Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə24/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

 
76
lərin  və  proseslərin  sistem  kimi  keyfiyyət  baxımından  tədqiqi  və 
modelləşdirilməsi  üzrə  ümumi  elmi  metodologiyadır.  Sistem  ya-
naşmanın metodoloji rolu, onun keyfiyyət xarakteri onu təsdiqləyir 
ki, bu yanaşma riyaziyyatın, adi riyaziyyatın tətbiq edilə bilmədiyi 
sahələrdə, xüsusilə humanitar elmdə istifadə olunan analoqudur
57

Sistem  yanaşmanın  bu  cür  izahı  onunla  bağlıdır  ki,  müxtəlif  elm 
sahələrinin  alimləri  həmin  yanaşmanın  xüsusilə  elmi  axtarışın 
müşahidə  və  ya  eksperiment  kimi  adi  vasitələrinin  effektiv 
olmadığı sahədə inteqrasiya xarakterli funksiyaya malik olmasında 
ə
min  olmaq  imkanını  əldə  edirdilər.  Bu  bilavasitə  olaraq  bir-biri 
ilə  bağlı  olmayan  obyektlərin  və  proseslərin  qarşılıqlı  asılılığını 
axtarıb  tapmağa,  ehtimal  xarakterinə  malik,  amillər  və  nəticə 
arasında əlaqəni müəyyənləşdirməyə imkan verir
58
.  
•  iqtisadiyyatda,  maliyyə,  pul  və  bank  sistemində,  ölkənin 
xarici  iqtisadi  fəaliyyətində  baş  verən  mənfi  proseslərin  qarşılıqlı 
ə
laqəsini və böhranın inkişafına təsirini təhlil etməyə; 
•  maliyyə  bazarını  və  onun  üçün  səciyyəvi  olan  böhranları 
müvafiq  prosesin  obyektiv  əsası  –  ictimai  təkrarlanma  ilə  birbaşa 
və  əks  əlaqəyə  malik  olan  mürəkkəb  sosial-iqtisadi  proses  kimi 
müzakirə etməyə; 
•  böhranların  ifadə  xüsusiyyətlərini  və  onların  inkişaf 
qanunauyğunluqlarını öyrənməyə.  
Böhranlı  prosesin  onun  mahiyyətinə,  ifadə  formalarına, 
amillərinə,  inkişaf  mexanizminə,  sosial-iqtisadi  nəticələrinə 
ayrılması  onun  genezisini  və  səbəb-nəticə  əlaqələrini  dərindən, 
                                                 
57
  Гвишиани  Д.М.  Теоретико-методологические  основания  системных 
исследований
  и  разработка  проблем  глобального  развития  //  Системные 
исследования
: Методологические проблемы: Ежегодник: 1982. – М., 1982. 
– S. 12; Костюк В.Н. Изменяющиеся системы. – М.: Наука, 1993. – S. 22.  
58
  Спицнандель  В.Н.  Основы  системного  анализа:  учеб.  пособие.  –  СПб.: 
Изд
.  Дом  «Бизнес-пресса»,  2000.  –  s.  326;  Красавина  Л.Н.  Инфляция  и 
антиинфляционная
  политика  как  многофакторный  процесс//Инфляция  и 
антиинфляционная
 политика в России. – М.: Финансы и статистика, 2000. 
– S. 32-52. 


 
77
hərtərəfli  müəyyənləşdirməyə,  sabit  iqtisadi  inkişafa  kömək  edən 
böhranların  qarşısının  alınması  sistemini  işləyib  hazırlamağa 
imkan verir.  
Bu elmi işdə valyuta və maliyyə böhranlarının xüsusiyyətləri 
və həmin böhranların qarşısının alınması tədbirləri təhlil edildiyin-
dən müəllif sistemlərin ümumi nəzəriyyəsinin əsas nailiyyətlərinin 
nəzərə  alınmasını  və  oxşar  böhranların  tədqiqi  və  qarşısının 
alınması  vəzifələrinə  sistem  yanaşmanın  tətbiqini  məqsədəuyğun 
hesab  edir.  Bunun  üçün  sistem  yanaşmada  istifadə  edilən  əsas 
anlayışlar və kateqoriyalar müzakirə olunmalıdır.  
Maliyyə böhranları faciələrinin inkişaf etdiyi maliyyə bazarı 
anlayışına sistemliyin ümumi xüsusiyyətləri – bütövlük, iyerarxiya 
tabeliyi və inteqrativlik aid edilə bilər.  
Maliyyə  bazarının  bütövlüyü  onunla  ifadə  olunur  ki,  onun 
strukturunun, əlaqələrinin və istənilən iştirakçısının davranışının də-
yişməsi bütün digər subyektlərə təsir göstərir və bütövlükdə bazarın 
vəziyyətini dəyişdirir. Həmçinin əks fikir doğrudur ki, maliyyə ba-
zarında baş verən istənilən dəyişiklik onun strukturunun, əlaqələri-
nin və subyektlərinin davranışının dəyişməsinə səbəb olur.  
Maliyyə  bazarının  iyerarxiya  tabeliyi  onu  ifadə  edir  ki, 
həmin  bazar  alt  sistem  şəklində  daha  yuxarıda  duran  sistemin  – 
dünya  iqtisadiyyatı  və  maliyyə  bazarlarının  tərkibinə  daxildir, 
onun hər seqmenti isə həmçinin bir sistemdir. 
Maliyyə  bazarının  inteqrativliyi  -  onun  komponentlərində 
olmayan xüsusiyyətlərə malik olma. Maliyyə bazarında onun əsas 
elementləri  valyuta,  kredit,  sığorta,  fond  seqmentlərinin  qarşılıqlı 
ə
laqəsinin kumulyativ effekti ifadə olunur. Lakin bazar onu təşkil 
edən  seqmentlərdə  olmayan  xüsusiyyətlərə  malikdir.  Yalnız 
bazarın  bir  çox  iştirakçıları  və  onun  seqmentlərinin  məcmusu 
(dolğunluğu)  tələbi  maksimal  dərəcədə  təmin  etməyə  və  maliyyə 
xidmətlərinin təklifini reallaşdırmağa qadirdir.     
Maliyyə  bazarı  çərçivəsində  idarəetməni  və  nəzarəti  həyata 
keçirən  və  pul  kapitallarının  təkrar  paylanmasını  təmin  edən  iki 


 
78
sahəni  ayırmaq  olar
59
.  Birinci  sahə  qanunvericilik  və  nəzarət 
funksiyalarını  həyata  keçirən  dövlət,  ikinci  korporasiyaları  və 
bankları, qeyri-kommersiya təşkilatlarını, maliyyə əməliyyatlarının 
iştirakçıları qismində ev təsərrüfatlarını əhatə edir. Hər seqmentin 
daxilində və onlar arasında pul axınları və məlumat dövr edir. Eyni 
zamanda  idarəetmə  və  nəzarət  sahəsi  normativlər,  sərəncamlar 
şə
klində  “ideal”  maliyyə  məlumatını,  real  sahə  isə  məsələn, 
valyuta  kursları  və  maliyyə  vasitələri  haqqında  “real”  məlumatı 
təqdim  edir.  Müxtəlif  xəbərlər,  bazarların  icmalları,  analitiklərin 
fikirləri,  hətta  şayiələr  aktivlərin  cari  qiymətlərini  və  bazar 
iştirakçılarının ümidlərini formalaşdırır.  
Maliyyə bazarının subyekti qismində dövlətin rolu ikidir. Bir 
tərəfdən  dövlət  qanunvericilik,  vergi,  pul-kredit  və  digər 
tədbirlərin  köməyilə  idarəetməni  və  nəzarəti  təmin  edir,  digər 
tərəfdən  isə  maliyyə  əməliyyatlarının  bilavasitə  iştirakçısıdır. 
Dövlət  milli  maraqları  müdafiə  edərək  bazarın  qeyri-sabitliyini 
azalda  yaxud  yanlış  iqtisadi  siyasət  yürüdərək  böhranı  stimullaş-
dıra bilər. Beynəlxalq təşkilatlar üçün nizamlayıcı funksiyanın üs-
tünlüyü  səciyyəvidir,  lakin  onlar  da  borc  vəsait  götürür  və  kredit 
verirlər, məsələn, BVF, DB, AYQ B və BHB. Qalan subyektlərin 
rolu  onların  maliyyə  bazarında  aparılan  əməliyyatlarda  bilavasitə 
iştirakı  ilə  müəyyən  olunur.  Bazarın  yardımçı  alt  sistemi  və 
institusional əsası olan infrastruktur maliyyə bazarı iştirakçılarının 
ə
laqəsini və onun fəaliyyətini təmin etməklə, maliyyə və məlumat 
axınlarını  təşkil  edir.  Bazar  iştirakçıların  davranış  dəyişikliklə-
rindən  asılı  olaraq  dəyişməyə  qadirdir,  bazar  əlaqələrinin  özləri 
həmçinin iştirakçılara təsir göstərir.  
Maliyyə  bazarı  sistemi  komponentlərin  –  bir-biri  ilə  əlaqəli 
olan  və  bir-birinə  qarşılıqlı  təsir  göstərən  obyektlərin  və 
proseslərin  məcmusudur.  Onlar  ayrılıqda  götürülmüş  onu  təşkil 
edən komponentlərə xas olmayan xüsusiyyətlərə malik olan vahid 
                                                 
59
  Афанасьев  М.  Мир  экономики  Яноша  Корнаи  //  Российский 
экономический
 журнал. – 1992. - №4. – S. 93.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə