Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə45/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

 
142
proqnozlaşdırılması  modelləri  üçün  zaman  intervalı  ilə  müqa-
yisədə daha qısadır. 
•  stənilən  proqnozlaşdırma  modellərində  səhvlər  ola  bilər: 
yanlış siqnallar və böhranların nəzərdə qaçırmaları.  
• Nəzarət  orqanlarının  fikrincə  bu  zaman  bazarın  problemli 
iştirakçılarının  sabit  kimi  qiymətləndirildiyi  nəzərdən  qaçırmalar 
daha  təhlükəlidir.  Bu  hal  həmin  iştirakçıların  risklərini  artırır  və 
böhranın həllinə yönələn xərclərin çoxalmasına səbəb olur. Bu sə-
bəbdən modellər bu tip səhvlərin azaldılmasına istiqamətləndirilir, 
baxmayaraq  ki,  yanlış  siqnallar  nizamlayıcı  orqanlar  üçün  mənfi 
nəticələnirlər, çünki qüvvələrin yayınmasına gətirib çıxardırlar.  
Böhranların erkən qarşısının alınması modellərindən istifadə 
edən  bank  nəzarəti  orqanları  daima  onların  test  yoxlamasını 
keçirirlər.  ABŞ-nın  FES  (Federal  Ehtiyat  Sistemi)  hər  il  SEER 
modellərinin  proqnozlarının  keyfiyyətini  və  risklərin  reytinqini 
onların  cari  göstəricilərə  uyğunluq  dərəcəsini  müqayisə  edərək 
qiymətləndirir. Proqnozun keyfiyyətinin müəyyənləşdirilməsi üçün 
ə
vvəlcədən  söylənilən  hadisələrin  sayı  real  baş  verən  hadisələrin 
sayı  ilə  müqayisə  edilir.  Analoji  olaraq  Fransanın  Bank  Komissi-
yası  müntəzəm  surətdə  ödəmə  qabiliyyətinin  proqnozlaşdırılması 
üzrə  modelin  işinin  düzgünlüyü  qiymətləndirilən  məruzələr  nəşr 
etdirir.  Reytinqin,  müflisləşmənin,  ödəmə  qabiliyyətsizliyinin  və 
ya gözlənilən zərərlərin azaldılması ehtimalının proqnozlaşdırılma-
sı  çətinliyi  və  modellərin  təkmilləşdirilməsinin  davam  etdirilməsi 
zəruriliyi qeyd olunur.   
Erkən qarşısını alma modellərinin xüsusiyyətlərinin öyrənil-
məsi onların aşağıdakı yaxşı cəhətlərini ayırmağa imkan verir:  
• maliyyə  bazarlarının  vəziyyətinin  və  onların  iştirakçıları-
nın  kəmiyyət  göstəricilərinin  müntəzəm  və  obyektiv  qiymətləndi-
rilməsinin təmin edilməsi;  
• erkən  mərhələlərdə  böhranların  yaranma  ehtimalının 
müəyyən olunmuş meyarlar üzrə müəyyənləşdirilməsi; 


 
143
• analitiklərin fikrinin subyektivliyindən uzaq olmağa imkan 
verən məlumatların işlənilməsi üzrə standart prosedurların istifadə 
edilməsi;  
• çox  saylı  indikatorları  böhran  sarsıntıları  riski  üzrə  vahid 
qiymətləndirmə tədbirinə birləşdirmək imkanı.  
2003-cü  ildən  etibarən  xarici  risklərin  qiymətləndirilməsi 
üçün  “Maliyyə  böhranının  Damokl  indeksi”ni
126
  tətbiq  edən 
Leman Brazers bankının təcrübəsi maraq doğurur.  ndeksdə hər ay 
üzrə  on  göstərici  istifadə  olunur  və,  o,  bir  il  çərçivəsində  tədiyyə 
balansının  böhranının  proqnozlaşdırılması  üçün  nəzərdə  tutulub. 
qtisadi  vəziyyətdən  və  seçilmiş  həddən  asılı  olaraq  göstəricilər 
sıfır yaxud bir ilə ifadə olunur.  ndeks 17 inkişaf edən ölkənin və 
keçid  dövrünə  aid  iqtisadiyyata  malik  olan  ölkələrin  risklərinin 
qiymətləndirilməsi vasitələrindən biri kimi istifadə edilir.  
Beləliklə, məhdud yanaşmaya əsaslanan erkən qarşısını alma 
üsullarının  istifadəsinin  birinci  mərhələsi  maliyyə  böhranlarının 
proqnozlaşdırılması  üzrə  statistik  modellərin  tətbiqi  ilə  bağlıdır. 
Valyuta böhranlarının erkən qarşısının alınması üzrə statistik mo-
dellərin istifadəsi onların digər üsullarla birlikdə tətbiqinin davam 
etdirilməsi üçün kifayət qədər əsas vermişdir. Statistik modellərin 
xüsusiyyəti ondan ibarətdir ki, müəyyən şəraitdə əmələ gələn mün-
təzəm hadisə kimi keçmiş böhranların təcrübəsinin nəzərə alınma-
sıdır,  bu  da  erkən  mərhələdə  onların  həyata  keçmə  ehtimalını 
müəyyənləşdirməyə  imkan  verir.  Yeni  risk  amilləri  ilə  şərtlən-
dirilmiş böhranların proqnozlaşdırılması üçün bu kifayət etmir.  
Birinci  fəsildə  qeyd  olunduğu  kimi  maliyyə  bazarında  böh-
ran  əvvəlcə  maliyyə  bazarlarının  qloballaşması  ilə  bağlı  olan  çox 
saylı idarə olunmayan və tez həyata keçən xarici risklərin baş ver-
diyi  çox  amilli  hadisədir.  Bu  cür  böhranların  qarşısının  alınması 
sistem yanaşmanı tələb edir. Onun olmaması, erkən qarşısını alma 
üzrə qazanılmış təcrübəyə və riyazi modellərin köməyilə proqnoz-
                                                 
126
 Subbaraman R., Jones R., Shiraishi H. Damocles: Do Not Drop Your Guard. 
Lehman Brothers // Global Economics. – 2003. – April 7. – S. 27.  


 
144
laşdırma  xüsusiyyətlərinə  diqqətsizlik  BVF-na  miqyaslı  Asiya 
böhranının  qarşısını  almağa  imkan  vermədi.  Qazanılmış  təcrübə 
proqnozlaşdırma modellərinin təkmilləşdirilməsinə və böhranların 
qarşısının  alınmasında  sistem  tədbirlərinin  tətbiqinə  keçidə  təkan 
vermişdir.  
Maliyyə  bazarı  iştirakçılarına  nəzarətin  təkmilləşdirilməsi 
üçün  kəmiyyət  və  keyfiyyət  məlumatının  təhlili  üçün  nəzərdə 
tutulmuş kompleks üsulları istifadə etmək, milli bank sisteminin və 
maliyyə  bazarının  ümumi  vəziyyətini  qiymətləndirmək  məqsədə-
uyğun  hesab  olunur.  Bu  üsullar  yalnız  iştirakçıların  daxili  pro-
blemlərini deyil, o cümlədən xarici risk amillərini nəzərə almalıdır. 
Ayrı  iştirakçıların  müflisləşməsi  riskinin  müəyyənləşdirilməsində 
cəmləşmiş  nəzarəti  ölkə  daxilində  və  xaricində  maliyyə  bazarla-
rının  vəziyyətinin  təhlili  və  maliyyə  böhranlarının  yaranma  ehti-
malının  və  onların  yayılmasının  zəncirvarı  reaksiyasının  qiymət-
ləndirilməsi  ilə  tamamlamaq  məqsədəuyğundur.  Bu  cür  yanaşma 
bütövlükdə  maliyyə  bazarının  sabitliyini  artırmağa  və  böhran  baş 
verdiyi halda zərəri azaltmağa imkan verəcək.  
Böhranların qarşısının alınması çərçivəsində statistik model-
lərin köməyilə əldə olunmuş proqnozlar müxtəlif risklərin reytinqi 
və  qiymətləndirilməsi  sistemlərinin  məlumatları  ilə  birlikdə 
istifadə  olunur.  Bazar  iştirakçılarının  cari  vəziyyətinə  nəzarət  on-
ların inkişafının proqnozlaşdırılması və mənfi hadisələrin yaranma 
ehtimalının  qiymətləndirilməsi  ilə  tamamlanır,  bu  da  nəzarət  or-
qanlarına  diqqətini  problemlərdə  cəmləşdirməyə  və  vəziyyətə  nə-
zarət və böhran siqnallarına reaksiya vermə üzrə tədbirləri planlaş-
dırmağa imkan verir.  
Maliyyə bazarında böhranların yaranması riskinin idarə edil-
məsi  ehtiyacı  böhranların  qarşısının  alınması  üzrə  xüsusiləşdiril-
miş  sistemin  işlənməsini  və  yaradılmasını  şərtləndirir.  Yuxarıda 
risklərin  erkən  qarşısının  alınmasına  və  idarə  edilməsinə  əsaslan-
mış müxtəlif  yanaşmalar, həmçinin böhranın yaranma ehtimalının 
azaldılması üçün istifadə olunan üsullar və tədbirlər təhlil edilmiş-
dir.  Bu  yanaşmalar  bir  sıra  ümumi  xüsusiyyətlərə  malikdirlər  və 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə