Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə35/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

 
112
qabiliyyətlərinin problemlərini əks etdirən dəyişənlər müəyyənləş-
dirilmişdir.  Əsərdə  1970-2002  illər  ərzində    borc  kapitalları  üzrə 
dünya bazarına daxil olmaq imkanına malik olan 47 ölkə üzrə mə-
lumatlar  istifadə  edilmişdir.  Borc  böhranlarının  yaranmasına  təsir 
edən indikatorlar qismində aşağıdakı göstəricilərdən istifadə olun-
muşdur: ödəmə qabiliyyətinin, satıınlma qabiliyyətinin, xarici bor-
cun xidmətinin; ölkənin borc böhranı zamanı sabitliyini əks etdirən 
makroiqtisadi göstəricilər; büdcə və siyasi göstəricilər.  
Dövlət borcu ilə bağlı böhranın xüsusiyyətləri göstərilmişdir. 
Valyuta böhranından fərqli olaraq borc böhranı daha uzun müddət 
davam edir və onun nəticələri xeyli müddət ölkənin inkişafına təsir 
edir.  Modeldə  yalnız  borc  böhranının  yaranmasının  deyil,  həmçi-
nin ondan çıxışın proqnozlaşdırılması mümkünlüyü nəzərdə tutul-
muşdur.  Onlar  müxtəlif  dövrlər  üçün  yoxlanılaraq  sabit  nəticələr 
göstərmişlər.   
Borc böhranlarının proqnozlaşdırılmasının yüksək keyfiyyə-
tini  qeyd  etmək  lazımdır.  Modellərin  effektivliyinin  artırılması 
üçün  müəlliflər  dövlətin  büdcə  problemlərini,  kredit  reytiqnlərini, 
dövlət istiqrazları üzrə spredləri qeydə almağı təklif etdilər. Borc, 
bank və valyuta böhranları arasında qarşılıqlı əlaqələrin öyrənilmə-
si  zəruriliyi  qeyd  olunmuşdur  ki,  bu  onların  daha  dəqiq  proqnoz-
laşdırılmasına imkan verəcək.  
Bu  baxımdan,  valyuta  böhranlarının  proqnozlaşdırılması 
üzrə  müxtəlif  statistik  modellərin  tədqiqatı  aparılmış  M.Bussie-
renin  əsəri
99
  xüsusilə  qeyd  olunmalıdır.  Təhlil  nəticəsində  böh-
ranların cəmi dörd mühüm indikatoru ayrılmışdır:  
• 
qısamüddətli borcun valyuta ehtiyatlarına nisbəti; 
• 
böhranların zəncirvarı reaksiyası;  
• 
özəl sektorun kreditləşməsinin artım templəri;  
• 
valyuta kursunun trendə nisbətən qalxması.  
                                                 
99
 Bussiere M. Balance of payment crises in emerging markets. How early were 
the “early” warning signals? European central bank. Working Papers Series No 
713. January, 2007. 


 
113
Maraqlıdır  ki,  qeyd  olunduğu  kimi  həmin  indikatorlar 
maliyyə  bazarının  bütün  iştirakçılarının  vəziyyətini  və  xarici 
ş
okların  mövcudluğunu  əks  etdirir.  ndikatorların  davranışının 
zaman dinamikasının təhlili onların müxtəlif zaman intervallarında 
böhranın  baş  vermə  ehtimalı  haqqında  işarə  verməsini  müəyyən 
etməyə imkan verdi.  lk iki indikator qısamüddətli, qalan ikisi isə 
uzunmüddətlidir.  Bu,  ölkə  qısamüddətli  satılma  qabiliyyətinlə 
problemlər  yaşadığı  və  ya  bazarlarda  böhranlar  dalğası  yarandığı 
halda, yüksək sürətli reaksiyaya qarşı tələbləri müəyyən edir.  
Beləliklə,  müəyyən  olunmuşdur  ki,  maliyyə  böhranlarının 
müəyyənləşdirilmiş  indikatorları  və  maliyyə  bazarının  müxtəlif 
seqmentləri  üçün  tətbiq  edilən  erkən  qarşısını  alma  modelləri 
birinci fəsildə müəyyən olunan, maliyyə bazarlarının qloballaşması 
şə
raitində  böhranların  baş  verməsi  və  yayılması  səbəblərini  və 
mexanizmlərini təsdiqləyirlər. 
Son on il ərzində valyuta və maliyyə böhranlarının qarşısının 
alınması  üçün  istifadə  olunan  üsulların  sayı  artmışdır.  Onlardan 
ə
sas hesab etdiyimiz bəzilərini müzakirə edək.  
Məlumdur ki, risklər haqqında məlumat yaxud proqnoz artıq 
qarşısını almadır. Onları təşkilatlar yaxud ayrı-ayrı alimlər təqdim 
edir.  BVF,  ÜDB,  BMT,  BHB  kimi  beynəlxalq  təşkilatların, 
universitetlərin  və  özəl  tədqiqat  institutlarının  nəşrləri  böyük 
diqqətlə izlənilir. Tanınmış alimlərin əsərləri böhranların qarşısının 
alınması  üçün  görülən  tədbirlərə  mühüm  təsir  göstərə  bilərlər. 
D.Stiqlitsin qloballaşmaya və dünya miqyasında neoliberal eksper-
imentin yekun nəticələrinin qiymətləndirilməsinə həsr olunmuş ki-
tabında
100
  inkişaf  edən  ölkələrin  iqtisadi  siyasətinin  formalaşması 
zamanı  şablon  tövsiyələrin  istifadəsi  nəticəsində  yaranan  beynəl-
xalq  təşkilatların  problemləri  və  səhvləri  göstərilir.  Beynəlxalq 
ictimaiyyət və ölkələrin hökumətləri böhran hadisələrini azaltmaq 
və  sabit  iqtisadi  inkişafı  təmin  etmək  üçün  həmin  tövsiyələri  nə-
zərə  almalıdırlar.    A.Kobyakov  və  M.Xazin  ABŞ  iqtisadiyyatının 
                                                 
100
 Стиглиц Дж. Глобализация: тревожные тенденции. 


 
114
inkişaf  tendensiyalarını  təhlil  edərək  Amerika  dollarının  ehtiyat 
valyutası  kimi  keyfiyyətlərinin  kəskin  pisləşməsini  və  dünya  val-
yuta  sisteminin  strukturunun  dəyişməsini  proqnozlaşdırırlar
101

Proqnozların və əvvəlcədən deyilənlərin həyata keçməsi çətin ida-
rə  edilən  ehtimal  prosesidir.  Proqnozun  əsas  məqsədi  –  böhranın 
qarşısının  alınması  üsullarının  hazırlanması,  təhlükənin  dəf  edil-
məsinə hazırlığın gücləndirilməsi, qabaqlayıcı tədbirlərin görülmə-
si.  Xəbərdarlıqlara  vaxtında  və  adekvat  reaksiya  verildikdə  proq-
nozda  göstərilən  müddətlər  təxirə  salına,  nəticələrinin  təsiri  isə 
yüngülləşdirilə bilər.  
Məlumatlandırma  K V,  nəşrlər  və  konfranslarda  edilən 
çıxışlar  vasitəsilə  ya  məxfi  surətdə  həyata  keçirilməklə  risklərin 
təsirinə  məruz  qalan  və  ya  böhranların  qarşısının  alınması  üzrə 
tədbirlər görən məqsədli qruplar üçün yaxud ictimai surətdə həyata 
keçirilməklə dünya ictimaiyyəti, hökumətlər, iqtisadi subyektlər və 
digər maraqlı şəxslər üçün  nəzərdə tutulmuş olur.  
Böhranların  qarşısının  alınması  üçün  mühüm  element  döv-
lətlərin  və  iqtisadi  subyektlərin  iqtisadiyyatının  və  maliyyəsinin 
vəziyyəti haqqında standartlaşdırılmış məlumatın vaxtında təqdim 
edilməsi  və  yayılması,  yalnız  statistik  məlumatların  deyil,  həm-
çinin  qəbul  edilən  qərarların  şəffaflığının  təminatıdır.  Geniş 
mənada,  məlumat  funksiyasına  əlavə  kimi,  böhranların  qarşısının 
alınması mexanizmi maliyyə bazarında böhranların  yaranma  ehti-
malının və onların sosial-iqtisadi nəticələrinin  azaldılması tədbir-
lərini təklif etməlidir.  
Toplanmış  təcrübənin  təhlilini  aparsaq  dünya  təcrübəsində 
istifadə  olunan  maliyyə  bazarı  böhranlarının  qarşısının  alınması 
üzrə aşağıdakı əsas tədbirləri ayıra bilərik:  
•  şəffaflığın  təminatı,  maliyyə  göstəriciləri  və  beynəlxalq 
təşkilatların, hökumət və korporasiyaların siyasəti haqqında məlu-
matlandırma;  
                                                 
101
  Кобяков  А.Б.,  Хазин  М.Л.  Закат  империи  доллара  и  конец  «pax 
americana». – М.: Вече, 2003. – s. 386. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə