Microsoft Word Afaq dissertasiya isi docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix08.10.2017
ölçüsü0,52 Mb.
#3688
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



intellektin  əhatə  dairəsinə  elə  sahələr  aid  edilir  ki,  orada  dəqiq  modellər,  həll 

alqoritmi və metodlar  movcud  olmur

Hal-hazırda  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  ekspert sistemlərinin hazırlanması 



və  tətbiqi  üzrə  böyük  təcrübə  yığılmışdır.  Bu  təcrübə  belə  sistemlərin  biliklərə 

ə

saslanan    intellektuallığını  artırmaqla  tətbiq  sahəsinin  effektivliyini    artırmağa  



imkan  verir.  Və  təsadüfi  deyil  ki,  ekspert  sistemlərin  nəzəriyyəsi  və  təcrübəsi 

sahəsində araşdırmaların sayı durmadan artır.

 

Təbii    dilin  və  neyron    hesablayıcı  sistemlərin  emal  sistemləri  olan  intellektual 



sistemlər və onun bir hissəsi olan ekspert sistemlərin məhsuldarlığı  zaman  keçdikcə 

yüksəlir  və  çətin  məsələlərin  həlli  asanlaşır.  Onlar  həm  də  informasiya  axını  tam 

olmayan  və  “qeyri-səlis”  olduqda    kömək    kimi    çıxış    edirlər.  Ekspert-öyrədən 

sistemlər ayrı və ya digər informasiya sistemləri ilə inteqrə olunmuş şəkildə istifadə 

oluna bilərlər. 

Ekspert  sistemi  –  hər  hansı  konkret  məhdud  predmet  sahəsi  haqqında  mütəxəssis 

bilklərindən istifadə edən və bu sahə hüdudlarında ekspert-professional səviyyəsində 

qərar qəbul etmək qabiliyyətinə malik proqramdır.  

ntellektual  ekspert  sistemi  ( ES)–  məhdud  predmet  sahəsində  məsələlərin  həllinin 

yüksək  səmərəli  təminatı  üçün  ekspert  biliklərindən  istifadə  edən  kompyuter 

proqramıdır. Belə proqramlar, bir qayda olaraq, bilikləri simvolik formada təqdim və 

tədqiq edir, öz mühakimə proseslərini izah edir və elə predmet sahələri üçün nəzərdə 

tutulur  ki,  bu  sahələrdə  bacarığa  sahib  olmaq  üçün  insanlara  xüsusi  öyrənmə  və 

praktik təcrübə üçün illər tələb olunmur.   

Ekspert  sistemi  –  qərarın  qəbul  edilməsi  məsələsinin  həlli  üçün  hər  hansı  formaal 

şə

kildə təqdim olunan və bir və ya bir neçə ekspertin biliyini istifafə edən kompyuter 



sistemidir.  

Problemin  işlənmə  dərəcəsi.  Ekspert-öyrədən  sistemlərin  yaradılması,tətbiqi  və 

təyinatına dair xarici vəyerli işlər həsr olunmuşdur. 



Dissertasiya  işinin  məqsədi.Ekspert-öyrədən    sistemlərin  yaradilma    tarixi,inkişaf  

mərhələləri,  işlənilmə    vasitələri,  təsnifatı    və    növləri,  arxitekturası  və  tətbiq 




 

 



sahələrinin  araşdırılmasıdır.Ən    önəmlisi  isə    tətbiq    edilən    ekspert-  öyrədən  

sitemlərin  adları ,tətbiq  sahələri  və həmin  sahələrdə  əhəmiyyətidir. 

Ekspert – öyrədən  sitemlərin  daha ətraflı  öyrənilməsi üçün dissertasiya işində 

aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: 

  -Ekspert sistemlərinin yaradılma tarixinin  

  -Ekspert  sistemlərinin  xarakteristikasının 

-Ekspert sistemlərinin təyinatı və tətbiq sahələrinin 

-Biliklərin ekspert sistemlərində təqdimatıvə ekspertin işinin  

 -Ekspert sistemlərinin  işlənilməsinin  instrumental vasitələri və işlənilmə 

mərhələlərinin

 

  -Ekspert –öyrədən sistemlərin arxitekturası,təsnifatı  və  növlərinin 



  -Ekspert-öyrədən sistemlərə misallar tədqiqi. 

  Tədqiqatın obyektini ekspert-öyrədən  sistemlərin  yaradilması və  tətbiqini icarə 

edən yaradici  ekspertlər  və istifadəçilər təşkil edir. 



Tədqiqatın 

predmetini 

ekspert-öyrədən 

sistemlərin 

yaradılması  

təyinati,arxitekturasını    müəyyən  olunması  və  tətbiq  sahələrinin  mövcud 

mexanizmlər, nəzəri, metodoloji, praktiki istiqamətlərinin tədqiqi təşkil  edir. 



Tədqiqat  işinin  nəzəri  və  metodoloji  əsasları.  Ekspert-öyrədən    sitemlərin 

hazırlanmasının  nəzəri  və  metodoloji  əsasları,  iqtisadi-informasiya  sistemlərində 

tətbiqi,  tətbiq    edildiyi  sahələrdə  istifadə    edilmə  göstərişləri  təşkil  edir.  Tədqiqat 

işində  konkret  tarixi  və  proqram-məqsədli  yanaşma,  kompleks  və  müqayisəli  təhlil, 

dinamika, qruplaşdırma, məntiqi ümumiləşdirmə istifadə olunmuşdur. 

Tədqiqatın  informasiya  bazasını 

AZƏRBAYCAN  RESPUBL KASI  RAB TƏ  VƏ 

YÜKSƏK  TEXNOLOG YALAR  NAZ RL Y

,bir  sıra  təşkilatların  statistik  məlumatları, 

hesabatları, jurnal, qəzet, inetrnet materialları və s. təşkil edir. 

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

-

  Ekspert –öyrədən  sistemlərin yaradılmasının nəzəri-metodoloji əsasları, onun 



mahiyyəti  və  quruluşu  araşdırılmış,  bu  sahənin  effektiv  idarə  olunması 

məsələləri kompleks şəkildə tədqiq edilmişdir; 




 

 



-

  Ekspert-öyrədən  sistemlərin  iqtisadi  informasiya  sitemlərində  rolu  və  yeri 

müəyyənləşdirilmişdir; 

Tədqiqat  işinin  nəzəri  və  praktiki  əhəmiyyəti  ondan  ibarətdir  ki,  qeyri-müəyyən  

mühitdə  və  şətin  məsələlərin    həllində  ekspert  sistemlərinin  tətbiqi  effektiv 

idarəçiliyin  həyata  keçirilməsində  mütərəqqi  bir  mexanizm  olaraq  istifadə 

edilməsidir. 



Dissertasiya işinin həcmi və strukturu. Dissertasiya işi abreviatura, giriş, üç fəsil, 

nəticə,  istifadə  edilmiş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla  kompüter  yazısı  ilə  

78səhifədən  ibarətdir.  şin  daxilində  4şəkil,  1cədvəl  verilmiş,  2  diaqram  və  4  sxem 

göstərilmişdir. Ədəbiyyat siyahısında Azərbaycan, türk, rus, ingilis dillərində olan 10 

ə

dəbiyyat mənbəyi və 10 sayda internet səhifəsi göstərilmişdir. 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə