III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
925
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qeyd edək ki, bu hal özünü demək olar ki, yalnız bədii əsərlərin dilində göstərir. Başqa
stillərdə isə qeyri-qəti gələcəyin saitlə bitən sözlərdə yalnız “r” ilə düzəlməsi ya yoxdur, ya da
son dərəcə məhduddur.
Qeyd: Tezisdə verilən bütün nümunələr S.Əlizadənin “Oğuznamə” kitabındandır.
Bakı, Şərq – Qərb nəşriyyatı-2006,216 səh.
MƏKAN DEYKSİSLƏRİNİN STRUKTUR-SEMANTİK
XÜSUSİYYƏTLƏRİ (AZƏRBAYCAN, RUS VƏ İNGİLİS
DİLİNİN MATERİALLARI ƏSASINDA)
Günay İNAYƏTOVA
AMEA
gunayinayetova@gmail.com
AZƏRBAYCAN
“Deyksis” termini antik yunan mənbələrində mövcud olmuş, lakin heç zaman qramma-
tikadan kənar öyrənilməmişdir. Qədim yunan qrammatikləri “deyksis” terminin işarə əvəzlik-
ləri olduğunu qeyd edirdilər.
XX əsrin II yarısından etibarən deyksislər Avropa dillərində yeni aktuallıq qazanıb dilin
bütün səviyyələrində funksionallaşaraq universial kateqoriya xüsusiyyətinə malik olmuşdur.
O zamandan etibarən bu dil hadisəsi haqqında bir çox müxtəlif fikirlər yaranmışdır. İlk dəfə
“deyksis” termininə xüsusi önəm verən alman dilçisi K. Bruqman olmuşdur. Daha sonralar
isə Ç.S.Pirs “indeks”, O. Espersen isə dil vahidlərini xarakterizə edən yeni bir anlayışı “şifter”
anlayışını elmə gətirərək deyksislə eynilik təşkil etdiyini göstərmişdir.
Deyksis (yunan sözü olub“işarə edən”) dildəki mövcud ifadələrin və digər işarələ-
rin danışıq aktı zamanı şəxsə, zamana və məkana görə işlənməsinə deyilir. Dilçilik elmində
ənənə olaraq deyktik elementlərə şəxs və işarə, zaman və məkan anlayışı bildirən zərfləri aid
etmişlər. Əslində bir çox dil vahidləri deyktik komponentlərə malikdir. Deyktik vahidlər dilin
universal elementləridir. Çünki buvahidlər mövcud kontekstə yaxud da situasiyadakı hadisə
və predmetlərə işarə edir. Deyktik ifadələr həmin dildə danışan xalqın mədəniyyəti ilə sıx
bağlıdır. Dilin mədəniyyəti nə qədər mürəkkəbdirsə, həmin dildə deyktik kateqoriyalardan bir
qədər az istifadə
olunur.
Bəzən semantik nəzəriyyələrdə deyktik ifadələrə, kontekstdən və situasiyadan mənaca
asılıolmayan digər “normal” dil vahidlərindən tamamilə təcrid olunmuş kimi baxılır. Bu fikirl
ə razılaşmyan C. Layonz deyktik elementlərin müxtəlif parametrlərdən (zaman, məkan, şəxs,
obyekt) asılı olduğunu bildirir. O,deyksisin yalnız nitq aktının koordinatlarına uyğun olaraq
başa düşə bildiyini və deyktik sözlərin dil situasiyasını əks etdirdiyini qeyd edir.
Deyktik ifadələrin semantik cəhətdən qruplaşdırılmasında müxtəlif bölgülər olsa da
daha çox 3 növündən geniş bəhs olunur: şəxs( personal), zaman (temporal) və məkan.
Zaman anlayışı kimi mə kan anlayışı da fəlsəfi məna kəsb edir. Məkan varlığın əsas
kateqoriyalarından biri olub,maddi mühitlərin və obyektlərin qarşılıqlı əlaqəsini və təsirini,
onların məsafəliliyini, strukturluğunu, birgə mövcudluğunu xarakterizə edir.
Məkan anlamı, bütün dillərdə mövcuddur, lakin müxtəllif dillərdə kulturolaji sfera və
sosiumun həyat şərtlərinə görə məkan əlaqələri eyyni formada əksini tapmır.
Məkan, lokalizm insan nitqinin ən vacib şərtidir. Dünyada mövcud olan elə bir dil ol-
masın ki, o dilin həm morfoloji, həm də struktur quruluşunda məkan anlamı olmasın. Dünyanı
dərk edən insan məkan əlaqələrini və onların elementlərini müəyyən məsafədə yerləşməsini
və əlaqəsini anlayraq qəbul edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
926
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məkan mühiti insanın təfəkkürünə və davranışına çox böyük təsir edir. Odur ki, məkan
və insan əlaqələri bir çox elmlərin tədqiqat obyektinə çevrilib
Məkan deyksisləri araşdırma apardığımızhər üç dilin xüsusiyyətlərinə olaraq işarə
əvəzlikləri, yer zərfləri və məkan anlamlı ifadələrlə ifadə olunur
1. Azərbaycan dilində:
Yönlük halda olan isimlər;dağlara, Sibirə, həyətə və s. Sürücü maşınına əyləşib uzaq
dağlara yol aldı.
Yerlik halda olan isimlər:bağda, kənddə, şəhərdə, həyətimizdə, kitabda, zalda və s.
İstəmirəmhəyatımsakitcə bir otaqda gəlib
keçsin
lal
kimi.
Çıxışlıq halda olan isimlər: Bakıdan, dağdan, göldən və s. Bəlkə, Bakıdan professor
çağıraq
Yer zərfləri ilə ifadə olan sözlər: yuxarıda, aşağıda , içəridə, sağda, irəlidə, uzaqda,
kənarda, eşikdə,ortalıqda , aralıqda, ora-bura, o tərəf bu tərəf, dala- qabağa və s.
Məkan mənalı ifadələrlə: Müharibə Bağdadın qulağının dibində gedirdi.
Çamadanın
içində məktublar çin-çin yığılmışdı. Bu ocaq Novruz bayramında qalanan ocağa oxşayır işığı
həyətin uzaq
künc- bucağınadək yayılıb.
2.Rus dilində -
вдали, домой,туда, туда, везде, направо,вверх и. т.д. Вдали
маячил парус. "В Говорят, они и там перевелись теперь от сюда пожалуйте""Что вы
здесь стреляете: здесь живет помещик".
3.İngilis dilində -
above, across,around, away, back, behind, below, down, forward,
infront, inside, outside, over,round, up, left, rightand etc.above, across, behind,and etc.Robert
Crowther, the real estate broker from Bryan & Crowther, openedthe door with a flourish and
announced, 'Here's the terrace. You can look down onCoit Tower from here.''Where is it?'
Mitch whispered.'Behind a dorm on campus'The meeting is inevitable, Mitch. Let's not play
games. When your littleseminar breaks for lunch, you'll find a cab, number 8667, outside to
the left of the mainentrance ...' The priest smiled. '[...] My name is Manuel Aringarosa. I am a
missionary from Madrid. 'Oviedo. In the north of Spain'
.
Yuxarıda sadaladığımız leksik - qrammatik səviyyədə zm’kan anlamlı bildirən dil
elementləri ya qrammatik cəhətdən təcrid edilmiş halda, ya da müəyyən formal qrammatik
əlamət qəbul etdikdən sonra ünsiyyət sisteminə
daxil
olur.
Beləliklə, linqvistik məkan və zaman dil sisteminin bütün səviyyələrini əhatə edir. Deyk-
tik mexanizm universal vasitə olaraq qrammatik və qrammatik olmayan zamanın və məka-
nin göstəricilərini dilin semantik strukturunda birləşdirərək əhatə edir.
POSTMODERN BƏDİİ DÜŞÜNCƏNİN MODEL YARATMA MƏNTİQİ
Maral YAQUBOVA
AMEA Nizami adına Ədəbiyyat institutu
yaqubova.maral@mail.ru
AZƏRBAYCAN
Dünya ədəbiyyatşünaslığında “fiction” termini ilə təyin edilən bədii əsərin ənənəvi klas-
sik və modern-avanqard variantlarının söykəndiyi ideya-estetik prinsipləri kafi hesab etməyən
postmodernizm, dünyaya, gerçəkliyə alternativ bədii modelləri hazırlarkən, model qurmanın –
qurmacanın bir addım üstünə çıxır, metafiksasiya -bədiiliyin fövqündə dayanan mətnlər yara-
dır. Özünə qədər qurulmuş dünya modellərinin qurmacasını toxuyur. Mətnləri öz mətnində
əridir. Hər hansı bir hadisənin izahı edilməsi üçün hadisəyə bağlı olaraq müəyyən bir məkan,
zaman, şəxs heyəti çərçivəsində yaradılan ənənəvi ədəbi mətnlər, postmodern ədəbiyyatda