169
•
Pul kütləsinin artım tempi
•
Mazənnə siyasəti
•
Mərkəzi bankın suverenlik dərəcəsi
Tədiyyə balansıının elastikliyi
•
Xarici əməliyyatlar hesabının vəziyyətinə büdcə - vergi
və pul – kredit siyasətinin təsiri.
•
Cari əməliyyatlar hesabının strukturu
•
Kapital axınının strukturu
Xarici borc və likvidlik
•
Xarici dövlət borcunun valyuta quruluşu və həcmi
•
Dövlət zəmanətli öhdəliklərin həcmi
•
Dövlət borcunun ödəmə müddəti
•
Xarici aktiv və dövlət ehtiyatlarının quruluşu və həcmi
•
Borcun ödənilməsi ilə bağlı tarixi faktlar (defoltların tarixi )
BVF- nun ekspertləri K. Mülderin və R. Parellinin 1998 –ci
il emprik tədqiqatlarının nəticəsi göstərir ki, “Mudis” və “Standart
End Purs” agentliklərinin reytinq fəaliyyəti 69 – 85 % aşağıdakı
indekatorlardan asılıdır:
•
Ixrac borcu
•
Defoltun tarixi
•
Büdcə defisiti
•
Istehsalın həcmi
•
Inflyasiyanın həcmi
Qeyd etmək vacibdir ki, ölkənin təhlükəli sahəyə keçidini
göstərən sərt göstəricilər mövcud deyildir. S. Qlazyev 1996-cı ildə
borc təhlükəsizliyi indekatorları üçün sərhəd göstəricilərini belə
ayırd etmişdir.
•
Daxili borcun ÜDM –a nisbəti faizlə - 20%;
•
Dövlət borcunun ödənilməsinin mərkəzi hökumətin
vergi gəlirlərinə faizlə nisbəti -25 %;
•
Xarici borcun ÜDM-a faizlə nisbəti-25 %;
•
Büdcə defisitinin maliyyələşməsində xarici borclanma-
30 %.
170
IV FƏS L
QLOBAL BÖHRANIN
AZƏRBAYCAN
QTISAD YYATINA
TƏS R VƏ TƏTB Q
OLUNAN ANT BÖHRAN
S YASƏT N NƏT CƏLƏR
171
4.1. QLOBAL BÖHRANIN AZƏRBAYCAN
QTISAD YYATINA TƏS R VƏ TƏTB Q OLUNAN
ANT BÖHRAN S YASƏT N NƏT CƏLƏR
Qlobal maliyyə böhranının təsiri Azərbaycan maliyyə siste-
minə daha çox psixoloji xarakterli olmuş və maliyyə institutlarını
inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə sövq etmişdir.
Ə
lverişsiz xarici mühitə baxmayaraq Azərbaycan bank sistemi
reallaşan risklərə davamlılıq nümayiş etmişdir.
2008-ci ildə Azərbaycanın maliyyə sektoru tərəfindən
görülən bir sıra adekvat tədbirlər Milli Bankın pul siyasətinin
yumşaldılması, faiz dərəcələrinin bir neçə dəfə aşağı salınması,
məzənnə siyasətində dəyişkənliyi sabitliyin təmin edilməsinə
yönəldilməsi və ehtiyat tələblərinin faizlərinin aşağı salınması
nəticəsində ümumilikdə bankların vəziyyətinin sabitləşməsinə,
likvidliyinin dayanıqlığına gətirib çıxartmışdır.
2009-cu ildə, xüsusən ilin əvvəllərində dünya iqtisadiyya-
tında tənəzzul meylləri artmış, əmtəə bazarlarında qiymətlər, ma-
liyyə bazarlarında aparıcı indekslər aşağı düşmuşdur.
Bu şəraitdə bir cox ölkələrdə pul siyasəti əhəmiyyətli
yumşaldılmış, dövlət xərcləri və büdcə kəsirləri artırılmış, eyni
zamanda maliyyə sistemi üzərində nəzarət gücləndirilmişdir.
Qlobal böhran Azərbaycana da müəyyən təsir göstərmiş və
milli iqtisadiyyat bir sıra risklər ilə uzləşmişdir. Qlobal böhranın
ölkəyə təsiri əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının
qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının
kəskin məhdudlaşması, xaricdən pul baratlarının azalması
vasitəsilə özunu göstərmişdir. Butövlukdə, məcmu tələbin demək
olar ki, bütün xarici maliyyələşmə mənbələrində azalma baş
vermişdir.
Qlobal böhran milli iqtisadiyyatda, xüsusilə valyuta ba-
zarında və bank sektorunda mənfi gözləntilər yaratmışdır.
Nəticədə ölkə iqtisadiyyatı aşağıdakı risklərlə üzləşmişdir:
172
1.
makroiqtisadi sabitliyin pozulması (milli valyutanın
devalvasiyası və inflyasiyanın yuksəlməsi);
2.
maliyyə sabitliyinin pozulması (bankların kredit
portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin
bank sektorundan qacışı, bankların odəniş qabiliyyətinin pis-
ləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması);
3.
iqtisadi resessiyanın baş verməsi, yaradılmış iş
yerlərinin itirilməsi.
Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazır-
lıqlı və guclu mudafiə resursu ilə qarşılamışdır. Bu, böhrandan ön-
cəki dövrdə ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və
monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin
qabaqlayıcı rejimdə idarə olunması sayəsində mumkun olmuşdur.
Bütun bunlar iqtisadiyyatın “təhlukəsizlik yastığı”nı
ə
həmiyyətli gucləndilməklə makroiqtisadi və maliyyə sabitliyi
potensialını artırmışdır.
13
Azərbaycanda qlobal böhranın qarşılanması
2008-ci ildə
qtisadi artım:
Azərbaycan: 10.8%
MDB (orta): 6%
Avrozona: 0.9%
Pribaltika: 0.5%
Strateji ehtiyatlar/məcmu xarici borc
nisbəti: 2 dəfə
Xarici dövlət borcu/valyuta ehtiyatları
nisbəti:
Azərbaycan: 16.5%
Pribaltika: 193%
Macarıstan: 121%
Ukrayna: 75%
Strateji ehtiyatlar/idxalın örtülməsi, aylar
ilə: 19 ay
Ölkənin kreditor mövqeyi – xaricə qarşı
xalis maliyyə tələbləri: 12.6 mlrd. dollar
Mənbə: Elman Rüstəmov.
Qlobal böhran və Mərkəzi Banklar.
Bakı, 2009.
Dostları ilə paylaş: |