Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə25/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

 
79
bir bütöv təşkil edirlər. Milli bazara nisbətən xarici mühit ölkənin 
iqtisadiyyatı və onun vəziyyətinə təsir edən dünya maliyyə bazar-
larıdır. Maliyyə bazarının fəaliyyət obyekti kimi pul vəsaitlərinin, 
maliyyə  aktivlərinin  axınları  və  onları  müşayiət  edən  məlumat 
çıxış edir.  ştirakçılar qismində korporasiyalar və banklar, ev təsər-
rüfatları, dövlət və beynəlxalq təşkilatlar çıxış edir.  
 
Maliyyə bazarının sistemi  
 
OBYEKTL
Ə

SUBYEKTLƏ

(IŞTIRAKÇIL
AR) 
Ə
SAS 
ALTSISTEM
LƏR 
(MALIYYƏ 
BAZARININ 
SEQMENTL
Ə
RI)  
YARDIMÇI 
ALTSISTEMLƏ
R. BAZARIN 
INFRASTRUKT
URU 
Pul axınları 
Aktivlər 
Məlumat 
Banklar 
Korporasiyalar 
Ev 
təsərrüfatları  
Dövlət 
Beynəlxalq 
təşkilatlar 
Valyuta bazarı 
Kredit bazarı 
Fond bazarı 
Sığorta bazarı 
Qızıl bazarı 
Ticarət sistemi:  
birja, 
birjadan 
kənar 
Ödəmə sistemi  
Depozitari 
Məlumat sistemi 
Qanunvericilik: 
normativlər, 
müqavilələr 
Tənzimləmə, 
nəzarət  
 
Mənbə. Müəllif tərəfindən tərtib olunub. 
 
D.Barton,  R.Nyuel  və  G.Vilson  maliyyə  böhranı  kimi  çox 
amilli  hadisənin  səbəblərinin  və  inkişaf  dinamikasının  tədqiqinə 
daha  məntiqi  surətdə  yanaşaraq  ətraflı  təhlil  üçün  mühüm 


 
80
elementləri  ayırdılar
60
.  Müəlliflər  iqtisadiyyatı  bir-birinə  qarşılıqlı 
təsir  göstərən  beş  inkişaf  edən  “sistemə”  böldülər.  Hər  “sistem” 
bir-biri  ilə  qarşılıqlı  əlaqəyə  girərək  və  iqtisadi  artımın  kövrək 
balansını dəstəkləyərək sabit vəziyyətdə olmalı olan iqtisadiyyatın 
müəyyən  sektorlarına  uyğundur.  Əks  halda  böhran  yaranır. 
Beləliklə, beş “sistemə” aşağıdakılar daxildir:  
1) real iqtisadiyyat (korporativ sektor);  
2) maliyyə və qeyri-maliyyə vasitəçiləri;  
3) dövlət makroiqtisadi siyasət;  
4) beynəlxalq maliyyə axınları və kapital bazarları;  
5)  aktivlərin  qiymətləndirilməsi  sektoru.  Qeyd  olunmuş  beş 
“sistemin” sabitliyinin pozulması böhran potensialının yığılmasına 
səbəb olur. Onların vəziyyətinin təhlili böhrana aparan yolları daha 
dəqiq müəyyənləşdirməyə imkan verir. 
V.D.Moqilevskinin
61
 əsərində sistemlərin inkişaf və tənəzzül 
dinamikasını  təhlil  edərək  sistemlərin  məhvinin  aşağıdakı 
səbəblərini göstərmək olar:  
•  onun sabitliyinin pozulması; 
•  sistemin  elementləri  arasında  əlaqə  yolları  vasitəsilə  pul 
vəsaitinin və maliyyə vasitələrinin dövriyyəsinin pozulması; 
•  maliyyə  vasitələrinin  xüsusiyyətlərinin  dəyişməsi  və 
maliyyə bazarında əlaqələrin pozulması.  
Sistemin fəaliyyətinin sabitliyi (möhkəmliyi) ümumiləşdirici 
anlayış  kimi  bir  sıra  amillərdən  asılıdır.  Sabitliyin  pozulması 
sistemin  parametrlərinin  dəyişməsi,  faiz  dərəcələrinin  dəyişməsi, 
məhdudiyyətlərin  tətbiqi  və  ya  bazar  iştirakçılarının  müxtəlif 
qruplarında  problemlərin  yaranması,  gözlənilməz  xarici  təsirlərin, 
məsələn,  pul  axınlarının  istiqamətinin  kəskin  dəyişməsinin,  möv-
cudluğu səbəbindən yaxud sistemin qeyri-sabitliyinə gətirib çıxar-
                                                 
60
 Barton D., Newell R., Wilson G. Dangerous Markets: Managing in Financial 
Crisis. – Hoboken, New Jersey: John Wiley&Sons, 2002. – s. 300. 
61
 Могилевский В.Д. Методология систем. Системные проблемы России. – 
М
.: ОАО «Издательство «Экономика», 1999. – S. 37. 


 
81
dan funksional əlaqələrin və bazar seqmentlərinin sabitliyinin po-
zulması  zamanı  baş  verə  bilər.  Maliyyə  bazarının  sabitliyinin  po-
zulmasına investisiya mühitinin pisləşməsi və kapitalın çıxarılma-
sına və “qaçmasına” gətirib çıxardan vergi qanunvericiliyinin sərt-
ləşdirilməsi səbəb ola bilər. Digər ölkədə və ya regionda böhranın 
olması valyutaların, qiymətli kağızların kursunun düşməsinə, bazar 
iştirakçılarının  müflisləşməsinə  gətirib  çıxarda  bilər.  Dövriyyənin 
pozulması  klirinq  hesablaşmaları  sistemində  fəaliyyətin,  qiymətli 
kağızlar  depozitarilərinin  işinin  dayandırılması  halları,  bazarların 
məhdudluğu və inkişaf etməməsi ilə bağlı ola bilər. Maliyyə bazarı 
obyektlərinin  xüsusiyyətlərinin  pozulması  borc  alanın  istiqraz 
vərəqələrini ödəmək istəməməsi ilə şərtləndirilmiş valyutaya, borc 
vasitələrinə  etibarın  olmaması  ilə  və  ya  milli  valyutanın  yüksək 
templərlə qiymətdən düşməsi; restriksiya pul siyasəti ilə bağlı olan 
ehtiyatların  tükənməsi  və  iqtisadiyyatın  qanuni  pul  vəsaitinə 
konvertasiyasının (monetizasiyasının) yüksək olmaması, aktivlərin 
satılması və pul sistemindən vəsaitlərin kənara axını ilə, dövriyyə 
kanallarının artıq dolması isə vəsaitlərin daxilə axını və “holland” 
xəstəliyi ilə əlaqəlidir. 
Sabitliyin  itirilməsinə  və  dövriyyənin  pozulmasına  sistemin 
elementləri  arasında  mövcud  olan  daxili  və  bazarla  ətraf  mühit 
arasında olan xarici ziddiyyətlər, həmçinin xarici fövqəladə təsirlər 
səbəb  olur.  Daxili  ziddiyyətlərə  makroiqtisadiyyat  və  pul-kredit, 
valyuta,  maliyyə  sahələrində  yürüdülən  siyasətdə  yol  verilən 
səhvlər, rəqabətli mübarizə, xarici ziddiyyətlərə isə geoiqtisadi və 
valyuta  müharibələri  şəklində  ifadə  olunan  ehtiyatlar  və  satış 
bazarları  uğrunda  dünya  bazarında  aparılan  rəqabət
62
,  beynəlxalq 
investorların və milli kapital bazarlarının maraq fərqləri
63
 aiddir. 
                                                 
62
 Кочетов Э.Г. Геоэкономика. Освоение мирового экономического партнерства. 
63
  Корищенко  К.Н.  Роль  регулирования  движения  международного  кАпи-
тала
 в предотвращении финансовых кризисов // Деньги и кредит. – 2001. - 

  1.  –  S.  47-50;  Сорос  Дж.  Кризис  мирового  капитализма.  Открытое  об-
щество
 в опасности.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə