Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   2   3   4   5   6   7   8   9   ...   69

 
5
stər  milli,  istərsə  də  qlobal  miqyasda  maliyyə  sistemində 
nəzarəti  təkmilləşdirmək  ən  vacib  şərtlərdən  biri  olaraq  qəbul 
edilməlidir.  Böhrandan  çıxış  yolunun  ən  optimal  yolu  mütləq 
qaydada iqtisadi və insitutsional islahatları əhatə etməlidir. 
Ə
n  rasional  variant,  gözlənilə  biləcək  böhranların  öncədən 
təsbit  edilməsi  və  buna  qarşı  preventiv  tədbirlərin  alınması  ən 
doğru siyasət olaraq görülməkdədir.  
Beləliklə, xüsusi qeyd etmək lazımdır ki,  Azərbaycanda sə-
mərəli  antiböhran  idarəçiliyini  həyata  keçirməyə  imkan  verən  ən 
önəmli  amil  iqtisadi  vahidlər  tərəfindən  ölkə  prezidentinə  olan 
inam və güvən sistemidir. 
 
 


 
6
 
 
 
 
 
 
 
 
 
 
I FƏS L 
MAL YYƏ BÖHRANININ 
DEF N S YASI  
 


 
7
1.1. MAL YYƏ BÖHRANLARININ YAYĞINLAŞMASININ 
TAR X   NK ŞAFI 
 
Ə
hatə  sahəsinə  görə  böhranlar  yerli  (milli),  regional  və 
qlobal səviyyədə olur. Belə ki, XIX əsrin ortalarına kimi böhranlar 
bir, iki yaxud üç ölkənin hüdudları ilə məhdudlaşırdı, sonralar isə 
beynəlxalq xarakterə malik oldular, ilk beynəlxalq böhran 1825-ci 
ildə baş vermişdir.  
Ə
vvəl  bütün  iqtisadi  sarsıntılar  yalnız  iqtisadiyyatdan  kənar 
səbəblərin  təsiri  ilə,  ilk  növbədə  müharibələr,  epidemiyalar,  təbii 
fəlakətlər və s. ilə, sonralar isə kənd təsərrüfatı məhsullarının tam 
istehsal edilməməsi ilə bağlı olmuşlar. XIX əsrin ortalarından eti-
barən  böhranların  əsas  səbəbi  sənaye  istehsalı  ilə  ödəmə  qabiliy-
yəti tələbi arasında tarazlığın pozulması olmuşdur.   
Beləliklə,  yeni  növ  böhranlar  XIX  əsrdə  başlanmış  və  orta 
hesabla hər 8-10 ildən bir təkrarlanırdılar: 1825, 1837, 1847, 1857, 
1868-1869,  1873,  1882-1883,  1890-1892,  1900-1902,  1907  və  s. 
illərdə.  Ayrı-ayrı  iqtisadi  dövrlər  müddəti  və  intensivliyinə  görə 
bir-birindən  əhəmiyyətli  dərəcədə  fərqləndiyinə  baxmayaraq 
onların  hamısı  eyni  resesiya  azalma,  depressiya,  canlanma  və 
yüksəliş fazalarına malik idilər.   
lk dövri böhran 1825-ci ildə  ngiltərədə baş vermiş, növbəti 
böhran  1836-cı  ildə  ABŞ-da  baş  vermişdir.  1847-ci  ildə  böhran 
bütün Avropa, Şimali və Cənubi Amerika ölkələrini, 1873 -1878-
ci  illərin  böhranı  isə  Avropa  ölkələrinin  çoxunu  və  ABŞ  əhatə 
etmiş  və  özünün  uzun  müddətli  olması  ilə  əvvəlkiləri  arxada 
qoymuşdur.  
1825-ci ilin dünya iqtisadi böhranına səbəb- kapitalın Böyük 
Britaniyadan  Latın  Amerika  ölkələrinə  kütləvi  axını  və  London 
birjasında  möhtəkar  əməliyyatlarının  həcmlərinin  artması  ilə  ol-
muşdur. Bu isə ölkənin qızıl ehtiyatlarının kəskin azalmasına və ti-
carət balansının pozulmasına, bu da öz növbəsində kütləvi müflis-
liyə və sonrakı iqtisadi resesiyaya gətirib çıxartmışdır.  nvestisiya 


 
8
və ixracatın azalması Latın Amerika ölkələrində büdcə gəlirlərinin 
azalmasına yol açmışdır.  
1857-ci ilin böhranı eyni zamanda ABŞ, Almaniyanın,  ngil-
tərənin və Fransanın iqtisadiyyatına toxunmuşdur. Həmin böhrana 
dəmir yolu şirkətlərinin kütləvi müflisliyi və səhmlər bazarının da-
ğ
ılması səbəb olmuş, bu da dünya bank sisteminin iflasa uğraması-
na və istehsalın kəskin aşağı düşməsinə gətirib çıxartmışdır. 
Latın  Amerika  ölkələrində  kreditlərə  artmış  tələblər,  Alma-
niya  və  Avstriyanın    daşınmaz  əmlak  bazarında  möhtəkar  qiymət 
artımı  ilə  nəticələnən  hadisələr  dünya  maliyyə  böhranına  yol 
açmışdır. 
1893-cü  ildə  ABŞ-da  başlayan  böhranı    gümüş  bazarında 
azad qiymət qoyulmaya yol verən Şermanın Gümüş Paktı qəbul et-
məsi ilə əlaqələndirirlər.  nvestorlar bu paktın qəbul edilməsindən 
sonra ABŞ-ın “qızıl standartdan” uzaqlaşdığını gözləyərək kapitalı 
ölkədən  çıxartmağa  başladılar.  Pul  təklifinin  azalması  və  fond 
bazarının  kollapsı  hesablama-ödəniş  sistemində,  bankların  fəaliy-
yətində pozulmalara gətirib çıxarmışdır. 
1907-ci  ildə  ABŞ  daha  əvvəlki  böhranların  əlamətlərinə 
malik olmuş, lakin miqyas və nəticələri ilə əvvəlkilərdən olduqca 
güclü  idi. Buna səbəb  1906-cı ildə öz qızıl ehtiyatlarını artırmaq 
üçün uçot dərəcəsini  3,5% - dən 6 %-ə  qaldıran  ngiltərənin bankı 
təhrik  etmişdir.  Bu  hadisə  ABŞ-dan  kapitalların  axınına  səbəb 
olmuş,  nəticədə  isə  iş  fəaliyyətinin  aşağı  salınması  və  ölkədə 
bankların  iflasına  yol  açmışdır.  Pul  kütləsinin  həcminin  kəskin 
azalması milli ödəniş-hesablaşma sisteminin pozulmasına və uzun 
davam  edən  iqtisadi  resessiyaya  gətirib  çıxarmışdır.  ABŞ  və 
ngiltərədən böhran Fransa,  taliya və başqa ölkələrə yayılmışdır. 
1914-cü  ildə  Birinci  Dünya  Müharibəsinin  başlanması  ilə 
beynəlxalq maliyyə böhranı baş vermişdir.  
Dünyada 1900-1903, 1907, 1920-ci illərdə iqtisadi böhranlar 
yaşanmış,  lakin  onların  heç  biri  1929-1933  illərdə  baş  vermiş  və  
bütün  kapitalizm  dünyasını,  iqtisadiyyatın  bütün  sahələrini  əhatə 
etmiş  dünya  böhranı  ilə  müqayisə  edilə  bilməzlər.  Bu  böhran 


 
9
zamanı  kapitalist  ölkələrinin  sənaye  istehsalının  məcmu  həcmi 
46%, polad əridilməsi - 62%, kömür hasilatı -31 %, gəmiqayırma 
istehsalı - 83%, xarici ticarət dövriyyəsi - 67% azalmış, işsizlərin 
sayı  26  mln  nəfərə  çatmış  yaxud  istehsalatda  işləyənlərin  25% 
təşkil etmişdir, əhalinin real gəlirləri orta hesabla 58% azalmışdır. 
Böhran,  çox  saylı  müflislik  halları  ilə  müşayiət  olundu  –  və 
sadəcə,  ABŞ-da 109 min şirkət iflasa uğramışdı
1
.  
1929 - 1933-cü illərdə - baş verən böhran müasir tarixdə ən 
iri dünya maliyyə böhranı dövrüdür. O, Nyu-Yorkda fond birjasın-
da iflasdan  başlamış və bank sistemini, sənayeni və kənd təsərrü-
fatını  əhatə  etmişdir.  Öz  xüsusiyyətinə  görə    bu  təkrar  istehsalın  
böhranı idi, bu zaman əhalinin aşağı alıcılıq qabiliyyəti nəticəsində 
tsiklik  istehsal  olunan  mallara  tələb  azalmışdır.  Nəticədə  ictimai 
təkrar  istehsal  prosesi  pozulmuş,  çox  saylı  ticarət  və  sənaye 
müəssisələri,  nəqliyyat  şirkətləri,  banklar  iflas  etmişdir.  1932-ci 
ildə  ABŞ-da  sənaye  istehsalı,  ümumən  46%,  məhsulun  ayrı-ayrı 
növləri  üzrə  isə  olduqca  daha  çox  azalmışdır,  məsələn,  çuğun  - 
79%,  polad  -76%  avtomobil  -80%.  Fəaliyyətdə  olan  279  domna 
Peçindən  yalnız  44  qalmışdır.  Böhran  iflasın  kütləvi  dalğasına 
səbəb  olmuşdur.  1929-1933  illərdə  135  min  şirkət  və  5760  bank 
iflasa  uğramışdır.  Yalnız  1932-ci  ildə  korporasiyaların  itkisi  3,2 
mlrd dollar təşkil etmişdir. Xarici ticarət dövriyyəsi 3,1 dəfə azal-
mış və ölkə 1911-ci il səviyyəsinə düşmüşdür. 
Post-böhran depressiyası uzun müddətli olmuşdur. Müəyyən 
canlanmadan  sonra  1937-ci  ildə  əvvəlcədən  yüksəlmə  fazasının 
olmaması  ilə  xarakterizə  edilən  yeni  böhran  baş  vermişdir.  Yeni 
böhran əvvəlkindən zəif olsa da, olduqca kəskin keçirdi. Kapitalist 
dünyada  sənaye istehsalının ümumi həcmi 11%, ABŞ-da isə 21% 
ixtisara  salınmış,  avtomobillərin  buraxılması  40%  azalmışdır.  Bu 
böhranın  inkişafı  və  ağırlaşması  1939  -  1945-ci  illərdə  kinci 
Dünya Müharibəsi ilə dayandırılmışdır. 
                                                 
1
 З.Мамедов. Анатомия финансовой кризисов. СПбГУ, 2005 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə