Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə72/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   68   69   70   71   72   73   74   75   ...   91

255
 
 
 Xudu  müəllim deyirdi ki, vətəndaşlıq fəallıq deməkdir,  şərə 
qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir. 
   Əgər biz şərə qarşı mübarizə aparmırıqsa, haqqın,  ədalətin 
zəfər çalması üçün çalışmırıqsa, haqsızlıqdan,  ədalətsizlikdən 
şikayət etməyə haqqımız yoxdur. Ədalətli olduğumuz və 
ədaləti qoruduğumuz qədər özümüzə qarşı ədalət tələb etməyə 
haqqımız var”.  
 Ona  görə  mənim siyasi fəallığım birinci bu zərurətdən irəli 
gəlir. 
İkinci də, boya- başa çatdığım Qarabağ- dədə- babalarımın, 
əzizlərimin qəbri erməni tapdağı altındadır. Bütün qohum- 
əqrəbalarım doğma yurdundan didərgin  düşüb. Tezliklə  işğal 
altında olan torpaqlarımızın azad edilməsini istyirəm. Və lazım 
gəldikdə, mətbuatda müəyyən ictimai- siyasi hadisələrə öz 
münasibətimi bildirmək üçünbir tribuna kimi də istifadə 
edirəm. 
-   Qısaca da olsa, ailəniz haqqında məlumat verərdiniz. 
-  Ailəliyim.3 övladım var. Həyat yoldaşım Bircə xanımla bir 
yerdə ali təhsil almışam. Hazırda o, Bakı şəhəri 285 saylı orta 
məktəbdə ixtisası üzrə müəllim işləyir.Qızım Sevinc  Ə. 
Hüseyzadə adına Azərbaycan Dövlət İncəsənət və mədəniyyət 
universitetini bitirib və yüngül sənaye mallarının bədii 
lahiyələşdirilməsi üzrə modelyer- rəssamdır. 
Qızım Könül Azərbaycan Kooperasiya İnstitutunun məzunudur 
və sənaye malları üzrə əmtəəşünasdır. 
 Oğlum Vüqar Azərbaycan Dövlət  İqtisad  İnstitutunun 
maliyyə-kredit ixtisası üzrə magistraturasını bitirib, iqtisad 
elmləri magistridir. 
-   İxtiyar müəllim, maraqlı söhbətə görə çox sağ olun! 
-    Siz də sağ olun, təşəkkür edirəm. 
 
 
 
 
 
Bakı, 17 sentyabr 1999-cu il.   
 


256
 
 
 
Mükəmməl qanunlar qəbul edilməlidir 
 
(Müsahibimiz Cəlilabad “Hüquq və iqtisadiyyat” kiçik 
müəssisəsinin direktoru hüquqşünas Fəxrəddin 
Mehdiyevdir.) 
 
 
- Sizcə, hüquqi dövlət qurmağın ilkin prinsipləri hansılardır? 
Ümumiyyətlə, indiki təfəkkür tərzi ilə biz  hüquqi dövlət qura 
bilərikmi? 
 
-  Biz hüquqi dövlət qura bilərik və qurmalıyıq. Ancaq təəssüf 
ki, bunun üçün hələ real addımlar atılmır. Hüquqi dövlətin əsas 
prinsipləri qanunların aliliyi, qanunlara yüksək hörmət hissi və 
hakimiyyətin bölünməsidir. 
Qanunların aliliyi dedikdə, bu, dövlətin və vətəndaşın qarşılıqlı 
hüquq, vəzifələri, məsuliyyəti  əsasında açılmalıdır. Yəni 
vətəndaşın da dövlət qarşısında müəyyən hüquq və  vəzifələri 
vardır.Eyni zamanda, dövlətin vətəndaş qarşısında eyni hüquq 
vəzifələri vardır.Dövlət vətəndaşın hüquq və azadlıqlarının 
təminatçısı rolunda çıxış edir, vətəndaş isə tutduğu 
vəzifəsindən asılı olmayaraq qanunlara ciddi riayət etməlidir. 
  Hakimiyyətin bölünməsi prinsipi o deməkdir ki, qanunverici
icraedici və  məhkəmə orqanları hakimiyyətdə tarazlıq 
yaradırlar, nəticədə hakimiyyət hər hansı bir orqanın 
monopoliyasına çevrilmir və hakimiyyətdən sui-istifadə 
hallarının qarşısı alınır. 
 Hazırkı  şəraitdə  məncə, hüquqi dövlət qurmaq üçün iqtisadi, 
siyasi böhrandan çıxmağa imkan yaradan,  inkişafımıza təkan 
verən kamil qanunlar qəbul edilməli və onun həyata keçirilməsi 
mexanizmi işlənib hazırlanmalıdır. 


257
 
 
 Qanunların hüquqi nihilizmi cəmiyyətdə  ağır xəstəlikdir. Bu 
xəstəliyi aradan qaldırmadan cəmiyyətdə sabitliyə  və inkişafa 
nail olmaq qeyri-mümkündür. 
 
-  Yeni idarəetmə sistemi və köhnə  təfəkkür tərzi... Bu fikrə 
Sizin münasibətinizi bilmək istərdik. 
 
- Ümumiyyətlə, dünya dövlətlərinin təcrübəsinə  əsasən belə 
qənaətə  gəlmək olur ki, iki cür siyasi rejim mövcuddur. 
Avtoritat və demokratik rejim. Hər bir rejimin də özünəməxsus 
idarəetmə sistemi və metodları var. Belə ki, avtoritar rejimdə 
idarəetmə avtoritar metodlar, inzibati komanda metodları 
aparıcı rol oynayır. Demokratik rejimdə isə bunun əksinə 
olaraq, idarəetmədə demokratik, iqtisadi və  mənvi- psixoloji 
metodlar üstünlük təşkil edir. 
 Məlumdur ki, demokratik rejim və onun idarəetmə metodları 
cəmiyyətin mütərəqqi inkişafına təkan verir, şəxsiyyətin 
potensial imkanlarını, qabiliyyətinin üzə  çıxmasına  şərait 
yaradır. Təsadüfi deyildir ki, bütün dövrlərdə insanlar 
demokratiya uğrunda öz siyasi, iqtisadi, mənəvi azadlıqları 
uğrunda mübarizə aparmışlar, aparılır və aparılacaq. Bu geniş 
mövzunun söhbətidir, lakin sualla əlaqədar onu qeyd etmək 
istəyirəm ki, respublikamızda 1988-ci ildən başlanan hərəkatda 
iki  əsas aparıcı istiqamət mövcud idi: Milli azadlıq və 
demokratik mübarizə. 
 Xalqın bu arzu və istəklərini məramnaməsində ifadə edən 
Xalq Cəbhəsi faktiki olaraq hakimiyyətə  gəldikdən sonra 
təəssüf ki, hakimiyyətin məzmununu dəyişmədən, sadəcə 
olaraq kadr dəyişiklikləri aparmaqla kifayətlənməli oldu.Bu isə 
ağır nəticələrə  səbəb oldu, çünki idarəetmənin məzmunu və 
forması arasında ziddiyyət yarandı.Yəni cəmiyyətin idarə 
olunması yenə 
də avtoritar metodlarla aparılmağa 
başlandı.Rüşvətxorluq, korrupsiya daha da gücləndi.      


258
 
 
Demokratik  şüarlarla hakimiyyətə  gələn qüvvələr  əslində 
cəmiyyəti demokratik yolla idarə edə bilmədilər. Görünür, 
təkcə Xalq Cəbhəsinin aparıcı kadrlarının təsirindən başqa 
digər obyektiv səbəblər də olmuşdur. Xüsusilə  də müharibə 
şəraiti avtoritar idarəetmə meylini gücləndirmişdir. 
 
- Bir hüquqşünas kimi Siz  məhkəmə sisteminin təşkilini 
gələcəkdə necə görmək istərdiniz? 
 
-  Mən hər  şeydən  əvvəl məhkəməni tam müstəqil fəaliyyət 
göstərən bir orqan kimi görmək istərdim. Və  mənə belə  gəlir 
ki, məhkəmə sisteminin təşkilində, hakimlərin seçilməsində 
bütün demokratik prinsiplərə tam əməl olunmalıdır. Hakimlər 
xalq tərəfindən seçilməlidir, həm də müəyyən müddətdə. Belə 
bir fikir mövcuddur ki, hakimlər ömürlük seçilməlidirlər və bu, 
guya hakimlərin tam müstəqil fəaliyyət göstərməsinə  şərait 
yaradır. Mən bu fikirlə tam razı deyiləm və belə hesab edirəm 
ki, hakimiyyətin aparıcılarının formalaşdırılması prosesində 
xalq bilavasitə və mütəmadi şəkildə iştirak  etməlidir. 
  Məhkəmə haqqında qəbul edilmiş  qərarlar hakimin müstəqil 
fəaliyyət göstərməsinə şərait yaratmalıdır. 
 
-  Hazırki  şəraitdə xalq hakimlərinə namizədlərin seçilməsi 
məsələsinə münasibətiniz?    
 
-  Məsələ burasındadır ki, xalq hakimlərinə namizədlərin 
seçilməsində  əvvəllər  ədalətli qayda olmamışdır. Hazırda da 
belə qayda yoxdur. Ona görə də şəxsi sədaqət və sirr deyildir 
ki, bu işdə rüşvət  əsas rol oynayırdı. Yəni kimin nazirlikdə
keçmiş MK-da adamı var idisə, belə  şəxslərin də hakim 
getməyinə daha çox şansı vardı. Bu işdə bütün sui-istifadə 
hallarını aradan qaldırmaq üçün məncə, namizədlərin seçilməsi 
prosesində  ədalətli sistem yaradılmalıdır. Elə sistem ki, 
təsadüfi adamların ora daxil olmasını qeyri-mümkün etsin. 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə