduğunu anlamaq üçün oxucunun intellektuallığı ön plana keçir. Təqdim
olunan məruzədə əsas diqqət postmodernizmin qeyri-adi mətnyaratma məntiqi ilə görkəmli
Azərbaycanlı Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi arasında oxşarlıqları ortaya
qoymaq, bədii və elmi düşüncə arasındakı paralelləri müşahidə edib üzə çıxarmaqdır. Min
illərlə qərarlaşmış elmi dünyagörüşün əksinə olaraq, Lütfi Zadə öz nəzəriyyəsini əvvəlcə bir
fərziyyə olaraq irəli sürmüş, sonra isə sübut etmişdir ki, təbiət və cəmiyyətdə baş verən
mürəkkəb prosesləri, xüsusən də müxtəlif kataklizmləri Aristotelin binar məntiqinə əsaslanan
klassik məntiq, riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil. Qeyri-səlis məntiqə görə, bu
və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə – 1 (doğru) və 0 (yanlış) ilə
deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu məntiq mütləq
hesab olunan nə varsa hamısını rədd edir. (Tanrıdan başqa) – mütləq mənada ağ rəng yoxdur,
mütləq mənada qara rəng yoxdur, mütləq mənada sıfır yoxdur. Deməli, həqiqət də, yalan da,
xoşbəxtlik də, bədbəxtlik də mütləq mənalarını itirir. Mütləq mənada yalan yoxdur, mütləq
mənada həqiqət yoxdur. Beləliklə, binar – ikili məntiq və çoxluqlar nəzəriyyəsinə əsaslanan
riyaziyyat qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi sayəsində genişlənərək, yeni
məzmun kəsb etdi. Lütfi-zadə ilə məntiqin öz klassik əcdadından imtina etməsi, ötən əsrin 60-
cı illərinə təsadüf edir. Paralel surətdə incəsənətdə, o cümlədən ədəbiyyatda baş verən
hadisələrin mahiyyətinə nəzər salsaq, görərik ki, həmin zaman kəsiyi də ədəbiyyat üçün
inkarlarla səciyyələnir.. XX əsrin ikinci yarısından başlayaraq humanitar düşüncənin bütün
sahələrinə əhatə edən postmodernizm ədəbiyyatda daha qabarıq sezildi. J.Liotar, Jak Derrida,
C.Bart, T.Pinçon, C.P.Danlivi, Mişel Fuko, D.Bartel, D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko,
U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin elmi-nəzəri,fəlsəfi-estetik, sosial-kulto-
roloji konsepsiyasının prinsip və meyarlarını müəyyənləşdirmişlər. Postmodernizmin hər mə-
qamda modernizmə inkar mövqeyini tədqiqləməyə çalışmasına rəğmən, postmodernizm
modernizmin işərisində yetişmiş bir ədəbi cərəyandır. Thomas Mann, James Joyce, Wirginia
Wolf, Samuel Beckett, Jack Kerouac, Allen Ginsberg, George Perec, Jorge Luis Borges və
modernimdən postmodernizmə keçid prosesini öz əsərlərində göstərə bilmişlər. Həm elmdə,
həm də ədəbiyyatda baş verən, imtina və inkarlara dayanan, gerçəklik anlayışının mahiyyətini
şübhələr süzgəcindən keçirməklə formalaşan yeni konsepsiyaların yaranmasını şərtləndirən
amillər ortaq məqamlar kimi çıxış edir. Bu məqamlar isə, XX əsrin öz mahiyyətini təşkil edir-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
928
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
di. XX əsr bəşər tarixinin və mədəniyyətinin yaddaşında I və II dünya müharibələrinin fonunda
iqtisadi-siyasi, sosial-ictimai dəyişiklikləri və bütün bunları qavramağa çalışan, mənəvi böh-
ran yaşayan insanın gerçəkliyin dərkinin yeni formalarının axtarışı ilə qaldı. İnsan özündən
əvvəl mövcud olmuş və müasiri olduğu fəlsəfi-estetik təfəkkür tiplərinin əleyhinə çıxmağa,
ənənəvi-klassik modelləri inkar etməyə, qarışıq, bir-birindən fərqli dərk və əks etdirmə prin-
siplərinə əsaslanan avanqard xarakterli yeni konsepsiyalar irəli sürməyə başladı. Texnologiya-
nın vüsətli inkişafı, informasiya partlayışı, təbiət elmləri sahəsində baş verən yeni kəşflər XX
əsrin insanını həyat hadisələrinə münasibətində yenilərə sürükləyirdi. Həm elm, həm incəsə-
nət təzahür formalarının fərqliliyinə rəğmən, eyni məqamdan çıxış etməli olurdu. Dünyanın
modeli dəyişirdi. Bu modeli öyrənərək təsvir edən elm öz stereotiplərindən imtina edə bilirdi-
sə, duyğu və hisslərin tərənnümü olan ədəbiyyat bu imtinaya çoxdan hazır idi.
QEYD: Bu məruzə Azərbaycan Respublikası Prezidenti yanına Elmin İnkişafı Fondu-
nun maliyyə dəstəyi ilə hazırlanmışdır. Grant EIF/GAM-2-2013-2(8)-25/23/5
ŞƏBÜSTƏRİ VƏ ŞEİR
Samirə MƏMMƏDOVA
Azərbaycan Dillər Universiteti
hasanovas@yandex.ru
AZƏRBAYCAN
Orta əsr Azərbaycan filosofu Şeyx Mahmud Şəbüstəri iki əsərini nəzmlə yazmışdır.Bu
əsərlər- “Gülşəni-raz” və “Səadətnamə” həm təsəvvüfün nəzəri və praktiki məsələlərinin öy-
rənilməsi, həm də bu təlimə xas terminologiya,rəmzlər və işarələr sisteminin məzmun və ma-
hiyyətinin açıqlanmasında böyük əhəmiyyət daşıyır.Və bu iki mənzum əsər heç də bədii ob-
razlar və poetik ənənələr zənginliyi baxımından o qədər də maraq doğurmamışdır.Hər iki əsə-
rində müəllif nəzmə və şeirə maraq göstərmədiyini açıq şəkildə söyləmişdir:
روز و ﻒﻠﮑﺗ ﺪﺻ ﻪﺑ ﻢﻳﻮﮔ ﺮﻌﺷ
رﻮﻬﺸﻣ ناﺪﺑ ﻦﻳد ﻢﻠﻋ ﻢﻨﮐ ﺎﺗ (b.701)
(Mən şeiri çarəsizlikdən və çətinliklə yazıram, amma bu şeri yazmaqla din elmini yay-
mağa çalışıram- S.M.)
Islam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə 6 yerdə şeirə və şairlərə təmas edil-
diyi görülür.Bundan başqa 114 surədən birinin adı müstəqil olaraq “Şüəra” (Şairlər) surəsidir.
Bu surəyə nəzər salsaq ,şairlərin tənqid edildiyinin şahidi olarıq. “Şairlərə gəlincə...Onlara yal-
nız azğınlar uyar...Məgər görmürsənmi ki,onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar.Və
onlar etmədikləri şeyləri deyirlər!(ayə 224-226).
Bu durumda Quran semantikasında şairin kim olduğuna,şair kimə deyildiyinə baxmaq
lazım gəlir.Quranın nazil olmağa başladığı dönəmdə və o coğrafiyada şeirin din xarici və hətta
dinə zidd mövqedə olduğu anlaşılır.(31,23)
Hətta Füzuli kimi ustad şairi də Mahmud Erolun təbirincə desək,
Şeirə həvəs etmə kim yalandır,
Yaxşı desələr ana yamandır.
Və
Gər dersə Füzuli gözəllərdə vəfa ki,var
Aldanma ki,şair sözüdür əlbəttə yalandır-dedirdəcək qədər şeirdən bezdirmişlər.
“Gülşəni-raz” əsərinin müqəddiməsində Şəbüstərinin eyni fikirləri ilə qarşılaşırıq.Belə
ki,Şeyx Mahmud yazır:
Hamı bilir, bu kəs büsbütün ömür,