Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə22/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

 
70
və  səhmdar  kapitalının  axınlarının  sürətli,  lakin  qeyri-bərabər 
yayılması  ilə  bərabər  həmçinin  bir  çox  inkişaf  edən  ölkələrdə 
xarici  maliyyə  müəssisələri  tərəfindən  göstərilən  maliyyə 
xidmətlərinin həcminin kəskin artımı izlənilir.  
Maliyyə  qloballaşması  nəinki  üç  əsas  istiqamət  –  borclar, 
səhmdar  kapitalı  və  xidmətlər,  sosial  rifahın  yaradılması  üzrə 
iqtisadi  inkişafın  təminatı  üçün  imkanları  genişləndirir,  eyni 
zamanda  riskləri  çoxaldır.  Sistemə  qlobal  bazarların  qoşulması 
inkişaf  edən  ölkələrin  maliyyə  sistemlərinin  tənzimlənməməsi  və 
kapital  axınlarının  liberallaşması  ilə  müşayiət  olunur.  Maliyyə 
sistemlərinin və bazarların liberallaşmasına və tənzimlənməməsinə 
BVF,  Ümumdünya  bankının  və  ABŞ-nın  xarici  kapitalın  cəlb 
olunması  tələbləri  və  qismən  olaraq  milli  hökumətlərin  müvafiq 
istəyi səbəb olmuşdur. Bir çox inkişaf edən ölkələr BVF üzvləridir, 
onların bir çoxu Fondun Nizamnaməsinin 8-ci maddəsinə qoşulub, 
həmin maddə beynəlxalq investorların kapitalının azad axınına və 
gəlirin repatriasiyasına zəmanət verir.  
Yerli  şirkətlər  üçün  kredit  xərclərinin  azaldılmasına, 
səhmlərin  dəyərinin,  investisiyaların  keyfiyyətinin  və  səmərəlil-
iyinin  artmasına,  texnologiyaların  ötürülməsinə,  maliyyə  sistemi-
nin inkişafına və institusional islahatların keçirilməsinə səbəb olan 
maliyyə  qloballaşması  ilə  əlaqədar  üstünlüklərə  baxmayaraq 
peşəkarlar  arasında  kapitalın  hərəkətinin  tam  liberallaşmasının 
iqtisadi  inkişafa  və  yoxsulluğa  birbaşa  təsirinin  müsbət  olub-
olmaması  haqqında  vahid  bir  fikir  mövcud  deyil.  Liberallaşma 
xarici  və  daxili  borcların  həcminin  və  müvafiq  olaraq  nəzarət  və 
tənzimləmə  üzrə  lazımi  təcrübənin  olmamasına  əsaslanan  kredit 
riskinin  artmasına  səbəb  olur.  Eyni  zamanda  liberallaşmadan  qa-
baq daxili maliyyə sektorunun və fond bazarının tənzimlənməsinin 
dayanması baş verdiyi halda mənfi effekt güclənir
52

                                                 
52
  Kaminsky  G.,  Schmukler  S.  Short-run  Pain,  Long-run  Gain:  The  Effects  of 
Financial  Liberalization.  Working  Paper  WP/03/34.  –  Washington  D.C.:  IMF, 
2003.  


 
71
  Maliyyə böhranları 1980 və 1990-cı illərdə dünya iqtisadiy-
yatına damğasını vurmuşdur. ABŞ, Yaponiya, Qərbi Avropa ölkə-
ləri  kimi  inkişaf  etmiş  iqtisadiyyatlar  və  Latın  Amerika,  Şərqi 
Asiya  və  Türkiyə  kimi  inkişaf  etməkdə  olan  iqtisadiyyatlar,  Ru-
siya, Şərqi Avropa ölkələri kimi keçid iqtisadiyyatlarının da daxil 
olduğu ölkələrdə maliyyə və bank böhranları yaşanmışdır.  
2007 – 2009 cı illərdə sistemli maliyyə böhranları olan ölkə-
lərin sayı doxsan üçə çatmışdır. Qloballaşma və maliyyə sərbəstli-
yinin genişlənməsində və dərinləşməsində təsirli olan bu böhranlar 
bəzi ölkələrdə hələ davam edir.  
Ümumiyyətlə maliyyə sektoru xüsusi olaraq bank sisteminin 
sürətli iqtisadi böyümə və inkişafa nail olmaqda önəmli vasitədir. 
Banklar  yalnız  monetar  nəzarət  üçün  bir  kanal  deyildir.  Bununla 
bərabər iqtisadiyyatın yenidən qurulmasında uzunmüddətli davam-
lı  makroiqtisadi  sabitliyin  təmin  olunmasında  təsirli  olan  bir  sek-
tordur.  
  Bankçılıq sisteminə təsir edən maliyyə böhranları fəaliyyət 
və məhsuldarlıqlarının düşməsinə səbəb olmaqla kifayətlənməmiş, 
onların  struktur  quruluşlarının  da  pozulmasına  səbəb  olmuşdur. 
Bank  böhranlarının  yayılaraq  digər  sektorlara  təsir  etməsi  nəticə-
sində  problem  makroiqtisadi  sabitliyə  təsir  edəcək  səviyyəyə  çat-
mışdır.  Bu  mənada  böhranın  xərci  bank  sektorunun  yaxşılaşdırıl-
masının  büdcəyə  yükü  və  onun  milli  gəlirdəki  payı  ilə  ki-
fayətlənməyib,  real  mənada  daha  böyük  ölçülərə  çatmışdır.  Son 
Asiya maliyyə böhranında gözlənildiyi kimi bank və maliyyə böh-
ranı  inkişaf  edən  bazarlarda  maliyyə  sərbəstləşməsi  ilə  başlayan 
beynəlxalq  sərmayə  axınlarına  açılmanın  səbəb  olduğu  əkiz  böh-
ranlar olaraq ortaya çıxmış və əvvəlcə ölkə, ardınca isə dünya iqti-
sadiyyatına təsir edəcək hala gəlmişdir.  
Bazar  iqtisadiyyatı  şəraitində  bank  böhranları  qanunauyğun 
haldır və ona xas olan immanent disproporsiyalar və ziddiyyətlərlə 
şə
rtləndirilir. Bu çərçivədə bank sektorundakı böhranların səbəblə-
rini araşdıran elmi-tədqiqat işləri son illər artmaqdadır. 


 
72
Bank  sisteminin  böhrana  girməsinin  başlıca    problemi 
sistemin  dövlətə  və  cəmiyyətə  yüklədiyi    maliyyə  ağırlığındadır. 
Bəzi  hallarda,  bankların  xilas  edilmə  əməliyyatı    maliyyə 
böhranların şaxələrini artıraraq daha böyük zərərlərə yol aça bilir.  
1975-  2009  -ci  illərdə  50  -dən  artıq  ölkədə  200  -dən  çox 
valyuta və 54 borc/bank böhranlarını qeydə alıb. 
2007- ci ildə ABŞ-da başlayan və daha sonra əksər ölkələrə 
yayılan maliyyə böhranı dünyanın keçirdiyi ən iri tutumlu  qlobal 
böhranıdır.  
Beləliklə, maliyyə böhranı – ağır iqtisadi və sosial nəticələr 
verən  xoşagəlməz  hadisədir.  Sistemli  finans  böhranının  bütün 
mümkün nəticələri arasında ondan cəmiyyətin aldığı düzgün dərs-
lər  və  sağlam  təhlil  əsasında  qəbul  olunmuş  adekvat  qərarların 
reallaşdırılması müsbət nəticələr adlandırıla bilər. 
Maliyyə sarsılmaları sferasındakı işləri yekunlaşdıraraq belə 
qərara  gəlmək  olar  ki,  maliyyə  böhranının  tərkibinin  mahiyyəti 
aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə  aktivlərinin 
dəyərinin  kəskin  düşməsi  ilə  və  ya  maliyyə  bazarında  vəziyyətin 
kəskin ağırlaşması, xüsusən də milli pul vahidinin dəyərsizləşməsi 
və  suveren  borcun  ödənilməsi  problemi,  maliyyə  sisteminin 
funksiyalarının pozulması (maliyyə bazarı və maliyyə institutları), 
nəhayət, qiymətli kağızların mübadilə dəyərinin kəskin düşməsi ilə 
xarakterizə olunur. 
Maliyyə  böhranının  tərifinə  əsaslanaraq,  yerli  və  xarici 
müəlliflərin  elmi  araşdırmalarında  maliyyə  qeyri-sabitliyinin 
yaranması və inkişafının dəqiq çərçivəsinin müəyyənləşdirilməsinə 
dair  vahid  yanaşmanın  olmadığını  əminliklə  sübut  etmək  olar. 
Maliyyə  böhranı  anlayışı  o  qədər  genişdir  ki,  onun  mahiyyətini 
dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Maliyyə  böhranının 
strukturu  məsələsində  də  iqtisadçı  alimlər  arasında  fikir  birliyi 
yoxdur. 
Sistemli  bank  böhranın  başlanğıcı  ümumilikdə  bank  sekto-
runda müstəsna rolu olan bir və ya bir neçə bankın ödəmə qabiliy-
yətində  ciddi  problemlərin  yaranması  ilə  bağlı  ola  bilər.  Bu  cür 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə