III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
929
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Heç vaxt istəməyib söyləsin şeir.(23,b.49)
Daha sonra isə əlavə edir ki,
-Gərçi təbim buna gəlirdi qadir,
Ancaq söz söyləmək olurdu nadir.
Nəsrlə yaratmış çoxluca kitab,
Məsnəviyə heç vaxt etməmiş xitab.
Yəni,Şəbüstəriyə görə vəzn və qafiyəni saxlamaqla zəngin mənaları yetərincə ifadə etmək
olduqca çətindir.
Əruz,qafiyəylə ölçülmür məna,
Heç də hər qəlibə sığışmır məna(b.52)-
Söyləməklə,Şeyx nəzərə çatdırır ki,hərflər və sözlər mənalar üçün qəlibdir.Məna bu qə-
libə sığmır.Yalnız kamal sahibi bu mənanı anlayır:
Mənalar heç zaman hərfə sığışmaz,
Gülzüm bəhri heç bir zərfə sığışmaz.
Külli mənalar-substansiya,sifətlər,çeşidli təsəlli növlərindən doğan təzahür və dəyişmə-
lər söz və hərflərin əhatə çevrəsindən kənara çıxır.Gülzüm dəryası qaba sığmadığı kimi,külli
mənalar da söz qəlibinə sığmaz.
Batini işıqlanma ilə müşahidə edilən mənaların söz və hərflə yetərincə ifadəsi nəsrlə
mümkün deyil,sözlərin qəlibi mənaların şərhi üçün dardır.Buraya əruz və qafiyəni artırmaqla
söz və hərflərin qəlibini daha da daraltmağa,əruz və qafiyə barədə düşünməyə nə ehtiyac
vardır.Hətta əsərini nəzmlə yazdığına görə üzr istəyir:
Şairlikdən mənə bir ar gəlməz,
Yüz qərinə keçsə,Əttar gəlməz.
Burada həqiqət aşiqi Şeyx Fəridəddin Əttar və onun kimi kamil ariflərin ürəyə yatan
nəzmlə,son dərəcə bəlağət və fəsahətlə şeir yazmasına işarə edir.
Şeyx Şəbüstəri “Gülşəni-raz” əsərində “Şairlik mənə ar gətirməz” sözlərini deməsinə
baxmayaraq “Səadətnamə” əsərində şeirdən istifadə etməsi səbəbindən üzr istəyir və yaşadığı
dövranda insanların üzləşdiyi pisliklərə işarə edərək şeir və şairlikdən uzaq olduğunu bildirir:
ﻢﺘﺴﮑﺸﺑ ﺶﻳﻮﺧ ﻞﻀﻓ ﮥﻳﺎﭘ
ﻢﺘﺴﺑ ﻢه ﻪﺑ ار ﺪﻘﻋ ﻦﻳا ﻪﮑﻧﻮﭼ
ﻢﻓﺎﮑﺸﺑ ﯼﻮﻣ ﺮﺜﻧ رد ﻪﮐ ﻦﻣ
ﯽﻣ ﺮﻌﺷ ﺮﻌﺷ اﺮﭼ ﺎﺗ
ﻢﻓﺎﺑ
Mən nəsr yazmaqda böyük bacarığa malikəm. Bəs nə üçün şeir yazıb şairlik edirəm?
Mən şeri qoşduğum üçün öz fəzilətimin ayaqların sındırdım və böyüklüyümü məhv etdim.
Həmin əsərində şeirə və şairliyə yaxşı münasibət bəsləmir, özünün bu bacarığa malik
olmamasını boynuna alır.
ﺪﻧﺪﺑ ﯼﻮﺟ ﺮﻌﺷ ﺮﺼﻋ مدﺮﻣ
ﺪﻧﺪﺷ ﯼﻮﮔ ﺮﻌﺷ ﺰﻴﻧ ﺎﻤﻠﻋ
Bu dövrdə yaşayan insanların hamısı şeir sevən olublar və bu səbəbdən də, alimlər də
şeir demək məcburiyyətində qalıblar.(2,150 )
Bir tərəfdən həmin dövrdə yaşayan insanların şeirə və şairliyə çox diqqət yetirməsi,
digər tərəfdən bidətçilərin, dindən anlayışı olmayan, amma böyük iddiaya sahib insanların
təsiri onu bəzən şairlik təbini işə salmağa, dini və irfani həqiqətləri bu yolla insanlara çatdır-
mağa vadar etdi.
Hətta Şeyx Şəbüstəri Nasir Xosrovu tənqid edərkən və onu adi şair kimi qələmə verər-
kən şeri də tənqid atəşinə tutur ( b 670-699):
Şeir nədi ki onunla fəxr edəsən və ondan özünə bahalı boyunbağı düzəldəsən.
Mərd insanların dünyasında şeir uşaq oyuncağından artıq bir şey deyildir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
930
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Amma Səadətnamədəki məsələləri nəzmə çəkmək istədikdə özünü şer yazdığına görə
müdafiə etməyə çalışır. O, deyir ki, insanlar şerin dilini daha yaxşı anlayırlar və buna görə də
ilahi həqiqətləri bəyan etmək üçün qələmini şer yazmağa yönəltmişdir. O, sözlərinin
davamında belə yazır:
Nəhs taleyə bax ki belə bir dövranda göz açıb dünyaya gəldik.
Şeyx Mahmud Şəbüstərinin əsərlərini diqqətlə incələdikdən sonra irfani təfsir, İslam
Peyğəmbərinin (s) hədisləri, ilahi kitabın incəliklərindən məharətlə istifadə etmək sahəsində
xüsusi bilik və bacarığa malik olmasını müşahidə etmək olar. Şeyx Şəbüstərinin öz əsərlərin-
də istifadə etdiyi ilahi kəlamları onun öz sözlərindən ayırmaq olduqca çətindir ki,bu onun mə-
harətindən xəbər verir. Bəzən də Qurani Kərimin ayələrdən istifadə edərək sufilər kimi ilahi
kəlamlara batini təfsir verir. Şeiri sevməsə də fikirlərini açıq və dolğun şəkildə ifadə etməsi,
nəzmlə fəlsəfi traktat yazmaq bacarığına malik olması Şəbüstərinin ədəbi zövqünün ali olma-
sından xəbər verir.
“KİTABİ- DƏDƏ QORQUD DASTANINDA
İŞLƏNƏN DİALEKTİZMLƏR
Fərqanə BABAYEVA
Bakı Slavyan Universiteti
ferqanebabayeva95@gmail.com
AZƏRBAYCAN
Xalqın tarixini izləməyə, öyrənməyə imkan yaradan mənbələr qayaüstü yazılar, salna-
mələr, eposlardır. Xalqımızın ulu abidəsi, ümumiyyətlə türk xalqlarının tarixi salnaməsi, ortaq
yazılı abidəsi olan “Kitabi- Dədə Qorqud” dastanı da belə abidələrdəndir. Təxminən min il
bundan əvvəl meydana gələn bu epos Oğuz tayfalarının bədii zövqünü, adət-ənənəsini, mənə-
vi- ruhi aləmini, alp- ərənlik həyatını öyrənmək üçün böyük əhəmiyyətə malikdir. Hər bir
misrasında dərin məna, qiymətli bir xəzinə olan bu abidənin daim tədqiq edilməyə, üzərində
araşdırmalar aparmağa ehtiyac vardır. “Kitabi-Dədə Qorqud” dastanındakı sözlər üzərində
aparılan araşdırmalar sübut edir ki, dastnın dili əhatəli və çox genişdir. “Kitabi- Dədə Qorqud”
dastanın dilində ümumişlək sözlərlə bərabər ( meşə, oxumaq, təmiz, pak ) zaman keçdikcə öz
ümumişləkliyini itirmiş dialekt sözlər də işlənmişdir.
Kitabi- Dədə Qorqud” dastanında elə sözlər var ki, onlar müasir Azərbaycan ədəbi dilin-
də mövcud deyil. Bunun əsas səbəbi ya həmin sözlər sinonimləri tərəfindən sıxışdırılıb çıxarı-
lıb, ya da onun bağlı olduğu predmet, anlayış mahiyyətini itirmişdir. Bu sözlər dilimizin lüğət
tərkibindən çıxsa da müəyyən dialekt və şivələrimizdə qalmaqdadır. Belə ki, həmin sözlər ya
dialektlərimizdə dastanda ifadə etdiyi mənanı saxlayaraq işlənir, ya tamam fərqli məzmun kəsb
edir, ya da müəyyən səs dəyişikliyi ilə oxşar predmet, hərəkət və hadisəni ifadə edir.Bunlar-
dan bir neçəsnə nəzər salaq:
1) Mədəd- aman. ( Mədəd, aman, əlaman! ) Dastanda aman mənası ifadə edən “mədəd”
sözü dialekt şivələrimizdə də oxşar məzmun ifadə edir. Belə ki, Bakı dialektində bu söz kömək,
kömək etmək mənasında işlənir. Naxçıvan dialektində “mədədçi” sözü mövcuddur ki, bu da
köməkçi deməkdir.
2) Qucandı- qurcundu. ( Qız qucandı.Bu gəz Beyrək qızın incə belinə girdi ) “Qucandı”
sözü dialektlərimizdə səs dəyişikliklərinə məruz qalmış və qismən oxşar məzmun kəsb et-
məkdədir. Oğuz dialektində “qucutma”, “qucutma salmaq” ifadələri işlənir ki, bu da “şuluqluq
salmaq” mənasını daşıyır .
3) Hampa- silahdaş. (Oğul sən qız diləməzsən, kəndinə bir hampa istərmişsən ). Bu söz
dialektlərimizdə öz əvvəlki mənasında işlənməmişdir.Belə ki, Füzuli dialektində hampa- varlı,
dövlətli, Şəki dialektində isə ağsaqqal mənasında işlənir.