III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
919
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təkamülünə qısa nəzər salaraq, “yeni hekayə”nin yerini də araşdırmışdır. Həmin kitabda həm
müxtəlif tənqidçilərdən verilmiş sitatlar, həm də müəllifin şəxsi qənaətləri “yeni hekayə”nin
öyrənilməsində əlverişli vasitədir.
Bəs müаsir Аzərbаycаn nəsrində hеkаyənin yеri nеcədir? 60-cı illərdən bəri ədəbi
tənqidin cаvаbını vеrməyə çаlışdığı suаllаrdаn biri də budur. Еlçin “Tənqid və ədəbiyyatımı-
zın problemləri” adlı məqаləsində оnu “fоrmаlаşmış, məхsusi bir jаnr” kimi qiymətləndirir və
göstərir ki, bu gün hеkаyə ən yахşı nümunələrində mövcud mənəvi ictimаi prоblеmləri, оn bеş,
iyirmi il bundаn əvvəlkinə nisbətən dаhа hərtərəfli əhаtə еdir və ən bаşlıcаsı isə, bu prоblеmа-
tikаnın bədii еstеtik təcəssümü хеyli dоlğundur. Tənqidçi müаsir Аzərbаycаn hеkаyəsinin
əldə еtdiyi nаiliyyətlərin dörd əsаs cəhətlə bаğlı оlduğunu yаzır:
а) Mövzu rəngаrəngliyi;
b) prоblеmаtikа vüsəti;
c) хаrаktеrlər qаlеrеyаsının zənginliyi;
ç) sənətkаrlığın аrtmаsı, еstеtik kаmillik.
Elçin hekayənin XX əsrin sonlarına doğru əldə etdiyi nəaliyyətləri yüksək qiymətlən-
dirir, amma milli ədəbiyyatımızın ən böyük bəlası olan epiqonçuluğun, təkrarçılığın hekayə
janrını da öz qucağına almasını diqqətdən qaçırmır. Əlbəttə, tənqidçi, 70-ci illər Аzərbаycаn
hеkаyəsinin vəziyyətini ümumimləşdirərkən yаrаnmış bütün nümunələrin idеyа-bədii cəhət-
dən mükəmməl оlmаsı fikrindən uzаqdır. Əksinə, 70-ci illərdə bu jаnrın mənzərəsini vеrərkən
“şеir ахını ilə” qоşа аddımlаyаn “hеkаyə ахını”ndаn “ədəbi bəlа”kimi dаnışmаqlа yаnаşı,
istеdаdlı sənətkаrlаrın qələmindən çıхаn idеyа-bədii cəhətdən zəif əsərlərə tənqidin “göz
yummаsı”nın dа yоl vеrilməz оlduğunu bildirir.
Eyni zamanda qeyd etmək lazımdır ki, yeni nəsrin daha da gücləndiyi 70-ci illər ədəbiy-
yatında hekayə janrı klassik ədəbi ənənələrimizi özündə cəmləşdirir. Tənqidçi V.Yusiflinin
“Dövrün mоzаikаsı” аdlı icmаl məqаləsindəki 70-80-ci illərdə bu jаnrın ədəbiyyаtımızdаkı
mövqеyi ilə bаğlı bəzi qənаətləri bu baxımdan mаrаq dоğurur. İlk növbədə о, sоn illərin
hеkаyələrində ənənəyə güclü bаğlılıq görür və bu bаğlılığın kоnkrеt tərəflərini müəyyənləş-
dirir: İdеyаlılıq, хəlqilik, dövrün, zаmаnın ən mühüm mətləblərini yığcаm şəkildə ümumiləş-
dirmək, lаkоniklik, psiхоlоgizmə mеyl klаssik hеkаyələrimizdən gəlir
M.Ə. SABİRİN BƏDİİ TİPLƏRİ İCTİMAİLYİN FƏRDİ TƏZAHÜRÜNDƏ
İnci NAĞIYEVA
Qafqaz Universiteti
nagiyeva_80@mail ru
AZƏRBAYCAN
Mirzə Ələkbər Sabirin yaradıcılığı Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik qu-
ruluşu, estetik strukturu baxımından yeni bir səhifə hesab olunur. Onun yaradıcılığında
diqqəti cəlb edən əsas məsələlərdən biri satira – tiplər aləmidir.Sabirəqədərki Azərbaycan
poeziyasında satira özünə müəyyən qədər yer alsa da, etiraf etməliyik ki, Sabir biçimində,
üslubunda davamlı şəkildə olmamış, satirik poeziya sahəsində Sabir şeiri ucalığına yüksəlmə-
mişdir. Sabirin yeni tipli satirasında gülüş ilk baxışda görünmür, sənətkar ciddi şəkildə, az
qala inandırıcı halda sözünü deyir, yaxud ifşa etdiyi tipi danışdırır, nəticə çıxarmağı isə
oxucunun ixtiyarına buraxır. Sabir gülüşü əslində göz yaşları içində olan gülüşdür. Təsadüfi
deyildir ki, Sabir gizli imzalarından birini “Ağlar güləyən” şəklində işlətmişdir.
Böyük satirik şairimiz tipin xarakterini yaradarkən müxtəlif üsul və vasitələrdən
istifadə etmişdi. Tipik şəraitin və hadisələrin təsviri, xarakterin fərdi səciyyələrinin realist
təqdimatı satirik şairin tip yaratmaq sənətkarlığının atribusiyasını təşkil edir. Şair xarakter
yaradarkən real obrazların ümumiliyinin fərdi təzahürünə, onların satirik fonda portretlərinin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
920
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təsvirinə, fərdi–poetik nitqinə xüsusi əhəmiyyət verirdi. Satirik tipin dilindən verilən hər han-
sı bir söz bədii stukturda müəyyən funksionallıq qazanır, onun obrazının tamamlanmasında
əsas rol oynayırdı.
Bəzən ədəbiyyatşünaslıqda sosioloji tiplə ədəbi tip qarışdırılır. Biz yaxşı diqqət etsək,
bu iki tipin hər birinin öz prinsip və qanunauyğunluqları vardır və onları bir – birinə qarışdı-
rmaq yanlışdır. Biz əgər təhlil etdiyimiz tipin yalnız ictimai məzmunundan danışırıqsa, deməli
biz tip mövzusundan deyil, sosioloji mövzudan söhbət açırıq. Sosiologoyada tipin fərdiliyi
məsələsi bir tendensiya olaraq ortaya qoyulmur və bu, bir məsələ olaraq izlənilmir.
Y. Qarayev “Tənqid: problemlər, portretlər” kitabında satira və M. Ə. Sabir tipləri ilə
bağlı müəyyən fikirlər irəli sürür: “Sabir qəhrəmanları əksərən “adsız qəhrəmanlardır”. Nov-
ruzəli, Usta Zeynal, Məmmədhəsən əmi, Baqqal Məşədi Rəhim – fərdi realist tiplərin adların-
dan ibarət belə mükəmməl siyahını “Hophopnamə”dən tərtib etmək qeyri – mümkündür...
Sabir satiralarında təkliyin, fərdiliyin yox, məhz çoxluğun, kütləviliyin stixiyası əks olunmur-
mu?... “Hophopnamə”dəki satirik monoloqlardan heç biri ayrılıqda bir burjuyun oxuduğu
“solo” deyildir, bəlkə, əksinə, bütün burjuyların birlikdə ifa etdikləri qəribə bir xor misalın-
dandır. Bu, artıq “eyni bir ictimai ölüm və matəm mahnısı oxuyanların” vahid xoru idi”.
Təkcə Y. Qarayev deyil, əksər tənqidçi və ədəbiyyatşünas alimlərimiz bu fikirlərlə
razılaşırlar və düşünürlər ki, Sabir tipləri yalnız ümumi - ictimai səciyyə daşıyır.
Bəli, Sabir satiralarında “adsız qəhrəmanlar” çoxdur, amma bu bizə heç bir əsas vermir
ki, həmin qəhrəmanlara ümumiliyin bir parçası kimi baxaq. Əlbəttə, şairin xüsisi adlardan
istifadə etdiyi satiraları da var. Bir düşünün, əgər Sabir hər şeirindəki pesonaja bir ad qoysa
idi, nə dərəcə gülünc bir vəziyyət alınardı. Biz dünya ədəbiyyatına və milli ədəbiyyatımıza
diqqət yetirsək, xeyli miqdarda adı olmayan, amma süjetin əsas və qaynar xəttini təşkil edən
qəhrəmanlara rast gələ bilərik.
Ümumiyyətlə, ədəbiyyatda və ya ədəbi təhlil zamanı biz tiplərin mənəvi, psixoloji aləminə
nüfuz etmir, onların fərdi özünəməxsusluqlarını aşkara çıxarmayıb, yalnız ictimai məzmundan
danışırıqsa, deməli, biz heç nə əldə etmirik. Ola bilsin ki, ədəbiyyatda çox az yayılmış xüsu-
siyyətləri daşıyan bir tiplə qarşılaşaq, amma o, öz səciyyəviliyi ilə ən məşhur personajlardan
belə daha çox diqqəti çəksin və yaddaqalan olsun. Məncə, ədəbiyyatda fərdilik bir vacib
məsələ kimi birinci yerdə durmalıdır, çünki yeni obraz yaranır və o, əvvəlki sələflərindən çox
fərqlənir, yəni o, tamamilə başqadır, özünəməxsusdur. O obrazın fərdi təzahürü olmasa, özü-
nün ədəbi vahidliyini təstiq etdirməsə, ədəbiyyat üçün maraqsızdır. Məsələn, M. Ə. Sabirin
personajları arasında bir sıra orijinal tiplər var ki, onlar ədəbiyyatda öz yenilikləri və fərdilik-
ləri ilə seçilir, alqışla qarşılanır. Onlardan bəhs edərkən bu obrazların zahiri görkəmi, səs tonu
ağlımızda tam mahiyyəti ilə əks olunur. Məsələn, biz “Millət necə tarac olur olsun, nə işim
var” satirasının qəhrəmanını “Bir məclisdə on iki kişinin söhbəti” satirasındakı tipləri və ələx-
sus da birinci əsərdəki etinasız sahibkarla ikinci əsərdəki taciri bir – birilə qarışdıra bilmərik,
çünki bu personajların hər birinin ayrı görünüşü, hər birinin ayrı dünyagörüşü və hər birinin
bir tip kimi ayrı dəsti – xətti var və ya “Çatladı, Xanbacı, qəmdən ürəyim” deyib haray qopa-
ran tiplə “Qoyma gəldi” deyib qorxusundan Xandostunun arxasında gizlənən vətən qızlarının
da naratçılığı və ələmi də eyni deyil, oların hər birinin oxucu gözündə ayrıca bir su-rəti var.
Bəli, bu tiplər eyni vaxtın, eyni sosial zəminin, eyni ictimai mühitin “qəhrəmanlar”ıdırlar,
Sosial mühit onları bu qədər”inkişaf” etdirib amma onlara fərdi yanaşmaq və hər birini ayrı-
lıqda təhlil etmək lazımdır. Çünki onlar bir – birindən çox fərqli xüsusiyyətlər daşıyırlar. Sa-
birin hər gün rastlaşdığı və satira atəşinə tutduğu nə məmur digərinin eynisidir, nə tacir digəri-
nin eynisidir, nə avam, nə də riyakar molla... Onların hər birinin bu dünyada özgə “dərdi” var.
Mənim böyük şairin tiplərinə bir yerə toplanılmış, əyinlərinə eyni rəngdə və eyni biçimdə
əlbisə geyindirilmiş xor dəstəsi kimi baxmaq fikrim yoxdur. Mənim nəzərimdə Sabir tiplərinin
əksəriyyəti “şaqraq səsli”, “möhtəşəm ifaya sahib olan”, səhnəyə çıxanda tamaşaçını mat qoyan,
ifasını məharətlə sona çatdıran, müthiş “solo” ifaçısıdırlar.