Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə31/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

 
99
təşkil edirdi. Türkiyədə hətta bank sektorunun 25%-nin öhdəliklərini 
öz üzərinə götürəcək yeni tənzimləyici orqan (BDDK) yaradıldı.  
Rusiyada bankların struktur  yenilənməsinə sərf olan birbaşa 
maliyyə  məsrəfləri  1998-  ci  ildə    ÜDM-un  0,2%-ni  təşkil  etdiyi 
halda, 2009- ci ilin aprel ayına  bu göstərici 21,7% təşkil etmişdi. 
2007 – 2008 ci  il böhranından sonra  ABŞ  höküməti bankların st-
ruktur yenilənməsinə sərf etdiyi birbaşa maliyyə məsrəfləri ÜDM-
un 38,7 %-ni təşkil edir, yəni rəqəmlə ifadə etsək- 5500 mlr. $. Av-
rozonada    isə,  böhranın  qarşısının  alınması  ilə  əlaqədar  məsrəflər 
ÜDM-un 23,4%-i həcminə çatmışdı (3285mlr. $), o cümlədən AFR  
hökümətinın  antiböhran  proqramının  həcmi  500  mlr.  Avro,  Fran-
sada 360  mlr. Avro,  rlandiyada 400 mlr. Avro təşkil etmişdir. 
Son  məlumatlara  görə  hazırki  maliyyə  böhranı  nəticəsində 
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 
edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 
Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 
olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son 
hesablamalarına  görə  bankların  itkilərinin  məbləği  iki  dəfədən  də 
çox-1,6 trln. dollaradək arta bilər.   
Beləliklə,  Qlobal  maliyyə    böhranı  (2008)  və  postkrizis 
ssenarisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 
1.
  ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2.
  kredit həcminin azaldılması və kredit xəttinin açılmasına 
ciddi nəzarət; 
3.
  Fond indekslərinin aşağı doğru meyli; 
4.
  büdcə defiçitlərinin artımı; 
5.
  Real sektorda geriləmə; 
6.
  işsizliyin güclənməsi; 
7.
  istehlak xərclərinin azalması. 
Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  Amerikanın 
daşınmaz  əmlak  bazarında  möhtəkirlikdən  başlanmışdır.  Bundan 
başqa, törəmə maliyyə alətlərinin yaranma səbəblərindən biri risk-
lərdən  qorunmaq  olsa  da,  onların  spekulyativ  məqsədlə  istifadəsi 
sürətlə  artdı.  poteka  “köpüyü”  partlayaraq,  bütün  dünyada  bank 


 
100
sektorundakı  böhrana    təkan  vermişdir  ki,  bu  da  öz  növbəsində, 
dünyanın  bütün  dövlətlərinin  iqtisadiyyatında  real  sektorda  rese-
siyya  səbəb  olmuşdur.  Bütün  bunlar  maliyyə  bazarlarında  güvən 
amilinin itməsinə və panikanın yayılmasına gətirib çıxardı. Ameri-
kanın bank sistemində başlayan böhran sürətlə dünyanın inkişaf et-
miş və inkişaf etməkdə olan ölkələrinə yayıdı. 
Beləliklə, 2007-2008-ci illərdə başlanan və indiyədək davam 
edən qlobal maliyyə böhranını 4 mərhələyə bölmək olar: 
1.
 
Anglo-sakson  maliyyə  böhranı  (2007-ci  ilin  yaz  ayından 
2008-  ci  ilin  mart  ayınadək).  Qlobal  böhranının  ilk  mərkəzi  ABŞ 
ipoteka  bazarında  problemlərin  yaranması  ilə  meydana  çıxdı  və 
ABŞ-ın ən iri ipoteka Bankının “Bear Stearns” qurtarılmasına yö-
nəlik başlanan əməliyyat oldu. 
2.
 
Hüdudçəkmə və ya sərhədçəkmə (decoupling, mart-avqust 
2008-ci il). Böhran bütünlüklə iqtisadi cəhətdən inkişaf etmiş ölkə-
lərə yayıldı, ancaq bununla yanaşı ümid bağlamaqda idi ki, böhran 
inkişaf etməkdə olan ölkələrə təsir etməyəcək və nəticədə onların 
dinamik iqtisadi inkişafı burulğan içində olan ölkələrin xilas edil-
məsində əsas katalizator olacaqdır. 
3.
 
Kredit daralma əməliyyatı (de-leveraging, sentyabr-noyabr 
2008-ci  il).  Qlobal  böhranın  inkişaf  etməkdə  olan  ölkələrə  bulaş-
ması  və  inkişaf  etmiş  ölkələrdə  resesiyanın  başlanması  haqqında 
rəsmilərin etirafları. Dünyanın bir çox ölkələrində bank sisteminin 
kollaps təhlükəsinin başlanğıcı. 
4.
 
Emissionla  vurulmaq  və  ya  doldurmaq  (quantitative  ea-
sing, noyabr 2008-ci ilin sonundan indiyədək olan müddətə). Dün-
ya  ökələrinin  əksər  hökumətləri  istehsalat  kollapsına  yol  vermə-
mək üçün monetar və fiksal xarakterli çox çesidli tədbirlər paketi 
hazırladı və məqsəd ilk növbədə, pul təklifini artırmaqla tələbi stu-
mallaşdırmaqdır
78

Qlobal maliyyə böhranı (2008) və postkrizis ssenarisinin in-
kişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: ABŞ ipoteka kredit-ləş-
mə  sisteminin  çöküşü;  kredit  həcminin  azaldılması  və  kredit  xət-
                                                 
78
 E.T. Qaydar. Финансовый кризис: в России  и в Мире.   M., Prospekt,  
2009.  


 
101
tinin  açılmasına  ciddi  nəzarət;  fond  indekslərinin  aşağı  doğru 
meyli; büdcə defisitlərinin artımı; real sektorda geriləmə; işsizliyin 
güclənməsi; istehlak xərclərinin azalması. 
Beləliklə, bundan öncə iqtisadiyyatı xəstələnmiş ölkələrə re-
sept hazırlayan ABŞ və Avropa Birliyi kimi ölkələr “maliyyə dok-
torları” özləri xəstələnmişlər və ilk növbədə onların təcili müalicə-
yə ehtiyacı vardır. 
Qlobal  maliyyə    böhranın  Azərbaycan  iqtisadiyyatına  təsir 
etmiş və əsas təsir  kanalları aşağıdakı kimi olmuşdur: 
1.  Neft  və  digər  yanacaq  ixrac  məhsullarının  qiymətinin 
dünya bazarında azalması.  xracın 90%-dən, büdcə gəlirlərinin isə 
60%-dən  çoxu neft sektoru hesabına formalaşır. (AR MB hesabla-
malarına görə, neftin qiymətinin hər 1% azalması qeyri-neft ÜDM-
ni  0.13%  azaldır,  büdcə  xərclərinin  hər  1%  azalması  isə  ÜDM-i 
0.3% azaldır). 
2.Beynəlxalq maliyyə  bazarında likvidlik çatışmamazlığı və 
ya banklararası kredit böhranı nəticəsində xarici maliyyə mənbələ-
rinə çıxış imkanlarının məhdud vəziyyətə düşməsi. 
3.
 
Pul  baratlarının  azalması  (təkcə  Rusiyadan  ötən  il  930 
mln. dollar gəlib).Baratların azalması istehlak fəallığına mənfi təsir 
edir  (baratların  hər  1%  azalması  qeyri-neft  ÜDM-in  0.06%  azal-
ması effektini verir). 
4. ABŞ və AB ölkələrində resessiya. Qlobal tələbin azalması 
nəticəsində (əsasən, ABŞ və AB ölkələrində resessiya)qeyri-xam-
mal  Ixracı  azalmaqdadır  (ixracın  azalması  qeyri-neft  sənayesində 
artıma mənfi təsir göstərir)
79
.    
Qlobal maliyyə böhranının təsiri Azərbaycan maliyyə siste-
minə daha çox psixoloji xarakterli olmuş və maliyyə institutlarını 
inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə sövq etmişdir. 
Ə
lverişsiz xarici mühitə baxmayaraq Azərbaycan bank sistemi 
reallaşan risklərə davamlılıq nümayiş etmişdir.
 
                                                 
79
  З.В.Зейналов.    Антикризисная  политика  в  банковской  сфере:  Турция
Российская
 Федерация  и Азербайджана (сравнительный анализ) // Эконо-
мика
 и управление. - 2010. - №  9. c.3 – 25. 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə