Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə55/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

 
173
Neft-qaz  sektoru  üzrə  yaranmış  ümumi  müsbət  saldo 
iqtisadiyyatın  digər  sektorlarının  xarici  valyutaya  tələbatının 
maliyyələşməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin 
etmişdir. Ölkənin strateji valyuta ehtiyatları 2.5 dəfə artaraq 2009-
cu il 01 yanvar tarixinə 18555.4 mln. $ həcmində olmuşdur. Bunun 
11219.2 mln. $-ı Dövlət Neft Fondunun aktivlərindən, 869.0 mln. 
$-ı  hökumətin  depozitlərindən,  6467.2  mln.  $-ı  isə  Milli  Bankın 
məcmu beynəlxalq aktivlərindən ibarətdir. 
2008-ci  ildə  tədiyə  balansının  ümumi  saldosu  müsbət  12.0 
mlrd. $ olmuş və ötən illə müqayisədə 4.2 dəfə  artmışdır. Tədiyə 
balansının  cari  əməliyyatlar  hesabında  son  illər  müşahidə  olunan 
profisit  ötən  illə  müqayisədə  1.8  dəfə  artaraq  16.5  mlrd.  $  təşkil 
etmişdir.  Xarici  ticarət  balansının  müsbət  saldosu  keçən  illə 
müqayisədə 1.5 dəfə artmışdır.
 
23.02. 2009 –ci ildə “Azərbaycan Respublikası regionlarının 
sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın  icrasının  yekunlarına 
həsr  olunmuş  konfransda  Prezident  lham  Əliyev  nitqində 
antiböhran  tədbirləri  kimi  qəbul  edilən  proqramın    tezisləri 
aydın və dolgun formada açıqladı: “Azərbaycan dövləti son beş il 
ə
rzində bölgələrə  çox böyük sərmayə qoyubdur,  bununla bərabər, 
özəl  sektorun  inkişafı  üçün  böyük  həcmdə  kreditlər,  güzəştli 
şə
rtlərlə  kreditlər  ayrılmışdır,  sahibkarlığın  inkişafına  böyük 
dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi 
dəstək.  Yəni  bütün  bu  amillər  birləşəndə,  əlbəttə  ki,  uğura  nail 
olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol 
bunun  əyani  sübutudur.    Azərbaycanın  təcrübəsi  və  apardığımız 
siyasət onu göstərir ki, biz öz maliyyə imkanlarımızdan ən düzgün, 
ə
n ağıllı şəkildə istifadə etdik. O maliyyə resursları investisiyalara 
qoyuldu,  iqtisadiyyatın  real  sektoruna  qoyuldu,  energetika, 
qazlaşdırma,  nəqliyyat,  səhiyyə  və  təhsilə,  humanitar  sahəyə 
qoyuldu. Beləliklə, xidmət səviyyəsi qalxdı, imkanlar artdı, biznes 
üçün daha da yaxşı şərait yaradıldı”.  


 
174
Prezident  lham Əliyevin Azərbaycan hökumətinin yanvarda 
keçirilmiş iclasında səsləndirdiyi tədbirlər kompleksini Prezidentin 
7 antiböhran istiqamətləri aşağıdakılardır:  
1.  stehlak qiymətlərinin azaldılması zərurəti
127
.  
2.  nhisarçılıqla mübarizə.
128
 
3.  Milli  banklara  dəstəyi,  kreditlərə  və  faiz  dərəcələrinə 
nəzarəti əhatə edən maliyyə monitorinqi.
129
 Əsas tədbirlərdən biri 
dövlətin valyuta ehtiyatlarının bir qismini Azərbaycan banklarında 
yerləşdirməkdir. Dünya bank qruplarının itkiləri fonunda Azərbay-
canın  milli  bankları  ölkənin  Neft  Fondunun  aktivlərinin  daha  eti-
barlı “saxlanma yerlərinə” çevrilməkdədir. Bundan əlavə, antiböh-
ran tədbirləri sahibkarlara bundan sonra da güzəştli kreditlərin ve-
rilməsini nəzərdə tutur
130
.  
4.  Real  iqtisadiyyata  sərmayə  qoyuluşunun  davam  etdiril-
məsi
131
.  
                                                 
127
 Azərbaycan Respublikasının prezidentinin 31 may 2005-ci il tarixli fərmanı 
ilə  Azərbaycan  Respublikasında  “Anti-inflyasiya  tədbirlərinin  gücləndirilməsi 
haqqında”  fərmanı  ilə  inflyasiyanın  tənzimlənməsi  üçün  kompleks  tədbirlərin 
həyata keçirilmışdir. 
128
  AR  Prezidenti  .  Əliyevdən  nitqindən  sitat  :  “Əsassız  inhisarçılığa,  qeyri-
sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə 
cəzalandırılmalıdırlar  ki,  bu  sahədə  biz  ciddi  dönüş  yaradaq.  Bu  sahədə 
maksimum  şəffaflıq  olmalıdır,  dövlət  qurumları  tərəfindən  bütün  qanunsuz 
tələblər, xoşagəlməz hallar, qanunsuz  müdaxilələr dərhal dayandırılmalıdır. Bu 
qanunsuz  işlərlə  məşğul  olanlar  cinayət  məsuliyyətinə  cəlb  olunmalıdır.  Artıq 
olunur və daha geniş və daha ciddi şəkildə olmalıdır”. 
129
  sitat:  “Biz  həmişə  maliyyə  intizamının  möhkəmlənməsinə  fikir  vermişik. 
ndiki şəraitdə bunun daha da böyük əhəmiyyəti var. Ona görə maliyyə intizamı, 
maliyyə  resurslarının  xərclənməsinə  nəzarət  –  bu,  həmişə  diqqət  mərkəzində 
olmalıdır, indi, isə buna daha da böyük ehtiyac var”. 
130
 sitat: “Mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz 
müəyyən  həcmdə  ən  əmniyyətli,  ən  etibarlı  yerli  banklara  yerləşdirə  bilərik. 
Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu 
vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun”. 
131
  sitat  :Azərbaycanda  bu  gün  yeni  sənaye  müəssisələrinin  yaradılması  üçün 
dövlət öz köməyini göstərməlidir. 


 
175
5. Sosial öhdəliklərin dəstəklənməsi. 
132
 
6.  Sənaye  müəssisələrinin  daxili  bazara  istiqamətləndiril-
məsi
133
.  
7.  Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi.
134
  2009-cu  ildə 
ölkənin özünü bütün strateji ərzaq məhsulları ilə tam təmin etməsi 
xətti 
götürüləcəkdir. 
Buna 
müvafiq 
olaraq, 
fermerlərə 
subsidiyaların verilməsi, gübrə alınması və güzəştli şərtlərlə onlara 
verilməsi davam etdiriləcəkdir.  
Beləliklə,  xüsüsi  qeyd  etmək  gərəkir  ki,  Azərbaycanda 
səmərəli antiböhran idarəçiliyini həyata keçirməyə imkan verən ən 
önəmli  amil  ev  idarələri  və  işgüzar  dairələr  tərəfindən  ölkə  pre-
zidentinə  olan inam və güvən  sistemidir. 
Bütün bunları nəzərə alaraq, Yanvarın 16-da 2009 – cu ildə 
Prezident  lham  Əliyev  Nazirlər  Kabinetinin  iclasında  dünyada 
gedən  iqtisadi  proseslər  kontekstində  Azərbaycan  iqtisadiyyatın-
dakı vəziyyəti təhlil etmiş və dünyada gedən maliyyə böhranını nə-
zərə  alaraq  hansı  qərarların  qəbul  edilməsi  ilə  bağlı  mövqeyini 
açıqlamışdır.  Bu,  dövlət  başçısı  səviyyəsində  dünyadakı  iqtisadi 
böhrana reaksiya verən və ondan çıxış yolunu bütövlükdə göstərən 
ilk  açıqlama  idi.  lk  dəfə  idi  ki,  rəsmi  olaraq  qlobal  iqtisadi 
                                                 
132
  sitat  :  Sosial  problemlərin  həlli,  ümumiyyətlə,  ölkənin  inkişaf  imkanlarını 
göstərir.  Azərbaycanda  bu  sahəyə  daim  böyük  diqqət  göstərilmişdir  və  əlbəttə 
ki, bizim artan  maddi imkanlarımız  sosial  məsələlərin  həllinə çox  müsbət təsir 
etmişdir.  Azərbaycanda  bu  istiqamətdə  görülmüş  işlər  onu  göstərir  ki,  sosial 
məsələlər, sözün əsl mənasında, bizim üçün prioritetdir. 
133
 sitat : “Azərbaycanın təcrübəsi və apardığımız siyasət onu göstərir ki, biz öz 
maliyyə imkanlarımızdan ən düzgün, ən ağıllı şəkildə istifadə etdik. O maliyyə 
resursları  investisiyalara  qoyuldu,  iqtisadiyyatın  real  sektoruna  qoyuldu, 
energetika,  qazlaşdırma,  nəqliyyat,  səhiyyə  və  təhsilə,  humanitar  sahəyə 
qoyuldu”. 
134
  sitat  :  “Bu  gün  Azərbaycanda  istehlak  olunan  məhsulların  tam  əksəriyyəti, 
yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu böyük nailiyyətdir, 
həm  ölkədə  biznesin,  sahibkarlığın  inkişafına,  regionların  inkişafına  böyük 
xidmət göstərir, eyni zamanda, biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik”. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə