Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə56/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

 
176
böhrana  reaksiyanı  nəzərdə  tutan  "antiböhran  tədbirlər  paketi" 
ortaya qoyuldu
135
.  
Respublikamızın  maliyyə  təhlükəsizliyinin  təmini  baxı-
mından  beynəlxalq  fond  birjalarında,  qiymətli  kağızlar  bazarında 
fəal  iştiraka  haqlı  olaraq  ehtiyatlı  yanaşması  maliyyə  böhranının 
respublikamıza  təsirini  zəiflədən  əsas  amillər  sırasındadır.  Dövlət 
başçısı  lham  Əliyev  Azərbaycanın  qlobal  böhrandan  az  ziyan 
çəkməsinin  səbəblərinə  toxunarkən,  haqlı  olaraq,  respublikamızın 
milli  maraqlara  əsaslanan  iqtisadi  siyasət  yetirdiyini  xüsusi  önə 
çəkir:  "Bəzi  hallarda  Azərbaycanda  maliyyə  sektorundakı 
müəyyən  konservativ  meyillər  beynəlxalq  maliyyə  qurumları  tər-
ə
findən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya 
meyillərinə  daha  da  sürətlə  qoşulaq,  beynəlxalq  ticarət  qurum-
larına  inteqrasiya  edək.  Ancaq  bizim  mövqeyimiz  bütün 
zamanlarda  çox  ehtiyatlı  idi.  Çünki  Azərbaycan  iqtisadiyyatı 
özünü  təmin  edən  iqtisadiyyatdır.  Bəzi  başqa  ölkələr  kimi,  biz 
xarici yardımlardan asılı deyilik. Ona görə biz beynəlxalq iqtisadi 
ə
məkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq".  
Antiböhran  tədbirləri  sırasında  2009-cu  ildə  “Mərkəzi  Bank 
haqqında”  qanuna  edilən  dəyişikliklər  mühüm  rol  oynayıb. 
Qanuna dəyişikliklər və əlavələr Mərkəzi bankların statusuna dair 
son  qlobal  meylləri  özündə  əks  etdirib.  Mərkəzi  Bank  banklara 
daha uzun müddətə və müxtəlif valyutalarda kreditlər, o cümlədən 
subordinasiya  kreditləri  vermək  imkanı  əldə  edib.  Mərkəzi  Bank 
başlıca  makroiqtisadi  tendensiyaları  və  real  sektorda  fəaliyyət 
göstərən  müəssisələrin  mikroiqtisadi  monitorinqinin  nəticələrini 
nəzərə  alaraq  uçot  dərəcəsini  ötən  ilin  sonlarından  bəri  15%-dən 
2%-ə, məcburi ehtiyat normalarını isə 12%-dən 0,5%-ə endirib. 
Ümumilikdə,  dolayı  və  birbaşa  alətlər  hesabına  Mərkəzi 
Bank  2008-ci  ilin  oktyabrından  iqtisadiyyatı  təqribən  1,8  mlrd. 
manatlıq  likvidliklə  təmin  edib.  Bu  likvidlik  dəstəyi  bank  sistemi 
ilə  yanaşı  sistem  əhəmiyyətli  real  sektor  müəssisələrini,  o 
                                                 
135
 Geniş bax: Azerbaycan. 17.01.2009  


 
177
cümlədən  Azərbaycan  Dövlət  Neft  Şirkəti,  “Azəralüminium” 
ASC-ni  əhatə  edib,  bu  şəraitdə  cari  ilin  ilk  11  ayında  ölkədə 
iqtisadi artım davam edərək 9% təşkil edib.  
Eyni  zamanda  Mərkəzi  Bank  real  sektorun  dəstəklənməsi 
məqsədilə  dövlət  zəmanəti  əsasında  bankları  kreditləşdirmək  hü-
ququna malikdir. 2009-cu ildə Mərkəzi Bank başlıca makroiqtisadi 
tendensiyaları  nəzərə  alaraq  uçot  dərəcəsini  il  ərzində  3  dəfə 
dəyişərək  8%-dən  2%-ə,  faiz  dəhlizinin  yuxarı  həddini  isə  13%-
dən  7%-ə  endirmişdir. l  ərzində  Mərkəzi  Bank  tərəfindən 
likvidliyin verilməsi əməliyyatları aktivləşdirilmiş, likvidliyin cəlb 
olunması  alətləri  isə  məhdudlaşdırılmışdır.  Məcburi  ehtiyat 
normaları  6%-dən  0,5%-ə  salınmışdır.  Məcburi  ehtiyat 
normalarının  ortalama  müddəti  həm  manat,  həm  də  xarici 
valyutada depozitlər üzrə 1 ay olmuşdur.  
Manatın  sabit  məzənnəsi  əsasında  Mərkəzi  Bankın  iq-
tisadiyyata  birbaşa  yardım  paketi  Ümumi  Daxili  Məhsulun  5%-i 
səviyyəsində  olmuşdur.  Antiböhran  proqramının  həyata  keçi-
rilməsi  pul  kütləsinin  azalmasının  qarşısı  alınmış,  bankların 
maliyyə  dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş,  sistem 
ə
həmiyyətli  iri  müəssisələrin  istehsal-  investisiya  fəaliyyətinə 
zəruri dəstəyi təmin etmişdir. 
Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, di-
gər  tərəfdən  əvvəlki  illərdən  yaradılmış  möhkəm  maliyyə-iqtisadi 
potensial  hesabına  ölkə  iqtisadiyyatının  dayanıqlığı  qorunub 
saxlanılıb,  onun  mənfi  xarici  təsirlərə  müqavimət  qabiliyyəti 
sınaqdan uğurla çıxıb.  
Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının 
2010-cu  il  dövlət  büdcəsi  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu  da  qlobal  böhran  şəraitində  respublikamızın  qarşıya 
qoyduğu  məqsədlərə  doğru  inamla  irəliləyən  dövlətlər  sırasında 
olduğunu  təsdiqləyir.  Maliyyə  böhranı  şəraitində  inkişaf  etmiş 
dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə rəğmən, 
Azərbaycanda  artım  meyillərinin  nəzərə  çarpması  büdcə 
gəlirlərinin  tam  formalaşmasına  imkan  yaradır.  Respublikamızın 


 
178
iqtisadi  və  sosial  inkişaf  konsepsiyasına  uyğun  olaraq  hazırlanan 
yeni  büdcə  layihəsində  dünya  iqtisadiyyatında  növbəti  illərdə 
gözlənilən meyillər də nəzərə alınıb. 
Ötən  il  ərzində  Azərbaycan  Qiymətli  Kağızlar  üzrə  Dövlət 
Komitəsinin  də  (QKDK)  yenidən  təşkilatlanmasının  normativ-
hüquqi  bazasının  təmin  edilməsi  ilə  yanaşı,  qiymətli  kağızlar 
bazarı  sahəsində  qanunvericiliyin  təkmilləşdirilməsi,  bu  sahədə 
mövcud qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması 
və  onun  qabaqcıl  beynəlxalq  standartlara  uyğunlaşdırılması 
məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.  
Azərbaycanda  sığortalanan  əmanətlərin  məbləği  6  min 
manatdan  30  min  manatadək  artırılıb.  Bu  da  öz  növbəsində 
ə
manətçilərin  banklara  inamının  daha  da  güclənməsinə  təkan 
verib. Görülən bu tədbir nəticəsində banklara maliyyə vəsaitlərinin 
cəlb  edilməsilə  bağlı  durumu  daha  da  yaxşılaşdırıb.  Bununla 
ə
laqədar "Standard & Poor's" agentliyi qeyd edir: "Regionun bəzi 
digər  ölkələrinin  bank  sistemlərindən  fərqli  olaraq  Azərbaycanın 
bank sistemi dünya böhranı başlandıqdan sonra yaranan çaxnaşma 
ilə  əlaqədar  xeyli  həcmdə  əmanətlərin  götürülməsindən  qaça 
bilib".  
"Standard & Poor's" agentliyi Azərbaycanda bankların ciddi 
problemlərlə  üzləşməməsi  üçün  hökumət  tərəfindən  də  zəruri 
tədbirlərin görüldüyünü və bunun lazımi müsbət nəticələr verdiyini 
bildirir.  Məsələn,  qeyd  olunur  ki,  2009-cu  ilin  yanvarından  bank 
sektorunun  təkrar  kapitallaşmasının  stimullaşdırılması  məqsədilə 
mənfəət vergisinə güzəşt tətbiq edilir. 
Ümumiyyətlə, 2012-ci ilə qədər bank sektoru mənfəət vergi-
sindən azad edilib ki, bu da həm onların kapitallaşmasına, həm də 
böhran  şəraitində  maliyyə  problemi  ilə  üzləşməməsinə  münbit 
şə
rait yaradır.  
 2008-ci ildə və 2009-cu ilin əvvəlində xarici banklar Azər-
baycanın bank bazarına çox fəal şəkildə, o cümlədən nümayəndə-
liklərin  açılması  ilə,  əsasən  "Vneştorqbank",  "Kommerzbank"  və 
"Citigroup Inc"la daxil olublar". Yaradılan münbit şərait nəticəsin-


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə