88
prosesin özündə yaxud onun nəticəsində əks oluna bilər və buna
müvafiq olaraq riskin iki cəhətini ayırıb qeyd etmək olar. Birinci
cəhət – idarə yaxud müşahidə olunan prosesin güman edilən inki-
ş
af ssenarisindən kənarlaşmaları ilə bağlı olan riskin amil tərəfidir.
kinci cəhət – o cümlədən idarə olunmayan, gözlənilməz xarici
təsirlərin nəticəsində prosesin planlaşdırılan və real nəticələrinin,
sistemin vəziyyətinin nəticə və gözlənilən parametrlərinin bir-
birinə uyğun gəlməməsinə səbəb olan riskin nəticə tərəfidir.
Riskin amil və nəticə tərəflərinin idarə edilməsi üsulları və
yolları yanaşmalar, maliyyələşdirmə mənbələri, təşkil olunma
nöqteyi-nəzərindən xeyli fərqlənsə də ayrı-ayrı uyğunlaşmalar
istisna edilmir. Onlar vacibliyi, əhəmiyyəti, keyfiyyəti baxımından
müəyyən iyerarxiya şəklində təşkil olunublar. Zərərlərin qarşısını
alan, amil tərəfinin idarə olunması yolları risklərin idarə edilməsi
sistemində əsas rol oynayırlar. Onlarla müqayisədə riskin nəticə
tərəfinin idarə edilməsi yolları həmçinin zəruridir, lakin yalnız
birinci göstərilmiş yolları tamamlayır və dəymiş zərərlərin
kompensasiyasına yönəldilmişdir. Onlar risklərin reallaşmasının
yekun mərhələsində, riskin amil tərəfinin idarə edilməsi yolları
artıq təsir etmədiyi bir vaxtda cəlb olunurlar. Risklərin mənbəyi
kimi iştirakçıların və bazarların özlərinin vəziyyəti və davranışı ilə
ə
laqəli olan xarici və daxili təcavüzkar amillər çıxış edir.
89
Risklərin idarə etmə üsullarına görə müqayisəli
xarakteristikaları
ADI
MÜSBƏT
RISKLƏR
MƏNFI RISKLƏR
Risklərin
xarakteristikaları
Ə
vvəlcədən
müəyyən edilə
bilən
Proqnozlaşdırılan
darə olunan
Tədricən inkişaf
edən
Parametrik
Müşahidə olunan
Bölüşdürülmüş
Ə
vvəlcədən müəyyən
edilə bilməyən
Proqnozlaşdırılmayan
darə olunmayan
Sürətlə inkişaf edən
Qeyri-parametrik
Müşahidə olunmayan
Bir yerdə cəmləşmiş,
ş
ok
darəetmə üsulları
Riskin amil və
nəticə tərəflərindən
idarə edilməsi
Tədbirlərin bütün
spektri
Riskin nəticə
tərəfindən idarə
edilməsi
Zərərin azaldılmasına
və itkilərin
kompensasiyasına
yönəlmiş tədbirlər
Mənbə. Müəllif tərəfindən tərtib olunub.
Müsbət risklər inkişaf prosesində proqnozlaşdırılmış ssenari-
dən kənarlaşmanı qiymətləndirməyə imkan verir və müvafiq təd-
birlərin görülməsi üçün kifayət zaman verirlər. Bu cür risklərə və
onlara səbəb olan amillərə məsələn, maliyyə bazarının müvafiq
seqmentlərinin sabitliyinin pozulmasına səbəb olan problemli
borcların yığılmasını, qısamüddətli dövlət və korporativ borcun
artmasını və ya valyuta kursunun həddindən artıq möhkəmlənmə-
sini aid etmək olar. Mənfi risklərin reallaşması göstərilmiş səbəb-
90
lərdən reaksiyanın göstərilməsi üçün kifayət qədər zaman vermir.
Bu səbəbdən yalnız yaşanmış itkiləri kompensasiya etmək imkanı
qalır. Həmin risklərə müharibələr, təbii fəlakətlər və maliyyə
bazarlarında onların iştirakçılarının birmənalı mənfi reaksiyasını
doğuran hadisələr, məsələn, böhranların yayılmasının zəncirvarı
reaksiyasını doğuran maliyyə bazarının sektorlarının birində
böhranlı hadisələrin yaxud qonşu ölkədə böhranın olması aid
edilir. Əlbəttə ki, qlobal bazarlar müxtəlif növ risklərin
diversifikasiyası və sığortası üçün geniş şərait yaradır və riskin
amil tərəfini idarə etməyə imkan verir. Lakin maliyyə bazarlarının
heç də bütün iştirakçıları onlardan istifadə edə bilmir. Mənfi
risklər həyata keçdikdə, yəni aktivlərin qiymətləri gözlənilməz
olaraq xeyli dəyişdikdə, bazarların pula çevrilmə qabiliyyəti aşağı
düşdükdə və böhranların yayılmasının zəncirvarı reaksiyası
izlənildikdə iştirakçıların kifayət qədər vəsaiti və zamanı olmur, bu
səbəbdən tam uyğun reaksiyanı yalnız qabaqlayıcı tədbirlərin
görülməsi yaxud zərərin minimallaşdırılmasına və itkilərin kom-
pensasiyasına istiqamətlənmiş riskin nəticə tərəfinin idarə edilməsi
sahəsində mümkündür. Beləliklə, risk növlərinin və onların həyata
keçmə mərhələlərinin spesifikasiyası yalnız risklərin ümumi idarə
etmə üsullarından deyil, həm də həmin risklərin yaranma,
reallaşma və başa çatma mərhələləri üçün nəzərdə tutulmuş
xüsusiləşdirilmiş üsullardan istifadə etməyə imkan verir. Hesab
edirəm ki, maliyyə böhranı ilə bağlı risklərin qiymətləndirilməsinə
və idarə edilməsinə bu cür yanaşma məqsədəuyğundur.
Hadisələrin planlaşdırılmış gedişindən kənarlaşmalar həm
mənfi, həm də müsbət nəticələnə bilər, yəni idarəetmə obyekti
üçün ya problemlər, çətinliklər və digər pis nəticələr yarada yaxud
ə
ksinə təhlükəni azalda, vəziyyəti yaxşılaşdıra bilər. Bu müddəa
ə
zəldən riskin ümumi konsepsiyasında riskin özünü, yaxud onun
ifadəsinin mənfi nəticələrilə olan konkret riski və potensial müsbət
olan, müsbət nəticə verən şansı ayırır.
91
Bu gün əsas maliyyə risklərinə aşağıdakıları aid edirlər
76
:
•
kredit bazarı parametrlərinin dinamikası şəraitində faiz
marjasının dəyişmələrilə bağlı olan faiz risk-şansı;
•
valyuta bazarında valyuta kurslarının dəyişmələrinə
ə
saslanan valyuta risk-şansı;
•
banklarla passiv və aktiv əməliyyatlarında istifadə
olunan qiymətli kağızların gəlirliliyinin dəyişmələrinə və yaxud
bazar qiymət təyin etmələrinə əsaslanan iki risk-şansı.
Y.Y.Rusanov risk və şans konsepsiyalarını, onların idarə
edilməsi üzrə ayrı-ayrı metodikaların və vasitələrin for-
malaşdırılması məqsədilə, ayırmağı, həmçinin faiz, valyuta və
fond əməliyyatlarının idarəsinin təkmilləşdirilməsi məqsədilə
qarışıq “risk-şans” konsepsiyasını işləyib hazırlamağı təklif
etmişdir
77
. Şok risklərin son, daha problemli, daha təhlükəli və
mənfi təzahürü kimi şərh edilə bilər. Bu obyektin təbii və ya
texnogen fəlakətlərdə tam fiziki məhvi, insanların epidemiyalar,
fəlakətlər zamanı həlakı, sahibkarlıq strukturlarının tam iflası,
kreditlərin və investisiyaların yüz faizli itkisi və s. ola bilər.
Effektiv risk-menecment üçün mühüm olan şokun daha bir
şə
rhi riskin maksimal tez həyata keçməsidir ki, bu zaman riski
formalaşdıran amillərin aktivləşdirilməsilə onun obyektə təsiri
nəticələri arasında zaman kəsiyi o qədər qısa ki, aktiv
mexanizmlərin və vasitələrin əksəriyyəti hazır və potensial effektiv
olmasına baxmayaraq vaxtında işə düşə bilmir. Məhz bu
ssenarilərlə bir çox təbii və texnogen risklər, valyuta və fond
bazarlarının bazar riskləri, onlardan isə dolayı əlaqələrlə həmçinin
bank riskləri həyata keçir. Riskin şok kimi bu cür şərhi ilə
həmçinin, gizli risklər adlandırılan, həmin kateqoriyanın daha bir
modifikasiyası bağlıdır. Şokların bu növü formalaşdırılan risklərin
76
Русанов Ю.Ю. Теория и практика риск-менеджмента кредитных
организаций
России.
77
Проблемы управления рисками. Конференции. Совещания. Семинары //
Деньги
и кредит. – 2004. - №4. – S. 56-62.
Dostları ilə paylaş: |