Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə46/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

 
145
cəmiyyətin sabit inkişafı strategiyasının bir hissəsidir. Böhranların 
qarşısının  alınması  sisteminin  (BQAS)  işinin  əsası  kimi  götürülə 
biləcək əsas prinsipləri qeyd edək. 
  Risklərin  idarə  edilməsi  və  erkən  qarşısının  alınması  sis-
temləri  maliyyə  bazarında  böhranların  qarşısının  alınması  məqsə-
dilə  nisbətən  qısa  müddət  əvvəl  tətbiq  edilməyə  başlamışdır.  Bu 
baxımdan  risklərin  idarə  edilməsi  və  valyuta,  bank  böhranlarının 
erkən qarşısının alınması sistemləri daha çox inkişaf etmişdir. Gös-
tərilən sistemlərin əsas dəyərli cəhətlərini müzakirə edək. 
Böhranların  erkən  qarşısının  alınması  sistemlərinin  əsas  üs-
tünlüyü  az  idarə  edilən  risklərin  qarşısının  alınmasına  sistem  ya-
naşma  və  qabaqcadan  görülə  biləcək  böhranların  proqnozlaşdırıl-
ması üzrə inkişaf etmiş üsullardır. 
Böhranların  yaranması  risklərinin  idarə  edilməsi  sisteminin 
ə
sas  üstünlüyü  onun  təhlükələrin  və  risklərin  cari  profilinin 
(çevrəsinin)  hərtərəfli  nəzərə  alınmasına  və  qiymətləndirilməsinə, 
həmçinin  böhranların  yeni  növlərinin  yaranmasına  səbəb  olan 
amillərin aşkarlanmasına istiqamətlənməsidir. 
Artıq  bu  gün  göstərilən  üstünlükləri  bu  və  ya  digər  şəkildə 
istifadə  edən  təşkilatlar  və  nizamlayıcı  orqanlar  mövcuddur.  Bu-
nun bariz nümunəsi kimi Beynəlxalq Valyuta Fondunu və Beynəl-
xalq Hesablaşmalar Bankını göstərmək olar.   
Birinci istiqamətverici istiqamətə QAS-nin qurulması ideya-
sını,  onun  ölkənin  iqtisadi  sistemində  yerini  yaxud  onun  təşkilini 
və  məqsədlərini  müəyyən  edən  prinsiplər  daxildir.  Sistem  yanaş-
manın əsas prinsiplərindən biri iyerarxiya tabeliyi prinsipidir, han-
sı  ki,  sistem  təşkilatçısının  və  layihələndirilən  sistemin  özünün 
məqsəd və vəzifələrini uyğunlaşmağa imkan verir.  Maliyyə baza-
rında  böhranların  qarşısının  alınması  sisteminin  təşkilatçısı  kimi 
dövlət çıxış edə bilər. Eyni zamanda analoji sistemlərin yaradılma-
sına  olan  tələbat  böyük  banklar  və  korporasiyalar  tərəfindən  irəli 
sürülür. Görünür ki, sistem təşkilatçısının statusu onun quruluşuna, 
məqsəd və vəzifələrinə təsir edəcək, amma hazırkı araşdırma mər-


 
146
hələsində göstərilmiş müxtəlifliklərin üzə çıxardılması vəzifə kimi 
qoyulmur. 
Sabit    inkişaf  prosesinin  tərkib  hissəsi  kimi  böhranların 
QAS-nin  məqsədi  sosial-iqtisadi  sahədə  müsbət  nəticələrin  təmin 
edilməsindən  və  uzun  müddət  qorunub  saxlanmasından  ibarətdir. 
Sabit  inkişaf  siyasətini  yürüdən  cəmiyyət  daima  təbii  və  antropo-
gen böhranlardan müdafiə axtarışındadır. Həmin cəmiyyətdə böh-
ranların yaranması ehtimalının azaldılması və nəticədə baş verə bi-
ləcək  fəsadların  azaldılması  yolu  ilə  gücləndirilməsi  üçün  mexa-
nizmlər  işləyir.  QAS  bu  təhlükələri  daha  asan  aradan  qaldırmağa 
kömək edirlər. Beləliklə, QAS məqsədi qloballaşma şərtində sabit 
sosial-iqtisadi inkişafın təminatından ibarət olan daha ümumi siste-
min  yarım sistemidir. Yuxarıda göstərildiyi kimi, sistem  yanaşma 
nöqteyi-nəzərindən iyerarxiya tabeliyi prinsipi  tabe olan sistemin 
qarşısında  duran    məqsədlərin  və  vəzifələrin  prioritetlərini  müəy-
yən edir. QAS-nin  fəaliyyətinin bir neçə variantı  yarandığı halda, 
sabit inkişaf  məqsədlərinə daha çox cavab verən variant prioritet 
hesab olunur. Böhranların QAS-nin prinsipləri müəyyən sahələrdə 
böhranların  yaranma  risklərinin    üstünlük təşkil edən  növlərindən 
asılı  olaraq  dəyişilə  bilər.  Sistem  sadə  formadan  çox  sayda 
təhlükələrə istiqamətlənmiş mürəkkəb, çox məqsədli formaya kimi 
dəyişilə  bilər.  Bu  məsələdə  əsas  məqam  maliyyə  bazarında  böh-
ranların yaranma riskinin amillərinin təsiri altında olan dövlətlərin, 
bazar  iqtisadiyyatı  subyektlərinin  və  əhalinin  ehtiyaclarının  təmin 
olunmasıdır.   
Maliyyə bazarında böhranların qarşısının alınması sisteminin  
prinsiplərindən  biri  onun  istiqamətləndiyi  təhlükələrin  təsviridir. 
Zamanla təhlükələr və risklər yalnız gücü, tezliyi, yarandığı və ya-
yıldığı  coğrafi  yeri  deyil,  həmçinin  nəticələrin  əhəmiyyəti  baxı-
mından dəyişə bilərlər. Riskin hər bir növü üçün müvafiq müəyyən 
etmə  və  qarşısını  alma  metodikasının  işlənib  hazırlanması  məq-
sədəuyğundur.  
Maliyyə bazarında böhranların qarşısının alınması sisteminin 
düzgün  işləməsi  məqsədilə  mövcud  təhlükələrin  və  risklərin, 


 
147
onların  cəmiyyət  və  ayrı-ayrı  vətəndaşlar  üçün  müxtəlif  nəti-
cələrini  nəzərə  almaqla,  prioritetlərini  müəyyən  etmək  lazımdır. 
Böhranların  yaranma  risklərinin  dərk  edilməsi  bilikdən,  yığılmış 
böhran təcrübəsindən, mədəni fərqlərdən və  cəmiyyətdə üstünlük 
təşkil  edən  sosial  və  siyasi  maraqlardan  asılı  olaraq  fərqləndirilir. 
Böhran  sarsıntıları  risklərinin  prioritetləri  yeni  və  unudulmuş 
təhlükələrin yaranması ilə əlaqədar olaraq dəyişir. Qlobal təhlükə-
lərin  prioritetləri  dövlət  səviyyəsində  milli  təhlükəsizlik  şurası, 
valyuta və bank sahələrinə uyğun olaraq mərkəzi bank və müvafiq 
orqanlar, xüsusi səviyyədə isə direktorlar şurası və ya müəssisə və 
ya bankın  müşahidə şurası tərəfindən qiymətləndirilir. Bu proses-
də elmi-tədqiqat institutları, nüfuzlu alimlərin və siyasətçilərin fi-
kirləri vacib rol oynayır. 
Yığılmış böhran təcrübəsinin nəzərə alınması belə xarakterli 
risklərin erkən qarşısının alınması üsullarının həssaslığını artırma-
ğ
a  icazə  verir.  Maliyyə  bazarının  inkişafı,  onun  quruluşunun  və 
seqmentlərinin  fəaliyyətinin  nizamlanmasının  mürəkkəbləşməsi, 
yeni  maliyyə vasitələrinin yaranması ilə əlaqədar olaraq bu sahədə 
yeni risklər yaranır. Onların eyniləşdirilməsi və qarşısının alınması 
maliyyə  bazarının  zəif  tərəflərinin  qiymətləndirilməsi  və    model-
ləşdirilməsi  ilə  məşğul  olan  ekspertlərdən  dərin  təhlilin  aparılma-
sını tələb edir.  
Digər sahələrdə olan erkən qarşısını alma sistemlərindən da-
xil  olan  siqnalların  vaxtında  nəzərə  alınması,  onların  mənfi  təza-
hürlərinin valyuta və maliyyə böhranlarının mümkünlüyünə təsiri-
ni qiymətləndirməyə və nəzərə almağa imkan verəcək. Hərbi mü-
naqişələr, təbii fəlakətlər və faciələr bütöv bir regionların maliyyə 
bazarının vəziyyətinə mühüm təsir edir. Proqnozlaşdırılmamış risk 
və  şokların  adekvat  şəkildə  erkən  qarşısının  alınmasını  təmin  et-
mək  mümkün  deyil.  Lakin, xüsusi  qabaqlayıcı  tədbirlər  görməklə 
və risklərdən sığortalanma və zərərin kompensasiyası mexanizmlə-
rindən istifadə etməklə onların fəsadlarının bu və ya başqa dərəcə-
də azaldılmasına hazırlaşmaq olar. Məsələn, böhranların zəncirvarı 
reaksiyasının  yayılması təhlükəsinə standart reaksiya inkişaf edən 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə