Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə27/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

 
85
idarə edilməsinə aid yanaşmaların dəyişməsi və müvafiq üsulların 
müasirləşdirilməsi baş verir. Bu məsələdə yeni yanaşmalar Dünya 
Bankının  mütəxəssisləri  tərəfindən  hazırlanmış  kitabda
71
  və 
bankların  şəxsi  kapitalının  norması  haqqında  Bazel  sazişində 
(Bazel-2)
72
  şərh  olunub.  Bu  sahədə  mövcud  müasir  nailiyyətlər 
nəzərə  alınmaqla  maliyyə  və  bank  risklərinin  təhlilinə  və 
proqnozlaşdırılmasına  birləşdirilmiş  yanaşma  V.T.Sevrukun 
işində
73
 təqdim olunmuşdur.  
Hal-hazırda  iqtisadiyyatın  müxtəlif  sahələrində,  o  cümlədən 
valyuta,  kredit,  maliyyə  münasibətlərində  risklər  nəzəriyyəsinin 
inkişafı  mərkəzi  yerlərdən  birini  tutur.  Sistem  yanaşma 
baxımından  risklər  məqsədli  funksiyaların  həyata  keçirilməsinin 
ehtimal  olunan  qeyri-müəyyənliyi  kimi  ifadə  olunan,  o  cümlədən 
maliyyə  bazarında  işlədikdə,  məqsədəuyğun  fəaliyyətin  istənilən 
növlərinə  xas  olan  xüsusiyyət  kimi  müzakirə  olunur.  Maliyyə 
bazarında  baş  verən  böhranlarla  bağlı  risklərin  maliyyə  bazarının 
atributiv xarakteristikası kimi baxılması onları ifadə formaları üzrə 
təsnifləşdirməyə  və  nisbətən  sabit  və  təkrarlanan  kimi  tədqiq 
etməyə imkan verir.    
 
 
                                                 
71
  Грюнинг  Х.  ван,  Брайович  Братанович  С.  Анализ  банковских  рисков. 
Система
  оценки  корпоративного  управления  и  управления  финансовым 
риском

72
  International  Convergence  of  Capital  Measurement  and  Capital  Standards. 
Bank for International Settlments. – 
www.bis.org
., 2004. – s. 239.  
73
  Севрук  В.Т.  Проблемы  анализа  и  прогнозирования  финансовых  и 
банковских
 
рисков
 
// 
Проблемы
 
управления
 
банковскими
 
и
 
корпоративными
 рисками. – S. 109-124. 


 
86
Maliyyə bazarında böhranların yaranmasına səbəb olan 
risklərin xarakteristikasına sistem yanaşma 
 
S/N 
RISKLƏRIN 
Ə
LAMƏTLƏRI 
MALIYYƏ BAZARINDA 
BÖHRANLARIN 
YARANMASINA SƏBƏ
OLAN RISKLƏR 

Təhlükə mənbələri 
(risk amilləri) 
Təkrarlanmanın ziddiyyətləri, ba-
zar, iqtisadi, sosial, texnogen, təbii, 
geoloji, hidrometeoroloji, antropo-
gen, bioloji, kosmik və s. 

Təsir müddəti 
Qısa, orta, uzun müddətli 

Reallaşma sürəti 
Ləng, standart, artan, sürətli, ani 

ntensivlik 
Yüksək və aşağı intensivlik, tezlik, 
sıxlıq, müvəqqəti bölüşdürmə 

fadə tezliyi 
Dövri, xüsusi, vaxtaşırı, xroniki 

Zərərin səviyyəsi 
Qəbuledilməz, yüksək, orta, cüzi 

Formalaşdırma və 
ifadə sahələri 
Təkrarlanma, iqtisadi, maliyyə, 
bank, bazar, korporativ, məlumat, 
sosial, təbii, texnogen və s. 

Formalaşdırma şəraiti 
Tək və çox amilli, birbaşa və 
vasitəli və s. 

Bir yerdə cəmləşmə 
səviyyəsi 
Ş
ok, fəlakət, tam risk və s. 
10 
darə və müşahidə 
olunma 
darə və müşahidə olunma 
dərəcəsi: gizli – müşahidə olunan, 
idarə olunan – idarə olunmayan 
11  Riskin təsir dövrü 
Perspektivli, formalaşdırılan, cari, 
başa çatdırılan, baş verən 
12 
Amil-risk əlaqəsinin 
və nəticələrin xarakteri 
Parametrik, qeyri-parametrik 
13 
fadənin genişliyi 
Tək-tək, qrup şəklində, xətti, 
kaskad, geniş, korporativ, sahə, 


 
87
mərkəzi, regional, dünya və s. 
14 
tkilərin ödənilməsi və 
ya yerinin 
doldurulması imkanı 
tkilərin ödənilməsi üzrə təmin 
olunmuş, təmin olunmamış daxili 
və xarici mənbələr 
15  Baş vermə ehtimalı 
Müxtəlif ehtimal səviyyələri 
16 
Proqnozlaşdırılma 
mümkünlüyü 
Nisbi, qısamüddətli, orta və uzun 
müddətli 
 
Göstərilmiş təsnifata müvafiq olaraq risklərin təhlili və qiy-
mətləndirilməsi  metodikasını  qurmaq  məqsədəuyğundur.  Amilin, 
riskin  və  nəticələrin  qarşılıqlı  əlaqəsini  xarakterizə  edən  təsnifat 
ə
laməti  riskləri həmin aşkar, sıx və sabit əlaqələrə malik paramet-
rik risklər və qeyri-sabit, təsadüfi və vasitəli əlaqələrə malik qeyri-
parametrik  risklər  qruplarına  bölür.  Qeyri-parametrik  risklərə  bir 
çox səbəblərdən asılı olan və milli bazardan kapitalın sürətlə kəna-
ra axmasına səbəb ola biləcək investorların meylinin və ümidləri-
nin tez dəyişməsini adi etmək olar. Psixoloji amil maliyyə bazarın-
da mühüm rol oynayır və çox vaxt böhranın təşəbbüskarı qismində 
çıxış edir. Bu səbəbdən bir çox sistemlərdə məlumat strategiyaları, 
o cümlədən risklərin idarə edilməsi mühüm rol oynayır.  
Riskin  birmənalı,  dəqiq  tərifi
74
  olmadığından  Y.Y.Rusanov 
tərəfindən verilmiş daha münasib tərifi istifadə edirik: risk – xarici 
və  daxili  mühitin  təcavüzkar  amillərinin  təzahürlərinin  qeyri-
müəyyənliyi  nəticəsində  idarə  olunan  (müşahidə  olunan)  prosesin 
real gedişinin güman edilən ssenaridən, nəticədə isə gözlənilən nə-
ticədən kənarlaşması mümkünlüyüdür
75
. Bu risk amillərinin təsiri-
ni onların həyata keçməsilə əlaqələndirən riskin ümumi tərifidir.    
Riskin  yuxarıda  verilmiş  tərifindən  irəli  gələn  mühüm 
müddəa  risklərin  cəmləşdiyi  sahələrin  bölünməsidir.  Risklər  ya 
                                                 
74
  Проблемы  управления  банковскими  и  корпоративными  рисками. 
Научный
 альманах фундаментальных и прикладных исследований.  
75
  Русанов  Ю.Ю.  Теория  и  практика  риск-менеджмента  кредитных 
организаций
 России. – S. 9. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə