Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə28/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

 
88
prosesin  özündə  yaxud  onun  nəticəsində  əks  oluna  bilər  və  buna 
müvafiq  olaraq  riskin  iki  cəhətini  ayırıb  qeyd  etmək  olar.  Birinci 
cəhət – idarə yaxud müşahidə olunan prosesin güman edilən inki-
ş
af ssenarisindən kənarlaşmaları ilə bağlı olan riskin amil tərəfidir. 
kinci  cəhət  –  o  cümlədən  idarə  olunmayan,  gözlənilməz  xarici 
təsirlərin nəticəsində  prosesin planlaşdırılan və real nəticələrinin, 
sistemin  vəziyyətinin  nəticə  və  gözlənilən  parametrlərinin  bir-
birinə uyğun gəlməməsinə səbəb olan riskin nəticə tərəfidir. 
Riskin  amil  və  nəticə  tərəflərinin  idarə  edilməsi  üsulları  və 
yolları  yanaşmalar,  maliyyələşdirmə  mənbələri,  təşkil  olunma 
nöqteyi-nəzərindən  xeyli  fərqlənsə  də  ayrı-ayrı  uyğunlaşmalar 
istisna edilmir. Onlar vacibliyi, əhəmiyyəti, keyfiyyəti baxımından 
müəyyən  iyerarxiya  şəklində  təşkil  olunublar.  Zərərlərin  qarşısını 
alan,  amil  tərəfinin  idarə  olunması  yolları  risklərin  idarə  edilməsi 
sistemində  əsas  rol  oynayırlar.  Onlarla  müqayisədə  riskin  nəticə 
tərəfinin  idarə  edilməsi  yolları  həmçinin  zəruridir,  lakin  yalnız 
birinci  göstərilmiş  yolları  tamamlayır  və  dəymiş  zərərlərin 
kompensasiyasına  yönəldilmişdir.  Onlar  risklərin  reallaşmasının 
yekun  mərhələsində,  riskin  amil  tərəfinin  idarə  edilməsi  yolları 
artıq  təsir  etmədiyi  bir  vaxtda  cəlb  olunurlar.  Risklərin  mənbəyi 
kimi iştirakçıların və bazarların özlərinin vəziyyəti və davranışı ilə 
ə
laqəli olan xarici və daxili təcavüzkar amillər çıxış edir.  
 


 
89
Risklərin idarə etmə üsullarına görə müqayisəli 
xarakteristikaları 
 
ADI 
MÜSBƏ
RISKLƏ
MƏNFI RISKLƏ
Risklərin 
xarakteristikaları 
Ə
vvəlcədən 
müəyyən edilə 
bilən 
Proqnozlaşdırılan 
darə olunan 
Tədricən inkişaf 
edən 
Parametrik 
Müşahidə olunan 
Bölüşdürülmüş 
Ə
vvəlcədən müəyyən 
edilə bilməyən 
Proqnozlaşdırılmayan 
darə olunmayan 
Sürətlə inkişaf edən 
Qeyri-parametrik 
Müşahidə olunmayan 
Bir yerdə cəmləşmiş, 
ş
ok 
darəetmə üsulları 
Riskin amil və 
nəticə tərəflərindən 
idarə edilməsi 
Tədbirlərin bütün 
spektri 
Riskin nəticə 
tərəfindən idarə 
edilməsi 
Zərərin azaldılmasına 
və itkilərin 
kompensasiyasına 
yönəlmiş tədbirlər 
 
Mənbə. Müəllif tərəfindən tərtib olunub. 
 
Müsbət risklər inkişaf prosesində proqnozlaşdırılmış ssenari-
dən  kənarlaşmanı  qiymətləndirməyə  imkan  verir  və  müvafiq  təd-
birlərin görülməsi üçün kifayət zaman verirlər. Bu cür risklərə və 
onlara  səbəb  olan  amillərə  məsələn,  maliyyə  bazarının  müvafiq 
seqmentlərinin  sabitliyinin  pozulmasına  səbəb  olan  problemli 
borcların  yığılmasını,  qısamüddətli  dövlət  və  korporativ  borcun 
artmasını və  ya valyuta kursunun həddindən artıq möhkəmlənmə-
sini aid etmək olar. Mənfi risklərin reallaşması göstərilmiş səbəb-


 
90
lərdən reaksiyanın  göstərilməsi üçün kifayət qədər zaman vermir. 
Bu səbəbdən yalnız yaşanmış itkiləri kompensasiya etmək imkanı 
qalır.  Həmin  risklərə  müharibələr,  təbii  fəlakətlər  və  maliyyə 
bazarlarında  onların  iştirakçılarının  birmənalı  mənfi  reaksiyasını 
doğuran  hadisələr,  məsələn,  böhranların  yayılmasının  zəncirvarı 
reaksiyasını  doğuran  maliyyə  bazarının  sektorlarının  birində 
böhranlı  hadisələrin  yaxud  qonşu  ölkədə  böhranın  olması  aid 
edilir.  Əlbəttə  ki,  qlobal  bazarlar  müxtəlif  növ  risklərin 
diversifikasiyası  və  sığortası  üçün  geniş  şərait  yaradır  və  riskin 
amil tərəfini idarə etməyə imkan verir. Lakin maliyyə bazarlarının 
heç  də  bütün  iştirakçıları  onlardan  istifadə  edə  bilmir.  Mənfi 
risklər  həyata  keçdikdə,  yəni  aktivlərin  qiymətləri  gözlənilməz 
olaraq xeyli dəyişdikdə, bazarların pula çevrilmə qabiliyyəti aşağı 
düşdükdə  və  böhranların  yayılmasının  zəncirvarı  reaksiyası 
izlənildikdə iştirakçıların kifayət qədər vəsaiti və zamanı olmur, bu 
səbəbdən  tam  uyğun  reaksiyanı  yalnız  qabaqlayıcı  tədbirlərin 
görülməsi  yaxud  zərərin  minimallaşdırılmasına  və  itkilərin  kom-
pensasiyasına istiqamətlənmiş riskin nəticə tərəfinin idarə edilməsi 
sahəsində mümkündür. Beləliklə, risk növlərinin və onların həyata 
keçmə mərhələlərinin spesifikasiyası  yalnız risklərin ümumi idarə 
etmə  üsullarından  deyil,  həm  də  həmin  risklərin  yaranma, 
reallaşma  və  başa  çatma  mərhələləri  üçün  nəzərdə  tutulmuş 
xüsusiləşdirilmiş  üsullardan  istifadə  etməyə  imkan  verir.  Hesab 
edirəm ki, maliyyə böhranı ilə bağlı risklərin qiymətləndirilməsinə 
və idarə edilməsinə bu cür yanaşma məqsədəuyğundur.  
Hadisələrin  planlaşdırılmış  gedişindən  kənarlaşmalar  həm 
mənfi,  həm  də  müsbət  nəticələnə  bilər,  yəni  idarəetmə  obyekti 
üçün ya problemlər, çətinliklər və digər pis nəticələr yarada yaxud 
ə
ksinə  təhlükəni  azalda,  vəziyyəti  yaxşılaşdıra  bilər.  Bu  müddəa 
ə
zəldən  riskin  ümumi  konsepsiyasında  riskin  özünü,  yaxud  onun 
ifadəsinin mənfi nəticələrilə olan konkret riski və potensial müsbət 
olan, müsbət nəticə verən şansı ayırır.  


 
91
Bu gün əsas maliyyə risklərinə aşağıdakıları aid edirlər
76
:         
• 
kredit bazarı parametrlərinin dinamikası şəraitində faiz 
marjasının dəyişmələrilə bağlı olan faiz risk-şansı;  
• 
valyuta  bazarında  valyuta  kurslarının  dəyişmələrinə 
ə
saslanan valyuta risk-şansı;  
• 
banklarla  passiv  və  aktiv  əməliyyatlarında  istifadə 
olunan  qiymətli  kağızların  gəlirliliyinin  dəyişmələrinə  və  yaxud 
bazar qiymət təyin etmələrinə əsaslanan iki risk-şansı.   
Y.Y.Rusanov  risk  və  şans  konsepsiyalarını,  onların  idarə 
edilməsi  üzrə  ayrı-ayrı  metodikaların  və  vasitələrin  for-
malaşdırılması  məqsədilə,  ayırmağı,  həmçinin  faiz,  valyuta  və 
fond  əməliyyatlarının  idarəsinin  təkmilləşdirilməsi  məqsədilə 
qarışıq  “risk-şans”  konsepsiyasını  işləyib  hazırlamağı  təklif 
etmişdir
77
.  Şok  risklərin  son,  daha  problemli,  daha  təhlükəli  və 
mənfi  təzahürü  kimi  şərh  edilə  bilər.  Bu  obyektin  təbii  və  ya 
texnogen  fəlakətlərdə  tam  fiziki  məhvi,  insanların  epidemiyalar, 
fəlakətlər  zamanı  həlakı,  sahibkarlıq  strukturlarının  tam  iflası, 
kreditlərin və investisiyaların yüz faizli itkisi və s. ola bilər.  
Effektiv  risk-menecment  üçün  mühüm  olan  şokun  daha  bir 
şə
rhi  riskin  maksimal  tez  həyata  keçməsidir  ki,  bu  zaman  riski 
formalaşdıran  amillərin  aktivləşdirilməsilə  onun  obyektə  təsiri 
nəticələri  arasında  zaman  kəsiyi  o  qədər  qısa  ki,  aktiv 
mexanizmlərin və vasitələrin əksəriyyəti hazır və potensial effektiv 
olmasına  baxmayaraq  vaxtında  işə  düşə  bilmir.  Məhz  bu 
ssenarilərlə  bir  çox  təbii  və  texnogen  risklər,  valyuta  və  fond 
bazarlarının bazar riskləri, onlardan isə dolayı əlaqələrlə həmçinin 
bank  riskləri  həyata  keçir.  Riskin  şok  kimi  bu  cür  şərhi  ilə 
həmçinin,  gizli  risklər  adlandırılan,  həmin  kateqoriyanın  daha  bir 
modifikasiyası bağlıdır. Şokların bu növü formalaşdırılan risklərin 
                                                 
76
  Русанов  Ю.Ю.  Теория  и  практика  риск-менеджмента  кредитных 
организаций
 России. 
77
 Проблемы управления рисками. Конференции. Совещания. Семинары // 
Деньги
 и кредит. – 2004. - №4. – S. 56-62. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə